CƏNAZƏ NAMAZI

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA

 

İlahi, Həzrət Peyğəmbər və Onun pak, müqəddəs Əhli-Beytina salam göndər. Lənətlənmiş Şeytandan Eşidən, Bilən Allaha sığınıram. Dünyada həm möminə və həmdə qeyri möminə rəhm edən, Qiyamət günü yalnız möminə mərhəmət edən Allahın adıyma bu xütbəmə başlayıram. (Ey insanlar!) Allahdan başqa heç bir qudrət və quvvət yoxdur. Allaha təşəkkür edirik və Ondan kömək və bağışlanmaq diləyirik və Ona Şükr edirik və yalvarırıq və güvənirik və dua edirik. İlahi, salam və salavat göndər yaranmışların ən xeyrinə, Peyğəmbərlərinin ağasına, Həzrət Muhəmməd ibn Abdullaha və Onun müqəddəs Əhli-Beytinə. İlahi, Onların düşmənlərinə əbədi olaraq lənət göndər.

Meyit namazı müsəlmanların cənazələri üzərində dəfn edilməzdən əvvəl qılınması vacib olan bir namazdır. Cənazə namazında beş təkbir[1] vardır.

Cənazə namazı digər namazlardan fərqlidir və onun həmd, rüku, səcdə, təşəhhüd və salamı yoxdur. Həmçinin, təmizlik onda şərt deyil; Buna görə də dəstəmazsız da qılına bilər. Təbii ki, orada digər vacib namazların şərtlərinə riayət etmək daha yaxşıdır.

Cənazə namazı həm camaatla, həm də tək-tək qılına bilər; Amma camaatla məmum da təkbir və dualar oxumalıdır.

Meyit namazını qılmaq üçün namazı qılan kəs üzü qibləyə dayanaraq, meyyitin başı sağ tərəfdə, ayaqları isə namaz qılanın sol tərəfində olsun. Ölüyə namazı qılan niyyətindən (“hazır olan cənazəyə namaz qılıram vacib qurbətən iləllah” söylədikdən) sonra namazqılan beş təkbir deyir ki, ilk dörd təkbirin hər birindən sonra xüsusi dualar oxunur və namaz beşinci təkbirlə bitir.

Birinci təkbirindən sonra şəhadətəyn[2] ikinci təkbirindən sonra salavat[3] üçüncü təkbirdən sonra möminlər və müsəlmanlar üçün istiğfar[4], dördüncü təkbirdən sonra isə ölü namazı qılınan şəxs üçün bağışlanma diləmək[5].

 

 

HÖRMƏTLİ OXUCULAR! DUALARNIZDA BİZLƏRİ UNUTMAYIN.

 

 

 

Ustad Hacı Elşən Badkubei


[1] Təkbir hərfi mənada təsbih etmək, Allahı böyük bilmək, Allahu uca bilmək və Allahu Əkbər söyləmək deməkdir və Quranda yalnız bir dəfə qeyd olunur.

Təkbirül-İhram (Allahu Əkbər demək) namazın tərkib hissələrindən biri olmaqla yanaşı, həm də rükündür və onsuz namaz səhih olmaz. Məyyit namazında beş təkbir demək vacibdir. Bayram namazında (Fitr və Qurban) təkbirül-ihramdan başqa qunut üçün doqquz təkbir (birinci rükətdə beş, ikinci rükətdə dörd təkbir) deyilir. Bəziləri onları vacib etmişdir.

Məşhur kəlama görə, müstəhəbdir ki, namaz qılan şəxs təkbir edərkən əllərini qulağın və ya üzün yumşaq kənarına və ya boğazın çökəkliyinə (boyun mövqeyinə) qaldırsın. Məlumdur ki, təkbir əllərin yuxarı qalxması ilə eyni vaxtda başlayır və əllərin yuxarı qalxmasının sonu ilə bitir; Sonra qolları aşağı salın.

Təkbirin digər müstəhəbbi isə baş barmaqdan başqa barmaqların bir-birinə bağlanması və ovucların qibləsinə baxmasıdır.

 

[2] Şəhadətəyn, Allahın birliyinə və Həzrət Məhəmmədin (s) risalətinə şəhadət vermək, tövhid və peyğəmbərliyi qəbul etmək İslamın əsaslarındandır. Şəhadətəyn İslamla kafirlik arasında sərhəd sayılır. Kim şəhadət verərsə, müsəlman sayılır və İslamın hökmləri ona şamil edilir.

Cənazə namazında oxunan Şəhadətən aşağıdakı cümlələrdən ibarətdir:

 

اَللَّهُ اَکبَرُ اَشْهَدُ اَنْ لا اِلهَ الا اللَّهُ وَحْدَهُ لاشَریک لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ اَرْسَلَهُ بِالْحَقِّ بَشیراً وَ نَذیراً بَینَ یدَی السّاعَةِ

 

Allahu Əkbər. Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəduluh, ərsələhu bil-həqqi bəşirəv-bə nəzirən bəynə yədəyis-saəh.

Şiə fəqihləri fiqhin müxtəlif fəsillərində şəhadətdən bəhs etmişlər. Onların fətvasına əsasən, meyyitin namazında şəhadətləri birinci təkbirdən sonra demək vacibdir, mərhumun şəhadətini təlqin edib meyyitin kəfəninə yazmaq isə müstəhəbdir.

 

[3] Salavat ərəb dilində xüsusi bir zikrdir ki, onun ən çox yayılmış forması “Allahummə salli əla Muhəmməd və Ali Muhəmməd” ifadəsidir və İslam Peyğəmbərinə (s) və onun ailəsinə salamlar deməkdir.

Müsəlmanlar namazın təşəhhüdü zamanı, həmçinin Həzrəti Məhəmmədin (s) adını eşidəndə və ya deyəndə salavat göndərirlər. Salavat ayəsi kimi tanınan Əhzab surəsinin 56-cı ayəsində salavat buyurulur. Bir çox hədislərdə də salavatı qeyd etməyin müstəhəbliyini vurğulanmışdır.

Salavat Peyğəmbərə (s) hörmət sayılır və axirət savabı və müsbət dünyəvi təsirlərə malikdir. Salavat bir çox ölkələrdə müsəlmanların məşhur mədəniyyətində xüsusi yer tutur və müsəlmanlar bayramlarda sevinc ifadə etmək və ya işə başlamaq kimi müxtəlif hallarda salavat göndərirlər.

Cənazə namazında oxunan Salavat ibarətdir:

 

اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بارِک عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَارْحَمْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ کاَفْضَلِ ما صَلَّیتَ وَ بارَکتَ وَ تَرَحَّمْتَ عَلی اِبْرهیمَ وَ آلِ اِبْرهیمَ اِنَّک حَمیدٌ مَجیدٌ وَ صَلِّ عَلی جَمیعِ الاَنْبِیآءِ وَالْمُرْسَلینَ

 

Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmməd, və barik əla Muhəmmədiv-və Ali Muhəmməd, vər-həm Muhəmmədəv-və Ali Muhəmməd, kə-əfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və Ali İbrahim, innəkə həmidum-məcid, və səlli əla cəmi-il-ənbiyai vəl-mursəlin.

 

[4] Üçüncü təkbirdən sonra oxunan dua:

 

اَللّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنینَ وَالْمُؤْمِناتِ وَالْمُسْلِمینَ وَالْمُسْلِماتِ الاَحْیآءِ مِنْهُمْ وَالاَمْواتِ تابِعْ بَینَنا وَ بَینَهُمْ بِالْخَیراتِ اِنَّک مُجیبُ الدَّعَواتِ اِنَّک عَلی کلِّشَیئٍ قَدیرٌ

 

Allahumməğ-fir lil-mumininə vəl-muminat, vəl-musliminə vəl-muslimat, əl-əhyai minhum vəl-əmvat, tabi bəynəna və bəynəhum bil-xəyrat, innəkə mucibud-dəəvat, innəkə əla kulli şəyin qədir.

 

[5] Əgər məyyit kişidirsə, o zaman belə oxumalıylq:

 

اَللّهُمَّ اِنَّ هذا عَبْدُک وَابْنُ عَبْدِک وَابْنُ اَمَتِک نَزَلَ بِک وَ اَنْتَ خَیرُ مَنْزُولٍ بِهِ اَللّهُمَّ اِنّا لا نَعْلَمُ مِنْهُ اِلاّ خَیراً وَ اَنْتَ اَعْلَمُ بِهِ مِنّا اَللّهُمَّ اِنْ کانَ مُحْسِناً فَزِدْ فی اِحْسانِهِ وَ اِنْ کانَ مُسیئاً فَتَجاوَزْ عَنْهُ وَاغْفِرِ لَهُ اَللّهُمَّ اجْعَلْهُ عِنْدَک فی اَعْلا عِلِّیینَ وَاخْلُفْ عَلی اَهْلِهِ فِی الْغابِرینَ وَارْحَمْهُ بِرَحْمَتِک یا اَرْحَمَ الرّاحِمینَ

 

Allahummə innə haza əbduk vəbnu əmətik, nəzələ bik və əntə xəyru mənzulim-bih, Allahummə inna la nələmu minhu illa xəya, və əntə ə-ələmu bihi minna, Allahummə in kanə muhsinən fəzid fi ihsanih, və in kanə musuən fətəcəvəz ənhu vəğfir ləhu, Allahumməc-əlhu indəkə fi ə-əla illiyyin, vəxluf əla əhlihi fil-ğabirin, vər-həmhu birəhmətikə ya ərhəmər-rahimin.

Əgər məyyit qadındırsa, o zaman belə oxumalıyıq:

 

اَللّهُمَّ اِنَّ هذِهِ اَمَتُک وَابْنَةُ عَبْدِک و ابنَةُ اَمَتِکَ نَزَلَتْ بِک وَ اَنْتَ خَیرُ مَنْزوُلٍ بِهِ اَللّهُمَّ اِنّا لا نَعْلَمُ مِنْها اِلاّ خَیراً وَ اَنْتَ اَعْلَمُ بِهامِنّا اَللّهُمَّ اِنْ کانَتْ مُحْسِنَةً فَزِدْ فی اِحْسانِها وَ اِنْ کانَتْ مُسیئةً فَتَجاوَزْ عَنْها وَاغْفِرْ لَها اَللّهُمَّ اجْعَلْها عِنْدَک فی اَعْلا عِلِّیینَ وَاخْلُفْ عَلی اَهْلِها فِی الْغابِرینَ وَارْحَمْها بِرَحْمَتِک یا اَرْحَمَ الرّاحِمینَ

 

Allahummə inni hazihi əmətuk, vəbnətu əbdik vəbnətu əmətik nəzələt bik, və əntə xəyru mənzulim-nih. Allahummə inna la nələmu minha illah xəyra, və əntə ə-ələmu biha minna, Allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha fəğfir ləha, Allahumməc-əlhu indəkə fi ə-əla illiyyin, vəxluf əla əhliha fil-ğabirin, vər-həmha birəhmətikə ya ərhəmər-rahimin.

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.