“BƏQƏRƏ” SURƏSİNİN 3-4-Cİ AYƏLƏRİNİN TƏRCÜMƏSİ
2023-07-16 11:23:11

Bismillahir-Rəhmanir-Rəhim

“BƏQƏRƏ” SURƏSİNİN 3-4-Cİ AYƏLƏRİNİN TƏRCÜMƏSİ

 

الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَ يُقِيمُونَ الصَّلَوةَ وَ ممِّا رَزَقْنَاهُمْ يُنفِقُون‏

 

O kəslər ki (Müttəqilər, təqvalılar, fitri təqva sahibi olanlar və əzabdan xilas olmaq istəyənlər), qeybə [qeyb aləminə, hisslərdən və gözlərindən gizli olana və Bizə ağılları xaricində (Allaha, vəhyə, mələklərə, Miada, qiyamətə, cənnətə və cəhənnəmə inanır və)] iman gətirənlərdir; Onlar beş vaxt namaz qılır (haqqa təslim olarlar) və qazandıqlarından, (Onlara verdiyimiz bütün nemətlərdən Allah yolunda kasıblara, miskinlərə, layiq olanlara və ba.qalarına kömək edib, zəkat, sədəqə və ehsan verib, infaq edib, fayda verib və) xərcləyirlər.

 

وَ الَّذِينَ يُؤْمِنُونَ بمِا أُنزِلَ إِلَيْكَ وَ مَا أُنزِلَ مِن قَبْلِكَ وَ بِالاَخِرَةِ هُمْ يُوقِنُون‏

 

Və O kəslər ki, Allahın sənə nazil edilənə (Quranda və şəriətdə) və səndən əvvəlki (peyğəmbərlərə) nazil edilənə (Tövratda, Zəbura, İncildə, İbrahimin kitablarında və digər nazil olan kitablarda) iman gətirir müttəqilərdir. və özləri də qiyamət gününə tam əmindirlər (yəni bu dünyadan sonrakı başqa bir dünyada və bu bədən məhv edildikdən sonra onların yəqin və əqidəsi var ki, orada dünyada etdikləri əməllərdən daha çox yaxşı əməllərin cəzasını alacaqlar.).

 

Ardı var

 

Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.