VƏHDƏT DUASI

Bismillahir-Rəhmanir-Rəhim

VƏHDƏT DUASI

 

لاَ إِلَهَ إِلاَّ اللَّهُ إِلَهاً وَاحِداً وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ لاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ

 

La ilahə illəllahu İlahəv Vahidəv və nəhnu ləhu muslimun. La ilahə illəllahu və la nəbudu illa iyyah.

 

“Kainatın (və bütün aləmlərin) tək Tanrısından (Allahından) başqa məbud (ibadətə layiq olan bir varlıq) yoxdur və biz Onun (Allahın) əmrinə (Peyğəmbərlər (s) vasitəsiylə bizlərə göndərdiyi İlahi əmirlərə) təslim oluruq, Allahdan başqa məbud (ibadət və sitayişə laiq olan bir varlıq) yoxdur və Ondan (Allahdan) başqa heç kəsə ibadət (və itaət) etmirik.”

 

مُخْلِصِينَ لَهُ‌ اَلدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّنَا وَ رَبُّ آبَائِنَا الْأَوَّلِينَ

 

Muxlisinə ləhud-din və ləv kərihəl-muşrikin. La ilahə illəllahu Rəbbuna və Rəbbu abainal-əvvəlin.

 

“Bizim (Tək olan Tanrıya iman gətirərək) itaətimiz (və sitayişimiz) müşriklərin (bütpərəstlərin və digər tək Allahliğı qabul etməyən kəslərin) ixtiyarına (fikir və əqidələrinə) zidd olsa da, O (Bizim sitayiş etdiyimiz Tanrı) pakdır (bütün eyb və nöqsanlardan uzaqdır). Bizim və əcdadımızın Allahımızdan başqa məbudu (və tanrısı) yoxdur.

 

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ أَعَزَّ جُنْدَهُ

 

La ilahə illəllahu Vəhdəhu Vəhdəhu Vəhdəh, əncəzə vədəh və nəsərə əbdəh və əəzzə cundəh

 

Tək olan (və bütün Cəmal və Cəlal sifətləri özündə cəmləşdirən) Allahdan başqa məbud (tanrə və sitayişə layiq olan ilah) yoxdur, (pis əməl sahiblərini cəhənnəmə və yaxşı işlər görəni cənnətə aparamaqla ) vədini  yerinə yetirir, (Ona itaət və ibadət edən və Allahı Tanrısı bilən) quluna kömək edir, (din, Allah və İslam düşmənləri ilə hər növlə mübarızə aparan) ordusunu izzətləndirir.

 

وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي

 

Və həzəməl-əhzabə vəhdəh, fələhul-mulk və ləhul-həmd, yuhyi və yumit və yumitu və yuhyi.

 

Və (O Allah) təkbaşına müxalif  orduları (və Allah düşmənlərini) darmadağın edir, ona görə də varlığın (və bütün hiss edilən və edilməyən nə varsa hamısının) padşahıdır və bütün həmd (və sənalar) Ona (O, tayı-bərabəri olmayan Tanrıya) məxsusdur ki, O, (Allah, istər ağıl sahibi ola istər qeyri ağılsahibi olan bütün yaratdıqlarını) dirildən, (və sonra diritmək üçün) öldürən və (yalnız ağıl sahiblərini) öldürüb (sonra Qiyamət günü hesab vermək üçün) dirildəndir.

 

وَ هُوَ حَيٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

 

Və huvə həyyul-la yəmutu biyədihil-xeyr və huvə əla kulli şəyin qədir.

 

Və O, (Allah) heç vaxt ölməyən (və ölüm məfhumu ona sirayət etməyən bir varlıqdır və həmişə) diridir, hər xeyir (və bərəkət) Onun (ixtiyarında və) əlindədir və (O Allah) hər şeyə qadirdir.

 

Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

 

Tərcümə edən: Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

Allahın adı ilə

 

Şeyx Tusi bildirib ki, Məhərrəm ayının ilk on gününü oruc tutmaq müstəhəbbdir, lakin Aşura günü oruc tutulmamalıdır və əsrdən sonra yemək və şərabdan uzaq durmalı və az miqdarda türbət yeməsi bəyənilib.

 

 

Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.