NAMAZLARIN MÜŞTƏRƏK TƏQİBATI

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA

 

1) Təkbir demək.

 

Hədis və rəvayətlərə nəzər saldıqda, gündəlik vacib namazlardan sonra üç dəfə “Təkbir” (Allahu Əkbər) demək Məsumlarımız (ə.s) tərəfindən bizlərə tapşırılmışdır. Belə ki, İləluş-Şəraye kitabının müəllifi öz əsərində rəvayət nəql edərək yazır: Mufəzzəl ibn Ömər Həzrət İmam Sadiq (ə.s)-dan vacib namazlardan sonra üç dəfə “Təkbir”-in deyilməsinin səbəbini soruşdu. Həzrət (ə.s) onun cavabında belə buyurdu: Çün ki, Nəbiyyi Əkrəm (Allahın salam və salavatı ona və ailəsinə olsun) (Müqəddəs) Məkkəni fəth etdikdən sonra, səhabələrin ilə birlikdə Həcərul-Əsvədin müqabilində zöhür namazını qıldılar. Elə ki, namazın salamını bitirdilər, əllərini qaldıraraq üç dəfə “Təkbir” deyərək namazı tamamladı. Daha sonra üzünü səhabələrə tutaraq, bu üç “Təkbir”-i bütün vacib namazlardan sonra söyləmələrini tapşırdı.

 

2) Xanım Fatimə (s.ə)-nın təsbihi söyləmək.

 

Günün vacib namazlarından sonra Həzrət Ummul-Əimmə (s.ə)-nın təsbihinin deməyin savabı barədə, Məsumlarımız (ə.s) tərəfindən şox sifarişlər olmuşdur. Belə ki, Səvabul-Əmal və İqabul-Əmal kitabının sahibi, həmin əsərində Əbu Xalid Qəmmatdan nəql edərək yazır: Həzrət İmam Sadiq (ə.s)-dan eşitdim ki, buyurdu: Mənim üçün vacib namazlardan sonra Həzrət Fatiməyi Zəhra (s.ə)-ın təsbihini demək, hər gün 1000 rəkət namazdan üstündür.

Xanım Ummu Əbiha (s.ə)-nın təsbihi, Məsumlarımızın (ə.s) buyurduğlarına görə, 34 dəfə “Allahu Əkbər” (Allah Böyükdür), 33 dəfə “Subhanəllah” (Allah hər növ nöqsan və eyibdən pakizədir), 33 dəfə “Əlhəmdulillah” (Bütün həmdlər Allaha məxsusdur) zikirlərindən ibarətdir.

 

3) İstiğfar duasını demək.

 

Cihadun-Nafs Vəsaili Şiə kitabının müəllifi Həzrət İmam Sadiq (ə.s)-dan rəvayət nəq edərək yazır: Həzrət İmam Sadiq (ə.s) buyurur: Hər kəs pis iş görsə (günah etsə), 7 saat vaxt verilik ki, (tövbə etsin). Əgər həmin şəxs 3 dəfə aşağıdaki, cümləni desə, həmin günah onun üçün yazılmaz.

 

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْه

Əstəğfirullahəl-ləzi la İlahə İlla Huvəl-Həyyul-Qəyyum, və ətubu iləyh.[1]

 

4) “Subhanə Rəbbikə” duasını demək.

 

Uddətud-Dai kitabının müəllifi əsərində yazır: Həzrət İmam Baqir (ə.s) buyurur: Hər kəs (etdiyi əməlinin) savabının çox olmasını istəyirsə, yerindən durmadan desin:

 

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ‏ وَ سَلاَمٌ عَلَى الْمُرْسَلِينَ‏ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِين.

Subhanə Rəbbikə Rəbbil-İzzəti əmma yəsifun və səlamun ələl-Mursəlinə vəl-həmdu lillahi Rəbbil-aləmin.[2]

 

5) Ayətək-Kürsü duasını oxumaq.

 

Usuli Kafi kitabının müəlifi, həmin əsərində yazır: Həzrət Əbəl-Həsən (ə.s) buyurur: Hər kəs vacib namazlardan sonra “Ayətəl-Kürsü”-nü oxusa, heş bir heyvan ona zərər yetirə bilməz. “Ayətəl-Kürsü” ibarətdir:

 

اللَّهُ لا إِلهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَ لا نَوْمٌ لَهُ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْضِ

Allahu la ilahə illa huvəl-Həyyul-Qəyyum, la təxuzuhu sinətun və la nəvmun, ləhu ma fis-samavati və ma fil-ərzi,

مَنْ ذَا الَّذي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ ما بَيْنَ أَيْديهِمْ وَ ما خَلْفَهُمْ وَ لا يُحيطُونَ بِشَيْ‏ءٍ مِنْ عِلْمِهِ

mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznih, yələmu ma əydihim və ma xəlfəhum və la yuhitunə bişəyim-min ilmihi

إِلاَّ بِما شاءَ وَسِعَ كُرْسِيُّهُ السَّماواتِ وَ الْأَرْضَ وَ لا يَؤُدُهُ حِفْظُهُما وَ هُوَ الْعَلِيُّ الْعَظيمُ

illa bima şaə vəsiə kursiyyuhus-səmavati vəl-ərz, və la yəuduhu hifzuhum, və huvəl-əliyyul-əzim,

لا إِكْراهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَ يُؤْمِنْ بِاللَّهِ

la ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur bit-tağuti, və yumin billahi

فقد استَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقى‏ لاَ انْفِصامَ لَها وَ اللَّهُ سَميعٌ عَليمٌ

fəqədis-təmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha vəl-lahu səmiun əlim,

اللَّهُ وَلِيُّ الَّذينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُماتِ إِلَى النُّورِ وَ الَّذينَ كَفَرُوا أَوْلِياؤُهُمُ الطَّاغُوتُ

Allahu vəliyyul-ləzinə Amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəl-ləzinə kəfəru əvliyauhumut-tağutu

يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُماتِ أُولئِكَ أَصْحابُ النَّارِ هُمْ فيها خالِدُونَ.

yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.[3]

 

6) “Saffat” surəsinin 54, 55 və 56-cı ayələrini oxumaq.

 

Cənab Kuleyni (r.ə) Usuli Kafi kitabında Həzrət Əmirəl-Muminin Əli ibn Əbu Talib (ə.s)-dan rəvayən nəql edilərək, yazır: Hər kəs “Saffat” surəsinin 54, 55, 56-cı ayələrini oxuyarsa, Mələklər onu qoruyar və Şeytan ondan uzaq durar. Həmin ayələr ibarətdir:

 

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذي خَلَقَ السَّماواتِ وَ الْأَرْضَ في‏ سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوى‏ عَلَى الْعَرْشِ

İnnə Rəbbəkumullahul-ləzi xələqəs-samavati vəl-ərzə fi sittəti əyyam, summəs-təva ələl-ərşi

يُغْشِي اللَّيْلَ النَّهارَ يَطْلُبُهُ حَثيثاً وَ الشَّمْسَ وَ الْقَمَرَ وَ النُّجُومَ مُسَخَّراتٍ بِأَمْرِهِ

yuğşiyil-ləylən-nəharə yətlubuhu həsisən vəş-şəmsə vəl-qəmərə vən-nucumə musəxxəratin biəmrihi

أَلا لَهُ الْخَلْقُ وَ الْأَمْرُ تَبارَكَ اللَّهُ رَبُّ الْعالَمينَ ادْعُوا رَبَّكُمْ تَضَرُّعاً وَ خُفْيَةً إِنَّهُ لا يُحِبُّ الْمُعْتَدين

əla ləhul-xəlqu vəl-əmru təbarəkəl-lahu Rəbbul-aləmin, udu Rəbbəkum təzərruən və xufyətən innəhu la yuhibbul-mutədin

وَ لا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلاحِها وَ ادْعُوهُ خَوْفاً وَ طَمَعاً إِنَّ رَحْمَتَ اللَّهِ قَريبٌ مِنَ الْمُحْسِنينَ.

və la tufsidu fil-ərzi bədə islahiha vəd-uhu xəvfən və təməən innə rəhmətəllahi qəribun minəl-muhsinin.[4]

 

7) “Ali İmran” surəsinin 18 və 26-cı ayələrini oxumaq.

 

Kuleyni (r.ə) Usuli Kafi kitabında Həzrət İmam Sadiq (ə.s)-dan rəvayət nəql edərək yazır: Həzrət buyurur: Elə ki, Allah Təbarək və Təala bu ayələrlə (hədisin davamında həmin ayələr qeyd olunacaq) yer üzərinə enmələrini əmr etdi, onlar dedilər: Ey Pərvərdigar bizi xətakar və günahkarlara tərəf göndərirsən? Allah Təbarək və Təala onların cavabında buyurdu: (Onlara tərəf) enin, İzzət və Cəlalıma and olsun ki, Muhəmməd ailəsi və onların şiələrindən heç kəs, Mənim gündə 70 dəfə onlara nəzər etmədən və hər nəzərimdə 70 hacətlərini yerinə yetirməyənlərdən və (habelə) günahlarına baxmadan qabul etdiklərimdən başqası sizləri vacib namazlarında oxuya bilməz. Həmin ayələrdən bəziləri “Ali İmran” surəsinin 18 və 26-cı ayələrdir.

 

شَهِدَ اللَّهُ أَنَّهُ لا إِلهَ إِلاَّ هُوَ وَ الْمَلائِكَةُ وَ أُولُوا الْعِلْمِ قائِماً بِالْقِسْطِ لا إِلهَ إِلاَّ هُوَ الْعَزيزُ الْحَكيمُ.

Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-elmi qaimən bil-qist, la ilahə illa huvəl-əzizul-həkim.[5]

قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء

Qulil-lahummə malikəl-mulki tutiyil-mulkiə mən təşau

وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ.

və tənziul-mulkə mimmən təşau və nuzillu mən biyədikəl-xəyru innəkə əla kulli şəyin qədir.[6]

 

8) “İxlas” surəsini 10 dəfə oxumaq. 

 

Şeyx Kuleyni Usuli Kafi kitabında Həzrət İmam Sadiq (ə.s)-dan rəvayət nəq edərək yazır: Həzrət İmam Sadiq (ə.s) buyurur: Allaha və qiyamət gününə imanı olanlar, vacib namazdan sonra “İxlas” surəsini oxumağı tərk etməməlidirlər. Doğrudanda hər kəs bu surəni oxuya, dünya və axirət xeyirləri onun üçün cəmləşər.

Digər hədisdə oxuyuruq ki, Həzrət İmam Sadiq (ə.s) buyurur: Hər kəs vacib namazlardan sonra “İxlas” surəsini 10 dəfə oxusa, Allah Təbarək və Təala onun üçün (behiştdə) Hurul-Eyni yaldaşı qərar verər.

Digət hədisdə Həzrət Peyğəmbər buyurur: Hər kəs vacib namazlardan sonra “İxlas” surəsini oxusa, asimandan rəhmət onun üçün nazil olar və aramçılıq ona hakim olar və Allah mehribançılıqla ona nəzər edər, günahlarını bağışlayar və bütün hacətlərini həyata keçirər. “İxlas” surəsi:

 

بسم الله الرحمن الرحيم قُلْ هُوَ اللَّهُ أَحَدٌ اللَّهُ الصَّمَدُ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ.

Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahi əhəd, Allahus-saməd, ləm yəlid və ləm yuləd, və ləm yəkul-ləhu kufuvən əhəd.[7]

 

9) “Həmd” surəsini oxumaq.

 

“Ali İmran” surəsinin 18 və 26-cı ayələrinin fəziləti haqında yazılan hədisdə ki, digər ayələrdən biri də elə “Həmd” surəsinin ayələridir. Bu haqda “Ali İmran” surəsinin 18 və 26-cı ayələri haqda qeyd olunan hədisə müraciət edə bilərsiniz. “Həmd” surəsi:

 

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمينَ الرَّحْمنِ الرَّحيمِ مالِكِ يَوْمِ الدِّينِ

Bismillahir-Rəhmanir-Rəhim. əl-Həmdu lillahi rəbbil-aləmin. ər-rəhmanir-Rəhim. Maliki yəvmid-din.

إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ اهْدِنَا الصِّراطَ الْمُسْتَقيمَ صِراطَ الَّذينَ أَنْعَمْتَ عَلَيْهِمْ

İyyəkə nəbudu və iyyə kə nəstəin. İhdinəs-siratəl-mustəqim. Siratəl-ləzinə ənəmtə ələyhim

غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لاَ الضَّالِّينَ.

ğyril-məğzubi ələyhim vələz-zallin.[8]

 

10) “Təhlil”-i söyləmək.

 

Vacib namazlardan sonra oxunan digər zikir, “Təhlil”-dir. Məmulən bu zikir, sübh və şam namazlarından sonra 10 dəfə oxunması Məsumlarımız (ə.s) tərəfindən buyurulmuşdur. “Təhlil” ibarətdir:

 

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ‏ إِلَهاً وَاحِداً أَحَداً فَرْداً صَمَداً لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لاَ وَلَداً

Əşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləh, İlahən Vahidən Əhədən Fərdən Samədən ləm yəttəxizu sahibətəv-və la vələda.[9]

 

11) “Allahumməh-dini” duasını oxumaq.

 

Aşağıda qeyd olunan dua, Həzrət İmam Muhəmməd Baqir (ə.s) tərəfindən bizlərə sifariş verilmişdir.

Həzrət İmam Baqir (ə.s) buyurur: Bir gün Şəbih adında bir yaşli kişi Peyğəmbərin huzuruna gələrək dedi: Ey Allahın elçisi! Mən yaşlı bir kişiyəm, yaşım çox çoxdur, gecüm azalıb, əvvəlki kimi Namaz, oruc, həcc və cihad edə bilmirəm, mənə elə bir dua öyrət ki, həm asand olsun həm də savabı. Həzrət (s.ə.a.v) buyurdu: söylədiyini yenədə təkrar et. Həmin yaşdı kişi söylədiklərini 3 dəfə təkrar etdikdən sonra, Peyğəmbər (s.ə.a.v) buyurdu: Hər namazdan sonra bu duanı oxu:

 

اللَّهُمَّ اهْدِنِي مِنْ عِنْدِكَ وَ أَفِضْ عَلَيَّ مِنْ فَضْلِكَ وَ انْشُرْ عَلَيَّ مِنْ رَحْمَتِكَ‏

Allahumməh-dini min indikə və əfiz ələyyə min fəzlikə vən-şur ələyyə min rəhmətikə

وَ أَنْزِلْ عَلَيَّ مِنْ بَرَكَاتِكَ سُبْحَانَكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ‏ اغْفِرْ لِي ذُنُوبِي كُلَّهَا جَمِيعاً

vən-zil ələyyə min bərəkayik, subhanəkə la ilahə illa ənt, iğfirli zunubi kulləha cəmiən

فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعاً إِلاَّ أَنْتَ‏ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كُلِّ خَيْرٍ أَحَاطَ بِهِ عِلْمُكَ

fə innəhu la yəğfiruz-zunubə kulləha cəmiən illa ənt, Allahummə inni əsəlukə min kulli xəyrin əhatə bihi ilmukə

وَ أَعُوذُ بِكَ مِنْ كُلِّ شَرٍّ أَحَاطَ بِهِ عِلْمُكَ‏ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عَافِيَتَكَ فِي أُمُورِي كُلِّهَا

və əuzu bikə min kulli şərrin əhatə bihi ilmuk, Allahummə inni əsəlukə afiyətən fi umuri kulləha

وَ أَعُوذُ بِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ

və əuzu bikə min xizyid-dunya və əzabil-axirəh, və əuzu bivəchikəl-kərim

وَ عِزَّتِكَ الَّتِي لاَ تُرَامُ وَ قُدْرَتِكَ الَّتِي لاَ يَمْتَنِعُ مِنْهَا شَيْ‏ءٌ مِنْ شَرِّ الدُّنْيَا وَ الْآخِرَةِ

və izzətikəl-ləti la turam, və qudrətikəl-ləti la yəmtəniu minha şəyun min şərrid-dunya vəl-axirəh,

وَ مِنْ شَرِّ الْأَوْجَاعِ كُلِّهَا وَ مِنْ شَرِّ كُلِّ دَابَّةٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهَا إِنَّ رَبِّي عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ

və min şərril-əvcai kulliha və min şərri kullə dabbətin, əntə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim,

وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ‏ تَوَكَّلْتُ عَلَى الْحَيِّ الَّذِي لاَ يَمُوتُ

və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, təvəkkəltu əlal-həyyil-ləzi la yəmut,

وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَداً وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ

vəl-həmdu lillahil-ləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil-mulk,

وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا.

və ləm yəkun ləhu vəliyyum-minəz-zull, və kəbbirhu təkbira.[10]

 

12) “Allahummə innə məğfirətək” duasını oxumaq.

 

Mustədrəkul-Vəsail kitabının sahibi, həmin kitabda yazır: Həzrət Peyğəmbər (s.ə.a.v) buyurur: Hər kəs istəyir qiyamət günü Allah onun pis əməllərini ifşa etməsin, bütün vacib namazlardan sonra bu duanı desin:

 

اللَّهُمَّ إِنَّ مَغْفِرَتَكَ أَرْجَى مِنْ عَمَلِي وَ إِنَّ رَحْمَتَكَ أَوْسَعُ مِنْ ذَنْبِي‏

Allahummə inni məğfirətəkə ərcə min əməli və innə rəhmətəkə əvsəu min zənbi,

اللَّهُمَّ إِنْ كَانَ ذَنْبِي عِنْدَكَ عَظِيماً فَعَفْوُكَ أَعْظَمُ مِنْ ذَنْبِي‏

Allahummə in kanə zənbi indəkə əzima fə əfvukə əzəmu min zənbi,

اللَّهُمَّ إِنْ لَمْ أَكُنْ أَهْلاً أَنْ أَبْلُغَ رَحْمَتَكَ فَرَحْمَتُكَ أَهْلٌ أَنْ تَبْلُغَنِي

Allahummə il-ləm əkun əhlən ən əbləğə rəhmətəkə fə rəhmətukə əhlun ən təbləğəni

وَ تَسَعَنِي‏ لِأَنَّهَا وَسِعَتْ كُلَّ شَيْ‏ءٍ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِين.

və təsəni liənnəha vəsiət kullə şəyin bi rəhmətikə ya ərhəmər-rahimin.[11]

 

13) “Allahummə inni əsəlukə” duasını oxumaq.

 

Misbahul-Mutəhəccin, Bələdul-Əmin, Misbahu li Kəfəmi və sair kitablarda aşağıda qeyd etdiyim duanın vacib namazlardan sonra 3 dəfə oxunması qeyd olunmuşdur. Həmin dua:

 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَ الْعَافِيَةَ وَ الْمُعَافَاةَ فِي الدُّنْيَا وَ الْآخِرَة

Allahummə inni əsəlukəl-əfvə vəl-afiyətə vəl-muafatə fid-dunya vəl-axirəh.[12]

 

14) “Allahummə inni əsəlukə bismikə” duasını oxumaq.

 

Həzrət Əmirəl-Muminin Əli ibn Əbu Talib (ə.s) buyurur: Hər kəs dünyasını dəyişərkən, günahdan pak olmağını istəyirsə, gündəlik vacib namazlardan sonra, 12 dəfə “İxlas” surəsini oxuduqdan sonra bu duanı oxusun.

 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِاسْمِكَ الْمَكْنُونِ الْمَخْزُونِ الطَّاهِرِ الطُّهْرِ الْمُبَارَكِ‏

Allahummə inni əsəlukəl-məknunil-məxzunit-tahirit-tuhril-mubarək

وَ أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ وَ سُلْطَانِكَ الْقَدِيمِ يَا وَاهِبَ الْعَطَايَا وَ يَا مُطْلِقَ الْأُسَارَى

və əsəlukə bismikəl-əzimi və sultanikəl-qədim, ya vahibəl-ətaya və ya mutliqəl-əsara

وَ يَا فَكَّاكَ الرِّقَابِ مِنَ النَّارِ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

və ya fəkkakər-riqabi min-nar, əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd,

وَ أَنْ تُعْتِقَ رَقَبَتِي مِنَ النَّارِ وَ أَنْ تُخْرِجَنِي مِنَ الدُّنْيَا سَالِماً وَ (أَنْ) تُدْخِلَنِي الْجَنَّةَ آمِناً

və ən tutiqə rəqəbəti minən-nar, və ən tuxricəni minəd-dunya salima, və ən tudxilənil-cənnətə amina,

وَ أَنْ تَجْعَلَ دُعَائِي أَوَّلَهُ فَلاَحاً وَ أَوْسَطَهُ نَجَاحاً وَ آخِرَهُ صَلاَحاً إِنَّكَ أَنْتَ عَلاَّمُ الْغُيُوب.

və ən təcələni duai əvvələhu fəlaha, və əvsətəhu nəcaha, və axirəhu səlaha, innəkə əntə əllamul-ğuyub.[13]

 

15) “Əiyzə nəfsi” duasını oxumaq.

 

Bələdul-Əmin kitabında aşağıda qeyd etdiyimiz bu duanı vacib namazlardan sonra 3 dəfə oxunması Məsumlarımız (ə.s) tərəfindən məsləhət görülmüşdür.

 

أُعِيذُ نَفْسِي وَ دِينِي وَ أَهْلِي وَ مَالِي وَ وَلَدِي وَ إِخْوَانِي فِي دِينِي‏ وَ مَا رَزَقَنِي رَبِّي

Əizə nəfsi və dini və əhli və mali və vələdi və ixvani fi dini və ma rəzəqəni Rəbbi,

وَ خَوَاتِيمَ عَمَلِي وَ مَنْ يَعْنِينِي أَمْرُهُ‏ بِاللَّهِ الْوَاحِدِ الْأَحَدِ الصَّمَدِ الَّذِي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ

Və xəvatimə əməli və mən yənini əmruhu billahil-Vahidil-Əhədis-Səmədil-ləzi ləy-yəlid və ləy-yuləd və ləm yəkul-ləhu kufuvən əhəd.

وَ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ وَ مِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ‏ وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

Və Rəbbil-fələqi min şərri ma xələq və min şərrin iza vəqəb və min şərrin-nəffasati fil-uqəd və min şərri hasidin iza həsəd.

وَ بِرَبِّ النَّاسِ مَلِكِ النَّاسِ إِلَهِ النَّاسِ مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ‏ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ مِنَ الْجِنَّةِ وَ النَّاس.

Və Rəbbin-nasi Məlikin-Nas, İlahin-Nas, min şərril-vəsvasin-nas, əl-ləzi yuvəsvisu fi sudurin-nas, minəl-cinnəti vən-nas.[14]

 

16) “Allahummə əntəs-Salam” duasını oxumaq.

 

Fiqhul-Mənsubi ilə İmam Rza (ə.s) kitabında, vacib namazlardan sonra, Həzrət Fatiməyi Zəhra (s.ə)-nın təsbihini bitirdikdən sonra, bu duanın oxunması məsləhət görülmüşdür.

 

اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَ مِنْكَ السَّلاَمُ وَ لَكَ السَّلاَمُ وَ إِلَيْكَ يَعُودُ السَّلاَمُ‏

Allahummə əntəs-Salam və minkəs-Salam və ləkəs-Salam və iləykəs-Salam.

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَ سَلاَمٌ عَلَى الْمُرْسَلِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ‏

Subhanə Rəbbikə Rəbbil-izzəti əmma yəsifun və səlamun ələl-Mursəlinə vəl-həmdi lillahi Rəbbil-Aləmin,

السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ‏ السَّلاَمُ عَلَى الْأَئِمَّةِ الْهَادِينَ الْمَهْدِيِّينَ‏

Əs-səlamu ələykə əyyuhən-Nəbiy və rəhmətullahi və bərəkatuh, əs-salamu ələl-əimmətil-hadiynəl-məhdiyyin.

السَّلاَمُ عَلَى جَمِيعِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ وَ مَلاَئِكَتِهِ‏ السَّلاَمُ عَلَيْنَا وَ عَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ‏

əs-salamu əla cəmiyi ənbiyaillahi və rusulihi və məlaikəyih, əs-salamu ələyna və əla ibadillahis-salihin,

السَّلاَمُ عَلَى عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ‏ السَّلاَمُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ أَجْمَعِينَ‏

əs-salamu əla Əliyyin əmiril-muminin, əs-salamu ələl-Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil-cənnəti əcməin,

السَّلاَمُ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِينَ‏ السَّلاَمُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ بَاقِرِ عِلْمِ النَّبِيِّينَ‏

əs-salamu əla Əliyyibnil-Husəyni Zəynil-Abidin, əs-salamu əla Muhəmmədibni Əliyyin Baqiri ilmin-Nəbiyyin,

السَّلاَمُ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ السَّلاَمُ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ الْكَاظِمِ‏

Əs-salamu əla Cəfər ibn Muhəmmədinis-Sadiqi, əs-Salamu əla Musə ibn Cəfərinil-Kazim.

السَّلاَمُ عَلَى عَلِيِّ بْنِ مُوسَى الرِّضَا السَّلاَمُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ الْجَوَادِ

Əs-salamu əla Əliyyibni Musər-Riza, əs-salamu əla Muhəmmədibni Əliyyil-Cavad.

السَّلاَمُ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ الْهَادِي السَّلاَمُ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ الزَّكِيِّ الْعَسْكَرِيِ‏

Əs-salamu əla Əliyyibni Muhəmmədinil-Hadi, əs-salamu ələl-Həsənibni Əliyyiz-Zəkiyyil-Əskəri.

السَّلاَمُ عَلَى الْحُجَّةِ بْنِ الْحَسَنِ الْقَائِمِ الْمَهْدِيِّ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ‏.

Əs-salamu ələl-Huccətibnil-Həsənil-Qaimil-Məhdiyy, sələvatullahi ələyhim əcməiyn.[15]

Duanı oxuduqdan sonra hacətini Allahdan diləyirsən.

 

17) “İlani hazihis-səlati” duasını oxumaq.

 

“Biharil-Ənvar” kitabında Həzrət Əli (ə.s)-dan vacib namazlardan sonra bu duanı oxunması sifariş olunmuşdur. Həmin dua:

 

إِلَهِي هَذِهِ صَلاَتِي صَلَّيْتُهَا لاَ لِحَاجَةٍ مِنْكَ إِلَيْهَا وَ لاَ رَغْبَةٍ مِنْكَ فِيهَا إِلاَّ تَعْظِيماً

İlahi hazihi səlati səlləytuha la lihacətim-minkə iləyha və la rəğbətim-minkə fiha illa təzima,

وَ طَاعَةً وَ إِجَابَةً لَكَ إِلَى مَا أَمَرْتَنِي بِهِ‏ إِلَهِي إِنْ كَانَ فِيهَا خَلَلٌ أَوْ نَقْصٌ مِنْ رُكُوعِهَا

Və taətəv-və icabətəl-ləkə liyə ma əmərtəni bihi ilahi in kanə fiha xələlun əv nəqsum-min rukuiha,

أَوْ سُجُودِهَا فَلاَ تُؤَاخِذْنِي وَ تَفَضَّلْ عَلَيَّ بِالْقَبُولِ وَ الْغُفْرَان بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.

əv sucudiha fəla tuaxizni və təfəzzəl ələyyə bil-qəbuli vəl-ğufrani birəhmətikə ya ərhəmər-Rahimin.[16]

 

18) “Subhanə mən la yətədi” duasını oxumaq.

 

Rəvayət edilir ki, Həzrət Peyğəmbər (s.ə.a.v) Həzrət Əmirəl-Mumininə buyurdu: Əgər hər dəfə eşitdiyiniz və oxuduğunuz zaman əzbərləmək istəyirsinizsə, bu duanı hər namazın sonunda oxuyun. Həmin dua:

 

سُبْحَانَ مَنْ لاَ يَعْتَدِي عَلَى أَهْلِ مَمْلَكَتِهِ سُبْحَانَ مَنْ لاَ يَأْخُذُ أَهْلَ الْأَرْضِ بِأَلْوَانِ الْعَذَابِ‏

Subhanə mən la yətədiy əla əhli məmləkətih, Subhanə mən la yəxuzu əhləl-ərzi bi əlvanil-əzab,

سُبْحَانَ الرَّءُوفِ الرَّحِيمِ‏ اللَّهُمَّ اجْعَلْ لِي فِي قَلْبِي نُوراً وَ بَصَراً وَ فَهْماً وَ عِلْماً

Subhanər-Rəufir-Rəhim, Allahumməc-əl li fi qəlbi nurəv-və bəsərəv-və fəhməv-və ilma.

إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِير.

İnnəkə əla kulli şəyin əzim.[17]

 

19) “Allahumm səlli” duasını oxumaq.

 

Misbahul-Mutəhəccid kitabının müəllifi, həmin əsərdə vacib namazlardan sonra 3 dəfə aşağıdakı duanın oxunmasını qeyd etmişdir.

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

Allahummə səlli əla Muhəmmədiv-və ali Muhəmməd.

وَ اجْعَلْ لِي مِنْ أَمْرِي فَرَجاً وَ مَخْرَجاً وَ ارْزُقْنِي مِنْ حَيْثُ أَحْتَسِبُ وَ مِنْ حَيْثُ لاَ أَحْتَسِبُ‏.

Vəc-əl li min əmri fərəcəv- və məxrəca vər-zuqni min həysu əhtəsibu min həysu la əhtəsib.[18]

Qeyd etmək istəyirəm ki, Həzrət Yusif (ə.s) zindanda olarkən, Həzrət Cəbrail bu duanı ona öyrətmişdir.

 

20) “Rəziytu billah” duasını oxumaq.

 

Kəfəminin (r.ə) Misbah kitabında bu duanın namazlardan sonra oxunması qeyd olunmuşdur. Həmin dua:

 

رَضِيتُ بِاللَّهِ رَبّاً وَ بِالْإِسْلاَمِ دِيناً وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّاً وَ بِعَلِيٍّ إِمَاماً

Rəziytu billahi Rəbba və bil-İslami dina və bi Muhəmmədin səlləllahu ələyhi və alihi nəbiyya və bi Əliyyi imama,

وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسَى‏ وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ عَلِيٍّ

Və bil-Həsəni vəl-Husəyni və Əliyyiv-və Muhəmmədiv-və Cəfəriv-və Musa və Əliyyiv-və Muhəmmədiv-və Əliyyiv

وَ الْحَسَنِ وَ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِمُ السَّلاَمُ أَئِمَّةً وَ سَادَةً وَ قَادَةً بِهِمْ أَتَوَلَّى وَ مِنْ أَعْدَائِهِمْ أَتَبَرَّأ.

Vəl-Həsəni vəl-xələfis-salihi ələyhimus-salam, əimmətuv-və sadatav-və qadətəm-bihim ətəvəlla və min ədaihim ətəbərra.[19]

 

Başqa bir kitabda həmin dua belə qeyd olunmuşdur:

 

رَضِيتُ بِاللَّهِ رَبّاً وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّاً وَ بِالْإِسْلاَمِ دِيناً وَ بِالْقُرْآنِ كِتَاباً وَ بِالْكَعْبَةِ قِبْلَةً

Rəziytu billahi Rəbba və bi Muhəmmədin səlləllahu ələyhi və alihi Nəbiyya və bil-İslami diyna və bil-Qurani kitaba və bil-Kəbəti qibləh,

وَ بِعَلِيٍّ وَلِيّاً وَ إِمَاماً وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ‏ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ

Və bi Əliyyiv-vəliyya və imama və bil-Həsəni vəl-Husey və Əliyyibnil-Husəyn və Muhəmmədibni Əliyy və Cəfəribni Muhəmməd,

وَ مُوسَى بْنِ جَعْفَرٍ وَ عَلِيِّ بْنِ مُوسَى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ

Və Musəbni Cəfər və Əliyyibni Musa və Muhəmmədibni Əliyy və Əliyyibni Muhəmməd vəl-Həsənibni Əliyy,

وَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَئِمَّةً

Vəl-Huccətibnil-Həsən salavatullahi ələyhim Əimməh.

اللَّهُمَّ إِنِّي رَضِيتُ بِهِمْ أَئِمَّةً فَارْضَنِي لَهُمْ إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِير.

Allahummə inni Rəziytu bihim Əimməh, fərzəni ləhum innikə əla kulli şəyin Qədir.[20]

 

21) “Subhanəllahi kulləma” duasını oxumaq.

 

Bir çox hədis kitablarında ras gəlinən və vacib namazlardan sonra oxunan dualardan biri də bu duadır.

 

سُبْحَانَ اللَّهِ كُلَّمَا سَبَّحَ اللَّهَ شَيْ‏ءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُسَبَّحَ‏ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ

Subhanəllahi kulləma səbbəhəllahə şəyun və kəma yuhibbullahu əy-yusəbbəhə və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchih,

وَ عِزِّ جَلاَلِهِ‏ وَ الْحَمْدُ لِلَّهِ كُلَّمَا حَمِدَ اللَّهَ شَيْ‏ءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُحْمَدَ وَ كَمَا هُوَ أَهْلُهُ

Və izzi cəlalihi vəl-həmdu lillahi kulləma həmidəllahə şəyuv-və kəma yuhibbullahu ən yuhmədə və kəma huvə əhləh,

وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلاَلِهِ‏ وَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ كُلَّمَا هَلَّلَ اللَّهَ‏ شَيْ‏ءٌ

Və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalihi və la ilahə illəllahu kulləma həllələllahə şəy,

وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُهَلَّلَ‏ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلاَلِهِ‏

Və kəma yuhibbullahu ən yuhəllilə və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih,

وَ اللَّهُ أَكْبَرُ كُلَّمَا كَبَّرَ اللَّهَ شَيْ‏ءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُكَبَّرَ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ

Vəllahu əkbəru kulləma kəbbərəllahə şəyun və kəma yuhibbullahu ən yukəbbərə və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchih,

وَ عِزِّ جَلاَلِهِ‏ سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ اللَّهُ أَكْبَرُ عَلَى كُلِّ نِعْمَةٍ

Və izzi cəlalihi subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbəru əla kulli niməh,

أَنْعَمَ بِهَا عَلَيَ‏ وَ عَلَى كُلِّ أَحَدٍ مِنْ خَلْقِهِ مِمَّنْ كَانَ أَوْ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ

ənəmə biha əla və əla kulli əhədim-min xəlqihi mimmən kanə əv yəkunu ila yəvmil-qiyaməh,

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَسْأَلُكَ مِنْ خَيْرِ مَا أَرْجُو

Allahummə inni əsəkukə ən tusəlliyə əla Muhəmmədiv-və ali Muhəmməd və əsəlukə min xəyri ma ərcu,

وَ خَيْرِ مَا لاَ أَرْجُو وَ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا أَحْذَرُ وَ مِنْ شَرِّ مَا لاَ أَحْذَر.

Və xəyri ma la ərcu və əuzu bikə min şərri ma əhzərə və min şərri ma la əhzər.

 

22) “Ya mən yəşğəluh” duasını oxumaq.

 

Muhəmməd ibn Hənəfiyyə dryir: Həzrət Əmirəl-Möminin Əli ibn Əbu Talib (ə.s) Kəbəni təvaf edərkən, bir kişinin Kəbənin pərdəsindən yapışaraq aşağıdakı duanı oxuyurdu. Həzrət Əmirəl-Möminin ona buyurdu: Bu sənin duandır? Həmin kişi cavab verdi: Siz bu duanı eşitmisiz? Həzrət buyurdu: bəli eşitmişəm, hər namazın sonundu bu duanı oxu. And olsun O Allaha ki, canım onun əlindədir, əgər sənin günahların göydəki ulduzların sayı, onların diyametri, yerin çınqılları və tozları qədər olsa belə, Allah səni bağışlayardı.

 

يَا مَنْ لاَ يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ وَ يَا مَنْ لاَ يُغَلِّطُهُ السَّائِلُونَ

Ya mən la yəşğələhu səmun ən səmin və ya mən la yuğəllituhus-sailun,

وَ يَا مَنْ لاَ يُبْرِمُهُ إِلْحَاحُ الْمُلِحِّينَ‏ أَذِقْنِي بَرْدَ عَفْوِكَ وَ حَلاَوَةَ رَحْمَتِكَ وَ مَغْفِرَتِك.

Və ya mən la yubrimuhu ilhahul-mulihhin, əziqni bərdə əfvikə və həlavətə rəhmətikə və məğfirətik.[21]

 

23) “La ilahə illəllah” duasını oxumaq.

 

Şeyx Səduqun (r.ə) Muqniə kitabında vacib namazlardan sonra, Xanım Fatiməyi Zəhranın (s.ə) təsbihatını dedikdən sonra bu duanın söylənməsi qeyd olunmuşdur. Həmin dua:

 

لاَ إِلَهَ إِلاَّ اللَّهُ إِلَهاً وَاحِداً وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ لاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ‏ مُخْلِصِينَ لَهُ‏ اَلدِّينَ

La ilahə illəllahu İlahəv-vahidəv-və nəhnu ləhu muslimun, la ilahə illəllahu və la nəbudu illa iyyahu muxlisinə ləhud-din,

وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّنَا وَ رَبُّ آبَائِنَا الْأَوَّلِينَ‏ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ

Və ləv kərihəl-muşrikun, la ilahə illəllahu Rəbbina və Rəbbu abainəl-əvvəlin, la ilahə illəllahu vəhdəhu vəhdəhu vəhdəh,

أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ أَعَزَّ جُنْدَهُ‏ وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ

əncəzə vədəh və nəsərə əbdəh və əəzzə cundəh və həzəməl-əhzab vəhdəhu fələhul-mulku vələhul-həmd,

يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي‏ وَ هُوَ حَيٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِير.

Yuhyi və yumit və yumitu və yuhyi və huvə həyyul-la yəmut, biyədihil-xəyru və huvə əliyyu kulli şəyin qədir.[22]

 

Daha sonra sağ əlinlə saqalından tutaraq, sol əlini asimana tərəf açaraq 3 dəfə de:

 

يَا ذَا الْجَلاَلِ وَ الْإِكْرَامِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْنِي وَ أَجِرْنِي مِنَ النَّار.

Ya zəl-cəlali vəl-ikram, səlli əla Muhəmməd və ali Muhəmməd, vər-həmni və əcirni minən-Nar.[23]

 

24) Şüküt səcdəsi etmək.

 

Belə ki, vacib namazı bitirdikdən sonrs, səcdəyə gedərək 100 dəfə:

شُكْراً شُكْرا

Şükrən, şükrən (Allaha şükür, Allaha şükür)

 

Və ya 100 dəfə:

 

عَفْواً عَفْوا

Əfvən, əfvən (Bağışla, bağışla)

 

Və ya ən azı 3 dəfə:

 

شُكْراً لِلَّه

Şükrən lillah (Şükür Allaha məxsusdur.)

deyilməlidir.

 

25) “Ya Rəbbə Muhəmməd” duasını oxumaq.

 

Namazı bitirdikdən sonra, sağ əlinlə saqalını tutaraq və sol əlini asimana tərəf açaraq 7 dəfə de:

يَا رَبَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَ آلِ مُحَمَّد.

Ya Rəbbə Muhəmməd və ali Muhəmməd, səlli əla Muhəmməd və ali Muhəmməd və əccil-fərəcə ali Muhəmməd.[24]

 

 

Bütün oxucuların nəzərinə çatdırmaq istəyirik ki, qeyd olunan dua və zikirlərin hansını istəsəniz oxuya bilərsiniz.

 

 

HÖRMƏTLİ OXUCULAR! DUALARNIZDA BİZLƏRİ UNUTMAYIN.

 

 

Ustad Hacı Elşən Badkubei

 


[1] Duanın tərcüməsi: O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa ibadətə laiq olan bir Tanrı yoxdur. O, yaşayan və daimən var olandır, Ona tərəf tövbə edərək qayıdıram.

[2] Duanın tərcüməsi: Sənin Rəbbin hər növ eyib və nöqsandan pakdır, Pərvərdigar bütün vasflərdən ucadır, (Allahın) salamı olsun bütün Peyğəmbərlərə və Bütün həmdlər Aləmlərin Pəbinə məxsusdur.

[3] “Ayətəl-Kürsü” duasının tərcüməsi: Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

[4] “Saffat” surəsinin 54, 55, və 56-cı ayələrin tərcümələri: Tərcümə: Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

[5] “Ali İmran” surəsinin 18-ci ayəsinin tərcüməsi” Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.

[6] “Ali İmran” surəsinin 26-cı ayəsinin tərcüməsi: (Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!

[7] “İxlas” surəsinin tərcüməsi: Rəhman və Rəhim Allahın adı ilə başlayıram. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

[8] “Həmd” surəsinin tərcüməsi: Rəhman və Rəhim Allahın adı ilə başlayıram. Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

[9] “Təhlil” duasının tərcüməsi: Şəhadət verirəm ki, Allahdan başqa ibadətə laiq olan Tanrı yoxdur. Onun şəriki yoxdur, yeganədir, təkdir, möhtac deyil, bənzəri yoxdur, evladı yoxdur.

[10] Duanın tərcüməsi: İlahi! Məni özün hidayət et, mənə Öz fəzl və ehsanından artır və rəhmətini mənim üçün genişləndir və bərəkətini mənə nazil et. Sən hər növ eyib və nöqsandan paksan, səndən başqa ibadətə laiq olan bir varlıq yoxdur. (İlahi!) Bütün gönahlarımı bağışla, çün ki, Səndən başqa məxluqatının gönahlarının hamısını bağışlayan bir kəs yoxdur. (İlahi!) Elminin əhadə etdiyi hər xeyri səndən istəyirəm və elminin əhatə etdiyi həz şərdən sənə sığınıram. İlahi! Butun işlərdə səndən afiyət diliyirəm və dünyanın xarlığından və axirətin əzabından sənə pənah aparıram. İlahi! əzəmətli zatına və heç kəsin görmədiyi əzəmətinə və heç kəsin gücü çatmadığı qudrətinə sığınıram ki, məni dünya və axirət şərrindən, aləmin bütün dərdlərindən və məhar etdiyin bütün canlıların xətərlərindən qoru. (Təsdiq edirəm ki) həqiqətən Pərvərdigarım düz yoldadır və heç bir qudrən onun qudrətindən yüksək deyil. Heç vaxt ölməyən, O varlığa təvəkkül edirəm və bütün həmdlər evladı olmayan Pərvərdigara məxsusdur. Və (O Pərvərdigar ki,) mülk və səltənətdə şəriki olmaz və izzətini artıracaq yavəri yoxdur və onu əzəmətlə yad edirəm.

[11] Duanın tərcüməsi: İlahi, əməlimdənsə, Sənin bəxşeşinə ümüdvaram, əlbətdə Sənin rəhmətin, günahımdan böyükdür. İlahi, günahım Sənin yanında böyük olmasına baxmayaraq, Sənin əfvin və bəxşeşin günahımdan böyükdür. İlahi, mən sənin rəhmətinə laiq olmamağıma baxmayaraq, Sənin lütfün məni əhatə etməyə laiqdir. Çün ki, sənin rəhmətin hər şeyi əhatə edir, ey rəhim edənlərin Rəhimlisi.

[12] Duanın tərcüməsi: İlahi, Səndən dünya və axirətdə əff, bəxşeş, hər büdrəlişdə salamatlıq və asayiş diləyirəm.

[13] Duanın tərcüməsi: İlahi! Mən sənin Səni gizli, pünhan adına ki, pak, pakizə, mübarəkdir, təvəssül edərək, huzurundan diləyirəm. Ey əvəzsiz bəxşiş edən və ey əsirləri azad edən və ey cəhənnəm atəşindən məxluqatı çəkindirən, Sənin böyük adına və qədim səltənətinə təvəssül edərək, istəyirəm. (İlahi!) Səndən diləyim budur ki, (Həzrət) Peyğəmbər və onun ailəsinə salam göndərədən və məni də ğəzəbinin atəşindən xilas edəsən. (İlahi! Diləyim budur ki,) məni dünyadan təmiz imanla aparasan və əmin-amanlıq olan cənnətinə daxil edəsən. (İlahi! Diləyim budur ki,) Mənim duam, birinci nicat səbəbim olsun, sonra nuraniyətə səbəb olsun, daha sonra öz məsəhətinlə qabul edəsən. (Çünki) yalnız Sənsən bütün aləmlərin sirini bilən.

[14] Duanın tərcüməsi: Mən özümü, dinimi, malımı, övladlarımı, dini qardaşlarımı, Rəbbimin mənə verdiyi nemətlərimi, Və işlərimin aqibətini və mənə mərbut olan hər şeyi, Tək, Yeganə, Əbədi olan, doğmayıb və doğulmayıb və tayə bərabəri olmayan Allaha həvalə edirəm. Sübhün Rəbbinə, yaratdıqlarının şərindən və zülmətə bürünməkdə olan gecənin şərindən və (vsun oxuyub) düyünlərə üfürən qadınların şərindən və bir də paxıllığı tutanda paxılın şərindən pənah aparıram. Və İnsanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların Tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən, o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (o şeytan ki,) cinlərdəndə olur, insanlardan da, (və ya o şeytan) istər cinlərdən olsun, istər insanlardan, pənah aparıram.

[15] Duanın tərcüməsi: İlahi, Sən salamatsan və əmin-amanlıqda Səndəndir və əmin-amanlıq Sənindir, əmin-amanlıq Sənə qayıdır. (Ey Peyğəmbər) Sənin qudrət sahibi olan Rəbbin onların vəsf etdiklərinə görə pak və muqəddəsdir və Elçilərə salam olsun və aləmlərin Rəbbi Allaha həmd olsun. Salam olsun sənə ey Peyğəmbər və Allahın rəhmət və bərəkəti və salamı olsun hidayət edən İmamlara, Allahın bütün Peyğəmbərlərinə, elçilərinə və mələklərinə salam olsun. Bizə və Allahın saleh bəndələrinə salam olsun, Salam olsun Əmirəl-muminin (imam) Əliyə (ə.s), salam olsun Cənnət cavanlarınin ağaları (imam) Həsən (ə.s) və (imam) Hüseynə (ə.s), Salam olsun (imam) Əli ibn əl-Hüseynə ki, Zeynul-Abidindir (ə.s), salam olsun Peyğəmbərlərin elmi (imam) Muhəmməd ibn Əliyyi Baqirə (ə.s), Salam olsun (Həzrət) Cəfər ibn Muhəmməd Sadiqə (ə.s), salam olsun (Həzrət) Musa ibn Cəfəri Kazıma (ə.s), salam olsun (Həzrət) Əli ibn Musa Rızaya, salam olsun (Həzrət) Muhəmməd ibn Cavada, salam olsun (Həzrət) Əli ibn Muhəmməd Hadiyə (ə.s), salam olsun Həsən ibn Zəkəriyyə Əskəriyə, salam olsun Hüccət ibn Həsənə, Qaimə, Mehdiyə. Allahın duası onların hamısına olsun.

[16] Duanın tərcüməsi: İlahi bu mənim namazımdır, mən onu nə Sənə möhtac olaraq, nə də ehtiramdan başqa bir istəklə qılmadım. Və itaətdə və mənə buyurduqlarına cavab olaraq, Ey Allahım, əgər onun rüküsunda qüsur və səcdəsində  əskiklik varsa, məni qınama və rəhmətinlə qabul edib bağışlanmağımı üstün et, Ey rəhim edənlərin ən Rəhimlisi.

[17] Duanın tərcüməsi: Öz səltənətinin əhlinə hücum etməyən (O Allah) pakdır, yer əhlinə əzabın rəngləri ilə yaxınlaşmayan (O Allah) pakdır, Rəhman və Rəuf olan Allah pak və müqəddəsdir. İlahi, mənim qəlbimə nur və bəsirət və idrak və elm yerləşdir. Doğurdanda Sən hər şeyə qadirsən.

[18] Duanın tərcüməsi: İlahi, Muhəmməd və Onun ailəsinə salavat göndər və işimə mənim üçün bir rahatlıq və çıxış yolu qərar ver və mənə gözlədiyim və gözləmədiyim yerdən ruzi göndər.

[19] Duanın tərcüməsi: Mən Rəbb olaraq Allahdan, din olaraq İslamdam, Peyğəmbər olaraq Muhəmməddən (Allah ona və ailəsinə salam göndər), imam olaraq Əlidən (ə.s) xoşnudam. Və Həzrət Həsən və Hüseyn və Əli və Muhəmməd və Cəfər və Musa və Əli və Muhəmməd və Əli və Həsən və Onların saleh övladı Həzrəti Məhdi mənim İmamlarımdır. Onlara salam olsun ki, mənim İmamlarım və böyüklərim və rəhbərlərimdirlər.  Onlara sığınıram və düşmənlərindən bizaram.

[20] Duanın tərcüməsi: Mən Rəbb olaraq Allahdan və Peyğəmbər olaraq Muhəmməddən (Allahın salamı olsun ona və ailəsinə) və din olaraq İslamdan və kitab olaraq Qurandan və qiblə olaraq Kəbədən, vəli və İmam olaraq Əlidən (ə.s) və Əimmə olaraq Həsəndən, Huseyndən, Əli ibn Hüseyndən, Muhəmməd ibn Əlidən, Cəfər ibn Muhəmməddən, Musa ibn Cəfərdən, Əli ibn Musadan, Muhəmməd ibn Əlidən, Əli ibn Muhəmməddən, Həsən ibn Əlidən və Hüccət ibn Həsəndən ki, Allahın salavatı olsun onlara, razıyam. İlahi, Mən onlardan rəhbər olaraq razıyam, Onları məndən razı sal, doğurdanda Sən hər şeyə qadirsən.

[21] Duanın tərcüməsi: Ey bəndələrin dualarını eşitməkda narahat olmayan və ey soruşanlarda yanılmayan və ey müdriklərin iztirabında yorulmayan, mənə əfvinin ləzzətini və rəhmətinin şirinliyini və bağışlamağının dadını lütf et.

[22] Duanın tərcüməsi: Allahdan başqa Tanrı yoxdur, bir olan Allahdır, bizdə ona təslim oluruq, Allahdan başqa məbud yoxdur və biz ondan başqa heç kəsə ibadət etmirik muşriklər bundan nifrət etsələr belə. Bizim Rəbbimiz və atalarmızın Rəbbi olan Allahdan başqa məbud yoxdur. Allahdan başqa ibadətə laiq olan məbud yoxdur, O təkdir, təkdir, təkdir və vədini yerinə yetirəndir və bəndəsinə kömək edəndir və ordusunu gücləndirən və düşmənini məğlub edəndir. Mülk ona məxsusdur və bütün həmdlər ona aitdir, və O dirildir və öldürür və öldürən və dirildəndir və O sağdır və yaxşılıq onun əli ilə ölmür və O hər şeyə qadirdir.

[23] Duanın tərcüməsi: Ey əzəmət və izzət sahibi, Muhəmməd və ailəsinə salavat göndər, mənə rəhm et və məni Cəhənnəmdən qoru.

[24] Duanın tərcüməsi: Ey Muhəmməd və ali Muhəmmədin Rəbbi, Muhəmməd və ali Muhəmməd salam göndər və ali Muhəmmədin zuhurunu təcil et.

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.