
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA
2020-Cİ İL, İYUL AYININ DİNİ TƏQVİMİ
01-İyuj-2020-ci il, 09-Zil-Qədə-1441-ci il:
Həzrət Muslim ibn Əqil (ə.s)-ın Kufədə 18000 nəfərin Həzrət Hüsey ibn Əli (ə.s)-a beyət etmə məktubunun göndərildiyi gündür. Hadisə hicrinin 60-cı ilində baş vermişdir.
03-İyul-2020-ci il, 11-Zil-Qədə-1441-ci il:
Həzrət İmam Rza (ə.s)-ın mövludu. Hadisə hicrinin 148-ci ilində baş vermişdir.
15-İyul-2020-ci il, 23-Zil-Qədə-1441-ci il:
1-Bir nəzərə görə Həzrət İmam Rza (ə.s)-ın vəfat günüdür. Hadisə hicrinin 203-cü ilində baş vermişdir.
2- Bəni Qərizə döyüşünün başlandığı gündür. Hadisə hicrinin 4-cü ilində baş vermişdir.
17-İyul-2020-ci il, 25-Zil-Qədə-1441-ci il:
Həzrət İmam Rza (ə.s)-ın Mədinə şəhərindən Mərvə şəhərinə hərəkət etdiyi gündür. Hadisə hicrinin 200-cü ilində baş vermişdir.
18-İyul-2020-ci il, 26-Zil-Qədə-1441-ci il:
Həzrət Peyğəmbər (s.ə.a.v)-in Mədinə şəhərindən Həccətul-Vida üçün hərəkət etdiyi gündür. Hadisə hicrinin 10-cu ilində baş vermişdir.
21-İyul-2020-ci il, 29-Zil-Qədə-1441-ci il:
Həzrət İmam Cavad (ə.s) Mötəsimin göstərişi ilə zəhərlə şəhid olunduğu gündür. Hadisə hicrinin 220-ci ilində baş vermişdir.
DİQQƏT:
Hicrinin 6-cı ilinin bu ayında Hüdeybiyyə sülhü baş vermişdir. Lakin günü məlum olmadığından burada qeyd edə bilmirik.
Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Hədislər
- Sual-Cavab