SƏFƏR AYININ 5-Cİ GÜNÜNÜN TƏQVİMİ
2022-09-01 09:06:15

Bismillahir-Rəhmanir-Rəhim

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

SƏFƏR AYININ 5-Cİ GÜNÜN TƏQVİMİ.

 

1) 61 hicri İmam Hüseynin (ə) qızı Ruqiyyənin Suriyada şəhadəti.

 

Kərbəla hadisəsində iştirak edən İmam Hüseynin (ə) kiçik qızı Ruqiyyə, və əsir karvanı ilə Suriyaya aparıldı. Şamda üç-dörd yaşlı bir qızın Kərbəla əsirləri ilə birlikdə olduğu deyilir. O, bir gecə yuxusunda atasını görüb, oyananda ağlayır, səbirsizlənir və atasını istəyir. Onun fəryadını eşidən Yezid İmam Hüseynin başını onun yanına aparmağı əmr etdi. Bu mənzərəni görən bu qız daha da kədərləndi və bu kədərdən dünyasını dəyişdi.

Dəməşq şəhərində Ruqiyyəyə aid ziyarətgah var, bu şəhərdə ikinci şiə ziyarətgahıdır. Bu ziyarətgahın İmam Hüseynin qızı Ruqiyyənin vəfat etdiyi Bab əl-Fərədis adlı yerdə yerləşdiyi deyilir.

 

2) Hicri 1372-ci il Behbahanda şiə hüquqşünası Məhəmməd Əli Məsuminin vəfatı.

 

3) Hicri 1422-ci il Şiə din xadimi, natiq və dini tədqiqatçı Əli Höccəti Kermaninin vəfatı.

 

Dua və hədis kitablarında bu günü məxsus hər hansı bir ibadi əməl qeyd olunmamışdır.

 

Ustad Hacı Rlşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.