NAMAZ VƏ ONUN İNSANIN HƏYATINDA ROLU
2022-06-29 08:24:14

Bismilləhir Rahmənir Rahim

 

 

Həqiqətən namaz (insanı) böyük günahıardan (çəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir.

(Ənkəbut Ayə 45)

  Allah(t.t) elə bir qüdrət və əzmə sahibdir ki,Onun yaranışdan (ins və cin)dən olan hər hansı bir varlığın ibadət və itaətnə əsla möhtac deyil. Bəs görən Mütəal Allah nə səbəbə insanlardan Namaz qılmağı,ibadət etməyi bu qədər əmr və ciddiyətlə tələb edir? Din rəhbərlərinin bizə öyrətdiyi hədis və rəvayətlərə baxdıqda görürük ki,əsl həqiqətdə Allahın işi məhs insanın nicat tapması üçün Cəhənnəm atəşindən xilas olmağı üçündür.Bütün Öeyğəmbərlərin gəlişi,İmamların Rəhbərliyi,dini təlim və dədrisin təbliği yalnız bu məqsədə cidmət etmişdir.Namaz və digər vacibatlar sanki insan həyatında bir düstur rolunu oynayır.İnsan cisminin sağlamlığını qoruması üçün hansı müalicə metodları varsa ,eynilə insan ruhunun da nəfsi xəstəliklərdən qorunması üçün müdafiə metodu və müalicə üsulları var.
  Fikrimizi belə bir misallah izah etməyə çalışaq.Təsəvvür edin ki,böyük bir şirkət var və onun minlərlə işcisi var.Şirkət rəhbərliyi öz şirkətində çüxtəlif qanunlar tətbiq edib ki,o qanunıara digər şirkətlərdə rast gəlmək olmaz.Misal üçün,işçilərin xüsusi geyim növünü tərtib edib,xanımlar hicablı bəylər isə uzun qollu köynəkdə və hamısı eyni rəngdə.Zahirən bu məsələyə baxdıqda görürük ki,Şirkət rəhbərinin buna elə ehtiyacı yoxdur.Zatən xanımlar hicabsız olsa da belə şirkət öz işini davam etdirəcək,bəylər qısa qol geyinsələr də şirkət öz işini davam etdirəcək,hər bir işci öz işini bilir və öz işinə ciddi yanaşır.Bəs görən bu cür geyim tərzinin şirkət rəhbəri tərəfindən tərtib olunmasının səbəbi nədir,səbəbi budur ki,onun şirkətində xüsusi nizam ,xüsusi düzən olsun.Heç kim ədəb normalarını aşmasın və işçilər işin nə qədər ciddi olduğunu anlayıb,öz işlərinə məsuliyyətlə yanaşsınlar.Allahın(t.t) bütün bəşəriyyətən namaz və digər vacib ibadətləri bununçun tələb edir ki,bu ibadət birbaşa onu icra edən şəxsin məsuliyyətini artırar,və Allah qarşısında(şirkət rəhbəri) maksimum dərəcədə diqqətli olub öz işlərinə əhəmiyyət verməsinə səbəb olar.Bu səbəbdən Din rəhbərlərinin namaz haqqında kəlamlarına baxdıqda görürük ki,insan yaşayışını nizama salmaq üçün namaz çox həyati əhəmiyyət kəsb edir.

Hz.Peyğəmbər(s) buyurur:

"Nə qədər ümmətin bir birinə məhəbbət edib,Namaz qılıb,Zəkat verib,qonaq sevərlik edərsə,həmişə xeyirdə olacaqdır"

   Bu mübarək hədisdə görürük ki,Allahın(t.t) bizə biçdiyi ibadət və vacib hökmlər bizi əziyyətə salmağa deyil,həyatımızə nizama salmağa xidmət edir.Bir növ Namaz bizim Axirət işimizi gözəl etməzdən əzəl,dünya həyatımızı gülüstana çevirir.

   Necə ki,Hz.Peyğəmbər(s) başqa bir kəlamında buyurur:

"Namaz hər bir xeyirin açarıdır"

   İnsan çalışmalıdır ki,Namazı məcburiyyət üzündən deyil zərurət üzündən icra etsin.Məcbiriyyət hesab etməsin,zərurət hesab etsin,yəni namaz qılmaramsa işlərim yolunda olmaz,namaz qılmaramsa planlarım baş tutmaz,namaz qılmaramsa bütün tədbirlərim yarımçıq olar.Yəni,Namaz insanın həyat tərzinə,gündəlik yaşam prosesinə çevrilməlidi.Nəinki,deməlidi ki,"Allah vacib edib,qılmasam Cəhənnəm əzabı var"xeyir,belə bir Namazdan insanın götürəcəyi fayda yalnız vacibatın boynundan düşdüyü qədər olar.Ondan heç bir mənəvi ləzzət apara bilməz..Qorxu üzündən olunan ibadət insana nə dünyada nə də axirətdə fayda verməz.

"Günlərin birində bədəvi ərəblərdən biri Məscidə daxil oldu.Möminlərin Əmiri Əlidə(ə) orada idi. Bədəvi ərəb heç bir vacibatı gözləmədən Namazı tələsik qılmağa başladı.Namazını bitirib Məsciddən çıxmaq istəyəndə Hz.Əli(ə) onu səsləyərək Namazını yenidən və ədəblə qılmasını tələb etdi.Bədəvi ərəb onun qamçısından qorxaraq Namazını yenidən və ədəblə ,tələsmədən və bütün qaydalarına riayət edərək qıldı.Namaz bitdikdən sonra hz.Əli(ə) ona buyurdu:Ey Ərəb! indi qəldığın namaz əvvəlki namazından daha yaxşı deyilmi? Bədəvi ərəb cavab verdi:Bəli,Allaha and olsun,birinci namaz Allah qorxusundan idi,amma ikinci namaz sizin qamçınızın qorxusundan ,İmam Əli(ə) onun sözlərinə təbəssüm etdi"

(Lətaifut-təvaif,səh 139)

 

Allah bizləri ibadət və itətlərdə kamil bəndələrindən qərar versin.AMİN!

Vəssəlamu Aləykum və Rahmətullahi və bərakətuh.

 

Kərbəlai Fərid  Şirəliyev

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.