ŞƏNBƏ GÜNÜNÜN ƏMƏLLƏRİ

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

ŞƏNBƏ GÜNÜNÜN ƏMƏLLƏRİ

 

1. Şənbə gününün zikri: 100 (yüz) dəfə de:

 

 

يا رب العالمين

 

“Ya Rəbbəl-Aləmin.”

 

(Ey aləmlərin Rəbbi.)

 

 

2. Şənbə gününün duası:

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

 

“Bismillahir-Rəhmanir-Rəhim.”

 

(Mərhəmətli və Rəhmli Allahın adı ilə!)

 

 

بِسْمِ اللَّهِ كَلِمَةِ الْمُعْتَصِمِينَ وَ مَقَالَةِ الْمُتَحَرِّزِينَ‏

 

“Bismillahi kəlimatil-mutəsiminə və məqalətil-mutəhərrizin.”

 

(Günahdan pak olanların (təqvalıların) kəlamı və dünya möminlərin daimi zikri olan Allahın adı ilə.)

 

 

وَ أَعُوذُ بِاللَّهِ تَعَالَى مِنْ جَوْرِ الْجَائِرِينَ وَ كَيْدِ الْحَاسِدِينَ وَ بَغْيِ الظَّالِمِينَ وَ أَحْمَدُهُ فَوْقَ حَمْدِ الْحَامِدِينَ‏

 

“Və əuzu billahi Təala min cəvril-cairinə və kəydil-hasidinə və bəğyiz-zalımin və əhməduhu fəvqə həmdil-hamidin.”

 

(Və zalımlardan və paxılların hiyləsindən və dünya iğtişaşçılarının zülmündən Uca Allaha sığınıram və Onu həmd edənlərin həmdindən üstün tuturam.)

 

 

اللَّهُمَّ أَنْتَ الْوَاحِدُ بِلاَ شَرِيكٍ وَ الْمَلِكُ بِلاَ تَمْلِيكٍ

”Allahummə Əntəl-vahidu bila şərik vəl-məliku bila təmlik.”

 

(İlahi, şəriksiz tək olan və ehtiyacsız dünya səltənətinin şahı Sənsən)

 

 

لاَ تُضَادُّ فِي حُكْمِكَ وَ لاَ تُنَازَعُ فِي مُلْكِكَ‏

 

“La tuzaddu fi hukmikə və la tunazəu fi mulkik.”

 

(Ki, heç kəs sənin əmrinə qarşı qalxıb səltənətdə mübahisə etməsin.)

 

 

أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ‏

 

“Əsəlukə ən tusəlliyə əla Muhəmmədin əbdikə və rəsulik.”

 

(Səndən (xüsusi) qulun və böyük peyğəmbərin Məhəmmədə (s) rəhmət göndərməyi diləyirəm.)

 

 

وَ أَنْ تُوزِعَنِي مِنْ شُكْرِ نُعْمَاكَ مَا تَبْلُغُ بِي غَايَةَ رِضَاكَ‏

 

“Və ən tuziəni min şukri numakə ma təbluğu bi ğayətə rizak.”

 

(Və mənə Sənin nemətlərinə şükür etməyi öyrət ki, Sənin xoşnudluğunun sonuna çatım.)

 

 

وَ أَنْ تُعِينَنِي عَلَى طَاعَتِكَ وَ لُزُومِ عِبَادَتِكَ وَ اسْتِحْقَاقِ مَثُوبَتِكَ بِلُطْفِ عِنَايَتِكَ‏

 

 

“Və ən tuinəni əla taətikə və luzumi ibadətik vəs-tihqaqi məsubətikə bilutfi inayətik.”

 

(Həm də Sənə itaətdə və xidmət etməkdə və lütf və qayğı ilə sabitliyə layiq olmaqda mənə kömək et.)

 

 

وَ تَرْحَمَنِي بِصَدِّي (وَ صُدَّنِي) عَنْ مَعَاصِيكَ مَا أَحْيَيْتَنِي وَ تُوَفِّقَنِي لِمَا يَنْفَعُنِي مَا أَبْقَيْتَنِي‏

 

“Və tərhəməni bisəddi (və suddəni) ən məasikə ma əhyəytəni və tuvəffiqəni lima yənfəuni ma əbqəytəni.”

 

(Və ömrüm boyu Sənə itaətsizlikdən qorumaqla mənə rəhm et, və nə qədər ki, dünyada məni saxlayacaqsan, faydalı bir iş görməyə kömək et.)

 

 

وَ أَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِي وَ تَحُطَّ بِتِلاَوَتِهِ وِزْرِي‏

 

“Və ən təşrəhə bi kitabikə sədri və təhuttə bi tilavətihi vizri.”

 

(Mənə kitabının elmini və sirlərini bəxş et və Quran oxumaqla günahımı sil.)

 

 

وَ تَمْنَحَنِي السَّلاَمَةَ فِي دِينِي وَ نَفْسِي وَ لاَ تُوحِشَ بِي أَهْلَ أُنْسِي‏

 

“Və təmnəhənis-səlamətə fi dini və nəfsi və la tuhişə bi əhlə unsi.”

 

(Vücudumu və ruhumu dində və imanda sağlam et və əxlaqımı yaxşı et ki, mənimlə yoldaşlıq etməli olanlar məndən çəkinməsinlər.)

 

 

وَ تُتِمَّ إِحْسَانَكَ فِيمَا بَقِيَ مِنْ عُمْرِي كَمَا أَحْسَنْتَ فِيمَا مَضَى مِنْهُ يَا أَرْحَمَ الرَّاحِمِين

 

“Və tutimmu ihsanəkə fima bəqiyə min umri kəma əhsəntə fima məza minhu ya Ərhəmər-Rahimin.”

 

(Keçmişdə mənə qarşı xeyirxah olduğun kimi, ömrümün qalan hissəsində də mənə yaxşılıq et, ey dünyanın ən xeyirxahı.)

 

 

3. Həzrət Rəsulun (s) öz günündə, yəni şənbə günü ziyarətnaməsini oxumaq.

 

 

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ‏

 

“Əşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikələh.”

 

(Şəhadət verirəm ki, şəriki və bənzəri olmayan tək Allahdan başqa heç bir tanrı yoxdur.)

 

 

وَ أَشْهَدُ أَنَّكَ رَسُولُهُ وَ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالاَتِ رَبِّكَ وَ نَصَحْتَ لِأُمَّتِكَ‏

 

“Və əşhədu ənnəkə rəsuluh və ənnəkə Muhəmmədubnu Əbdullah və əşhədu ənnəkə qəd bəlləğtə risalati Rəbbikə və nəsəhtə li ummətik.”

 

(Və şəhadət verirəm ki, Sən Onun (Allahın) elçisisən və Sən Allahın peyğəmbəri Həzrət Muhəmməd bin Abdullahsan (s) və şəhadət verirəm ki, Sən həqiqətən Allahının risalətlərini tam şəkildə çatdıraraq, ümmətinə təbliğ və nəsihət vermisən.)

 

 

وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ أَدَّيْتَ الَّذِي عَلَيْكَ مِنَ الْحَقِ‏

 

“Və cahədtə fi səbilillahi bil-hikməti vəl-məvizətil-həsənəh və əddəytəl-ləzi ələykə minəl-həqq.”

 

(və Allah yolunda hikmət dili və gözəl təbliğatla cihad etdiniz və Allahın sizə tapşırdığı işi yerinə yetirdiniz.)

 

 

وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصاً حَتَّى أَتَاكَ الْيَقِينُ‏

 

“Və əntə qəd rəuftə bil-mumininə və ğəluztə ələl-kafirin və əbədtəllahə muxlisən hətta ətakəl-yəqin.”

 

(Və təbii ki, sən möminlərə qarşı son dərəcə mehribanlıq və məhəbbət, kafirlərə qarşı isə şiddət və sərtliyin kamilliyi idi və tam yəqinlik məqamına çatana qədər Allaha ixlasla qulluq etdin.)

 

 

فَبَلَغَ اللَّهُ بِكَ أَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِينَ‏

 

“Fə bələğəllahu bikə əşrəfə məhəllil-mukərrəmin.”

 

(Elə isə Allah Səni öz gizli və məhrəm məmurlarının Əşrəfinə çatdırsın.)

 

 

الْحَمْدُ لِلَّهِ الَّذِي اسْتَنْقَذَنَا بِكَ مِنَ الشِّرْكِ وَ الضَّلاَلِ‏

 

“Əl-həmdu lillahil-ləzis-tənqəzəna bikə minəş-şirki vəz-zəlal.”

 

(Sənin vasitənlə bizi şirkdən və azğınlıqdan xilas edən Allaha həmd olsun.)

 

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ صَلَوَاتِكَ وَ صَلَوَاتِ مَلاَئِكَتِكَ وَ أَنْبِيَائِكَ وَ الْمُرْسَلِينَ‏

 

“Allahummə səlli əla Muhəmmədiv-və Alih vəc-əl sələvatik və sələvati məlaikətikə və ənbiyaikə vəl-mursəlin.”

 

(İlahi, Muhəmməd (s) və onun ailəsinə salavat və Öz salamını, mələklərin, peyğəmbərlərin və elçilərinin salamını (Onlara) göndər.)

 

 

وَ عِبَادِكَ الصَّالِحِينَ وَ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ‏

 

“və ibadikəs-salihinə və əhlis-səmavati vəl-ərəzin.”

 

(və Saleh bəndələrinin və bütün göylər və yer əhlinin (salamını) onlara göndər.)

 

 

وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ‏

 

“və mən səbbəhə ləkə ya Rəbbəl-aləminə minəl-əvvəlinə vəl-axərinə əla Muhəmmədin əbdikə və rəsulik.”

 

(Və ey aləmlərin Rəbbi, ilk və sonuncu yaradılışdan Səni təsbih edənə hər kəsin, rəsul olan xüsusi qulun Həzrət Muhəmmədə (s)! salamı olsun.)

 

 

وَ نَبِيِّكَ وَ أَمِينِكَ وَ نَجِيبِكَ وَ حَبِيبِكَ وَ صَفِيِّكَ وَ صِفْوَتِكَ وَ خَاصَّتِكَ وَ خَالِصَتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ‏

 

“Və Nəbiyyikə və Əminikə və Nəcibikə və Səfiyyikə və Siffətikə və Xassətikə və Xalisətikə və Xiyərətikə min xəlqikə.”

 

(Və (O Muhəmməd ki,) peyğəmbər, vəhyin vəkili, seçilmiş və sevimli, və pak və gözəl qulun, xüsusi və ixlaslı və bütün məxluqatdan seçilmişdir.)

 

 

وَ أَعْطِهِ الْفَضْلَ وَ الْفَضِيلَةَ وَ الْوَسِيلَةَ وَ الدَّرَجَةَ الرَّفِيعَةَ وَ ابْعَثْهُ مَقَاماً مَحْمُوداً يَغْبِطُهُ بِهِ الْأَوَّلُونَ وَ الْآخِرُونَ‏

 

“Və ətinil-fəzlə vəl-fəzilətə vəl-vəsilətə vəd-dərəcətə vəb-əshu məqaməm-məhmudəy-yəğbituhu hihil-əvvəlinə vəl-axərin.”

 

(Və ona bütün peyğəmbərlər üzərində üstünlük və vasitəçilik məqamı və şəfaət dərəcəsinin yüksək dərəcəsini nəsib et və ona ilk və sonuncu insanların həsəd apardığı Mahmud məqamını ver.)

 

 

اللَّهُمَّ إِنَّكَ قُلْتَ وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً

 

“Allahummə innəkə qultə və ənnəhum iz zələmu ənfusəhum cauk, fəs-təğfərə ləhumur-rəsulu ləvəcədul-lahə təvvabər-rəhima.”

 

(İlahi Sən özün möhtərəm elçinə demisən ki, nə vaxt özlərinə zülm edən bəndələr sənin yanına gələrək tövbə edib Allahdan bağışlanma diləsələr və elçi də onlar üçün Allahdan bağışlanma diləsə, əlbəttə ki, Əlbəttə Allahı həmin bəndələrin tövbələrini qabul edən və mərhəmətli görəcəklər.)

 

 

إِلَهِي فَقَدْ أَتَيْتُ نَبِيَّكَ مُسْتَغْفِراً تَائِباً مِنْ ذُنُوبِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اغْفِرْهَا لِي‏

 

“İlahi fəqəd ətəytu nəbiyyikə mustəğfirən taibəm-min zunubi. Fəsəlli əla Muhəmmədiv-və Alihi vəğ-firha li.”

 

(Beləliklə, mən Sənin Peyğəmbərinin hüzuruna tövbə və bağışlanmaq və günahlarımdan qayıtmaq üçün gəlmişəm.)

 

 

يَا سَيِّدَنَا أَتَوَجَّهُ بِكَ وَ بِأَهْلِ بَيْتِكَ إِلَى اللَّهِ تَعَالَى رَبِّكَ وَ رَبِّي لِيَغْفِرَ لِي‏

 

“Ya Səyyidəna ətəvəccəhu bikə və biəhli bəytikə iləllahi Təala Rəbbikə və Rəbbi liyəğfirəni.”

 

(Ey ağa, məni bağışlamaq üçün Səni və ailəni mənim və Sənin Rəbbin olan Allahın qapısında vasitəçi olaraq gətirdim.)

 

 

Sonra 3 (üç) dəfə de:

 

 

إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ رَاجِعُونَ‏

 

“İnna lillahi və inna iləyhi raciun.”

 

(Təbii ki, hamımız Allahdan gəlmişik və Ona qayıdırıq.)

 

 

Sonra de:

 

 

أُصِبْنَا بِكَ يَا حَبِيبَ قُلُوبِنَا فَمَا أَعْظَمَ الْمُصِيبَةَ بِكَ حَيْثُ انْقَطَعَ عَنَّا الْوَحْيُ‏

 

“Usibna bikə ya həbibə qulubina fəma əzəməl-musibətə bikə həysun-qətəə ənnəl-vəhy.”

 

(Biz Sənin vasitənlə bəla gördük, ey qəlblərimizin məhbubu, nə böyük bəladır ki, vəhyimiz Sənin yoxluğunla kəsildi.)

 

 

وَ حَيْثُ فَقَدْنَاكَ فَإِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ رَاجِعُونَ‏

 

“və həysu fəqədnakə fə inna lillahi və inna iləyhi raciun.”

 

(İndi isə Sənin ayrılığından təsirləndik, o zaman Allahdan gəlmişik və Allaha dönəcəyik.)

 

 

يَا سَيِّدَنَا يَا رَسُولَ اللَّهِ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ (الطَّيِّبِينَ) الطَّاهِرِينَ

“Ya Səyyidəna ya Rəsuləllah sələvatullahi ələykə və əla ali Bəytikət- (təyyibinə) tahirin.”

 

(Ey mövlamız, ey Allahın Rəsulu, Allahın salamı olsun sənə və pak ailənə.)

 

 

هَذَا يَوْمُ السَّبْتِ وَ هُوَ يَوْمُكَ وَ أَنَا فِيهِ ضَيْفُكَ وَ جَارُكَ فَأَضِفْنِي وَ أَجِرْنِي‏

 

“Haza yəvmus-səbt və huvə yəvmukə və ənə fihi zəyfukə və carukə fə əzifni və əcirni.”

 

(Bu şənbə Sənə aiddir və mən Sənin qonağınam və məhəllənizə gəlmişəm, məni məclisinizə qəbul edin və məni öz dərgahinda pənah ver.)

 

 

فَإِنَّكَ كَرِيمٌ تُحِبُّ الضِّيَافَةَ وَ مَأْمُورٌ بِالْإِجَارَةِ

 

“Fə innəkə kərimun tuhibbul-ziyafətə və məmurun bil-icarəh.”

 

(ki, Sən çox səxavətli və qonaqpərvərsən və insanlara sığınacaq vermək üçün Allahın məmurusan.)

 

 

فَأَضِفْنِي وَ أَحْسِنْ ضِيَافَتِي وَ أَجِرْنَا وَ أَحْسِنْ إِجَارَتَنَا بِمَنْزِلَةِ اللَّهِ عِنْدَكَ وَ عِنْدَ آلِ بَيْتِكَ‏

 

“fə əzifni və əhsin ziyafəti və əcirna və əhsin icarətəna bi mənzilətillahi indəkə və ində ali bəytik.”

 

(Odur ki, məni özünə qonaq et, mənə gözəl bir ziyafət ver və öz ləyaqətinin və Allahın sənin və ailənin yanındakı məqamının haqqı ilə mənə öz yanında gözəl sığınacaq ver.)

 

 

وَ بِمَنْزِلَتِهِمْ عِنْدَهُ وَ بِمَا اسْتَوْدَعَكُمْ مِنْ عِلْمِهِ فَإِنَّهُ أَكْرَمُ الْأَكْرَمِين

 

“və bi mənzilətihim indəkə və biməs-təvdəəkum min ilmihi fə innəhu əkrəmul-əkrəmin.”

 

(Və onların (ailənin) Allah qarşısındakı ləyaqət və məqamlarına və Öz elmindən sizə əmanət etdiyi sirlərə, şübhəsiz ki, Allah izzətlilərin ən böyüyüdür.)

 

 

Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh. Ğfərəllahu li və ləkum İnşallah.

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 19/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.