RƏHMAN VƏ RƏHİM ALLAHIN ADIYLA
QƏZA NAMAZI
Qəza namazı müəyyən vaxtda qılınmayan və ya düzgün qılınmayan namazın əvəzini verən namazdır.
Qəza namazı (əda namazından fərqli olaraq) təyin olunmuş vaxtdan kənar qılınan hər hansı bir namazdır. Namazlar vacib və müstəhəbbə bölündüyü üçün qəzaları da bu iki növə əsaslanır.
Əgər təyin olunmuş vaxtda bir rükət namaz da qılılsa, həmin namaz əda sayılır. Sübh namazının sübhdən günəş çıxana qədər müəyyən edilmiş vaxtı; Günorta namazı üçün zöhr azanından məğrib azanına və ya günün batmağına beş rükət qalımış, Əsr namazı üçün günorta namazından məğrib və ya gün batmadan əvvəl bir rükətə qədər; Məğrib namazı üçün məğrib azanından gecə yarısına qədər beş rükət, işa namazı üçün isə məğrib namazından bir rükət gecə yarısına qədər qalmış əda sayılır.
Həddi-büluğa çatanda, dəlilikdə, narkozda, küfrdə, heyz və nifasda qılınmayan namazların qəzası vacib deyildir.
Vacib namazlardan biri də böyük oğula (atanın vəfatı zamanı böyük oğula) vacib olan atanın namazının qılınmasıdır. Bəzi məracelər (Xamenei, Qolpayeqani, Əraki, Məkarim, Nuri, Fazel, Behcət, Safi) də ana namazını böyük oğula vacib hesab edirlər.
Qəzəsinin sayını bilməyən şəxs, qəza olacağına əmin olduğu az sayda namaz qılsa, kifayət edər.
Qəza namazı istənilən vaxt qılına bilər.
Əgər namazın vaxtından sonra qıldığı namazın batil olduğunu bilsə, qəzasını yerinə yetirməlidir.
Səfərdə qəzayə verilən namazın qəzasıda səfət namazı kimi qılınmalıdır.
Hər bir insan öz namazını qılmalıdır və nə qədər ki, o sağdır, ondan başqa heç kəs namazını qıla bilməz.
Qəza niyyətindən başqa namazın əsasından heç bir fərqi yoxdur.
HÖRMƏTLİ OXUCULAR! DUALARINIZDA BİZLƏRİ UNUTMAYIN.
Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi