QƏDİRİ XUM XÜTBƏSİ İLƏ TANIŞLIQ (3-cü hissə)
2022-07-24 13:06:27

Bismillahir-Rəhmanir-Rəhim

 

Mühüm bir mətləb üçün İlahi fərman.

Allah təalaya (cc) olan bəndəliyimi iqrar edir və onun rübubiyyətinə şəhadət verirəm. Allah təbarək və təalanın (cc) vəhy etdiyinə əsasən öz vəzifəmi yerinə yetirirəm. Məbadə Onun (cc) tərəfindən mənə əzab gələ ki, heç kəs əzabı məndən uzaqlaşdıra bilməz, baxmayaraq Allah təalanın (cc) mənlə dostluğu xalisdir (yəni, əgər dininə hər hansısa bir şeyi özümdən əlavə etsəm mənə iki qat əzab verər.
Həqqa surəsi 44dən 47qədər buna şahidlik edir)

Ondan başqa mə'bud yoxdur. Beləki, Allah təbarək və təala (cc) mənə bildirmişdir ki, əgər Hz Əli (ə) barəsində nazil etdiyimi insanlara çatırmasam, Onun (cc) mənə verdiyi risalət vəzifəsini yerinə yetirməmiş olaram. Allah təbarək və təala (cc) insanların mənə zərər yetirməsinin qarşısını almasını öz öhdəsinə almışdır. Və Allah Kafi (kifayət edən) və Kərimdir.

Allah təala (cc) mənə belə vəhy etmişdir:
Bismillahir-rəhmanir-rəhim
Ey Peyğəmbər (s) Rəbbin tərəfindən sənə nazil olanı - Hz Əli ibn Əbitalib (ə)-in xilafətini - insanları çatdır, əgər bunu etməsən Allah təalanın risalətini çatdırmamış olarsan və Allah təala (cc) səni insanların şərrindən qoruyacaq.
[Maidə-67]

Ey insanlar! Allah təalanın (cc) mənə nazil etdiyi ayənin təbliğində səhlənkarlıq etmədim və bu ayənin nazil olma səbəbini sizlər üçün bəyan etdim. Həqiqətən Hz Cəbrail (ə) mənə 3 dəfə gəldi və - Rəbbimdən (cc) mənə salam çatdırdıqdan sonra - mənə yerimdən qalxmağı əmr etdi ki, bütün ağ və qara dərili şəxslərə elan edəm ki; Həqiqətən Hz Əli ibn Əbutalib (ə,s) mənim qardaşım, vəsim və xəlifəmdir və məndən sonra ümmətim üzərində Rəhbərdir. Onun yeri və məqamı mənim yanımda Hz Harun (ə)ın Hz Musaya (ə) nisbəti kimidir, bir fərqlə ki, məndən sonra Peyğəmbər olmayacaq. Və o Hz Əli (ə) Allah təbarək və təaladan (cc) və onun Rəsulu Hz Muhəmməddən (s) sonra sizin vəliy və rəhbərinizdir.
Şübhəsiz Allah təbarək və təala (cc) öz kitabında belə bir ayə nazil etmişdir:
Yalnız və yalnız sizin vəli və rəhbəriniz Allah təala(cc) və onun Rəsulu (s) və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir [Maidə-55].
Hz Əli (ə)-da namaz qılarkən rüku halında zəkat verdi. Hər bir halda Allah təalanın (cc) iradəsi keçərlidir.

Hz Peyğəmbər (s) buyurur ki, mən Hz Cəbraildən (ə) istədim ki, Allah təaladan (cc) salam alsın və məni bu işi yerinə yetirməkdən üzürlü bilib əfv etsin (yəni, Qədir-Xumda Hz Əlinin (ə) vilayətini bəyan etməkdən). Çünki, təqvalıların azlığını, münafiqlərin çoxluğunu, məlamət edib danlayanların aşkara çıxmasını və İslam dinini məsxərə edənlərin olmasını bilirəm. Şübhəsiz Allah təala (cc) öz kitabında onların vəsfində buyurub: 《Qəlblərində olmayan bir şeyi dilləri ilə deyərlər "Fəth-11"
(yəni, yalandan Hz Əlinin (ə) vilayətini qəbul etdiklərini deyərlər)》
Və Allah təalanın (cc) təyin etdiyi xilafət və vilayət məsələsini onlar yüngül hesab edərlər, amma halbuki o (yəni, vilayət) Allah təala yanında böyük bir məqamdır.

Və həmçinin ona görə münafiqlər dəfələrlə mənə əziyyət etdilər və iş o yerə çatdı ki, mənə qulaq dedilər (yəni, hər sözü eşidən, tez inanan). Bu ona görə idi ki, Hz Əli (ə) çox vaxt mənimlə birgə idi və məndə ona çox diqqət ayırırdım. Elə ki, bu məsələ uzandı Allah təbarək və təala (cc) bu mövzuda bir ayə nazil etdi: Onlardan (münafiqlər) elələri var ki, Allahın Peyğəmbərinə (s) əziyyət verirlər və deyirlər ki, O (s) qulaqdır (yəni, hər sözü dinləyən, tez inanandır). De: bəli Hz Peyğəmbər (s) söz dinləyəndir və bu da sizin xeyrinizədir. Hz Peyğəmbərin (s) Allah təalaya imanı var, möminləri təsdiqləyir və onları nicat tapanlardan sayır.
Tövbə-61
 - onların əksinə olaraq ki, onlar (münafiqlər) güman edirdilər Hz Peyğəmbər (s) təkcə söz dinləyəndir -

Əgər istəsəydim bu cür danışanların (münafiqlərin) adlarını deyər və ya onlara işarə edərdim, yaxud da insanları onları tanısınlar deyə istiqamətləndirərdim ki, kimlərin olduğunu bilsinlər. Lakin and olsun Allaha (cc) belə etmədim. Əgər belə etsəydim Allah təala məndən razı olmazdı. Mən yalnız vəhyi çatdıranam necəki, Hz Əli (ə) barəsində nazil etdiyi ayəni sizin qulaqlarınıza çatdırdım.

Hz Peyğəmbər (s) bunları buyurandan sonra bu ayəni oxudu: Ey Peyğəmbər (s) sənə nazil olanı - Hz Əli (ə) haqqında - çatdır, əgər belə etməsən risalət işini yerinə yetirməmiş olarsan. Şübhəsiz Allah təala (cc) səni insanların zərər ziyanından qoruyacaq.
Maidə-67

 

Məşhədi Muhəmməd Anar

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.