YALANIN TƏSİRİ
2022-07-02 11:59:55

Bismilləhir Rahmənir Rahim



                      
Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdilər.
(Maidə-42)

  Allahın(t.t) insanı haramlardan çəkindirməsinin başlıca səbəblərindən biri ,Günahı insanın şəninə yaraşdırmamasıdır.Çünki,insan Allahın yaratdıqları içərisində ən üstün və ali bir varlıqdı.Əgər biz diqqətlə kainatın qurluşuna, səma aləminin kəşkəşanlığına,təbiətdə baş verən hadisələrin bu qədər dəqiqliklə bir birinin izləməsinə baxdıqda Allahın necə Əzəmətli və qüdrətli olduğunu görərik.Lakin,Mütəal Allah bu qədər əzəmətli kainatı yaratmasına görə əsla Özünə əhsən demədi.Fəqət insanı xəlq etdikdə,Özünü təriflədi və Özünə Əhsən dedi.

   "Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah,çox xeyir-bərəkətlidir.
(Muminun-14)

    İnsan haram bir işə özünü aludə etdikdə,Allah(t.t) qəzəblənir,o qəzəbin arxasında Allahın belə bir sualı dayanır: "Ey insan! sən axı daha ali hədəflərçün xəlq olunubsan,özünü niyə bu qədər ucuza satırsan?"
   Günahlar içərisində Yalan danışmaq bütün pisliklərin açarı kimi göstərilmişdir.

  "Bütün pisliklər bir evdə yerləşdirilmiş,və həmin evin açarı da yalan olaraq müəyyənləşdirilmişdir"
 İmam Həsən Əsgəri(ə)
Camius-saadat c.2,səh.323

   Bu mübarək kəlama diqqətlə nəzər etdikdə yalanın insan üçün,insan şəxsiyyəti üçün necə təhlükəli bir düşmən olduğunu görmüş oluruq.Yalan elə bir günahlardandır ki,insan onun əzabını axirətdən öncə elə dünyadaca dadmış olur.Yalanla insanın öncə abrı,etibarı və hörməti aradan gedir.Cəmiyyət içərisidə sözünün dəyəri olmur və şəxsiyyəti kiçilir.
   İstər Quran ayələrində və istərsədə Hədislərdən günahın bir çox növləri bizlərə məlumdur,misal olaraq,Aqqı valideynlik,qeybət,böhtan,zina,riba və s.Bu mübarək hədisə əsasən sadaladığımız bu günahlara aludə olmağın birinci şərti yalan danışmaqdır.Yalan danışan insan bu sadaladığımız və adını çəkmədiyimiz daha çox haramlara mübtəla olur.
   
  hz.Peyğəmbər buyurur: "Yalan nifaqın qapılarından biridir:

Təəssüflər olsun ki,yaşadığımız cəmiyyətdə yalan adi və bir növ həyatımızın tərkib hissəsinə çevrilib,yalanla dağılmış ailələrin,pozulmuş dostluqların,bir birindən uzaq qohumluqların şahidi oluruq.Çox təəssüflər olsun ki,inanclı dindar kütlənin əksəri də bu gün yalandan uzaq düşə bilməmişlər.

Həsən ibn Məhbub: “İmаm Sаdiqdən (ə) sоruşdum: “Möminin хəsis оlmаsı mümkündürmü?” Buyurdu: “Bəli.” Sоruşdum: “Qоrхаq оlmаsı mümkündürmü?” Buyurdu: “Bəli.” Sоruşdum: “Yаlаnçı dа оlа bilərmi?” Buyurdu: “Yох, хаin də оlmаz.” Sоnrа buyurdu: “Mömin hər bir хüsusiyyəti qаzаnаr, yаlnız хəyаnət və yаlаndаn bаşqа.”


  Bəzən bir dindarın çox namaz qılıb çox oruc tutması onun zahirən mömin,abid görenməsinə səbəb olsa da,Amma adət etdiyi,və tərk edə bildiyi gendəlik həyatında danışdığı yalanlar,əsil kimliyini ortaya qoyur və hədislərmizdən bizə gəlib çatan məlumatlarda görürür ki,yalan iman evini viran qoyub insanı əli boş edər.Bəzən yalanı zarafatla edib ona bəhanə gətirənlər sə olur,lakin bunu bilməyimiz lazımdı ki,yalan istər ciddi istərsə də zarafatla olsun,mütləq tərk olunmalıdır.


 İmаm Əli (ə) buyurub: “Yаlаn, zаrаfаt və оnun ciddisini tərk еtməyən hеç bir bəndə imаnın dаdını dаdmаdı.”

 Allah bizləri hər növ haram müqabilində təqvalı bəndələrindən qərar versin.



Vəssəlamu aləykum və rahmətullahi və bərakətu.

 

Kərbəlai Fərid Şirəliyev

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.