Allahı Tanıma.

1- Rəsuli- Əkrəm(s.ə.a.v) - Əməllərin ən yaxşısı Allahı tanımaqdır. Elm əməlinin az və ya çox olmasından asılı olmayaraq sənə xeyir verer. Nadanlıq isə əməlinin az və çox olmasına baxmayaraq sənə mənfəət verməz.

2- İmam Əli (ə) - Böyüyüb Allahı tanımamaqdansa, uşaq ikən ölüb behşitə getməyi sevirəm.

3- İmam Əli (ə) - Əgər fikrini bir yere yığıb yollarını arasan görərsən ki, qarışqanı yaradan elə həmin xurma ağacını da yaradanadır.(Bu yaranış) onlarda işlənmiş məharətli bir zərifliyi və seçimi göstərir. Onlar böyük-kiçik, ağır-yüngül, güclü-zəif, olmalarına baxmayaraq, yaranışında Allah üçün eynidilər.

4) İmam Rza (ə) - Dedim Allah lətifdir, çünki lətafəti yaratmışdır və lətif olan şeylərə agahdır. Onun yaratdıqlarının əsər - əlamətini həm incə həm də incə olmayan bitgilərdə, xırda və böyük canlılarda, ağcaqanad və ondanda kiçik olan, gözlə görünməsi mümkün olmayıb erkək və dişiliyi bilinməyən heyvanlarda görmürsənmi?!. Onun yaratdıqlarında incəlik və lətafəti gördükdə bildim ki, bu yaranmışların yaradanıda lətifdir.

5) Rəsul - Əkrəm (s.ə.a.v.) - Allah yeri və göyləri yaratdığı zaman hər biri göylərlə yerin arası əhatə edə bilən yüz rəhmət də yaratdı. Onlardan birini yerdə qərar verdi. Məhz o rəhmətlə ana öz balasına, vəhşi heyvanlar bir- birlərinə və quşların bəzisi digərinə məhəbbət göstərir. Doxsan doqquzu isə Qiyamətə qalmışdır. Qiyamət günü olduqda bu bir rəhmətdə onlara qoşular.

6) İbn Əbil Ovca İmam Sadiqdən (ə) soruşdu: - Nəyə görə Allah Özü pərdə arxasına çəkilmiş və insanlar üçün Peyğəmbər(s.ə.a.v.) göndərmişdir? İmam buyurdu:- Vay olsun sənə! Qüdrətini elə sənin özündə sənə göstərən kəs pərdə arxasında ola bilərmi?! Səni yoxdan yaratmış, kiçik olduqdan sonra böyütmüş, zəiflikdən sonra qüvvətli etmişdir... İbn Əbil Ovca deyir: Həzrət mənim vücudumda olan İlahi qüdrət- nişanələrini biri digərindən sonra sayır, mənsə onların heç birini inkar edə bilmirdim. Elə bilirdim ki, indicə Allah mənimlə onun arasında zahir olacaqdır.

7) İmam Əli (ə) - (Bütün dünyadakı) su damlalarının, göydə olan ulduzların. küləyin havada səpələdiyi tozların sayı. qarışqanın daş üstündə etdiyi hərəkət və zülmətli gecedə yatması Ona (Allaha) gizli deyildir. Yarpaqların töküldüyü yeri və göz qırpımlarını da bilir.

8) İmam Əli (ə) - (Allah) qəlblərində sirr saxlayanların sirrini, pıçıltı ilə söhbət edənlərin sözünü, xatirələrdə (qəlblərdə) olan gumanları və yəqinə əsaslanıb qəbul edilən hər bir qərarı bilir.

9) İmam Əli (ə) - İnsanların içində Allahı daha çox tanıyanlar Ondan çox şey istəyənlərdir.

10) İmam Əli (ə)- Yaxşı olar ki, mütəal Allahı tanıyan bir insan qəlbini heç vaxt Ona olan ümid və xofdan boş qoymasın.  

 

  • Namaz Vaxtları
  • Hədislər
  • Sual-Cavab
Tarix: 23/06/2018
Sübh Azanı 6:34
Günəş çıxır 8:1
Zöhr azanı 12:40
Gün batan vaxtı 17:19
Məğrib azanı 17:35
Gecənin yarısı 23:44
Bismillah.Salam ruh usaga ana betninde nece yasda verilir.
Imam Baqir : Men Ebu bekir ve Omerin feziletli sehabler oldugunu bilirem. ancaq Ebu bekir daha efzeldir( ehli sie el ihticac seh 230.kerbala capi)Assalamu Aləykum.Bu hədisidə bir sübut kimi irəli sürürlər... Bu kitabda belə bir hədis varmı?Allah razı olsun.
Imam Sadiqin(e) yanina gelen qadin ondan sorusur : Ebu bekir ve Omerin xelifeliyini qebul ede bileremmi" Imam Sadiq " beli " deyrek cavab verir. Qadin : Allahin hzurunda bunu sen emr etdin deye bileremmi Ceferi Sadiq beli deye cavab veriri (ehli sie Er ravza minel kafi 8/101,239) Şeyx Yaqub Kuleyni. Kitabın əsl adı Usuli Kafidi bildiyim qederi ile ve biz şiələrin mütəbər kitablarimizdandir. Bir sünni bu kitabda bele bir hedisin olduğunu iddia edir bu ne derecede doğrudur?cavabinizi gözləyirəm Allah razı olsun.
Salam elekum. Sizə qurban.bilmək istəyirəm ki əgər levi su çəkib ondan dəstəmaz,qüsul,və içmək üçün istifade etmek olar?
Salam elekum. Allah sizleri hifz eləsin. Mənim sualım belədi.alın yazısı var?
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün duası

یا رب العالمین

ya rabbəl aləmin

 

 

 

 

 

Maarif TV
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.