QƏDİRİ XUM XÜTBƏSİ İLƏ TANIŞLIQ (2-ci hissə)
2022-07-21 11:53:36

Bismillahir-Rəhmanir-Rəhim

 

Qədir-Xum hədisinin hansı kitablarda gəldiyi ilə tanış olduqdan sonra, keçid edək Hz Peyğəmbəri Əkrəmin (s) Qədir-Xumda söylədiyi xitabəyə.

Hz Peyğəmbəri-Əkrəm (s) xütbənin əvvəlində Allah təalaya (c,c) həmd-səna ilə başlayır və buda mərifət əhlinin yoludur.
Amma insanı düşündürən budur ki, görəsən nə üçün Həzrət Rəsuli-Əkrəm (s) bu qədər uzun həmd-səna edib və Allah təalanın (c,c) zatı və feli sifətlərinə işarə edir?
Bəndənin nəzərini iki nöqtə cəlb edib, o da bundan ibarətdir ki, şayət Birincisi bu ola ki, Hz Peyğəmbər (s) Haqq Təalanın (c,c) camalında qərq olduğu üçün seyri-sülukdadır.
İkincisi şayət bu ola ki, vilayət məsələsinin tövhid ilə o qədər sıx bağlılığı var ki, Həzrət Peyğəmbəri-Əzəm (s) də tövhid məsələsini göz önünə çəkməklə vilayətin əzəmətini görsədir.

Birinci hissə Allah təalaya həmd-səna:

Həmd o Allaha məxsusudur ki, yeganəlikdə ucadır, təkliyində yaratdıqlarına yaxındır, səltənəti cəlalı ilə doludur, məxluqatına qoyduğu ərkan və qanunlarda böyüklük edib, öz məkan və məqamında olduğu halda hər şeyi elmi ilə əhatə edir, öz qüdrət və dəlili ilə yaratdıqlarının hamısını üstələyib, həmişə həmd olunub və olunacaq, onun əzəmət və böyüklüyünün sonu yoxdur, başlanğıc və son ondandır, bütün işlərin hamısı sonda ona tərəf qayıdacaq, göyləri və yerləri yardan və idarə edən odur, məxluqlarına aid olan sifət və xüsusiyyətlərdən uzaq və münəzzəhdir, ruh və mələklərin rəbbidir, yaratdıqlarından üstündür və onlara nemət bəxş edir, o gözləri mülahizə edir və xəbərdardır və gözlər onu heç vaxt dərk edə bilməz.

Kərim və həlimdir, o öz rəhməti ilə hər şeyi genişləndirib, verdiyi nemətləri ilə bəndələrinə minnət qoyub, intiqam almağa tələsmir, əzaba layiq olanlara cəza verməmək üçün dözür, sirrlərə agah və gizlin olanları bilir, örtülü olanlar ondan gizli qalmaz, gizlində olanları bir-biri ilə qarışdırmaz, hər bir şeyi əhatə etmək ona məxsusudur, hər şeyə qalibdir, hər bir şeydə qüvvət sahibidir, onun misli-bərabəri yoxdur, o hər bir şeyin mənşəyi və yaradıcısıdır, daim diri olan və ədaləti bərpa edəndir, əziz və həkim olan Allahdan başqa məbud yoxdur.

Şəhadət verirəm ki, o 《ALLAH》dır. Hansı ki, dəhri (dünyanı) qüdsiyyəti ilə tamam doldurmuşdur, nuru əbədidir, müşavirə etmədən əmri icra olan, şəriksiz təqdiri yerinə yetən, tədbirində köməkçiyə ehtiyacı olmayan, misal və nümunə olmadan yaratdığına surət verməyə başlamışdır, yaratdıqlarını kömək olmadan, əziyyət çəkmədən, çarəsizliyə düşmədən yaratdı. Aləm onun icad etməsi ilə vücuda gəlmişdir.

Beləliklə odur《ALLAH》hansı ki, ondan başqa məbud yoxdur, yaratması möhkəmdir, yaratdığı gözəldir, ədaləti eldir ki, zülm etməz, elə bir kərəm sahibidir ki, işlər ona tərəf qayıdır.

Şəhadət verirəm ki, o《Allah》dır. Yaratdıqları onun böyüklüyü qarşısında təvazö edir, hər bir şey onun izzəti qarşısında zəlildir, hər bir şey onun qüdrəti qarşısında təslimdir və hər bir şey onun heybəti qarşısında başı aşağıdır. O, mülkün sahibi, fələki dolandırandır, günəş və ayı ram edib müəyyən günə qədər cəryan etdirəndir, gecəni gündüzün və gündüzüdə gecənin üstünə örtəndir. Odur təkəbbürlü zalımı və qovulmuş şeytanı məhv edən.

Onun ziddi yoxdur və onunla yanaşı bir varlıq yoxdur. O hər şeydən ehtiyacsızdır. O nə doğub nə də doğulub, onun tayı bərabəri yoxdur. O tək olan məbud dur və böyük rəbb dir. Bir işi ki, istəsə olsun istəyi həyata keçər. İradə etsə hökm edər.
Bilir və elmi ilə sayır, O öldürən və dirildəndir. O dur fəqir və varlı edən. Güldürən və ağladan odur.
O dur məxluqata əta edən və əsirgəyən. Mülk və həmd ona məxsusdur. Hər bir xeyir onun əlindədir və O hər şeyə qadirdir.

Gecəni gündüzün və gündüzü də gecənin üstünə örtür. Əziz və Ğəffar (bağışlayan) olan Allahdan başqa məbud yoxdur. Duanı müstəcab edən və əta etməsidə bolludur. Nəfəsləri sayır, Cin və İnsanların Rəbbidir(tərbiyə edəni). Heç bir şey onun üçün müşkül yaratmaz. Fəryad edənlərin fəryadı ona əziyyət verməz, İsrar edənlərin israr etməsi onu boğaza yığmaz.

 

Əməli saleh bəndələrini qoruyar. Nicat tapanlara kömək edər. Möminlərin mövlasıdır (ixtiyar sahibidir). Aləmlərin rəbbidir(tərbiyə və idarə edəni).
Hər bir yaratdığının üzərində haqq sahibidir və həmişə həmd və şükür olunandır.

Allah təalaya (cc) şad olanda, qəmgin olanda, asayiş və çətinlikdə çox həmd və daima şükür edirəm. Allah təalaya (cc), mələklərinə, kitablarına və göndərdiyi Peyğəmbərlərinə (ə) iman gətirmişəm. Əmrini eşidir və onun razı qaldığı hər bir işə tələsir və itaət edirəm. Onun qəz-qədərinə təsliməm. Ona itaət etməyə rəğbətim var və əzabından da qorxuram. Çünki, o Allah elə bir varlıqdır ki, mərkindən amanda qalmaq və ədalətsizliyindən də qorxmaq olmaz(çünki, Allah təala (cc) zülm etmir).

 

Məşhədi Muhəmməd Anar

 

 

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.