Allahın adı ilə
TƏKƏBBÜR VƏ İSTİKBAR
Allaha həmd olsun ki, bizləri Əhli-Beyt aşiqlərindən qərar vermişdir. Allah Onların düşmənlərinə qiyamət gününə qədər lənət etsin.
Biz keçən yazımızda təkəbbürün məfhumu, mərtəbələri və mənşəyi barəsində bəhs etmişdik. Ümumiyyətlə Əxlaq alimləri təkəbbürlüyü öz əsərlərində ən birinci rəzilə sifəti kimi qeyd etmişlər. Bundan əlavə Əxlaq alimləri, bu rəzilə sifətini Ummul-məfasid (pəsad və pis əməllərin anası) diyə adlandırmışlar. Habelə, qey edirlər ki, bu rəzilə sifəti yaradılışda ilk günah olaraq İblis tərəfindən görülmüşdür. buna işarə olaraq Bəqərə surəsinin 34-cü ayəsini misal vurmaq olar. Əlbətdə haqqında söhbət etdiyimiz bu rəzilə sifəti barəsində bir çox ayələr Qurani-Kərimdə qeyd olunmuşdur. O cümlədən:
وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
Qeyd etdimiz ayənin nazil olma səbəbi barədə rəvayətlərdə oxuyuruq: Muhəmməd ibn Yəqub Hüseyn ibn Muhəmməddən, oda Muəlla ibn Muhəmməddən, oda Əli ibn Cəfərdən nəql edərək buyurub: İmam Sadiq (ə.s)-dan eşidmişəm ki, buyurub: Elə ki, Allahın Elçisi (s.ə.a.v) Tim, Ədya və Bəni Uməyyə qəbilələrini onun minbərinə çıxdıqlarını gördü, xoşuna gəlməyərək qəmgin oldu. Elə bu an Allah Təbarək və Təala bu ayəni nazil edərək ona deldari etdi: "Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi." Daha sonra Peyğəmbərə (s.ə.a.v) vəhy edərək buyurdu: Ey Muhəmməd! Mən əmr etdim, (iblis tərəfindən) itaət olunmadım. Narahat olma, səndə öz vəsin (və caneşinin) haqqında itaət olunmayacaqsan.
Səcdənin məfhumu baeədə alimlərimiz öz əsərlərində müxtəlif kəlmələrlə eyni mənanı daşayan yazılar qeyd etmişlər. Onları icərisindən ən sadə və qısasını sizlərin nəzərinizə çatdırıram. Səcdə o əmələ deyilir ki, onu yerinə yetirdikdə, bəndənin Xaliqin qarşısındakı zillətini və Xaliqin bəndənin önündəki izzətini əməli surətdə ifadə edən bir əməldir. Namazın səcdələrinin barəsində Həzrət Əli ibn Əbu Talib Buyurub: İnsan (namazda) birinci səcdəyə alnını qoymaqın mənası budur ki, İlahi! Məni bu torpaqdan yaratmısan, alnını birinci səcdədən qaldırmasının mənası; İlahi! Məni bu torpaqdan xaric etmisən, alnını ikinci səcdəyə qoymaqın mənası; İlahi! Sonunda (öləndən sonra) bu torpağa qoyulacaqam, alnını ikinci səcdədən qaldırmaqın mənası; İlahi! Qiyamət günü məni bu torpaqdan qaldıracaqsan.
İmam Sadiq (ə.s)-dan rəvayət olunub ki, İmam buyurub: Elə ki, bir kəs təklikdə səcdəyd gedərək, səcdəsini uzadar, Şeytan deyər: Vay olsun mənə bəndə itaət etdi, mən etmədim və o səcdə etdi, mən imtina etdim.
İslam alimlərinin yazdıqlarına görə, yaranmılar səcdə baxımından iki hissəyə bölünürlər: 1) İxtiyari səcdə: İnsanları, Mələklərin və Cinlərin səcdəsi ixtiyarıdır. Belə ki, onların var olmalarına səbəbi digər məxluqat kimi səcdə etmələri deyil. Başqa sözlə desək, bəzi məxluqat var ki, onlar daimən səcdə edirlər lakin biz onları gprmürük və hiss etmirik. bəzi yaranmışlar var ki, (insanlar, mələklərvə cinlər) istədikləri vaxt səcdə edərlər və istəmədikləri zaman səcdə etməzlər. Buna subut olaraq Quranı Kərimdə oxuyuruq: "Allaha səcdə edin və Allaha ibadət edin". Bildiyiniz kimi insanların səcdəsi qeyri ixtiyari olsaydı, onlar daimən səcdə halında olardılar. belə olduğu təqdirdə Allahın "Allaha səcdə edin və Allaha ibadət edin" cümlələrinin mənası olmazdı. 2) Qeyri ixtiyari səcdə: Quran ayələrindən bunun əldə edirik ki, yuxarıda qeyd etdiyimiz 3 məxluqatdan başqa butun məxluqatların ibadəti, zikri və səcdələri, qeyri ixtiyarıdır. Yəni onlar daimən Allaha səcdə edərək ibadətdədirlər. Belə ki, ayələrin birində oxuyuruq: "Ulduzlar və ağacların hamısı Allaha səcdə edirlər."
bu təqdirdə bildik ki, Mələklərin Allah dərgahında ki, maqamı və İblisin qovulması, onların səcdələrinin ixtiyarı olmasıdır. Beləki, Allahın əmrinə itaət edərək, Adəmə səcdə edənlər Allah dərgahındə uca məqama yüksəldilər, səcdə etməyən İblissə öz məqamından endirilərək qovuldu.
Ustad Hacı Elşən Badkubei
Ardı var
- Namaz Vaxtları
- Hədislər
- Sual-Cavab