DÜNYA AYƏ VƏ HƏDİSLƏRDƏ
2022-06-25 18:16:34

 

Bismillahir-Rəhmanir-Rəhi

 

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.
(Ənam 32)

   Din böyüklərinin kəlamlarına baxdıqda dünya həyatının necə bir yurd olduğu,onun faydalı və zərərli tərəfləri barəsində minlərlə hədislərə və rəvayətlərə rast gəlmək olur.Dünya özü özlüyündə xüsusi bir dəyər kəsb etməsə də,axirət aləminin abadlaşması,və Allah yanında mərifət və təqva sahibi olmaq üçün çox önəmli bir vasitədi.Bir növ xüsusi bir minik vasisitəsi kimi insanı mənzil başına çatdırmaq üçün önəmli bir yurddu.Təbii ki,dünyadan doğru və düzgün şəkildə yalnız ağıl sahibləri istifadə edər və fayda götürər.Bu baxımdan dünyanı ümumi olaraq tənqid etmək və onu faydasız bir aləm kimi qələmə vermək,din rəhbərlərinin nəzərində qınanılıb.

Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şərr-bəladan xilas olar. Bəndə "Allah dünyaya lənət etsin" deyəndə dünya deyər: "Allahın lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun." (Biharul-Ənvar, cild 77, səh 178)

   Necə ki,Möminlərin Əmiri Əli ibn Əbutalib(ə)
Dünyanı nərdivana bənzədib,Nərdivanın xüsusiyyəti budur ki,özü özlüyündə bir funksiya bir dəyər daşımasa da insana lazım olan bir çox işlərdə faydalı bir əşyadı.Onunla harasa çıxıb yaxud harsa enib lazım olan işləri görmək olar.Dünya da nərdivan misalı olaraq bir nəsnədi.İnsan Dünya vasitəsi ilə Cənnət kimi bir yüksəkliyə yaxud Cəhənnəm kimi bir batağlığa enə bilər.Burda mühim olan insanın ondan necə istifadə etməsidir.

 Möminlərin Əmiri Əli(ə) Dünyanın vəsvində Buyurur:
 "Dünya qalmaq yeri deyil,keçiddir.İnsanlar dünyada iki dəstədirlər:bir dəstə onda özünü sataraq məhv edib,digər bir dəstə isə özünü alaraq azad edib"

(Ayətullah Məkarim Şirazi,Şərhi-Nəhcül bəlağə 133-ın kəlamın şərhi.cild 13)

   Təqavalı olmaq,Allahın əmrlərinə,göstərişlərinə itaət etmək,ibadi məsələlərdə diqqətli və dəqiq olmaq,saleh işlərdə Səhlənkarlıq etməmək,Dünyaya məxsus olan işlər olsa da nəticəsi və mükafatı axirətdə insana fayda verər.Eyniylə də Tamahkarlıq,təkəbbür,ücb,riya,zülm etmək,həsəd və s.Əməllər də dünyada icra olunan əməllər olsa da İnsanı axirət aləmində əli boş qoyar.
   Demək diqqət olunası ən mühim nöqtə budur ki,insan dünya həyatını özünə hədəf seçməməli və dünyanın maraqlarına xidmət etməməlidir.
   Anlaşılan budur ki,ayə və hədislərdə keçən dünyanın qınanılması onun məzəmmət edilməsində məqsəd,İnsanın dünyaya bağlığı və asılılığıdı.Bəsirət sahibi olan insan qısa müddətli dünya ləzzətini əbədi bir axirət ləzzətinə qurban verməməli,və ondan doğru,düzgün istifadə etməlidir.
   Bir zamanlar Peyğəmbərlə(s) çiyin çiyinə cihad edib döyüşdən döyüşə gedən İslam Mücahidləri İslamın yeni inkişaf etdiyi dönəmlərdə bir xurmanı yarı böldükləri halda,həmçinin Hz.Əlinin(ə) xilafətə qədər olan iyirmi beş(25) il sükutu dönəmində haqdan bir an da olsun belə ayrılmayanlar,Hz.Əlinin(ə) ədalətli Xəlifəliyi dövründə dünya malına tamah salıb illərlə qazandıqları fəziləti əldən verdilər,dövrün imamına qarşı cəbhə açdılar.Cəməl,Nəhrəvan kimi döyüşlər buna nümunədir.

  Odur ki,Dünyadan laiqincə faydalanan Möminlər Allahın razılığını qazandılar,lakin dünyanın ötəri həvəslərinə aldananlar isə aqibətlərinin puç olmalarına göz yumdular.

Bəhsin əvvəlində qeyd etdiyimiz ənam surəsinin 32-ci ayəsi məhz dünyanın necə bir oyun və əyləncə yurdu olduğunu bizlərə möhkəm və açıq şəkildə bəyan edir.
Allah bizləri iman və mərifət yolunda hidayətə çatan və sabit olan bəndələrindən qərar versin.

 

Kərbəlai Fərin Şirəliyev

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.