2020-Cİ İL, MAY AYININ DİNİ TƏQVİMİ
2020-05-18 13:30:00

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA

 

2020-Cİ İL, MAY AYININ DİNİ TƏQVİMİ

 

04-may-2020-ci il, 10-Ramazan-1441-ci il:

1. Həzrət Peyğəmbər (s.ə.a.v)-ın vəfalı həyat yoldaşı Həzrət Xanım Xədiceyi Kubra (s.ə)-nın vəfat günüdür. Hadisə Besətin 10-cu ilində baş vermişdir.

2. Kufə əhlinin Həzrət İmam Hüseyn (ə.s)-i Kufəyə dəvət etmək üçün yazılan məktubun Həzrət (ə.s)-ın əlinə çatdığı gündür. Hadisə hicrinin 60-cı ilində baş vermişdir.

3. Məmuni Abbasının əmri ilə İmam Rzaya (ə.s) beyət etmə mərasiminin düzənlədiyi gündür. Hadisə hicrinin 201-ci ilində baş vermişdir.

06-May-2020-ci il, 12-Ramazan-1441-ci il:

Həzrət Peyğəmbər (s.ə.a.v)-lə səhabələrin, məxsusən Həzrət Əli ibn Əbu Talib (ə.s)-la qardaşlıq əhdinin bağlandığı gündür. Hadisə hicrinin 1-ci ilində baş vermişdir.

07-May-2020-ci il, 13-Ramazan-1441-ci il:

Əhli-Beyt (ə.s) düşməni Həccac ibn Yusifi Səqəfi (l.ə)-in cəhənnəmə vasil olduğu gündür. Hadisə hicrinin 95-ci ilində baş vermişdir.

08-May-2020-ci il, 14-Ramazan-1441-ci il:

Həzrət Hüseyn İbn Əli (ə.s)-ın qisasını alan və bu yolla bütün Şiələrin urəyinə sərin su səpən Cənab Muxtar ibn Əbi Ubeydi Səqəfi (r.ə)-in şəhadət günüdür. Hadisə hicrinin 67-ci ilində baş vermişdir.

09-May-2020-ci il, 15-Ramazan-1441-ci il:

1) Şiələrin ikinci İmamı Həzrət Əbu Muhəmməd Həsən ibn Əli (ə.s)-ın viladət günüdür. Hadisə hicrinin 3-cü ilində Mədinə şəhərində baş vermişdir.

2) Həzrət Hüseyn (ə.s) tərəfindən Kufəyə göndərilən Cənab Müslim ibn Əqil (ə.s)-ın Kufəyə doğru hərəkət etdiyi gündür. Hadisə hicrinin 60-cı ilində baş vermişdir.

10-May-2020-ci il, 16-Ramazan-1441-ci il:

Həzrət Əli ibn Əbu Talib (ə.s)-in göstərişi ilə Cənab Muhəmməd ibn Əbu Bəkr (r.ə) Misrə daxil olduğu gündür. Hadisə hicrinin 37-38-ci illərində baş vermişdir.

11-May-2020-ci il, 17-Ramazan-1441-ci il:

1) Həzrət Peyğəmbər (s.ə.a.v)-in meraca getdiyi gündür. Hadisə Besətdan 5-ci il sonra baş vermişdir.

2) Bədr döyüşünün başlandığı gün. Hadisə hicrinin 2-ci ilində baş vermişdir.

3) Ayişə Əbu Bəkrin qızı Muaviyə (l.ə)-in əliylə öldürüldüyü gündür. Hadisə hicrinin 58-ci ilində baş vermişdir.

12-May-2020-ci il, 18-Ramazan-1441-ci il:

Birinci Qədir gecəsidir.

13-May-2020-ci il, 19-Ramazan-1441-ci il:

Həzrət Əli ibn Əbu Talib (ə.s) süb namazı vaxtı Kufə məscidində İbn Mulcəm (l.ə)-in vasitəsiylə başından zərbə aldığı gündür. Hadisə hicrinin 40-cı ilində baş vermişdir.

14-May-2020-ci il, 20-Ramazan-1441-ci il:

1) ikinci Qədir gecəsidir.

2) Həzrət Peyğəmbər (s.ə.a.v) 12 min müsəlmanla Məkkəni fəth etdiyi gündür. Hadisə hicrinin 8-ci ilində baş vermişdir.

15-May-2020-ci il, 21-Ramazan-1441-ci il:

1) Muttəqinlərin İmamı, Muminlərin Əmiri Həzrət Əli İbn Əbu Talib (ə.s)-in 63 yaşinda şəhadətə yetişdi.

2) Həzrət Əmirəl-Muminin Əli İbn Əbu Talib (ə.s)-ın vəfatından sonra Həzrət İmam Həsən (ə.s)-a beyət olunduğu gündür.

3) Həzrət Əli İbn Əbu Talib (ə.s)-ın qatili məlun İbn Mulcəm (l.ə)-in öldürüldüyü gündür.

16-May-2020-ci il, 22-Ramazan-1441-ci il:

Üçüncü Qədir gecəsi.

17-May-2020-ci il, 23-Ramazan-1441-ci il:

Qurani Kərimin nazıl olduğu gündür.

18-May-2020-ci il, 24-Ramazan-1441-ci il:

Allahın və Onun Peyğəmbərinin düşməni Əbu Ləhəb (l.ə)-in cəhənnəmə vasil olduğu gündür.

DİQQƏT:

Bu mübarək ayda digər hadisələrdə baş vermişdir. O cümlədən:

1)Nafilə namazların Ömərin göstərişi ilə biryerdə camaat namazı kimi qınındığı gün. Hadisə hicrinin 14-cü ilində baş vermişdir.

2) Həzrət Peyğəmbər (s.ə.a.v)-in təvəssütü ilə yağış namazının qılındığı gün. Hadisə hicrinin 6-ci ilində baş vermişdir.

24-May-2020-ci il, 01-Şəvval-1441-ci il:

1) Fitir bayramı günüdür. Həmin günü bayram namazından bir az öncə Həzrət İmam Hüseyn (ə.s)ın türbətindən bir az yemək bəyənilmiş əməllərdəndir.

2) Allahın, Peyğəmbər (s.ə.a.v)-in və Əhli-Beyt (ə.s)-in düşməni Əmr ibn As (l.ə)-in cəhənnəmə vasil olduğu gündür. Hadisə hicrinin 41-ci ilində baş vermişdir.

26-May-2020-ci il, 03-Şəvval-1441-ci il:

Əhli-Beyt (ə.s)-ın düşməni Mutəvəkkili Abbas (l.ə)-in cəhənnəmə vasil olduğu gündür. Hadisə hicrinin 247-ci ilində baş vermişdir.

27-May-2020-ci il, 04-Şəvval-1441-ci il:

Huneyn döyüşünün başlandığı gün. Hadisə Məkkənin fəthindən 15 gün sonra hicrinin 8-ci ilində baş vermişdir.

28-May-2020-ci il, 05-Şəvval-1441-ci il:

1) Həzrət Əmirəl-Muminin Əli İbn Əbu Talib (ə.s) Əbu Məsud Uqbə ibn Amiri Ənsarini öz yerinə Kufədə qoyaraq Seffeyn doğru hərəkət etdiyi gündür. Hadisə hicrinin 36-cı ilində baş vermişdir.

2) Həzrət İmam Hüsey (ə.s)-ın nümayəndəsi Muslim ibn Əqil (r.ə)-in Kufəyə daxil olduğu gündür. Hadisə hicrinin 60-cı ilində baş vermişdir.

29-May-2020-ci il, 06-Şəvval-1441-ci il:

Həzrət İmam Zaman (ə.f.ş)-in kiçik qeybi zamanında ilk dəfə Cənab Hüsey ibn Ruh (r.ə)-ə Həzrət (ə.f.ş) tərəfindən tapşırığı verildiyi gündür.

31-May-2020-ci il, 08-Şəvval-1441-ci il:

1)Vəhhabilər tərəfindən Bəqi və Həzrət Həmzeyi Seyyiduş-Şühəda (ə.s)-ın məzarının viran qoyulduğu gündür. Hadisə hicrinin 1344-cü ilində baş vermişdir.

2) Həmraul-Əsəd döyüşünün başlandığı gündür. Hadisə hicrinin 3-cü ilində baş vermişdir.

 

 

 

Ustad Hacı Elşən Badkubei

  • Namaz Vaxtları
  • Hədislər
  • Sual-Cavab
Tarix: 29/09/2020
Sübh Azanı 3:12
Günəş çıxır 5:11
Zöhr azanı 12:39
Gün batan vaxtı 20:7
Məğrib azanı 20:30
Gecənin yarısı 23:40
Quranin qelbi nedir?
Baxicya lenet oxumaqin bir xeyri var ya yox cunki baxici yalanci mexluq du?
Subh namazina durmamaq gunah sayila biler
SALAM DUA OLSUN SIZE MEN EREB DILIN OYRENIB QURAN OXUMAG ISTEYIREM MINKUNSE TANIDIQINIZ BIR MUELIME VARSA KOMEY EDIN COX XAIW EDIREM KURSA GETMEYE IMKANIM YOXDUR!EVELEDEN TEWEKKUR EDIREM!
salamun aleykum,men ehli sunnenin moteber kitabi olan sehihi-muslim ve sehihi -buxarinin butun hedislerini hansi saytdan tapa bilerem.ALLAH Sizden razi olsun.
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.