Quranda metamorfoz tənəzzül və ya “məsx”
2023-07-19 09:26:04
Bismillahir-Rəhmanir-Rəhim
Quranda metamorfoz tənəzzül və ya “məsx”
Qurani Kərimin bəyan etdiyi yeni xəbərlərdən biri də “məsx” məsələsidir. Əvvəlcə onu deyək ki, “məsx” sözünün lüğətdə mənası, “döndərmə”, “çevirmə”, “dəyişdirmə” və “metamorfoza” (yəni bir şəkildən başqa şəklə keçmə) kimi Azərbaycan dilinə tərcümə olunur. Dinimizdə “məsx” Allahın günahkar bəndələrinə göndərdiyi əzablardan biridir ki, belə ki, bu ilahi əzab insana ya insanlara gəldikdə vücudunun mahiyyəti deyil, zahiiri, şəkli və forması daha pis hala dəyişilir. Quranda “məsx” insanın heyvana dəyişilməsi kimi yad edilir. Təbii ki, Quran haqq və təhrif olunmayan bir ilahi kitab olduğundan və onda zərrə qədər şəkk etmədiyimizdən bütün kəlamları sözsüz ki, haqqdır, çünki Haqqdandır.
Bunu da qeyd edək ki, “məsx”in dini ədəbiyyatlardakı “tənasüx” (reinkarnasiya - metempsixoz) - ruhun bir bədəndən başqasına, bəzən insandan heyvana və əksinə keçməsi ilə heç bir əlaqəsi yoxdur. Bunlar ayrı-ayrı mövzulardır., bəziləri təəssüf ki, bunları səhv salırlar. Bu araşdırmada bizim mövzumuz “tənasüx” deyil.
“Məsx” sözünü müasir dildə “metamorfoz tənəzzül” adlandıra bilirik. Metamorfoz təkamül haqqında fikirlərin batil və əsassız olduğu, bu gün artıq müasir dünyəvi elmlər tərəfindən də qəbul olunur. Dini mənbələr isə bunun əvvəldən yanlış olduğu qənaətindəydi. “Məsx” isə onun əksi - metamorfoz tənəzzüldür. Çünki “məsx” Allahın lənəti nəticəsində günahkarlara nazil olan əzabın bir növüdür və bu dəyişim insanı tənəzzül etdirir.
“Məsx” məsələsinin digər səmavi dinlərdə necə əks olunması haqqında müzakirə etməyəcəyik, çünki həmin dinlər və kitabları təhrif olunub, ona görə belə mövzuların həmin kitablarda olub-olmaması müzakirə mövzusu ola bilməz, çünki ondan öncə bütövlükdə həmin kitabların indiki vəziyyətdə ümumiyyətlə haqq olub-olmaması müzakirə olunmalıdır. Quranı Kərim isə “məsx” bəlasının Muhəmməd ümmətindən öncəkilərə gəldiyi ilə bu növ əzabı bizə xatırladır. Yəni bu növ bəla və əzab İslamdan öncəki insanlara qəti şəkildə nazil olub, deməli bu onların kitablarında da əks olunmalıdır.
Quranda isə “məsx” məsələsinin ən bariz misalı “Əshabus-səbt” – şənbə əshabının əhvalatında gəlib. Belə ki, Bəni İsraildən bir qrup balıq tutmağın qadağan olunduğu gün – şənbə günü balıq ovladılar və Allahın lənəti gəldi və bununlada qəzəbi onları tutdu, Allah təala onları meymun şəklinə saldı. “Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara (lənət etdik və) dedik: “Meymuna dönün və (rəhmətimızdan) qovulmuşlar olun!” (Bəqərə surəsi - 65)
Dini qaynaqlarda bu da qeyd olunub ki, “məsx” iki növdür, fiziki və mənəvi (və yaxud zahiri və batini). Birincisi biz yuxarıda qeyd etdiymizə aiddir, ikincisi isə Əraf surəsinin 175-ci ayəsində qeyd olunduğu kimi daha dəhşətlidir. Əgər birincisində insan zahiri görünüşdə heyvana dönürsə ikincisində insan heyvandan da aşağı ola bilir, baxmayaraq ki, zahirdə və fiziki olaraq insandır. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (həqiqətləri) görmürlər və onların qulaqları var, amma onunla (həqiqətləri) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan da) daha azğındırlar (aşağıdırlar) və onlar həmin qafillərdirlər.” (Əraf - 179) Birincisində insanın şəkli, zahiri, forması əzab nəticəsində heyvana çevrilir, amma mahiyyəti insan qalır, ikincisində şəkli insan şəkli olsa da, insanlıqdan bir əsər onda qalmır və mahiyyətini belə itirir. Birincisində Allah günaha görə insanı lənətləyir və əzab verir, amma hələ də bir bağışlanmağa və haqqa dönüşə şansı ola bilər. İkincisində isə Allah onu başdı-başına buraxır, yəni artıq ona heç bir rəhmət şamil olmur. Qısası, insanlıq həqiqəti yalnız əxlaqı itirəndə dəyişir, zahiri insan, batini heyvan olur. Bu ikinci növdədir, birinci növdə isə zahiri heyvan, batini insan qalır. Birincidə yenə də tövbə və qayıdış yeri var yəni nəsib olar, ikinci də isə çətin.
Bəzilərinin şəkli heyvan şəklində olar bəzilərinin əxlaqı heyvani olur bir halda ki, Peyğəmbər buyurub: “Allah əxlaqıyla özünüzü əxlaqlandırın.” Müqayisə edəndə görürük ki, ikincisi daha dəhşətlidir.
“Məsx”in əsas yeri isı Qiyamət günüdür, ora günahkar insanlar günahlarına uyğun şəkildə gətiriləcəklər. Bu barədə dini mənbələrdə kifayət qədər var, həm Quran və həm hədis buna şahidlik edir. Maraqlısı isə bu dünyada mənəvi “məsx” olanlar o dünyaya həm də fiziki və zahiri dəyişdirilmiş halda olacaqlar. Yəni Qiyamət günündəki məsx həm zahiri və həm batini mənada olacaq. Hətta rəvayətlərdə bu da var ki, günahkarları “məsx” olunduqları heyvanın adıyla sorğu-suala çağıracaqlar. Bu məsələ artıq Qiyamətlə bağlı araşdırmanın mövzusudur.
Bura qədər qeyd etdiklərimizdən məlum olur ki, “məsx” adlı ilahı əzab bizim Peyğəmbərə qədər olub və dini qaynaqlarda belə qeyd olunur ki, Muhəmməd peyğəmbərin ləqəblərindən olan “aləmlərə rəhmət” kəlməsininn bir izahı da elə “məsx” ilə bağlıdır, belə ki, İslam peyğəmbəri bu dünyada göz açandan bəşəriyyətə rəhmət olaraq gəldi və bəzi əzabları Allah artıq bəşəriyyətə nazil etmədi, “məsx” də həmin bəlalardan biridir ki, insanlar hər nə qədər günahkar olsalarda belə, daha onları bu bəla ilə cəzalandırmadı. Buna digər bir sübut da elə tarixin özüdür. Beləki məsx hadisələri hamısı keçmiş qövmlərə aiddir.
Əlbəttə burda digər bir səbəb də göstərilə bilər ki, insanların şüurları o qədər inkişaf etmişdi ki, artıq keçmişdəki insanların günahlarını etmədikləri üçün Allah onlara belə əzab da göndərmirdi. Lakin bu fikir iradlıdır. Çünki insanlar günah baxımından nə inki o zaman, elə müasir dövrdə də keçmişlərindən çox da fərqlənmirlər, elə günümüzdə də o zamanlardakı günahlardan, hətta daha dəhşətlilərini həyata keçirirlər. Odur ki, “məsx” olunmamasının əsas səbəbi elə Peyğəmbərin – rəhmət peyğəmbəri olmasıdır.
Mövzu barədə bir maraqlı məsələdə budur ki, Qurani Kərim İslam Peyğəmbərinin zamanında da insanları günahdan çəkindirir və “məsx” olma təhlükəsindən xəbər verir. “Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (“əshabus-səbt”ə) etdiyimiz kimi, onlara da lənət etməmişdən (“məsx” olma əzabı gəlməmişdən) əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!” (Nisa - 47) Ayədən açıq-aşkar görünür ki, Allah təala İslam Peyğəmbərinin zamanında yaşayanlara xitab edir və keçmişdəki “əshabus-səbt”ə gələn “məsx” olma əzabının yenidən onlara da gələ biləcəyini xəbərdalıq edir. “Əshabus-səbt”ə Allahın lənəti və gələn əzabı – “məsx” olmaları şübhəsizdir.
Əgər nəzərə alsaq ki, “məsx” yalnız keçmiş ümmətlərə və xalqlara gəlib, sonradan bu hal baş verməyib və aləmlərə rəhmət peyğəmbərimizin bu dünyaya gəlişindən sonra belə əzabların insanlar üzərindən götürülməsi deyimini nəzərə alsaq bu ayənin mənası maraq doğurur.
Burda sözsüz ki, hədislərdən kömək almaq lazımdır, əslində Peyğəmbər və məsum imamların kəlamlarının əhəmiyyəti və onların nə qədr zəruri olduğu məhz belə ayələrin izahında daha dəqiq məlum olur. Peyğəmbərin aramızda iki qiymətli əmanət - Quran və İtrət qoyub getdiyi dedikdə elə nəzərdə tutduğu da bu idi, yəni doğru yol Quran və məsumların kəlamındadır. Məsumlardan, onların hədislərindən uzaq düşənlərin (ya hədisi inkar etmə yoluyla ya da kı, Qədir Xumu qəbul etməməklə) ən böyük faciəsi budur ki, Quran maarifləri və İslam anlayışları naqis və yarımçıq qalıb. Bununla da yanlışlığa düçar olurlar. Onlar haqq yolunu tanımaq üçün isnanlara Allah tərəfindən müəyyən edilən bir lütf və mərhəmətdir.
İmam Baqirin bu ayə haqqındakı buyurduğundan və bütövlükdə Əhli-beyt maarifindən məlum olur ki, ayə əslində mənəvi məqama məcaz şəklində işarə edir. Ayədə əslində keçmişdə günahlara görə verilən iki cəzadan söhbət gedir – birincisi üzlərini (başlarını) arxaya çevirərək həlak olanlar, ikincisi insanların məsx olması və qısa müddət sonra həlak olmaları. Bu ayədəAllah bu günahların mənəvi tərəfləri ilə insanları xəbərdar edir. Ayənin xitabı yəhudilərədir, çünki, Peyğəmbərin kəlamları, Quran ayələri həqiqətlərinin haqq olduğunu bildikləri halda onu inkar edənlər əsasən yəhudilər idi, xristianlar və bütpərəstlər adətən həqiqətləri dərk etmədikləri üçün inkar etsələr də yəhudilər öz kitablarında gələn həqiqətləri belə inkar edirdilər, ona görə belə mövzuların xitabı adətən yəhudilərə olur. Xülasə, ayənin izahı belədir: Ey kitab – Tövratt verilmiş və ona iman etmiş kimsələr – yəhudilər! Tövratı təsdiqləyən və Tövratında ən azı məna baxımdan təsdiqlədiyi Quranı – bildiyininz həqiqətləri inkar etməyin və qəbul edin. Allah həmin Allahdı ki, əmri mütləq icra edər və keçmişdə bunu sizə qarşı edib, həqiqəti inkar edib Allah kəlamını heç sayanları bəla ilə: üzlərini (başlarını) geri çevirməklə və şəkillərini dəyişib “məsx” etməklə cəzalandırılıb. Bu dəfə həmin bəlalar gələ bilər Allah həmin Allahdı, amma daha dəhşətli şəkildə həmin cəzaları sizə verər. Dəşhət isə cismanı əzab və dəyişiklikdən də artıq olan batini və mənəvi əzabdır. Allah doğrudur ki, aləmlərə rəhmət olana görə cismi əzabı götürüb amma əzabın dəhşəti daha da artıb, çünki bu sonuncu din və kitabdır, artıq yeni din və kitab gəlməyəcəyindən əzablar daha dəhşətlidir. Üzünüzü çevirərik, yəni ki, haqqdan döndərərik, artıq haqqa qovuşa bilməzsiz və dəyişərsiz amma şəkliniz və zahiriniz deyil, batininiz dəyişər üzdə insan qalıb, batininiz heyvan halına düşər.
Əslində dinlə, Quranla düşmənçilik edənlərin, Quran yandıranların, Peeyğəmbərin karikaturasını çəkənlərin, Əhli-beytə dil uzadanların zahiri insan olsada batinləri bu dünyada məsx olub heyvana çevrilmişlərdi. Bu gün bunlardan əlavə Allah yolunu danıb açıq-aşakr şeytan yolunu nümayiş etdirənlərin bir çoxunu sosail şəbəkələrdə də görürük. Elm və texnikanın inkişafı bəzilərinin batini heyvan olmalarını aşkar etmələrinə səbə oldu və bu vasitələrlə batini məsx olduqlarını nümayiş etdirirlər. Yəni dediyimiz batini “məsx”in msallarını biz çox rahatlıqla sosial şəbəlkələrdə, videolarda görürürk və bunu insanlar öz xoşları ilə, istəkləri ilə həyata keçirirlər.
Hüccətul-İslam Vəl-Muslimin Ustad Namiq Babaxanov
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 05/12/2024
SÜBH AZANI 6:12
GÜN ÇIXMA 7:47
ZÖHÜR AZANI 12:31
GÜN BATMA 17:14
MƏĞRİB AZANI 17:36
GECƏ YARISI 23:43
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz