İmam Cavad Məmunun qızını niyə öz həyat yoldaşı kimi qəbul etdi?
2024-06-07 11:05:18

 

Bismillahir-Rəhmanir-Rəhim

 

 

İmam Cavadın (əleyhis-salam) Məmunun qızı ilə evlənməsinə səbəb olan amilləri iki ümumi kateqoriyaya bölmək olar: Birincisi, İmam Cavadı (əleyhis-salam) bu evliliyi qəbul etməyə məcbur edən amillər və ikincisi Məmunu bu evliliyi qəbul etməyə sövq edən digər amillər.

Birinci: İmam Cavadı (əleyhis-salam) bu evliliyə sövq edən amillər:

1. İmamın (əleyhis-salam) bu evliliyə məcbur olunmasıdır. Şübhə yoxdur ki, İmam Cavad (əleyhis-salam)-ın Məmunun qızı ilə izdivacı imamın (əleyhis-salam) qəlbinin istəyi deyildi və bu izdivac istək və şərtlərə uyğun olan adi nikahlar kimi baş tutmamışdır. Çünki İmam Cavad (əleyhis-salam) Məmunun, atası İmam Rza (əleyhis-salam)-ı şəhid etdiyini və Peyğəmbərin (s) ailəsinin və şiələrin düşmənlərindən olduğunu bilirdi. Digər tərəfdən, Məmun hökumətinin qanuni səlahiyyət və legitimliyi yox idi. Məmun öz məqsədlərinə çatmaq üçün İmama (əleyhis-salam) ciddi təzyiqlər edir və hətta İmamı (əleyhis-salam) hədələyir. Bəziləri hesab edir ki, imam (əleyhis-salam) evlənməsəydi, Məmun imama (əleyhis-salam) sui-qəsd edə bilərdi. İmamların (əleyhis-salam) sünnətində ölüm qorxusu olmasa da, o dövrdə imamların (əleyhis-salam) varlığı və rəhbərliyi müsəlmanların din və mənafelərinin qorunub saxlanmasında əsas rol oynayırdı. Müəlliflərdən biri yazır: “Görünür, İmamın (əleyhis-salam) bu izdivaca razı olması, əsasən, Məmunun İmama (əleyhis-salam) etdiyi təzyiqdən irəli gəlirdi”.

2. Şiələrin qorunub saxlanması. Əməvi və Abbasi xəlifələrinin mühüm strategiyalarından biri də anti-şiə idi və onlar Ələvilərə qarşı heç bir cinayəti əsirgəmədilər, onları sıxışdırdılar, həbs etdilər və öldürdülər. Digər tərəfdən, İmam Həsənin (əleyhis-salam) sülhün səbəblərindən birinin şiələri qorumaq olduğunu bildirdiyi kimi, İmamların (əleyhis-salam) mühüm siyasətlərindən biri də şiələri qorumaq idi. İmamlar (əleyhis-salam) məntiqli və ağlabatan siyasət və həll yolları seçərək şiələri qorumağa çalışırdılar. Şiələrin qorunub saxlanması strategiyasını qəbul etmək mümkün olsa da, onların xarakteri şübhə altına alınacaqdı. Necə ki, bəzi şiələr İmam Həsənin (əleyhis-salam) sülhünə və ya İmam Rzanın (əleyhis-salam) vəli əhdi qəbul edilməsinə etiraz etdilər və onun fəlsəfəsini və faydalarını dərk edə bilmədilər. Ola bilsin ki, İmam Cavad (əleyhis-salam) Məmunun qızı ilə evlənməklə şiələrin himayəsinə qalxırdı. Təbii idi ki, Məmun öz qızını İmam Cavad (əleyhis-salam)-la evləndirməklə şiələrə qarşı apardığı düşmənçilik siyasətindən müəyyən qədər qaçdı, çünki o, zahirən şiə imamla (əleyhis-salam) ailə əlaqəsi yaratmışdı.

3. Dini qorumaq. Bəlkə də İmam Cavadın (əleyhis-salam) Məmunun qızı ilə evlənməsi bir növ vəzifə idi ki, İmam Cavad (əleyhis-salam) bu izdivacla dini qoruyub saxlamağa və onu daha çox təbliğ etməyə xidmət etsin. İmam (əleyhis-salam) hökumətin mərkəzindəki nüfuzu ilə Məmunun dinə zidd siyasətinin qarşısını almağa və dini icmaya xidmət etməyə çalışırdı.

İkinci: O ki qaldı Məmunun nə üçün İmamı (əleyhis-salam) öz qızı ilə evləndirməyə məcbur etməsinə, aşağıdakı səbəbləri sadalamaq olar:

1. Şiə qiyamlarının yaranmasının qarşısını almaq. Məmun yaxşı bilirdi ki, Həzrət Rza (əleyhis-salam)-ın şəhadətindən sonra onun oğlu İmam Cavad (əleyhis-salam) şiələrin özəyi olaraq diqqət mərkəzində sayılırdı. Və Abbasi hökumətinin əleyhdarları ilə Həzrətin (əleyhis-salam) əlaqəsi nəticəsində hakimiyyətə qarşı üsyan və qiyamların yaranması ehtimalı artacaq. Ona görə də bu evliliklə qızı vasitəsilə Həzrətin (əleyhis-salam) şiələrlə əlaqələrindən xəbərdar olur və həmişə Həzrəti (əleyhis-salam) göz həbsində tutmaq və Abbasi hökumətinə qarşı şiə qiyamlarının yaranmasının qarşısını almaqdır. Bir müddətdən sonra Həzrət (əleyhis-salam) Bağdaddan Mədinə ər-Rəsula qayıtdı və bu hərəkətlə şiələrin Həzrətlə (əleyhis-salam) əlaqəsi daha da artdı və Məmunu öz istəyinə nail ola bilmədi.

2. İmam Cavad (əleyhis-salam)-ın mənəvi və şəxsi simasını aşağı salmaq. Həzrətin (əleyhis-salam) Ümmül-Fəzllə evliliyi nəticəsində şah, dəbdəbəli və parlaq həyatına bulaşmaq məqsədi ilə. Beləcə İmamın (əleyhis-salam) siması xalqın gözündə sarsılacaq. Amma İmam (əleyhis-salam) Məmunun niyyətini aşkara çıxarmaq üçün Hüseyn Məkariyə bu barədə imama (əleyhis-salam) yönləndirilən suala cavab verdi və dedi: Ya Hüseyn! Allah Rəsulunun (s) (Mədinə) hərəmindəki arpa çörəyi və qaba duz mənim üçün burada (Bağdad) gördüyünüzdən daha xeyirlidir. Məmun öz məqsədlərinə uyğun olaraq o qədər irəli getdi ki, hətta həzrəti (əleyhis-salam) dünya işlərinə meylləndirmək üçün həzrətə (əleyhis-salam) xanəndə tutmaq istədi və Həzrətin (əleyhis-salam) Məmuna verdiyi qəti cavab mane oldu.

3. Peyğəmbər ailəsinə maraq və dostluqu caamata göstərmək. Məmun qızını İmam Cavada (əleyhis-salam) ərə verməklə özünü Peyğəmbərin (s) Əhli-beytinin əhlinə tanıtmaq və Həzrət Əli bin Musa ər-Rzanın öldürülməsində günahsız olduğunu göstərmək istəyi idi.

4. Nəslini Allahın Rəsulunun nəslinə birləşdirmək. Məmun öz qızını Həzrət Cavada (əleyhis-salam) ərə verəndə dedi: “Mən ataları Allahın Peyğəmbəri (s) və Əli bin Əbi Talib (əleyhis-salam) olan bir kişinin əcdadı olmaq istərdim”. Amma Ümmül-Fəzlin Həzrət Cavaddan (əleyhis-salam) övladı olmadığı üçün Məmunun digər planları kimi bu plan da suya düşdü. Nəhayət, Mötəsimin dövründə və Mötəsimin dəstəyi ilə Ummul-Fəzl İmam Cavadı (əleyhis-salam) zəhərləyib şəhid etdi.

Allah qiyamət günü Məsumların şifaətindən bizləri məhrum etməsin.

 

Ustad Hacı Elşən Badkubei.

 

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.