30 / AVQUST / 2022-Cİ TƏQVİMİ (Səfər ayını 2-i)
2022-08-29 08:47:04

 

Bismillahir-Rəhmanir-Rəhim

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

SƏFƏR AYININ 2-İ

 

1) 61 hicri İmam Hüseynin (ə) Əhli-beytinin Yezid bin Müaviyənin məclisinə gətirilməsi.

 

Rəvayətə görə, hicri 61-ci ilin səfər ayının ikinci günü Əhli-beyt (əleyhissalam) əsirləri Yezid Məclisinə gətirildi. Yezidin sarayı o gün hər cür bəzəklərlə bəzənmişdi. İbn Ziyadın məmurları içəri daxil olub uca səslə dedilər: Əmirin şərəfinə and olsun ki, Əbu Tərabın ailəsini öldürdük. Biz onların kökünü kəsdik, hadisəni danışdılar və daha sonra başları Yezidə qabağına qoydular.

İmam Hüseynin (ə) mübarək başı Yezidin qarşısında qızıl teştidə idi. Əbi Abdullahın (əleyhissalam) qızları Səkinə və Fatimə qabın içindəki başı görmək üçün boylanırdılar. Elə ki, gözləri atalarının başına düşən kimi ağlamaq səsləri daha da yüksəldi.

Yezid əlindəki çubuqla Hüseynin dodaqlarına vurub deyirdi: “Bu gün Bədr döyüşünün qisasını aldıq.” Və dasa sonra bu mövzuya aid şeyir dedi.

Məclisdə olan və Allah Rəsulunu (s) görən Əbu Bərzə İslami dedi: “Yezid! Hüseynin dodaqlarına vurursan? Allah Rəsulunun bu dodaqlarını və qardaşı Həsənin dodaqlarını öpdüyünü gördüm.”

Həzrət Zeynəb məzlum və Yezidin əlində məhbus olmasına, himayəçisi və dayağı olmamasına baxmayaraq, özünəməxsus bir şücaətlə Yezidin burnunu yerə sürtəcək açıqlamalar verdi. O dedi: Ey Təzid! mən səni dəyərsiz insan hesab edirəm və səni çox qınayacağam, nə qədər çalışsan da, hiylə işlətsən də, adımızı dillərdən silə bilməzsən. Siz bizim sevgimizi qəlblərdən çıxarıb dinin hökmlərini poza bilməzsən. Amma bu etdiyiniz iş heç bir su ilə yuyulmayacaq. Və dəha sonra Xanım Zeynəb xütbəsi adı ilə tanınan o məşhur xütbəni bütün orada olanların qarşısında söylədi.

Suriya camaatı Peyğəmbər (s) ailəsinin əsirlərini xəvaric hesab edirdilər və ya onları Rum əsirləri hesab edirdilər, buna görə də Suriyadan bir nəfər İmam Hüseynin (ə) qızı Fatiməni Yezidin məclisində görüb Yeziddən xahiş etdi ki, onu bağışlasın.

Əbi Abdullahın qızı Suriyalı kişinin bu sözlərindən titrədi və bibisinə dedi: “Mən yetim qalmışam, indi də kəniz olmaq məcburiyyətindəyəm.” Həzrət Zeynəb (s.ə) Şami kişisinə qəzəbləndi və dedi: Yalan iddia etdin və tələb etdiyin o şey, sənə və əmirinə caiz deyil. Yezid Zeynəbin sözünə qəzəbləndi və dedi: Yalan iddia edirsən, istəsəm edə bilərəm. Zeynəb dedi: “Belə deyil, Allah sənə elə bir seçim verməyib ki, etməli olsan, gərək bizim dinimizi tərk edib başqa bir dinə girəsən. Yezid çox qəzəbləndi və dedi: Mənimlə belə danışırsan? Atan və qardaşın dindən çıxdılar! Zeynəb dedi: Sən və atan və baban Allahın dininə, əgər müsəlmansansa mənim babam və atamın dininə hidayət olmusuz. Yezid dedi: Yalan deyirsən, ey Allahın düşməni. Zeynəb (s.ə) dedi: sən zalım və sitəmkar bir əmir olmağından əlavə rəqibini söyüb və vəzifəndən istifadə edərək gücünü qarşındakına tətbiq edirsiniz. Yezid Zeynəbin bu sözlərindən xəcalət çəkdi və susdu.

Şami kişi yenə sözünü təkrarladı və dedi: Bu qızı məni bağışla. Yezid dedi: Get get! Allah sənə ölüm nəsib etsin.

 

2) Hicri 120 və ya 121 və ya 122. Ələvi qiyamının başçısı İmam Səccadın (ə) oğlu Zeyd bin Əlinin şəhadəti.

 

İmam Sadiqin (ə) zamanında Ələvi qiyamının rəhbərliyində şəhid olmuş İmam Səccadın (ə) oğlu Zeyd bin Əli hicrinin 122-ci ilinin bu günündə şəhid oldu. Bir qrup şiə onun Zeydiyyə adı ilə tanınan imamətinə inanırdı. Zeydin Quranda xüsusi qiraəti var idi və təqiyyəyə qarşı idi. O, camaatı kitaba və ənənəyə əməl etməyə, zalımlara qarşı vuruşmağa, məhrumlara dəstək olmağa, yoxsullara əl tutmağa dəvət etdi.

Zeyd hicri 122-ci il Səfər ayının 1-i çərşənbə gecəsi qiyam etdi. Onun qiyamının bu tarixdən gec baş verməsi planlaşdırılırdı. Amma onun iki yoldaşının öldürülməsi və digərlərinə hucum olma ehtimalına görə onların qiyamı qeyd olunan tarixdə baş verdi.

Zeydin qiyamından xəbər tutan Kufə valisi camaatı Kufə məscidinə topladı. Və qapıları bağlayaraq onları əməlli-başlı həbs etdi ki, Zeydin ordusuna qoşula bilməsinlər. Buna görə də Zeydə beyət edən əlli min nəfərdən yalnız 280 və ya 300 nəfər onun ətrafinda qaldı.

Zeyd qiyamdan əvvəl Kufə və Bəsrədə on ay ərzində camaatı qiyama və ona beyət etməyə dəvət etmişdi. Bu müddət ərzində kufililərdən əlli min nəfərin ona beyət etdiyi bildirilir. Deyilənə görə, Zeyd Əbu Hənifəyə məktub göndərərək ona kömək etməyə və Əməvi hakimiyyətinə qarşı mübarizə aparmağa dəvət edir. Əbu Hənifə də Zeydə maddi yardım göndərdi və əlində olan imkanları ilə ona kömək etdi.

Nəhayət, Zeydin kiçik ordusu ilə Əməvi ordusu arasında iki günlük döyüşdən sonra ox Zeydin alnına dəydi və o, şəhid oldu.

 

3) 270. Abbasi xəlifəsinə qarşı Zəngi üsyanının başçısı Saheb Zəncinin öldürülməsi.

 

Abbasi xəlifəsinə qarşı Zəncilərin üsyanının rəhbəri Saheb Zənc hicri 270-ci ildə vəfat etdi. Onun adı Əli bin Məhəmməd olub, Zənci üsyanına rəhbərlik etdiyi üçün Sahib Zənc kimi tanınıb. O, qiyamına hicri 255-ci ildə başlamış və hicri 270-ci ildə öldürülmüşdür. Sahib Zənc özünü İmam Səccadın (ə) oğlu Zeydin nəslindən biri kimi təqdim etdi. Amma əksər tarixçi və tədqiqatçılar onun Əhli-beyt (ə) nəslindən olmadığı qənaətindədirlər. Hətta İmam Həsən Əskərinin (ə) rəvayətinə görə, Sahib Zənc Əhli-beytin ardıcılı deyildi.

 

4) Hicri 1390-cı il Şiə alimi, “Təfsirül-Kəbir”in müəllifi Əhməd Əmininin vəfatı.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.