SÖZ GƏZDİRMƏYİN SOSİAL TƏSİRLƏRİ
2024-06-10 09:28:12

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Bəzi günahlar, fərdi təsirlərdən başqa, pis ictimai təsirlərə malikdir ki, bunlara diqqət yetirilmədikdə, ictimai nəticələrə səbəb olur və cəmiyyətin bütün üzvlərinə təsir edir.

 

Söz gəzdirmək Məsumların (s.ə) rəvayətlərində qeyd olunan böyük günahlardan sayılır və hər kəsə bu əməl haramdır. İmamlar (əleyhis-salam) bu günahın təsir və nəticələrini də sadalamışlar. Bu nəticələrin bəziləri fərdi, bəziləri isə sosial xarakter daşıyır. Aşağıda bu günahın cəmiyyətə təsir edə biləcək bəzi nəticələri bəyan ediləcək.

 

1-Yağışın bərəkətindən məhrum olmaq. Söz gəzdirməyin ictimai təsirlərindən biri də aclıq və yağışın nemətindən bəhrələnməməkdir. Bir rəvayətdə belə deyilir: İsrailliləri aclıq bürüyəndə Musa yağış üçün dua etdi. Allah Musaya vəhy etdi: Mən sənin və səninlə olanların dualarını qəbul etməyəcəyəm. Çünki aranızda elə sözgəzdirənlar var ki, onların işi insanlar arasında söz aparıb-gətirməkdir. Musa dedi: İlahi, o adam kimdir? Onu təqdim et ki, ondan qurtula bilək. Allah buyurdu: Ey Musa, ola bilərmi ki, sənə söz gəzdirməyi qadağan edim və özüm də söz gəzdirənlik edim? Odur ki, bütün çətinliyə düşənlərə de ki, tövbə etsinlər ki, onları yağışla sirab edim.

 

2- Nifrətin yayılması. Cəmiyyətdə yarana biləcək digər söz gəzdirməyin nəticələrindən biri də nifrətdir. Əhli-beyt (əleyhis-salam) rəvayətlərinə görə, söz gəzdirmək cəmiyyət üzvləri arasında nifrət və qəzəbə səbəb olur. Əmirul Möminin (əleyhis-salam) bu məzmunda buyurur: Nifrət yayan, insanları Allahdan və insanlardan uzaqlaşdıran söz gəzdirməkdən çəkinin. Başqa bir hədisdə də belə buyurulur: Söz gəzdirənlərdən uzaq olun ki, onlar sizlərin aranızda kin-küdürətdən başqa heçnə yaratmazlar.

 

3- Düşmənliyə qızışdırmaq. Bəzi rəvayətlərdə söz gəzdirməyi insanlar arasında düşmənçiliyə səbəb ola biləcəyi qeyd edilmişdir. İmam Sadiq (əleyhissalam) söz gəzdirmə nəticəsində düşmənçilik yaratmaq haqqında buyurur: İnsanların qəlbinə kin və düşmənçilik toxumu səpən söz gəzdirməkdən çəkinin. Hədisdə qeyd olunan “Şahna” sözü bütün ruhu bürüyən düşmənçilik deməkdir. Buna görə də söz gəzdirmək cəmiyyətdə təsirli ola bilər və insanların bir-biri ilə düşmənçiliyinə səbəb ola bilər.

 

4- Müharibə və qan tökülməsi. Münaqişə və müharibə söz gəzdirmənin cəmiyyətdəki digər dağıdıcı təsirləridir. İmam Sadiq (əleyhis-salam) bu məsələdə buyurur: Ən böyük sehrlərdən biri sözdür, [çünki] sözlə dostlar arasında ayrılıq atılır, bir qəlbin dostları düşmən olur, qan tökülür, evlər dağılar, pərdələr cırılır. Söz gəzdirən yer üzündəki ən pis insandır. Bu rəvayətdən aydın olur ki, söz gəzdirmək təkcə fərdi günah deyil, insanlar arasında təfriqə yaradaraq, nəticədə qan tökülməsinə, müharibəyə və nəticədə məhvə, qətlə və s... gətirib şıxarır.

 

5- Digər nəticələr. Bilinməlidir ki, söz gəzdirmək günah və Allah yanında iyrənc bir işdir və buna görə də günahın ümumi təsir və nəticələri vardır. Bu günahın bəzi dəhşətli nəticələri təkcə fərddə deyil, bütün cəmiyyətdə olur. İmam Sadiq (əleyhissalam)-dan gələn hədisdə buyurulur: Allah bir qövmə qəzəbləndikdə və onlara [məhvedici] bir əzab endirmədikdə, onların qiymətləri bahalaşar və ömürləri qısalar, tacirləri qazanc əldə etməz, çayları susuz olar, meyvələri bitməz və böyüyərsə də yaxşı olmaz, onların zalımları onlara hakim olar və yağış dayanar.

 

Vəssəlamu ələykum və Rəhmətullahi və Bərəkatuh.

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.