Allah rəsulunun duası ilə təvəssül
2023-07-19 08:56:35
Bismillahir0Rəhmanir-Rəhim
Allah rəsulunun duası ilə təvəssül
İslam peyğəmbərinin Allah dərgahında heç kimə nəsib olmayan olduqca uca məqamı vardır. O, məxluqların ən üstünüdür. Qurani Kərimdə peyğəmbərin fəzilətlərindən bəzisi barəsində təriflər gəlmişdir. Bu təriflər yalnız bəzi peyğəmbərlər barəsində deyilmişdir. Əgər peyğəmbər barəsində gəlmiş ayələri toplasaq söhbətimiz uzanar. Buna görə də onlardan bəzilərinə işarə etməklə kifayətlənəcəyik.
Qurani Kərim Allah rəsulunun yüksək məqamına işarə edərək ona hörmət edilməsi və əzizlənməsinin lüzumunu vurğulamış və onun digər insanlar kimi çağırılmasını pisləmişdi: “Ey iman gətirənlər, səslərinizi peyğəmbər səsindən uca etməyin və bir-birinizin yanında səslənizi qaldırdığınız kimi onun yanında qaldırmayın ki, siz dərk etmədiyiniz bir halda əməlləriniz batil olmasın.” (Əl Hucurat surəsi, 2-ci ayə) Və həmçinin buyurmuşdur: “Bir-birilənizi səslədiyiniz kimi peyğəmbəri səsləməyin...” (Əl Nur surəsi, 63-cü ayə)
Peyğəmbərin uca kamalına, başçılıq və rəhbərlik rəmzi olaraq bütün möminlərə nümunə olmasına işarə edərək belə buyurur: “Həqiqətən, Allah rəsulunda Allaha və Axirət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunə vardır.” (Əl Əhzab surəsi, 21-ci ayə)
Həmçinin onun Allah yanında olan əzəmətinə və kəramətinə işarə edir. Belə ki, Allah təala və mələklər ona salavat göndərir və ona salavat və salam göndərməyi möminlərə əmr edərək belə buyurur: “Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və tamamilə ona təslim olun.” (Əl Əhzab surəsi, 56-cı ayə)
Peyğəmbərin batini səfa və gözəlliyinə, ruhunun qüvvəsinə və xilqətinin gözəlliyinə işarə edərək belə buyurur: “Həqiqətən, sən əzəmətli əxlaq sahibisin.” (Əl Qələm surəsi, 4-cü ayə)
Onun gecələr etdiyi ibadət və itaətinə işarə edərək buyurur: “Həqiqətən, sənin rəbbin bilir ki, sən və səninlə olan möminlərdən bir qrupu gecənin təxminən üçdə ikisini ibadət üçün oyaq qalırsız.” (Əl Müzzəmmil surəsi, 20-ci ayə)
Və həmçinin elminin dərinliyinə işarə edərək buyurur: “...və bilmədiyini sənə öyrətdi. Sənin üzərində olan Allahın fəzli böyükdür.” (Əl Nisa surəsi, 113-cü ayə)
Peyğəmbərin Yer üzərində ilahi əzabın qarşısını alan iki amandan biri olmasını xatırlayaraq belə buyurur: “Hər nə qədər ki, sən onların arasındasan və hər nə qədər ki, onlar tövbə edirlər Allah onlara əzab verməz.” (Əl Ənfal surəsi, 33-cü ayə)
Allah rəsulunun kəraməti elə bir həddədir ki, Quran Allahın və onun adını çəkərək onlar barəsində eyni feli işlədir: “...Allah və Onun rəsulu sizin əməllərinizi görür. Sonra aşkar və gizlini bilənə (Allaha) doğru qaytarılacaqsınız...” (Əl Tövbə surəsi, 94-cü ayə)
Allah təala peyğəmbərə itaət barəsində belə buyurmuş: “...hər kəs Allaha və Onun rəsuluna itaət etsə əzəmətli feyzə yetişmişdir.” (Əl Əhzab surəsi, 71-ci ayə)
Bu və bunun kimi ayələrdə Allah təala peyğəmbərin adını öz adı ilə bərabər çəkir və yaxud da hər ikisinin barəsində eyni feli işlədərək ona əzəmət verir və onun Allah dərgahında olan məqamına işarə edir. Belə olan halda peyğəmbərin duası rədd olunmaz və daim qəbul olunar. Bununla da onun duasından yapışan kəs elə möhkəm bir sütundan yapışmış ki, həmin bu xüsusiyyətə görə də Allah təala günahkar bəndələrinə müraciət edərək onun duasından yapışmağı əmr edir: “Biz bütün peyğəmbərləri Allahın izni ilə onlara itaət olunmaq üçün göndərdik. Əgər onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı tövbələri qəbul edən və rəhimli görərlər.” (Əl Nisa surəsi, 64-cü ayə)
Başqa bir ayadə görürük ki, Allah təala münafiqlərə xitab edib peyğəmbərə doğru getmələrini əmr edir ki, peyğəmbər onlar üçün Allahdan bağışlanmaq diləsin. Amma onlar bu xitabı qulaq ardına vururlar. Bu mənzərəni Quran belə vəsf edir: “Onlara-“ Gəlin, Allah rəsulu sizlər üçün bağışlanmaq diləsin”- deyilən zaman boyun qaçırarlar. Görərsən ki, onlar təkəbbürlü halda sözlərindən üz çevirərlər.” (Əl Münafiqun surəsi, 5-ci ayə)
Bütün bunlar bizə tam yəqinliklə deməyə əsas verir ki, peyğəmbərin duası həmişə qəbul mərkəzindədir. Çünki bu dua və çağırış mənəvi saflıq və paklığın nəticəsidir. Peyğəmbər duasının digər müsəlmanların duası kimi olduğunu iddia etmək açıq-aşkar peyğəmbərə zülm etmək deməkdir.
Keçmiş səmavi dinlərdə saf və ali mənəviyyata malik insanın duası ilə təvəssül etmək çox yayılmış bir fenomen idi. Yaqub peyğəmbərin oğlanları etdikləri işin üstünün açıldığını gördükdə atalarının dualarını vasitə qərar verirlər. Bu mətləbə işarə edən Quran belə buyurur: “Ey bizim atamız, günahlarımızın bağışlanmasını Allahdan istə. Biz xəta edənlərdən olmuşuq. (Yaqub) dedi: “Tezliklə sizin üçün rəbbimdən bağışlanmaq dilərəm. Həqiqətən, O, bağışlayan və rəhmlidir.” (Yusuf surəsi, 97 və 98-ci ayələr)
Bu ayələr aşkarcasına göstərir ki, Allahın sonsuz rəhməti bəzən öz bəndələrinə birbaşa, bəzən isə ən gözəl məxluqatın və peyğəmbərlərin ən şərəflisinin vasitəsilə nazil olur. Bununla da bəzi insanları “Allah təala öz bəndəsinə şah damarından daha yaxındır və öz bəndəsinin halını bilir, onu görür və eşidir, buna görə də heç bir vasitəyə ehtiyac yoxdur” kimi sözlərinin nə qədər də məntiqsiz və puç olduğu aydın görünür. Bu kimi sözləri yalnız və yalnız Quranın ayələri, peyğəmbər və onun Əhli beytinin dilindən eşidilən hədislərlə tanışlığı olmayanlar və həmçinin səhabələrin həyat tərzindən xəbədar olmayan cahillər deyə bilər. Çünki söhbət Allahın öz bəndəsinin halından xəbərdar olub olmamasından getmir, əksinə söhbət başqa bir məcrada, daha dəqiq desək, özünə zülm edən bəndənin duasının Allah dərgahına ucalmağa qabiliyyəti olmamasından gedir. Lakin peyğəmbərin duasını öz duasına əlavə edən bəndənin duası Allah dərgahında eşidilir və qəbul edilər.
Bu məqamda Misirin “Əl Əhzər” universitetinin ustadlarından biri olan Məhəmməd əl Fəqqinin söylədiyi nitqi xülasə olaraq xatırladırıq: “Həqiqətən, Allah təala öz peyğəmbərini şərafətli ayələrlə şərəfləndirmiş, ən əziz, kamil və uca ayələri ilə əzizləmiş, ona zahiri və batini nemətlərini bəxş etmiş, ona qədr-qiymət taclarının ən əzəmətlisini, məqam və heybət əklillərinin ən gözəlini qoymuşdur. Onun istər diri ikən, istərsə də ölü ikən, məqam və mənsəbini xatırlayaraq belə buyurmuşdur: “Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və tamamilə ona təslim olun.” (Əl
Əhzab surəsi, 56-cı ayə) Allahın və mələklərinin salavatından daha üstün və əzəmətli nə ola bilər?!
Allahın peyğəmbərə olan tərif və mədhi bu həddə dayanmır, əksinə onun barəsində deyilən bir çox tərif və mədhlər təəccüb doğurur, diqqətləri onun olduqca böyük əzəmətinə cəlb edir. Bir bax, gör Quran nə buyurur: “And olsun sənin canına, həqiqətən, bunlar öz məstliklərində sərgərdandırlar.” (Əl Hicr surəsi, 72-ci ayə) Bu ayədə Allah təala öz peyğəmbərinin canına and içməklə insan əqlini dəhşətə gətirir. Qurani Kərim buyurur: “Və həqiqətən, əgər bilsəniz, bu nə qədər əzəmətli bir anddır.” (Əl Vaqiə surəsi, 76-cı ayə). İbn Abbas belə buyurmuşdur: “Allah təala Muhəmməd peyğəmbərdən əziz bir məxluq yaratmamışdır.”
Məlumdur ki, Allah təala İslam peyğəmbərindən başqasının canına and içməyib. Qurani Kərim peyğəmbərin ali məqamına və qədr-qiymətinə işarə edən ayələrlə doludur. Peyğəmbərə itaəti Allaha itaət qərar verərək buyurmuşdur: “Hər kim peyğəmbərə itaət etsə, həqiqətən, Allaha itaət etmişdir...” (Əl Nisa surəsi, 80-cı ayə). Həmçinin Allah təala bəndələrinə olan məhəbbətini peyğəmbərin itaətinə bağlamışdır. Belə ki, Allah təala peyğəmbərə əmr edərək buyurur: “De əgər Allahı sevirsinizsə mənə (peyğəmbərə) tabe olun ki, Allah sizləri sevsin...” (Ali İmran surəsi, 31-ci ayə)
İslam peyğəmbərinin qədr-qiymətinə, Allahın öz rəsuluna olan məhəbbətinin miqdarına və peyğəmbərinə olan hörmətinə dəlalət edən ayələrdən birində belə buyrulur: “Allah təala peyğəmbərlərə kitab və hikmət verərək əhd-peyman almış ki, Allah tərəfindən bir elçi gəlib onlarda olan şeyləri təsdiq edərsə ona inansınlar və kömək etsinlər...” (Ali İmran surəsi, 81-ci ayə). Həzrəti Əli (ə) buyurmuşdur: “Allah təala adəmdən sonra gələn bütün peyğəmbərlərdən Muhəmməd peyğəmbər üçün əhd almışdır ki, əgər hər hansı bir peyğəmbərin dövründə göndərilsə ona iman gətirsin, kömək etsin və onunla əhd-peyman bağlasın.”
Mələklər içərisində özünəməxsus məqama malik olan Cəbrail mələyinin peyğəmbərə merac günü Məkkədən Beyt əl Məqdisə qədər həmsöhbət olması şərəf və iftixar təzahürlərindəndir. Bu hadisə ümmətlər tarixində peyğəmbərin əzəmətinə dəlalət edən ən uca nişanələrindəndir. Sizə təqdim etdiyim bu nişanələrdə iman gətirənlər üçün rəhmət, hidayət və bəsirətin kifayət qədər olmasına baxmayaraq, bundan başqa məqamların da xatırlanmasında heç bir maneə görmürəm. Həmin nişanələrdə qəflətdə olanlar üçün təfəkkürə böyük fürsət var. Ola bilsin onları qane edib hidayət etmiş olum. Ən gözəl təzahürlərdən biri duaya başlayanda və onu xətm edəndə peyğəmbərə göndərilən salavatdır. Bu, duanın qəbul olmasına işarədir. Ömər və Əlidən (ə) rəvayət olunmuşdur ki, onlar dua edən və peyğəmbərə salavat göndərməyən bir kişiyə belə demişlər: “Həqiqətən, dua göylə yer arasında asılı vəziyyətdədir. Peyğəmbərə salavat göndərməyənə qədər o, nə ucalmaz, nə də onun üzünə səmanın qapıları açılmaz. Bu məzmuna dəlalət edən hədisin peyğəmbər tərəfindən söylənilməsi də iddia edilmişdir.
Son olaraq, Allah təalanın “Sənin səs-sorağını ucaltdıq” (Əl İnşirah surəsi, 4-cü ayə) sözü peyğəmbərin uca məqamına və qədr-qiymətinin əzəmətinə dəlalət edir. Yəni Allah sənin adını öz adı ilə yanaşı çəkmiş və imanı yalnız kəlimeyi şəhadətə bağlamışdır. Bu zəmində olan dəlil və sübutlar saya gəlməzdir. Peyğəmbərin sahəbəsi və şairi Həsən ibn Sabit belə demişdir:
Peyğəmbərliyə bir xatəm kimi Allahdan bir nurudur parlar və
şərəfləndirib görünər
Peyğəmbərin ismini birgə etdi Müəzzin azanda edərək beş dəfə
isminə Tanrı təkrar
Ayırdı ismini ismindən Ərşin sahibidir Mahmud o, isə
əzəmət verərək Muhəmməd[1]
Peyğəmbər duasının qəbul olmasının həqiqi səbəbi şübhəsiz onun pak ruhu, kəramətli nəfəsi və Allaha hədsiz dərəcədə olan yaxınlığıdır. Elə buna görə də duaya xüsusi təsir qüvvəsi bağışlayır və başqasının duası üçün köməkçi rol oynayır.
Lakin söhbəti gedən mətləb barəsində güclü rəy ixtilafı yaranmışdır. Bu ixtilafın əsas məqzi peyğəmbər duası ilə təvəssül etmənin yalnız onun bu dünyadakı həyatı ilə bağlı olub olmamasıdır. Bəziləri iddia edirlər ki, bu növdən olan təvəssül yalnız peyğəmbərin diriliyinə bağlıdır. Lakin dəlillərlə sübut olunacq ki, bu növ təvəssül nəinki peyğəmbərin diri olan halına, Bərzəx aləmindəki halına da şamildir.
Ardi var.
Müəllif: Əllamə Cəfər Sübhani
Mütərcim tərəfindən bəzi əlavələr edilmişdir.
Mütərcin: Ustad Hacı Heydər
[1] اغرعڷية للذبو ة خا تم من الله نور يلو ح و يشهد
اشهد ذن الموَ الخمس في اقال اذ و ضم ا لا له اسم الذبي الى اسمه
فذوالعر ش محمو د و هذا محمد وشق له من اسمه ليجله
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 04/11/2024
SÜBH AZANI 5:40
GÜN ÇIXMA 7:10
ZÖHÜR AZANI 12:24
GÜN BATMA 17:37
MƏĞRİB AZANI 17:57
GECƏ YARISI 23:38
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz