Xulud (əbədi qalma)
2015-01-12 01:45:15

Bismilləhir Rahmənir Rahim

Xulud (əbədi qalma)

Biz inşaallah bu məqalədə Allahın "ədaləti" və insanların "cəhənnəmdə əbədi qalmaları" haqqlnda danışmaq istəyirik. Allah Taala Qurani Kərimin bəzi ayələrində kafirlərin əbədi olaraq cəhənnəmdə möminlın isə cənnətdə qalacaqlarına işarə vurmuşdur. Belə ki, Tövbə surəsinin 68-ci ayəsində buyurur:

وعد الله المنافقين و المنافقات و الكفار نار جهنم خالديد فيه)ا)

Allah munafiq kişilərə və  qadinlara və kafirlərə əbədi qalacaqlari hənnəm odu vəd  etmişdir.                                                                                                                                                                                               Digər ayədə möminlərin cənnətdə əbədi qalacaqlarına işarə vurarar buyurur:

وعد الله المومنين والمومنات جنات تجري من تحتها انهار خاليدىن فيها))

(Allah iman gətirən kişi  və qadınlara ağacların altında çaylar axan bağlar vəd verib və onlar əbədi olaraq orada qalacaqlar)

Yuxarıda zikr olunan ayədə adları çəkilən münafiqlərin nə üçün əzablarının daha da ağır və şiddətli olmalarının bəzi səbəblərini zikr edək:

  1. Onlar insanlari pis yollara dəvət edir və onları  həvəsləndirirlər.
  2. Onlar insanları yaxşı əməllərdən uzaqlaşdırlar.
  3. Onlar axirət aləminə inanmadıqlalrına görə  xeyirxah işlərdən çəkinir və Allah yolunda heç kimə yardım etməzlər.
  4. Onlar zahirdə Allaha inandıqlarını iddia edir, lakin əslində Allaha nəinki itaət edirlər əksinə ona qarşı üsyan edir və bu yolda gedənləri çəkindirmək üçün əllərindən gəldiklərini əsirgəməzlər.

Münafiqlərin müqabilində Allaha həqiqi mənası ilə inanan, ona itaət edən və bütün Allah bəyənən sifətləri özündə cəm etməyə çalışan möminlərdə vardır ki, Alla Taala onlara cənnət vəd etmişdir. O xüauaiyyətlərdən bəzilərini zikr edək:

  1. Onlar insanları yaxşı əməllərə dəvət edirlər.
  2. Onlar insanları pis və çirkin əməllərdən çəkindirirlər.
  3. Onlar münafiqlərin əksinə olaraq Allahı unutmur və heç bir zaman paxıllıq etmədən öz mallarını Allah yolunda xərcləyərlər.  
  4. Onlar Allahın əmirlərinə itaət edir və bununlada Allahın rəhmət və məğfirətini qazanmağa çalışırlar.

Burada belə bir sual meydana gəlir ki, necə ola bilər müəyyən bir zaman pis iş görmüş və günah etmiş insan əbədi olaraq cəzaya layiq olsun və əbədi cəhənnəmdə qalsın? Ümunmiyyətlə günahla cəza arasında uyğunluq olamılıdırmı?

Bu suallara cavab olaraq  onu deyək ki, qiyamət günündə olan cəzalar dünya həyatında olan cəzalardan olsuqca fərqlidir. Belə ki, dünya həyatında edilən müəyyən bir cinayətə görə (məs: oğurluq, qətl)  bir müddət həbs cəzası verilir. Amma Qiyamət günündə insanlara verilən cəza insanların əməllərinin xüsusiyyəti və əməllərinin təsirinə görə verilir. Başqa sözlə desək cəzalar dünya əməllərinin nəticə və təsirləridir.

Bir gün loğman oğluna deyir: "Oğlum bu dünya ekin yeri, axirət isə biçin yeridir" Yəni bu dünyada nə əməl eləsən onun əvəzini mütləqən görəcəksən. Buna misal olaraq onu deyək ki, bir ağacı yandırmaq üçün bir neçə saat lazım gəlir, amma onu ildirım vursa bir neçə dəqiqədə yanıb külə dönə bilər.                                                                                                                                                                                                                                                                                                                                   

Qiyamət günündə verilən cəzalar edilən işin mahiyyətinin müqabilində verilir və bunun Allahın ədaləti ilə heç bir ziddiyyəti yoxdur. Cəzanın müddətinin cinayətin müddətinin miqdarı və müddəti qədər olmasını iddia edənlər düzgün düşünmür və xətaya yol verirlər, çünki cəzanın müddəti günahın baş verdiyi müddətlə deyil, onun dərəcəsi və özündən sonra qoyduğu nəticə və təsiri ilə ölçülür. Belə ki, əgər bir şəxs günahsız bir insanı öldürsə bəzən ona həmişəlik həbs cəzası verirlər. Göründüyü kimi günah bir anlıq baş versədə onun cəzası illərlə çəkir və heç kim bunu zülm saymır. Bunun da əsas səbəbi bu cinayətin zamana görə deyil onun qoyduğu nəticə və təsiri mühümdür. Allah Qurani Kərimdə Yasin surəsinin  54-cü ayəsində buna işarə vuraraq buyurur:    

فاليوم لا تظلم نفس شيئا و لا تجزون الا ما كنتم تعملون 

Bu gün(qiyamət günü) heç bir kimsəyə zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız.

Deməli insanların əbədi olaraq cəzaya və ya mükafata layiq olmaları insanın etdiyi əməlinin dərəcəsi ilə ölçülür və insan həmişəllik olaraq axirətdə öz məkanını və qalacağı yeri təyin edir.     

İmam Cəfər Sadiq (ə.s) adına dini təhsil ocaqının tələbəsi Saməddin İmranoğlu novruzuv.

  • Namaz Vaxtları
  • Hədislər
  • Sual-Cavab
Tarix: 16/07/2018
Sübh Azanı 3:10
Günəş çıxır 5:12
Zöhr azanı 12:43
Gün batan vaxtı 20:15
Məğrib azanı 20:38
Gecənin yarısı 23:42
Bismillah.Salam ruh usaga ana betninde nece yasda verilir.
Imam Baqir : Men Ebu bekir ve Omerin feziletli sehabler oldugunu bilirem. ancaq Ebu bekir daha efzeldir( ehli sie el ihticac seh 230.kerbala capi)Assalamu Aləykum.Bu hədisidə bir sübut kimi irəli sürürlər... Bu kitabda belə bir hədis varmı?Allah razı olsun.
Imam Sadiqin(e) yanina gelen qadin ondan sorusur : Ebu bekir ve Omerin xelifeliyini qebul ede bileremmi" Imam Sadiq " beli " deyrek cavab verir. Qadin : Allahin hzurunda bunu sen emr etdin deye bileremmi Ceferi Sadiq beli deye cavab veriri (ehli sie Er ravza minel kafi 8/101,239) Şeyx Yaqub Kuleyni. Kitabın əsl adı Usuli Kafidi bildiyim qederi ile ve biz şiələrin mütəbər kitablarimizdandir. Bir sünni bu kitabda bele bir hedisin olduğunu iddia edir bu ne derecede doğrudur?cavabinizi gözləyirəm Allah razı olsun.
Salam elekum. Sizə qurban.bilmək istəyirəm ki əgər levi su çəkib ondan dəstəmaz,qüsul,və içmək üçün istifade etmek olar?
Salam elekum. Allah sizleri hifz eləsin. Mənim sualım belədi.alın yazısı var?
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün duası
یا ارحم الراحمین

 

 

 

 

Maarif TV
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.