İLAHİ TƏQDİRƏ TƏSLİM OLMAQ
2022-06-27 12:29:42

Bİsmillahir-Rəhmanir-Rəhim.


Bizə Aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir.(Ənam 71)

   İslam dininin bizlərə təqdim etdiyi bütün əmr və tələblərin kökündə Allaha təslim və itaət dayanır. Allaha təslim və itaət yəni onun əmrləri müqabilində qeyd şərtsiz boyun əymək və Allahın bizlərə təqdim etdiyi qanunlara itaət etmək durur. Mümkündür ki, bir insan Bütün ibadi məslələri icra etsin amma ömründə hansısa bir hökmlə qarşılaşdıqda ona itaət etmək çətin yaxud ağır gəlsin, təbii ki, burda çətin olan onun itaət edə bilməməsi yox öz zövqünə və istəyinə qarşı çıxa bilməməsidir. Qurani Kərimidə Adəmin(ə) xəlq olunması haqqında ayələri oxuduqda görürük ki, Adəmin xəlq olunması həm də digər yaranışların imtahan və sınağa çəkilməsi idi. İblis (l) Rəvayətlərə əsasən altı bəzi rəvayətlərə görə yeddi min il Allaha ibadət etmişdi. Lakin bu uzun bir zaman çərçivəsində heç vaxt özünə xoş gəlməyən bir imtahanla və tələblə qarşılaşmamışdı. Ona ki,əmr olunanda Adəmə səcdə et bu imtahandan çıxa bilmədi. Əslində məqsəd Adəmə səcdə deyil, Allaha səcdə idi.
  Bu növ imtahan və sınaqlar hər bir insanın həyatında baş verir lakin insan dünyaya olan bağlılıq və məhəbbətinə görə bu cür imtahanların yanından onu görməmiş kimi ötüb keçir. Lakin, İnsanın bir ömürlük ibadəti və onun axirət aqibəti məhz bu imtahanlardan aslıdır. Hər bir insanın mütləq bir bağlığı və mütləq bir könül verdiyi nəsə var. Kimin bağlılığı şəhvdə, kimisində qəzəb, Riya, ücb, dünya məhəbbəti, şöhrət, pul və s... Allahın işi insanla əsas bu bağlılıqla əlaqəlidir.

Qurani-Kərimdə Allah (t.t) şərif bir ayəsində buyurur:

Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.

  Ayədə mövcud olan ən incə məqamlardan biri budur ki,Cəlal Sahibi olan Allah(t.t) insandan ehsan etməyi deyil,sevdiyimiz şeylərdən ehsan etməyi tələb edir.İnsanın o şey ki,ona bağlılığı var o şey ki,ona könül verib Allahın işi məhz o xüsusnandır.

Peyğəmbər(s) səhabələri içərisində elə insanlar var idi ki,İslam uğrunda illərlə qılınc vurdular,İslamın dirçəlməsi üçün öz canlarını fəda etdilər,lakin ən həssas məqama yetişdikdə,könül bağladıqları dünya malına görə imtahan olunduqda,Cəməl savaşını törətdilər.

   Yaxud digərləri Peyğəmbərin(s) sağlığında Əlilin(ə) şəninə tərif dedikləri zaman Qədir Xumda öz həqiqi kimliklərini ortaya qoydular.

Təslim xüsusiyyətinə sahib olan insan Allahdan gələn hər bir əmr və göstərişlərə cani dildən razılıq bildirib qəbul edərlər.

  İnsan həyatında baş verən bəla və müsibətlərə səbr etmək,Allahın təqdirinə razı olmaq təslimiyyət xüsusiyyətinə bağlıdır.

İmam Sadiq(ə) bəzən öz qonaqlarına firni və halva bəzən də çörək və zeytun verdiyini nəql etmişdilər. Bir şəxs Ona dedi: Əgər gələcəklə bağlı tədbiriniz olsa, Maddi durumunuz yaxşı olar, qonaqlara eyni yemək vermərsiniz.
imam Sadiq(ə) onun cavabında belə buyurdu: Bizim tədbirimiz Allahın ixtiyarındadır. Biz onun əmrləri müqabilində təslimik. Nə zaman bizə bir şey bəxş etsə, biz də həm özümüz həm də qonaqlarımız üçün ondan istifadə edərik. Əgər az miqdarda bəxş etsə, biz də qənaət edər və qonaqlarmıza malik olduğumiz şeylərdən verər və bu minvalla həyat sürərik.

Allah(ə) bizləri onun əmrləri və tələbləri müqabilində təslim olan bəndələrindən qərar versin. AMİN

 

 Vəssəlamu aləykum vərahmətullah.

 

Kərbəlai Fərid Şirinov

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.