RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA
İlahi, Həzrət Peyğəmbər və Onun pak, müqəddəs Əhli-Beytina salam göndər. Lənətlənmiş Şeytandan Eşidən, Bilən Allaha sığınıram. Dünyada həm möminə və həmdə qeyri möminə rəhm edən, Qiyamət günü yalnız möminə mərhəmət edən Allahın adıyma bu xütbəmə başlayıram. (Ey insanlar!) Allahdan başqa heç bir qudrət və quvvət yoxdur. Allaha təşəkkür edirik və Ondan kömək və bağışlanmaq diləyirik və Ona Şükr edirik və yalvarırıq və güvənirik və dua edirik. İlahi, salam və salavat göndər yaranmışların ən xeyrinə, Peyğəmbərlərinin ağasına, Həzrət Muhəmməd ibn Abdullaha və Onun müqəddəs Əhli-Beytinə. İlahi, Onların düşmənlərinə əbədi olaraq lənət göndər.
Qəbrin ilk gecəsində ölü üçün oxunan və ona hədiyyə edilən müstəhəb namazlardan biri də “Lalətüd-Dəfn” namaz və ya qəbrin ilk gecəsinin namazıdır. Bu namaza hədiyyə namazı və vəhşət namazı da deyilir. Bu iki rükət namaz üçün üç surət nəql edilmişdir ki, məşhur rəvayətə görə, birinci rükətdə “Həmd” surəsindən sonra “Ayətəl-Kürsi”-ü bir dəfə, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunur, sonra onun savabını ölüyə hədiyə edilir. Dəfn gecəsi namazı qəbrin ilk gecəsindən (birinci gecədən səhərə qədər) istənilən vaxt qılına bilər, Amma ən yaxşı vaxt işa namazından sonradır.
Peyğəmbər (s) vəhşət namazının oxumağın savabı haqqında belə buyurmuşdur: “Meyit üçün qəbrin ilk gecəsindən daha çətin bir saat yoxdur. Odur ki, ölülərinizə rəhm edin və onlara sədəqə verin, əgər bacara bilmirsinizsə, mərhum üçün iki rükət namaz qılın.
“Həmd” surəsi:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ الرَّحْمَنِ الرَّحِيمِ مَالِكِ يَوْمِ الدِّينِ
Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yəvmid-Din.
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
İyyakə nəbudu və iyyakə nəstəin. İhdinəs-siratəl-mustəqim. Siratəl-ləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vələz-zallin.[1]
“Ayətəl-Kürsü”
بسم الله الرحمن الرحیم اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ
Bismillahir-Rəhmanir-Rəhim Allahu la ilahə İlla huvəl-Həyyul-Qəyyum, la təxuzuhu sinətuv-vəla nəvm,
لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ
Ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəl-ləzi yəşfəu indəhu illa bi iznih,
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء
Yələmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bi şəyim-min ilmihi illa bi ma şaə,
وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
Vəsiə kursiyyuhus-səmavati vəl-ərzə və la yəuduhu hifzuhuma və huvəl-Əliyyul-Əzim,
لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ
La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl-ğəyy, Fə məy-yəkfur bit-tağuti və yumim-billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa,
لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ
Allahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur,
وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ.
Ulaikə əshabun-nar hum fiha xalidun. Vəl-ləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat.[2]
“Qədr” surəsi:
بسم الله الرحمن الرحيم إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
Bismillahir-Rəhmanır-Rəhim İnnə ənzəlnahu fi ləylətil-Qədr Və ma ədrakə ma ləylətul-Qədr Ləylətul-Qədri xəyrum-min əlfi şəhr
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ
Tənəzzəlul-məlaikəti vər-Ruhu fiha bi-izni Rəbbihim-min kulli əmr Səlamun hiyə hətta mətləil-fəcr.[3]
HÖRMƏTLİ OXUCULAR! DUALARNIZDA BİZLƏRİ UNUTMAYIN.
Ustad Hacı Elşən Badkubei
[1] “Həmd” surəsinin tərcüməsi: Rəhman, Rəhim Allahın adıyla. Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə!. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!. Bizi doğru (düz) yola yönəlt!. Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
[2] “Ayətəl-Kürsü”-nün tərcüməsi: 255. Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! 256. Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! 257. Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
[3] “Qədr” surəsinin tərcüməsi: 1. Rəhman və Rəhim Allahın adıyla. 2. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! 3. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! 4. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). 5. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. 6. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi