ZUHUR DÖVRÜNDƏ AZĞIN TƏRİQƏTLƏRİN YARANMASI
2024-05-28 08:03:35

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Azğın məzhəblərin əksəriyyətinin ümumi xüsusiyyətləri var ki, onların kökü hər-hansı bir varlığı Allahla əvəz etməkdir və onları bilmək və tanımaq böyük ölçüdə sapmanın qarşısını ala bilər.

Tarix boyu insan cəmiyyətləri arasında azğın məzhəblərin yaranmasının həmişə şahidi olmuşuq. Onlar müxtəlif yollarla daha çox insanı özlərinə cəlb etməyə və bu yolla daha çox güc qazanmağa çalışırdılar. Son əsrlərdə isə biz bu qrupların daha çox artımı ilə üzləşmişik. Mənəviyyata olan maraq və meyl, intellektual və dini yoxsulluqla yanaşı, adətən insanları bu məzhəblərə sövq etmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, son onilliklərdə insan cəmiyyətlərində mənəviyyata meyl artsa da, reklamların çoxluğu və media imperiyasının insanların şüuruna təsiri səbəbindən mötəbər dini düşüncələrə meyl etmək əvəzinə azğın ruhani təriqətlər alqışlanaraq onlara diqqət yetirilmişdir. Ona görə də həqiqəti mümkün qədər aydınlaşdırmaq üçün bu azğın məzhəblərin bəzi ortaq xüsusiyyətlərini tanıtmaq lazımdır. Əsasən, azğın məzhəblərin ortaq nöqtələri var ki, biz bu məqalədə onlardan bəzilərinə misal gətirməklə yanaşı onlara işarə etməyə çalışaçağıq. Bu məzhəbləri ayırd etmək üçün bir meyar kimi ortaq nöqtələrdən bəziləri aşağıdakılardır:

Birinci məqam: Allaha dəvət əvəzinə özünə dəvət:

 

Ola bilsin ki, azğın məzhəblərin ən mühüm xüsusiyyəti insanları Allahın yoluna yox liderlərinin hədəflərinə tərəf dəvət etmələri olsun. Bu cür qruplar bilavasitə və dolayısı ilə öz məzhəbləri daxilində Allaha dəvəti məhv edir və adətən öz rəhbərlərinə bir tanrıça kimi ibadət və hörmət edirlər. Əsasən, bu qruplar öz liderlərinin təlimlərini təbliğ edir və inanırların hidayət və mənəviyyata yalnız onun vasitəsilə çata biləcəklərini deyirlər. Belə qruplarda əsasən Allahdan və ya qeyri-maddi üstün qüvvədən əsər-əlamət yoxdur və hər şey insan və onun istəkləri ətrafında fırlanır. Həmçinin Bəhai məzhəbi də öz rəhbərlərini İlah hesab edir və hətta Bəhaullahın özü də özünü dünyanın yaradıcısı hesab edirdi və onun ardıcılları da bunu təbliğ edirdilər.

İkinci məqam: Şəriət qanunlarından çəkinmək və təfəkkürə dəvət etmək:

Bu qrupların başqa bir ortaq xüsusiyyəti şəriət qanunlarından qaçmaq, təfəkkür və əxlaqi həyatı vurğulamaqdır. Başqa sözlə desək, bu qruplar Allaha imanı təbliğ etmək və dini əmrlərə əməl etmək əvəzinə, insanın özünə imanı, insanın daxilindəki ilahiliyi kəşf etməyi tövsiyə və təbliğ edirlər. Həmçinin, bu qruplar vəzifə və çətinlik olmadan mənəviyyatı təbliğ etdikləri üçün, geniş ictimaiyyət üçün cəlbedicidirlər. Bu səbəbdən insanların onlara cəlb olunmasına səbəb olur. Uşu kimi bir çox yalançı mistiklər və müxtəlif sufi qrupları bu çərçivədədir.

Üçüncü məqam: Kiçik düşüncə:

Bu cür qrupların başqa bir xüsusiyyəti də təkəbbürləri və kor imanı təbliğ etmələridir. Elə bir şəkildə ki, öz fikirlərini başqalarına aşılayarkən, mənəviyyatdan fərqli olaraq rasionalizmi tanıtmaq və imanın ən yüksək mərtəbələrinə çatmaq üçün maneə törətmək qədər irəli gedirlər. Adətən, bu qrupların özlərini tanıtmaq hüququnun səbəblərinin kəşf və ya hətta xəyallar ətrafında fırlandığını görə bilərik. Məsələn, Əhməd əl-Həsən tərəfdarlarının Əhməd əl-Həsənə tabe olmaq üçün heç bir rasional və mötəbər səbəbləri yoxdur. Onların bu sahədə yeganə dəlili yuxular və görüntülər görməkdir ki, Uradi oxuduqdan sonra yuxu aləmində kimsə onlara Əhməd Əl-Həsənin ardınca getməyi və ona tabe olmağı əmr etmişdir. Ya da Bəhailərin öz rəhbərlərini İlahi hesab etmələri ilə. Lakin onlar öz açıqlamalarına heç bir dəlil göstərməyiblər. Və onlar yalnız Bəhaullahın və onun kimi özlərini Allah və Yaradan kimi təqdim edənlərin iddialarına istinad edirlər.

Dördüncü məqam: Eklektik düşüncələr və təlimlər:

Azğın məzhəblərin başqa bir xüsusiyyəti eklektik təlimlərdən istifadə etməkdir. Yəni, bu məzhəblər adətən müxtəlif dinlərin və məzhəblərin təlimlərindən istifadə edərəklə xalqı özlərinə cəlb edirlər. Başqa sözlə, onlar hər bir ehkamı toplayıb, müxtəlif dini məktəblərdən olan adi insanlar üçün cazibədar ola biləcəyini düşünərək, onları bir-birinə qarışdıraraq, ona yeni bir sifət verərək, öz məzhəblərinin ehkamı kimi tanıtdırırlar.

Həmçinin, qeyd olunan hallarla yanaşı, dünyəvilik, antroposentrizm, dinin sosial arenadan uzaqlaşmasının təbliği və s kimi halları da bu sahəyə sığmayan bu qrupların xüsusiyyətlərindən qeyd etmək olar.

 

Vəssəlam.

 

Ustad Hacı Elşən Badkubei

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 19/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.