QƏBİR İZİ (Dini araşdırma)
2023-07-20 09:20:38

Allahın adı ilə

 

Məqbərə

Son iki-üç əsrin əsas dindaxili müzakirələrindən biri də qəbrlər haqqındadır və bu müzakirələr Vəhhabilik (Sələfilik) cərəyanı yaradılandan sonra kütləviləşib, əlbəttə Bin Teymiyyənin bu barədə öncədən də fərqli fikirləri var idi, vəhhabilər isə bir cərəyan kimi ortaya çıxandan sonra bu məsələni elmi müstəvidən, kütləvilik gətirdilər, təbii ki, məqsəd həqiqətə işıq tutmaq deyil, ixtilaf salıb ümməti parçalamaq idi, bunun da kifayət qədər sübutları var. Əlbəttə bu ayrı mövzudur və biz “Təhlükəylə üz - üzə” əsərində bu mövzunu geniş işıqlandırmışıq. Burda isə qısa olaraq qeyd edək ki, “qəbir ziyarəti”, “qəbirləri tikib düzəltmək”, “qəbirlərin üzərində məqbərə ucaltmaq” kimi mövzular, vəhhabilər tərəfindən meydana atılıb geniş müzakirələrə səbəb olmaqla böyük ixtilaflara yol açdı. Baxmayaraq ki, bu məsələlər Bin Teymiyyənin zamanından elmi müzakirə mövzusu olsa da, ixtilafa vəhhabillər meydana gələndən sonra səbəb oldu.

Ümumiyyətlə bir sıra elmi və akademik mövzular var ki, bunlar araşdırma və tədqiqat materialı və mövzusudur, belə məsələlər adi insanların müzakirə predmetinə çevriləndə, çox böyük ixtilaflara, kin-küdurətə, düşmənçiliyə və parçalanmaya gətirib çıxarır. Çünki bu məsələdə Quran ayələri, Peyğəmbər hədisləri, imamların buyruqları, səhabənin əməlləri akademik araşdırma tələb edir və bütün bunlardan məlumat əldə etmək mütəxəssislərin və elm əhlinin işidir. Adi insanlar isə hərə öz araşdırmaçı aliminin nəzərinə uyğun riayət etsə ixtilaf da əmələ gəlməz. Yalnız elmi müzakirə və araşdırmalarla müsəlmanlar arasında parçalanmaya səbəb olan mövzular işıq tutub, ixtilaflardan uzaqlaşmaq olar.

Bu yazıda mövzu ilə bağlı indiyə qədər qeyd olunanları, Quran, hədis, tarix baxımından dəlilləri gətirib vəhhabilərin iddalarını, hətta Bin Teymiyyənin nəzəriyyələrini növbəti dəfə batilə çıxarmaq məqsədimiz yoxdur. Bu mövzuda haqq və batil tərəf göz qabağındadır, vəhhabilərin iddiaları digər məsələlərdə olduğu kimi burda da puç və əsassızdır. Kitablarda kifayət qədər bu barədə deyilib. Sadəcə müsəlmanları parçalamaq məqsədində olanlar həqiqəti üzə çıxarmaq deyil əslində onu ört-basdır etməkdə maraqlıdırlar, ona görə də “kor tutduğun buraxmadığı” kimi bunlar da yanlışlarını doğruya çevirməkdə maraqlı deyillər.

Ümumiyytə isə bunu qeyd etmək zəruridir, ki, ixtilaf, qarşıdurma, parçalanma yaratmaq istəyənlər heç vaxt Allah yolunun yolçusu ola bilməzlər, çünki Allahın yolu, barış, birlik, sülh yoludur. Bütün səmavi kitablar, dinlər və peyğəmbərlərin ilahi mesajlarının məğzi budur, çünki insan bu dünyaya Allaha çatmaq üçün gəlib və bu ilahi yol dinclik, hüzur və aramlıqdan keçir, ixtilaf, qarşıdurma və parçalanma isə insanları hüzursuz edir və bu ilahi hədəfə çatmağa mane olur.

Bu gün haqqında qısa araşdırma aparacağımız ayə isə qəbir mövzusuna və əslində bu mövzudan süni şəkildə yaradılan problemin kökünə işarə edir və bir çox həqiqətləri üzə çəxarır. Yəni çalışacağıq məsələyə bir qədər fərqli yanaşaq və düşünən insanlara bu ayə böyük yol göstərən ola bilər.

Əlbəttə qeyd etdyim kimi, bu mövzu haqqda əslində kifayət qədər tutarlı dəlillər var və onların bir və ya ikisi mövzunu qapatmağa yetər. Məsələn elə qəbirlərin ziyarəti ilə bağlı tarixi hadisə məlumdur ki, İslamın ilk dönəmlərində, Məkkədə İslam Peyğəmbəri qəbirləri ziyarət etməyi qadağan etmişdi, çünki səmavi din əhli olanlar belə qəbirlərini müşrik bütpərəstlər kimi ziyarət edirdilər və ziyarət zamanı qəbri büt bilib səcdə edirdilər. Peyğəmbəri Əkrəm müsəlmanlar onlara qarışmasın deyənə ilk öncə qəbir ziyarətin qadağan etdi, daha sonra İslamın göstərişlərinə əsasən qəbir ziyarətinin lazım olması və necə icra edilməsi barədə kəlamı ilə bu məsələni elan etdi və əvvəldəki qadağası aradan getdi. Şəriət hökümlərinin yaranması elə belə də olur. Quran və hədsilərdə bəzi hökmlərin əvvəldə bir cür olduğunu, daha sonra həmin hökmün yenisi ilə əvəzlənməsi görürük. Eyni mövzuda yeni hökm gəldikdə köhnə hökmün əvəzlənməsinə “nasix” və “mənsux” deyilir. Yəni yeni hökm gəlir o “nasix” adlanır və onun gəlməsilə aradan gedən hökmə “mənsux” deyilir. Peyğəmbərdən belə bir məşhur hədis var ki, əksər kitablarda qeyd olunub: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə qəbirləri ziyarət edin, çünki sizə ölümü (axirəti) xatırladır.” (Əl-Mustədrək ələs-səhihəyn, c-1, səh-375) Yaxud elə həmin mənbə də c-1, səh-532-də Bin Əbi Məlikədən belə bir hədis var ki, bir  gün Peyğəmbərin xanımı Aişə bint Əbubəkri (Məkkədə) qəbristanda gördüm və soruşdum: “Bura niyə gəlmisiz?” Aişə bint Əbubəkr “qardaşım Əbdür-Rəhmanın qəbrinə görə gəlmişəm.” Soruşdum: “Məgər Peyğəmbərimiz qəbirləri ziyarət etməyi qadağan etməmişdimi?!” Peyğəmbərin xanımı Aişə cavab verdi: “Əvvəldə qadağa etmişdi, amma sonradan qəbirləri ziyarət etməyi göstəriş verdi” Əbdür-Rəhman bin Əbubəkr hicrətin 53-cü ilində Mədinədən Məkkəyə səfəri zamanı dünyadan köçmüşdü. Yəni artıq uzun illər keçməsinə baxmayaraq insanlar hələ də bu mövzuda müzakirə aparırdılar, amma əhli sünnə mənbəindən bu iki səhih hədis bu mövzuya möhür vurur bağlayır. Quranın Peyğəmbərə “Onların qəbrinin üstündə durma” (Tövbə, ayə-84) əmri isə konkret olaraq münafiqlər haqqındadır və bəlli İslam düşmənlərindən söhbət gedir.

Məlumdur ki, Əshabi Kəhfin əhvalatı dini mövzularla maraqlananlara məlumdur, Quranda bu barədə və bu adda surə də var ki, həmin “Kəhf” surəsində Əshabi Kəhfin hekayəsi qeyd olunub, əlbəttə digər Quran qissələri kimi bu barədə də hədislərdə əlavə məlumatlar gəlib. Biz Quranla kifayətlənəcəyik, əlbəttə mövzunu hamı bildiyi üçün təkrarçılıqdan qaçıb bir başa şahid gətirəcəyimiz ayəyə keçirik.

Məlumdur ki, miladi təqvimlə ikinci əsrin əvvəllərində “Əshabi Kəhf” kimi tanınan o zamanın haqq dini məsihiyyətin müvəhhidlərindən yeddi nəfərlik kiçik bir qrup və bir də onların iti zalım, müşrik və bütpərəst padşahın zülmündən qaçır, bir mağaraya sığınır, Allahın izni ilə onlar orada çox uzun müddət yuxuya gedirlər və yatırlar. Uzun illərdən sonra onlar oyanırlar və nə qədər yattıqlarından və baş verdiyindən xəbərsiz şəhərə enirlər, qısa zaman sonra onların kimliyi bəlli olur və nə baş verdiyi bəlli olur, artıq səmavi və o zamanki haqq din etiqadında olanlar çoxdur və əmin-amanlıqdır, hətta padşah da məsihi dinindədir və  onları bir ilahi möcüzə nümunəsi kimi qəbul edirlər. Üç əsrdən sonra oyanan Əshabi Kəhf isə yenidən bu həyata dönmək istəmədikləri üçün Allahdan arzuladıqları ölümə qovuşurlar. Əshabi Kəhf hadisəsi baş verəndə insanlar qiyamətə, ölümdən sonrakı həyata inanmırdılar. Hətta üç əsrdən sonra Roma imperiyası və həmin şəhər artıq məsihiyyət dininə etiqad etsələr də təhrif olunmuş dininn təsiri nəticəsində yenə də məadla bağlı xristianlar arasında şübhələr var idi. Əshabi Kəhf o zamanın haqq dini məsihiyyət etiqadlı olsalar da, müşrük və bütpərəst hakimin təqibləri nəticəsində qaçmaqa məcbur olsalar da, hətta üç əsrdən sonra yuxudan oyandıqları zamanda xristianlığın hakim olduğu şəhərdə olsalar da, yenə də, mömin və kafirlər arasında məad etiqadında şübhəli olanlar var idi. Qeybləri 300 ildir dastana çevrilən müvəhhid gəncləri Allah yenidən oyatmaqla bir daha məadi təkcə şəhər əhalisinə deyil, qiyamətədək olacaq bütün bəşəriyyətə bir daha sübut edir.

Məsələ burdadır ki, onlar oyanıb insanlar arasında tanınanda, bu əhvalat mömin və kafirlərin mübahisəsinə səbəb oldu. Onların misalında möminlər bu hadisəylə məadı, ölümü və axirəti sübut edir, bu məsələyə və ya ümumiyyətlə o zamankı haqq din olan məsihiyyətə etiqadı olmayanlar isə hadisənin məada sübut kimi deyil, həqiqəti yalnız Allahın bildiyini bəyan etməklə bu möcüzənin nəticələrini inkar məqsədiylə ört-basdır etmək isdəyirdilər. Beləliklə, Allah bu hadisəylə insanları imtahan edir. İnsanlar bu şəxslər haqqında müzakirə və mübahisə edirlər və bəziləri bu ilahi möcüzəni inkar edir və küfr əhlindən olur, bəziləri isə iman edir və möminlərdən olur. Quran buyurur ki, bu mübahisələrdə və müzakirələrdə möminlər qalib gəlir, amma Əshabi Kəhf artıq Allahın izniylə öldükdən sonra kafirlər onların cəsədlərini, nişanələri olan yeri daşlarla tikib ört-basdır etməyə israr edirlər ki, bu hadisə unudulub getsin. Möminlər isə onların məzarı üstündə məscid tikib onları yəni Allahın nişanələrini əbədiləşdirmək üçün məscid tikilməsini təklif edirlər və elə belə də olur: «Beləliklə (bu hadisədən qane olmayan müşriklər, kafirlər və ya sadəcə məada şübhəsində israrlı olanlar) dedilər: «Onların (cəsədləri) üzərini (mağaranın ağzını - girişini) tikin (ört-basdır edin və boşlayın), onlardan onların Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların barəsində (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində ibadət üçün bir məscid tikəcəyik.» (Kəhf - 21).

Quran ayəsi möminlərlə kafirlərin eyni vəziyyətə fərqli münasibətini bildirir. Möminlər cəsədlər üzərində məscid tikib əbədiləşdirmək istəyirdilər. Çünki qəbirlər məadın, ölümün, axirət həyatının bir göstəricisidir. Əgər möminlərin məscid tikmək istəyi ayədə qeyd olunmasayda onda kafirlərin “tikmək” ifadəsi qəbir tikmək kimi məna olunardı, amma məlum olur ki, kafirlər cəsədlərin olduğu mağaranın girişinin tikilməsindən bəhs edirlər ki, hadisə olmamış kimi unudulsun. Möminlərin təklifi, kafirlərin ört-basdır etmək məqsədiylə “tikmək” və izi itirməkdən danışdıqlarını bəlli edir.

Əslində bu ayə qəbirlə bağlı şübhə yaradanlara çox böyük və tutarlı cavabdır. “Qəbir tikilməməlidir”, “qəbir aradan getməlidir” kimi  fikirlər əslində əzizini itirənlərə aid deyil, qəbirlər zatən bir neçə nəsildən sonra köhnəlir və aradan gedir, həttab şəriətə görə sümüklər çürüyəndən sonra həmin qəbrə başqa birini də basdırmaq olar. Yəni qəbirləri iki səbəbdən 1) sümüklər çürüyənədək qorumaq, 2) əzizinə təsəlli olmaq üçün tikilir. Bu baxımdan əzizlərinin qəbirlərini tikənlərə irad etmək doğru deyil, bu məsələdə ifrata varmaq, şan-şöhrət və rəqabət predmetinə çevirmək isə artıq etika və əxlaqın mövzusudur, fiqhi məsələ deyil. Məsələn “Sünəni Əbu Davud” kitabı 3-cü cild, səh-211 də belə bir hədis var: “Peyğəmbərin əshabı Osman bin Məzun dünyadan köçəndən sona dəfn olundu və dəfndən sonra Rəsili Əkrəm bir nəfərə göstəriş verdi ki, bir daş gətirsin. Peyğəmbərin işarə etdiyi daşa o tərəfin gücü çatmadı və Həzrət özü ətəklərini çırmalayıb o böyük daşı götürüb Osmanın qəbrinə qoydu və buyurdu: “İstəyirəm qəbrini nişanələyəm”. Osman bin Məzun Peyğəmbərin yaxın səhabələrindən idi və tarixi qaynaqlara görə Bəqi qəbristanındakı Osmanın qəbri kimi tanınan məşhur qəbir ona addir. Peyğəmbər bu hərəkəti ilə əslində qəbirin üstünü düzəltməyə icazə vermiş oldu. Bilirsiniz ki, Peyğəmbərin kəlamı, əməli və hətta hər hansı hadisəyə və sözə sükutu belə müsəlmanlar üçün dəlil və sübutdur.

Qəbirlərin üzərində məqbərə, ziyarətgah, məscid tikmək isə Quranın ilahi nişanələri əzəmətli tutmaq tövsiyyəsinə əsasasən həmin ilahi şəxsin ehtiramına xatirdir. İlahi naşanələri əbəbdiləşdirmək dinin hökmüdür və buyruğudur. Bu məsələyə burda əlavə izah etməyəy ehtiyac duymuruq, amma iki mötəbər tarixə işarə edək. “Səhihi Buxari”, “Əl-Cənaiz” bölümü, hədis-62 də belə qeyd olunur. Həsən bin Əlinin oğlu Həsən (Həsən Müsənna – ikiinci tanınmış Həsən) dəfn olunandan sonra həyat yoldaşı onun qəbrinin üzərində məqbərə düzəltdi və bir il orada əzadarlıq etdi. Həsən Müsənna hicrətin 37-ci ilində anadan olub və 97-ci ilində Mədinədə dünyadan köçüb və qəbri də oradadır. 97-ci hicri ili hələ Peyğəmbəri görənlərin və əshabın yaşadığı illərdir və heç kəs bu hadisəyə etiraz etmədi.

Başqa bir misal isə budur ki, Peyğəmbərin xanımı Aişə bint Əbu Bəkr qardaşı Əbdür-rəhman bin Əbu Bəkrin vəfatından sonra göstəriş verdi ki, qardaşının qəbrinin üzərində cadır qurub məqbərə düzəltsinlər və bir nəfəri də ora nəzarət etməyəy vəzifələndirdi. (“Səhih Buxari”- c-2, səh-119)

Bizim izah etdiyim ayədə də məhz buna işarədir. Yəni Əshabi Kəhf isə Allahın axirətlə bağlı bütün buyurduğlarının canlı bir nümunələridirlər ki, Allah onların timsalında bir daha insanlara bunu göstərdi və onları və onlar kimilləri əbədiləşdirmək hər möminin borcudur.

İndi məsələ burasındadır ki, bu cür aşkar dəlillər olduğu halda qəbir ziyarəti, qəbirlərin abad olunmaq üçün tikilməsi, üzərində məqbərə ya məscdi ucaldılmasını inkar edənlər Allah yolunu inkar edənlərin iddiaları ilə eyni iddialardır. Sağlam dini cərəyanlar heç vaxt küfr əhlinin istədiklərini iddia etməzlər. Deməli bu kimi din adına olan cərəyanların məqsədi dağıdıcılıqdır, ixtilaf, kin, düşmənçilik və parçalanma yaratmaqdır.

 

 

Hüccətul-İslam Vəl Muslimin Ustad Namiq Babaxan Babaxanov.

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.