AŞİQCASINA İBADƏT ETMƏK ÜÇÜN ƏSASLAR.
2024-05-28 13:15:30

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Məvzu: Aşiqcasına bir ibadət etmək üçün əsaslar.

 

İnsanın Uca Allaha qarşı bilik və tanınma səviyyəsi, həmçinin insanın Allahdan qeyrisinə olan maraq və asılılıq səviyyəsi insanın Allaha ibadət etmək həvəsinin həcmini və miqdarını müəyyən edir.

 

Allaha ibadət, bəndəlik, raz və niyaz hər zaman mövcud olmuşdur. İlahi peyğəmbərlər (s.ə) və saleh bəndələr həmişə onu axtarırdılar. Və müxtəlif qrup və məzhəblərin bu sahədə fərqli baxışları olub və vardır. İslamda ibadət və bəndəlik, Allah-Təalanın raz-niyazı haqqında göstəriş və bəyanlar vardır ki, bunlara düzgün əməl etsək, şübhəsiz ki, Allaha olan məhəbbətimizi artırar və bizi Allaha yaxınlaşdırar.

 

Aşağıda bu sahədə bəzi məqamları qeyd edirik.

 

1. Uca Allaha ibadət müxtəlif motivlərlə edilir. Bəzən cəhənnəmə girməmək qorxusundan, bəzən mükafatını alıb cənnətə getməyin sevincindən və ümidindən, bəzən də Allahın əzəməti və məhəbbətindəndir. Necə ki, Əmirəl-möminin (ə) buyurur: “Bir qrup cənnət şövqü ilə Allaha ibadət edir, bu tacirlərin ibadətidir. Bir qrup isə Allaha əzabından qorxaraq ibadət edir, bu qulların ibadətidir. Bir qrup isə Allaha şükür etmək üçün ibadət edir, bu azad insanların ibadətidir.” Başqa bir rəvayətdə də eyni mövzudan bəhs edilir və rəvayətin sonunda buyurur: “Bu, ən gözəl ibadətdir”. Rəvayətdən başa düşürük ki, ən yüksək ibadət Allah sevgisindən gələn ibadətdir. Yəni insan ibadət və xəlvət etməli və Allah sevgisini artırmaq niyyətinə ehtiyac duymalıdır.

 

2. Amma Allaha məhəbbət və daha keyfiyyətli ibadət etməyin sirri Allaha qarşı elm və mərifət və bəndəlik fəlsəfəsidir. Elmi az olan və imanı olan şəxs, zərər görməmək və ya savab qazanmaq üçün ibadət edər. Bu insanlar hələ də bu fani dünyadadırlar və necə ki, dünyada mənfəət əldə etmək və ya zərərdən qaçmaq istəyirlərsə, bəndəlikdə də eyni hədəfi güdürlər. Lakin elm artdıqca və Allaha məhəbbət artdıqca, düşüncələri yalnız Allah sevgisinə çevrilir. Həkimdən qaçıb müxtəlif fəndlərlə həkimə aparılmalı olan uşaq kimi, amma eyni uşaq böyüyüb ağlı tamam olanda həvəslə həkimə gedir. Və əvvəllər ampuladan qaçan o uşaq, indi əməliyyat üçün növbəyə yazılır və bunun üçün külli miqdarda pul ödəyir və günün sonunda həkiminə borcludur deyə, ona təşəkkür edir.

 

Yuxarıdakı iki səhnədə olan davranış fərqinin səbəbi insanların mərifətindən irəli gəlir. Biri yalnız növbəti bir neçə saniyəni görür, digəri isə daha geniş görünüşə malikdir. Ona görə də məlum oldu ki, baxış fərqi performans fərqi yaradır. Qiyamətə inanmayan və onu qəbul etməyə insan maddi istəkləri üçün Allahı çağırır. Amma elə həmin insan maddiyyatın dar çəpərindən çıxıb qarşısında əbədiyyət qədər böyük bir genişlik görəndə dünyanın bütün acı və sıxıntılarına dözməyə, Allaha xidmətdən əl çəkməməyə hazırdır. Bu, qeyb aləminə imanla müşayiət olunan bəndəlik yolunun yalnız başlanğıcıdır.

 

Ona görə də bəndəlik yolunun başlanğıcı geniş baxış tələb edir və belə bir insan kamillik pillələrini keçmişdir. Xülasə olaraq demək lazımdır ki, Allaha ən gözəl ibadət Onun haqqında, onun nemətləri, əzəmət və sifətləri haqqında daha çox elm və mərifət əsasında edilən ibadətdir. Deməli, bəndəliyin düzgün və əsas yolu da bəllidir ki, insanın Allah haqqında elmi nə qədər yüksək olarsa və Allah və onun sifətləri, nemətləri və əlamətləri haqqında nə qədər çox düşünərsə və ya öyrənərsə, elm adamlarından eşidib onlardan istifadə edərsə, yaxud möminlərlə bu mövzuda müzakirə edərsə, bu məsələni danışdıqca şövqü artar və ibadəti kamilliyə yaxınlaşar.

 

3. Biliyi artırmaqla yanaşı, biz Allahla xəlvət və ibadəti daha aşiqcasına edən başqa şeylər də edə bilərik. O işlərdən biri də qəlbi Allahdan başqa şeylərdən boşaltmaq, yəni qəlbdən Allahın bəyənmədiyi məhəbbətləri, haram istəkləri və dünyaya məhəbbət və bağlılığı aradan qaldırmaqdır. Ona görə də ailəni, qohumları, möminləri sevmək yaxşıdır. Amma dünyaya və Allahdan başqa sevgilərə bağlı olmaq yaxşı deyil. Ona görə də bütün icazəsiz və şübhəli sevgilərdən uzaq durun. Ediləcək başqa bir şey Allah və Əhli-Beytlə (ə) əlaqənizi artırmaqdır. Allahla əlaqə nə qədər çox olarsa, bəndəlik və Allaha yaxınlıq də bir o qədər çox olar. Allahın bizə bəxş etdiyi nemət və lütfləri saymaq Allaha məhəbbət və əlaqəni artırmağın başqa bir yoludur.

 

4. Allahın istəkli bəndəsi və xüsusi bəndəsi olmağın əsas yolu ruhu saflaşdırmaq, daha fədakar və səmimi olmaqdır. Bəsri İmam Sadiqdən (əleyhis-salam) Allaha bəndəliyin həqiqəti barədə soruşdu. İmam buyurdu: “Allaha bəndəçiliyin həqiqəti üç şeydədir: Birinci: Bəndə özünü Allahın ona verdiyi şeylərin sahibi hesab etməməlidir. Çünki həqiqi bəndələr heç bir şeyə sahib deyillər; Daha doğrusu, sərvəti Allaha məxsus hesab edir və Onun dediyi kimi istifadə edirlər. İkinci: Bəndə özünü işləri idarə etməkdə aciz hesab edər. Üçüncü: Ömürlərini Allahın əmrlərini yerinə yetirmək və Allahın qadağalarını tərk etməklə sərf edərlər.”

 

Allaha qulluq etməyi seçmiş insan həyatının bütün mərhələlərində, hətta hərəkət və davranışlarının təfərrüatlarında Allahın iradəsinə uyğun hərəkət edər. Onun ümidü yalnız Allahadır və insanlara bəndəçilik yolunda ona kömək etməkdə vasitəçidən başqa bir şey görmür. Buna görə də bəndənin Allah üçün xüsusi olmasının ən mühüm yollarından biri də Allahın göstəriş və əmrlərinə tabe olmaqdır.

 

5. Digər vacib məqam isə İxlas və səmimiyyətdir. İmam Baqir (əleyhissalam) buyurur: “Heç bir bəndə (bütün insanlardan ümidini kəsilmədən) Allaha layiq olduğu kimi ibadət etməmişdir. Belə olduqda Allah buyurur: Qulum mənim üçün özünü (hər şeydən) pak etdi. Ona görə də Allah onu öz lütfü ilə qəbul edir”.

 

6. Bizim digər əməl yolumuz saleh və nurani insanlarla, nurani məkanlarla birlikdə olmağa çalışmaqdır. İnsan salehlərin çevrəsində və nurlu yerdə olmalıdır. Dindar dostlar və ətrafınızdakı insanların yanında olmaq insan səhvinin faizini azaldır, məscid, ziyarətgah və bu kimi işıqlı məkanların ətrafında olmaq isə insanın mənəvi motivasiyasını artırır, onu zülmətdən, çirkabdan uzaqlaşdırır.

 

Deməli yuxarıda qeyd olunanlardan məlum oldu ki, rəvayətlərə  görə, İlahi eşqdən irəli gələn ibadət ən yüksək ibadətdir. Motivlərin fərqli olmasının səbəbi insanların ibadət və Allah fəlsəfəsi haqqında biliklərinin fərqli olmasıdır. Yəni Allaha aşiqcasına xəlvət və ibadət olması tövsiyə olunur. Allahla aşiganə münasibət qurmaq üçün bilik, anlayış və mərifəti artırmaq lazımdır. İbadətlərin ən yüksək mərtəbəsinə çatmaq üçün elm və idrak əldə etməklə yanaşı, qəlbi haram və şübhəli məhəbbətlərdən təmizləmək, Allahla ünsiyyət və bəndəliyi artırmaq, ilahi nemətlər və ixlas haqqında düşünmək Allaha məhəbbət və yaxınlığı artıran amillərdir. Digər əməli amillərdən biri də saleh və nurlu insanlarla, nurlu məkanlarla bir yerdə olmağa çalışmaqdır.

 

Vəssəlamu ələykum və Rəhmətullahi və Bərəkatuh.

 

Ustad Hacı Elşən Badkubei

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 23/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.