TƏKƏBBÜR VƏ İSTİKBAR 1
04-03-2020 23:41:31

Allahın adı ilə.

TƏKƏBBÜRLÜK VƏ İSTİKBAR

 Həmd olsun aləmlərin Rəbbinə ki, bizləri Əhli-Beyt (ə.s) aşiqlərindən qərar verdi. Allah Təbarək və Təala Onların düşmənlərinə qiyamət gününə qədər lənət etsin. Amin!

 Ümumiyyətlə mələkat (Adəm evladının adət etdiyi əməllər) iki hissədən ibarətdir.

 1) Mələkati fəzilə: Yəni yaxşı və bəyənilmiş əməllərə adət etmək. Başqa sözlə desək, Adəm evladı ehsan etmək, xoşrəftarlıq, təvazökarliq, qənaətçilik, xeyirxahlıq, səxavətlilik, səbirlik, şükr etmək, əmanətdarlıq, düzgünlük, vəfalılıq, bədgüman etməməklik, bəxşeşlik, ğeyrətli olmaq, qeybət etməmək, sözgəzdirməmək və sair bu kimi gözəl əməl sahibi olarsa, həmin şəxsə gözəl əxlaq və fəzilə sifətlərinə sahib olan kəs deyərlər.

 2) Mələkati rəzilə: Yəni pis və xoşagəlməz əməllərə adət etmək. Beləki, adəm evladı əgər paxılıq, bədrəftarlıq, təkəbbürlük, israfçılıq, pədxahlıq, əsəbilik, naşükürlük, xainlik, yalan danışmaqlıq, vəfasızlıq, suizənlik, qeyrətsizlik, ğeybət etmək, söz gəzdirmək və sair bu kimi əməl sahibi olarsa, həmin şəxsə bədəxlaq və rəzilə sifətlərinə sahib olan kəs deyilər.

 Yuxarıda qeyd etdiyimiz (təkəbbür və istikbarliq) əməl, rəzilə və bəd əməllər sırasında yerləşir.

 Təkəbbürlük yəni, insan özünü başqalarından uca və üstün hesab etməsidir və daxilində baş verən bu hissi bürüzə verərək, əməlində aşkar etməsidir. Lakin əgər daxilində oyanan təkəbbürlük sissini bürüzə verməyərək əməlində zahir etməzsə, bu zaman həmin şəxsi kibir hissi bürümüş olur. başqa sözlə desək, əgər bir insanın daxilində qeyd etdiyimiz hiss olarsa, lakin həmin hissi zahirə çıxarmazsa, ona kibr deyərlər. Lakin zahir edərək aşkarda bildirərsə həmin əmələ təkəbbürlük deyərlər.

 Əxlaq alimlərimizin qeyd etdiklərinə görə, Təkəbbürlük və istikbarlıq 3 (üç) mərhələdən ibarətdir.

 1) Allah Cəllə və Cəlalın müqabilində edilən təkəbbürlük. Beləki, tarixdə görülmüşdür ki, bəzi insanlar Allahı inkar edərək, O Əzəmətli Xaliqin qarşısında təzim etməyərək, ibadətindən boyun qaçırmışlar. Həmin şəxslərə misal olaraq, Nəmrudu və Firovnu adlarını qeyd etmək olar. Bunuda qeyd etmək istəyirəm ki, bu təkəbbürlüyün ən pis mərhələsidir. Belə ki, Allahın müqabilində təkəbbürlük edən kəslər, sonunda Nəmrud və Firon kimi Allahlıq iddiası edərək, İlahinin əzabına düçar olurlar.

 2) Məsum və şibhi  (məsumə bənzər) məsumların müqabilində edilən təkəbbürlük. Təkəbbürlüyün bu mərhələsində olan kəslər, Allahın bəndələri hidayət etmək üçün seçdiyi Peyğəmbərlərin və onların vəsi və canişinlərinin müqabilində təkəbbürlük edən kəslərə aitdir. Belə ki, hər Peyğəmbərin zamanında olduğu kimi bəzi insanlar olub ki, Allahın elçisinin qarşısında təvazökarliq etməyərək, Allahın onlar üçün göndərdiyi əmirləri yerinə yetirməyərək, təkəbbürlük etmişlər. Təkəbbürlüyün bu mərhələsinə düçar olmuş kəslərin sonu küfr və əbədi səadətdən kənarlaşmaqdır.

 3) Allahın bəndələrinin müqabilində edilən təkəbbürlük. Təkəbbürlüyün bu mərhələsində olan kəslər, Allaha və onun Peyğəmbərlərinə imanı olsada belə, özünü başqalarındən üstün və yüksək bilərək böyük günaha mürtəkib olmuşdur. Belə kəslər mənəvi kamillikdən uzaqlaşaraq, insani rüştdən kənarlaşmışlar.

 Təkəbbür və istikbarın mənşəyi: İnsan əlində olduğu hər-hansı bir neymətin başqasında olmadığını bildiyi zaman, daxilində sevinc və xoşhallıq hissi oyanarkən, özünü ondan uca tutduğu zaman, daxilində meydana gələn bu hissi bürüzə verərək aşkar edir. Bu zaman həmin isnsanda artıq təkəbbürlük əməli baş vermişdir. Lakin əksinə olarsa, beləki, bu hala (özündə olub başqasında olmadığını görən kəs) əllərini Allah dərgahına açaraq belə bir dua etsə ki, İlahi! məndə olandan ona da qismət elə, həmin zaman daxilində meydana gələn bu rəzil hissiyat təkəbbürlükdən yəni rəzilə sifətindən fəzilə sifətinə dönüşmüş olar.

 Unutmayaq ki, bu rəzilə sifəti (təkəbbürlük) yalnız dünya işlərində (maşin, iş yeri, libas, ailə, evlad, bədən sağlamlığı, vəzifə, mal-dövlət və s...) deyil. Bəlkə axirət işlərindədə (ibadətdə, orucunda, ziyarətində, dini elmində, quran oxuyanda, məscidə dəvamlı olaraq getməsində, minbər etməkdə, namazın qiraətində və s...) insanda baş verə bilər. Beləki, ibadət zamanı ibadətini, oruckən orucunu, Allahın evini ziyaeət edərkə ziyarətini, dini təhsilini, quranı oxarkə öz oxunuşunu və ... başqalarından üstün tutarsa və ya qeyt etdiyimiz fəzilə sifətlərini yerinə yetirərkən yalnı onun bu işləri əmələ gətirdiyini düşünərək, qarşısında olan kəsi ki, qeyd etdiyimiz əməllərdə uzaqdır, alçaq hesab edərsə, artık kibir hissinə qapılaraq təkəbbürlük etmişdir.

 

Ustad Hacı Elşən Badkubei

Ardı var

Sizdə öz rəynizi bildirmək üçün klik edin


  • Namaz Vaxtları
  • Hədislər
  • Sual-Cavab
Tarix: 29/09/2020
Sübh Azanı 3:12
Günəş çıxır 5:11
Zöhr azanı 12:39
Gün batan vaxtı 20:7
Məğrib azanı 20:30
Gecənin yarısı 23:40
Quranin qelbi nedir?
Baxicya lenet oxumaqin bir xeyri var ya yox cunki baxici yalanci mexluq du?
Subh namazina durmamaq gunah sayila biler
SALAM DUA OLSUN SIZE MEN EREB DILIN OYRENIB QURAN OXUMAG ISTEYIREM MINKUNSE TANIDIQINIZ BIR MUELIME VARSA KOMEY EDIN COX XAIW EDIREM KURSA GETMEYE IMKANIM YOXDUR!EVELEDEN TEWEKKUR EDIREM!
salamun aleykum,men ehli sunnenin moteber kitabi olan sehihi-muslim ve sehihi -buxarinin butun hedislerini hansi saytdan tapa bilerem.ALLAH Sizden razi olsun.
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.