MUHƏRRƏM AYININ 1-CI GECƏ VƏ GÜNÜNÜN ƏMƏLLƏRİ
2023-07-18 09:05:24
Bismillahir-Rəhmanir-Rəhim
MUHƏRRƏM AYININ BİRİNCİ GECƏ VƏ GÜNDÜZÜNÜN ƏMƏLLƏRİ
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
Məhərrəm ayının ilk gecəsi və gündüzü qəməri ilinin birinci günü kimi, dua kitablarındə xüsusi dualar və ayinlərə qeyd olunmuşdur.
1- Muhərrəm ayının birinci gecəsi:
Muhərrəm ayının birinci gecəsi dedikdə, Zil-Hiccə ayının sonuncu gününün axşam azanından sübh azanına qədər olan vaxt nəzərdə tutulur. Bu vaxt ərzində bir neçə əməllər dua kitablarında qeyd olunmuşdur.
a) Yüz rəkətli namaz: Səyyid ibn Tavus[1] “İqbal”[2] kitabında bu gecə üçün yüz rəkəyli namazın qılınmasını qeyd etmişdir. Həmin namazın qılınma qaydası barədə qey edir ki, bu namaz sübh namazı kimi qılınmalıdır. Yəni namaz iki rəkət iki rəkət qılınmalı və namazın hər rəkətində “Həmd”[3] surəsindən sonra bir dəfə “İxlas”[4] surəsi oxunmalıdır.
Seyyid ibn Tavusun buyurduğuna görə, bu namaz əlli dəfə iki rəkətli, sübh namazı kimi qılınmalıdır.
b) Dua kitablarında bu gecə üçün qılınması bəyənilən digər iki rəkətli namazda qeyd olunmuşdur. Həmin namazın qılınma qaydası barədə, Seyyid ibn Tavus “İqbal” kitabındə belə yazır: Bu gücədə qılınması bəyənilən namazlardan biridə, iki rəkətli namazdır. Namazın birinci rəkətində, “Həmd” surəsindən sonra “Ənam”[5] surəsi, ikici rəkətində “Həmd” surəsindən sonra “Yasin”[6] surəsi oxunur.
c) Bu gecənin digər namazı da vardır ki, həmin namaz öncəki namaz kimi iki rəkətdən ibarətdir. Lakin öncəki namazdan fərqli olaraq, bu namazın hər iki rəkətində “Həmd” surəsindən sonra on bir dəfə “İxlas” surəsi oxunur.
d) Əhya saxlamaq: “Misbahul-Munir” kitabının müəllifi, Şeyx Tusi (r.ə) öz əsərinin 783-cü səhifəsində, bu gecəni səhərə qədər ibadətlə keçirərək, əhya (oyaq qalmaq) saxlamağı qeyd etmişdir. Əlbətdə əhyadan məqsəd bu gecəni, namaz qılmaq, dualar oxumaq və çoxlu Quran tilavəti ilə keçirməlidir.
2- Ayının birinci gününün əməlləri:
a) Oruc tutmaq: Hər il Məhərrəm ayının birinci günü qəməri ilin birinci günüdür. İmam Muhəmməd Baqirdən (ə) rəvayət edilmişdir: “Hər kim bu gündə oruc tutsa, Zəkəriyyanın (ə) duasını qəbul olunduğu kimi onun da duasını qəbul olar”.
Şeyx Tusi[7] bildirib ki, Məhərrəm ayının ilk on gününü oruc tutmaq müstəhəbbdir, lakin Aşura günü oruc tutulmamalıdır və əsrdən sonra yemək və şərabdan uzaq durmalı və az miqdarda türbət yeməsi bəyənilib.
b) İmam Rzadan (ə) rəvayət olunur ki, Peyğəmbər (s) Məhərrəm ayının birinci günü iki rükət namaz qılardı və namazı bitirdikdən sonra əllərini qaldırıb bu duanı üç dəfə oxuyardı:
اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَان
Allahummə əntəl-İlahul-Qədim (İlahi, Sən əzəli Tanrısan), və hazihi sinətun cədid (və bu yeni ildir), fə-əsəlukə fimhəl-ismətə minəş-şəytan (bəs Səndən məni şeytandan qorumağını istəyirəm),
وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاِشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيم
vəl-quvvətə əla hazihin-nəfsil-əmmarəti bis-sui (və Səndən pisliyi əmr edən bu nəfsə qüvvət istəyirəm) vəl-iştiğalə bima yuqərribuni iləykə (və Səndən xahiş edirəm ki, məni sənə yaxınlaşdıran şeylərlə məşğul edəsən) ya Kərim (ey Kərim),
يَا ذَا الْجَلاَلِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لاَ عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لاَ ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لاَ حِرْزَ لَهُ
Ya zəl-Cəlali vəl-İkram (Ey Cəlal və İzzət sahibi!), ya İmadə mən la imadə ləh (ey dayağsızın Dayağı!), ya Zəxirə mən la zəxirə ləh (ey ehtiyatı olmayanın Ehtiyatı!), ya Hirzə mən la hirzə ləh (ey sığınacaqsızın Pənahı!),
يَا غِيَاثَ مَنْ لاَ غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لاَ سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لاَ كَنْزَ لَهُ
Ya Ğiyasə mən la ğiyasə ləh (Ey kimsəsizin Hamisi!), ya Sənədə mən la sənədə ləh (ey arxasızın Dayağı!), ya Kənzə mən la kənzə ləh (ey xəzinəsizin Xəzinəsi!),
يَا حَسَنَ الْبَلاَءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ
Ya Həsənəl-bəla (ey imtahanın yaxşısı!), ya Əzimər-Rica (ey Böyük Ümid!), ya İzzəz-zuəfa (ey zəiflərin izzəti!),
يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ
Ya Munqizəl-ğərqa (ey batanları xilas edən!), ya Munciyəl-həlka (ey həlakda olanı xilas edən!), ya Munimə (ey nemət bəxş edən!), Ya Mucmilu (ey mərhəmətli!) ya mufzilə (ey fəzilət verən!), ya Muhsinu (ey xoşrəftar!).
أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ
Əntəl-ləzi səcədə ləkə (Sənə elə bir varliqsan ki Sənə səcdə edir), səvadul-ləy (gecənin qaranlığı), və nurun-nəhar (və gündüzün işığı), və zəvul-qəmər (və ayın işığı) və şuauş-şəms (və günəşin şüaları).
وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لاَ شَرِيكَ لَكَ
Və dəviyyul-ma (və suyun gurultusu), və həfifuş-şəcər (və ağacların xışıltısı), ya Allah (İlahi!), la şərikə lək (Sənin şərikin yoxdur).
اللَّهُمَّ اجْعَلْنَا خَيْراً مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لاَ يَعْلَمُونَ وَ لاَ تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ
Allahumməc-əlna xəyrən mimma yəzunnun (İlahi, bizi düşünüləndən daha yaxşı et), vəğ-firləna ma la yələmun (və heç kəsə məlum olmayan günahlarımızı bağışla) və la yuaxizna bima yəqulun (və deyilənlərə görə bizi qınama).
حَسْبِيَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
Həsbiyəllah (Allah mənə kifayətdir), la ilahə illah vu (Ondan başqa heç bir Tanrı yoxdur), ələyhi təvəkkəltu (mən Ona təvəkkül etdim) və huvə Rəbbul-ərşil-əzim (və O, böyük ərşin Pərvərdigarıdır).
آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلاَّ أُولُوا الْأَلْبَابِ
Amənna bihi kullu min indi Rəbbina (Biz bunların hamısının Rəbbimizdən olduğuna iman gətirdik) və ma yəzzəkkəru illa ulul-əlbab (və ancaq ağıl sahiblərindən başqa heç kəs bunu bilib, dilə gətirməz).
رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّاب.
Rəbbəna la tuzi qulubəna bədə iz hədəytəna (Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma) və həbləna min lədunkə rəhməh (və bizə Öz tərəfindən bir mərhəmət bəxş et), innəkə əntəl-vəhhab (çünki Sən bizə nemət bəxş edənsən).
Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.
ƏZİZ VƏ HÖRMƏTLİ OXUCULAR! HUALARNIZDA BİZİ UNUTMAYIN
Ustad Hacı Elşən Badkubei
[1] Seyid Əli ibn Musa ibn Cəfər ibn Tavus, hicri qəmərinin yeddinci əsrdə şiə alimlərindən Seyid İbn Tavus (589-664) adı ilə məşhur olmuş, Luhuf (İmam Hüseynin (ə) qətlə yetirilməsi) kitabının müəllifi və Bağdad üzərində Monqol hakimiyyəti dövründə şiələrin lideri olmuşdur. Bəziləri təqvasına, böyük təfəkkürə və mistik hallarına görə onu “Cəmalül-Arifin” adlandırmışlar. İbn Tavusun meyli daha çox əxlaqi-mənəvi məsələlərə, xüsusilə də namaz və ziyarətə yönəlmişdir.
[2] “Əl-İqbalu bil-Əmaəlil-həsənəti fima yəməlu mərrətə fis-sünnə” (Yaxşı işlərə üz tutmaq: ildə bir dəfə edilən əməllər haqqında) “İqbalu-Əmal” kimi tanınan Seyid İbn Tavus tərəfindən ərəb dilində yazılmış kitabdır.
[3] “Həmd” surəsi: Fatihə və ya Həməd surəsi Qurani-Kərimin ilk surəsidir, ləqəbli Ummul-Katab, Məkkə surələrindən biridir və birinci hissədə yerləşir. Bu surə hədislərə görə müxtəsər olsa da, böyük mənada Quranın əsasını təşkil edən Quranın qısa surələrindəndir. Fatihə surəsi vacib və müstəhəb namazlarda oxunur və onun əsas məzmunu tövhid və Allaha şükür etməkdən ibarətdir.
Bu surənin fəzilətində qeyd olunur ki, onun nazil olması İslam ümmətinə əzabın enməsinin qarşısını alacaqdır. Vacib və müstəhəb namazların birinci və ikinci rükətlərində Həməd surəsini oxumaq vacibdir. Xəstə yatağında və ölüləri qəbrə qoyarkən bu surəni oxumaq məsləhətdir.
[4] “İxlas” surəsi: İxlas və ya Tövhid surəsi Quranın 112-ci surəsi və 30-cu fəsildə olan Məkkə surələrindən biridir. Bu surə Allahın birliyindən bəhs etdiyinə və insanı şirkdən azad etdiyinə görə Tövhid və ya İxlas adlanır. “İxlas” surəsinin məzmunu Allahın tövhidi və birliyi və özündən başqa heç bir şeyə ehtiyac duymaması və məxluqların ona ehtiyacı olmasıdır.
“İxlas” surəsinin Quranın üçdə bir hissəsi olması və üç dəfə oxumağın Quranın bir dəfə oxumaqa bərabər olması kimi bir çox fəzilətlərdən bəhs edilmişdir. Hədislərdə gündəlik namazlarda bu surənin oxunmasına çox diqqət yetirilir.
Həzrət Peyğəmbər (s) bir rəvayətdə İmam Əlini (ə) “İxlas” surəsi ilə müqayisə edərək buyurur ki, “İxlas” surəsini üç dəfə oxumaq Quranı tam oxumaq, Əiyə (ə) dili, qəlbi və əməli ilə məhəbbət bəsləmək kimidir.
[5] “Ənam” Surəsi: “Ənam” surəsi yeddinci və səkkizinci hissələrdə yerləşən Quranın altıncı surəsi və Məkkə surələrindən biridir. Bu surənin “Ənam” (dörd ayaqlı deməkdir) adlandırılmasının səbəbi on beş ayəsində dördayaqlının qeyd olunmasıdır. “Ənam” surəsində əsas diqqəti dinin, yəni tövhid, nübüvvət və miad prinsipləridir. Bu surədə İbrahim peyğəmbərin ulduzlara və günəşə ibadət etmək barədə kafirlərlə etirazından və söhbətindən bəhs edilir. 20-ci ayə Peyğəmbərin (s) xüsusiyyətlərinin kitab əhli tərəfindən tanınmasından, 164-cü ayə isə Ənam surəsinin məşhur ayələrindən biridir. Ənam surəsinin bəzi ayələri, məsələn, kafiri öldürmək və lənətləmək, Allaha və Peyğəmbərə (s) yalan danışmaq, Allahın adı çəkilərək kəsilməmiş heyvanın ətini yeməyin haram olması; Bu surənin Əhkam ayələrindən sayılır. Bəzi rəvayətlərə görə, bu surə yetmiş min təsbih mələklə birlikdə Peyğəmbərə (s) nazil olmuşdur və kim onu oxusa, həmin mələklər qiyamətə qədər onun üçün təsbih edərlər.
Hörmətli oxucular! Haqqında söhbət etdiyimiz surə 165 ayədən ibarət olduğuna görə, bu yazımızda həmin surəni qeyd etməmişik.
[6] “Yasin” surəsi: Yas surəsi Quranın 22 və 23-cü hissələrinə daxil olan otuz altıncı və Məkkə surələrindən biridir. Bu surə “Ya və Sin” hərfləri ilə başladığı üçün bu adla tanınır. Rəvayətlərə görə, Yas surəsi Quranın qəlbi adlandırıldığı qədər Quranın ən nəcib surələrindən biridir. Yas surəsi dininin üç əsası, tövhid, peyğəmbərlik və miaddən bəhs edir və ölülərin dirilməsi və qiyamətdə bədən üzvlərinin danışılmasından bəhs edir. Hədislərdə Yas surəsini oxumağın bir çox fəzilətləri qeyd edilmişdir; İmam Sadiqdən (ə) rəvayət edilmişdir ki, hər kim onu yatmazdan əvvəl və ya gün batmamışdan əvvəl oxuyarsa, bütün günü əmin-amanlıq və bərəkət qazanar, hər kim onu gecə yatmazdan əvvəl oxuyarsa, Allah onu qovulmuş şeytandan və hər bir bəladan qorumağ üçün min mələk göndərər.
Hörmətli oxucular! Haqında söhbət etdiyimiz surə 83 ayədən ibarət olduğu üçün bu yazımızda sizlərə həmin surəni təqdim etmirik.
[7] Şeyx Tusi və Şeyx əl-Taifə kimi tanınan Məhəmməd bin Həsən bin Əli bin Həsən (hicri 385-460) şiələrin ən məşhur alim və fəqihlərindəndir. O, şiələrin dörd hədis kitabından biri olan “Təhhib” və “Əl-İstbasar” adlı iki kitabın müəllifidir. 23 yaşında Xorasandan İraqa gələrək Şeyx Mofid və Seyid Morteza kimi müəllimlərdən istifadə edib.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 04/11/2024
SÜBH AZANI 5:40
GÜN ÇIXMA 7:10
ZÖHÜR AZANI 12:24
GÜN BATMA 17:37
MƏĞRİB AZANI 17:57
GECƏ YARISI 23:38
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz