AYAT NAMAZI

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA

 

İlahi, Həzrət Peyğəmbər və Onun pak, müqəddəs Əhli-Beytina salam göndər. Lənətlənmiş Şeytandan Eşidən, Bilən Allaha sığınıram. Dünyada həm möminə və həmdə qeyri möminə rəhm edən, Qiyamət günü yalnız möminə mərhəmət edən Allahın adıyma bu xütbəmə başlayıram. (Ey insanlar!) Allahdan başqa heç bir qudrət və quvvət yoxdur. Allaha təşəkkür edirik və Ondan kömək və bağışlanmaq diləyirik və Ona Şükr edirik və yalvarırıq və güvənirik və dua edirik. İlahi, salam və salavat göndər yaranmışların ən xeyrinə, Peyğəmbərlərinin ağasına, Həzrət Muhəmməd ibn Abdullaha və Onun müqəddəs Əhli-Beytinə. İlahi, Onların düşmənlərinə əbədi olaraq lənət göndər.

Ayat namazı günəş, ayın tutulduğu zaman, zəlzələ zamanı və digər qorxulu təbi hadisələr zamanı insana vacib olan namazdır. Ayat namazı, günəşin və ayın tutulmağa başladığı zaman qılınması vacibdir. Ehtiyat odur ki, namazın gün və ya ayın açılmasına qədər dala atmamalıdır. Zəlzələdə və ildırım olduğda, tez bir zamanda namazın qılınması gərəkdir. İnsan ayat namazını qılmadığı təqdirdə, günah etmiş və vacibdir ki, həmin namazı qılsın.

Onuncu qəməri ilində ayələr namazı müsəlmanlara vacib oldu. Tarixi mənbələrə görə, həmin ildə Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə ​​günəş tutulması baş verib. Bir qrup insan tutulmanı İbrahimin ölümü ilə əlaqələndirdi; Amma Peyğəmbər (s) bu ikisini kiminsə ölümü və ya həyatı ilə deyil, Allahın əmri ilə baş verən ilahi əlamətlər hesab edirdi.

 

Ayələrin namazının müstəhəblərindən bəziləri bunlardır:

 

1) İkinci, dördüncü, altıncı, səkkizinci və onuncu rükudan əvvəl qunut oxumaq.

 

2) Gündəlik namazlarda müstəhəbb olan əməllər ayat namazında da müstəhəbbdir; Təbii ki, gündəlik namazında azan və iqamə əvəzinə üç dəfə “Əs-səlah” demək müstəhəbdir.

 

3) Beşinci rükət istisna olmaqla, hər rükətdən sonra təkbir demək.

 

4) Namazı camaatla qılmaq, onu ucadan oxumaq və uzun surələri oxumaq ayat namazının digər müstəhəblərindəndir.

Ayat namazının hər rükəti bir rükündür, əgər qəsdən və ya təsadüfən azalıb və ya artırılarsa, namaz batildir.

Ayat namazı ancaq təbii fəlakət baş verən bölgənin əhalisinə vacib olur.

Bəzi fəqihlərə görə ayə namazı heyz və nəfsə üçün batildir. Əlbəttə, deyilmişdir ki, ehtiyat-vacibə əsasən, pak olduqdan sonra oxunmalıdır.

Günəş tutulması və Ay tutulması adi gözlə görünsə, ayat namazını vacib edir. Əgər yalnız gözlə görüləcək qədər kiçik olsa və ya çox keçici olsa, ayat namazı vacib deyildir.

Əsas zəlzələdən sonra baş verən yeraltı təkanlar, əgər müstəqil zəlzələ hesab edilərsə, ayat namazını vacib edər.

Əgər müxtəlif səbəbli hadisələr üçün bir neçə ayat namazı vacib olmuşsa, vacib ehtiyata əsasən, oxuduğu ayat namazını hansı hadisə üçün olduğunu niyyət vaxtı müəyyən etməlidir.

 

Ayat namazının qılınma tərzi:

 

Hörmətli oxucular! Ayat namazının bir neçə formada qılmaq olar. Lakin biz sizlər üçün asand olsun deyə, ən sadə qılınma tərzini nəzərinizə çatdıracayıq.

Ayat namazı iki rəkərdən ibarətdir. Namazın hər rəkətində 5 rükü vardır. Belə ki, Ayat namazının niyətini (Ayat namazı qılıram vacib qurbətən iləllah) dedikdən sonra, əllərini qulaqlarına qədər qaldıraraq “Təkbir” deyirsən. Sonra əllərini yanına salaraq, “Həmd” surəsini söyləyirsən. Sonra “İxlas” surəsinin birinci ayəsini deyirsən. “Təkbir”-dən sonra, birinci rükünu edirsən. Rükünun sözlərini söylədikdən sonra, düzələrək “Təkbir” deyib, “Həmd” surəsini söyləmədən, “İxlas” surəsinin ikinci ayəsini, sonra “Təkbir” deyib, ikinci rüküdan sonra, düzələrək, “Təkbir” deyib, “İxlas” surəsinin üçüncü ayəsini deyirsən. Sonra yenədə “Təkbir”-i deyib, üçüncü rükunu edib, düzələndan sonra, “İxlas” surəsinin dördüncü ayəsini söyləyirsən. Daha sonra dördüncü rükunu edib, düzələndan sonra, “Təkbir”-i deyib, “İxlas” surəsinin beşinci ayəsini söyləyirsən. Daha sonra, “Təkbir”-i deyib beşinci rükunu edib, düzələndan sonra, “Təkbir” deyib, alnını möhürə qoyaraq, iki səcdələri edib, namazın ikici rəkətini qılmaq üçün düzəlirsən. Ayat nanazının ikinci rəkətidə eyni birinci rəkət kimi qıldıqdan sonra, “Təşəhhüd” və “Salam”-ları deyib namazı bitirirsən.

 

“Həmd” surəsi:

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

 

Bismillahir-Rəhmanir-Rəhim.

Rəhman, Rəhim Allahın adıyla.

 

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

 

Əlhəmdu lillahi Rəbbil-aləmin.

Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,.

 

الرَّحْمَنِ الرَّحِيمِ

 

Ər-Rəhmanir-Rəhim.

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,.

 

مَالِكِ يَوْمِ الدِّينِ

 

Maliki yəvmid-Din.

Haqq-Hesab (qiyamət) gününün sahibinə!.

 

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

 

İyyakə nəbudu və iyyakə nəstəin.

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!.

 

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

 

İhdinəs-siratəl-mustəqim.

Bizi doğru (düz) yola yönəlt!.

 

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

 

Siratəl-ləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vələz-zallin.

Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

 

“İxlas” surəsi:

 

بسم الله الرحمن الرحيم.

 

Bismillahir-Rəhmanir-Rəhim.

Rəhman, Rəhim Allahın adıyla.

 

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

 

Qul huvəllahu Əhəd

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);.

 

اللَّهُ الصَّمَدُ

 

Allahus-Saməd

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

 

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

 

Ləm yəlid və ləm yuləd

O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!).

 

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ.

 

Vələm yəkun ləhu kufuvən Əhəd

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

 

 

HÖRMƏTLİ OXUCULAR! DUALARNIZDA BİZLƏRİ UNUTMAYIN.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.