
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA
2020-Cİ İL, İYUN AYININ DİNİ TƏQVİMİ
06-İyun-2020-ci il, 14-Şəvval-1441-ci il:
Əbdullah ibnə Mərvanın ölüm günü. Hadisə hicrinin 86-cı ilində baş vermişdir.
07-İyun-2020-ci il, 15-Şəvval-1441-ci il:
1) Ohud muharibəsinin başlandığı gün və Həzrət Həmzeyi Seyyiduş-Şühəda (r.ə)-ın şəhadət günüdür. Hadisə hicrinin 3-cü ilində baş vermişdir.
2) Rədduş-Şəms günü. Yəni bu gündə Həzrət Peyğəmbər (s.ə.a.v)-in duasıyla Həzrət Əli ibn Əbu Talib (ə.s) üçün günəşin geri qayıtdığı gündür.
3) Həzrət Peyğəmbər (s.ə.a.v) səfərdə olarkən Qinqa döyüşünün başlandığı gündür. Hadisə hicrətdən 20 ay keçdikdən sonra baş vermişdir.
4) Cənab Əbul-Qasim Əbdul-Əzim Həsəni Əbdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Əli ibn Əbu Talibın oğlunun vəfat günüdür. Hadisə hicrinin 252-255-ci illərində baş vermişdir.
09-İyun-2020-ci il, 17-Şəvval-1441-ci il:
1) Xəndəq muharibəsinin başlandığı gün və Əmr ibn Əbdəvud (l.ə) Əli ibn Əbu Talib (ə.s) əliylə öldüyü gündür. Hadisə hicrinin 5-ci ilində baş vermişdir.
2) Həzrət İmam Rza (ə.s)-ın xas səhabələrindən olan Əba Sələt Əbdus-Salam ibn Saleh (r.ə) Məmunun zindanından azad olduqdan sonra dünyasını dəyişmişdir. Hadisə hicrinin 207-ci ilində baş vermişdir.
12-İyun-2020-ci il, 20-Şəvval-1441-ci il:
Həzrət İmam Musa ibn Cəfər (ə.s)-ın Hatun (l.ə) tərəfindən tutulduğu gündür.
17-İyun-2020-ci il, 25-Şəvval-1441-ci il:
Həzrət İmam Sadiq (ə.s)-ın Vəfat günü. Hadisə hicrinin 148-ci ilində baş vermişdir.
23-İyun-2020-ci il, 01-Zil-Qədə-1441-ci il:
1) Həzrət Musa ibn Cəfər (ə.s)-ın qızı Həzrət Fatimeyi Məsumə (s.ə)-nin mölud günüdür. Hadisə hicrinin 173-cü ilində baş vermişdir.
2) Bədri suğra döyüşünün başlandığı Gündür. Hadisə hicrinin 4-cü ilində baş vermişdir.
3) Əşəs ibn Qeysin (l.ə) cəhənnəmə vasil olduğu gündür. Hadisə hicrinin 40-cı ilində baş vermişdir.
Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Hədislər
- Sual-Cavab