ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNÜN ƏMƏLLƏRİ
Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
HƏFTƏNİN GÜNLƏRİNİN ƏMƏLLƏRİ.
(Çərşənbə axşamı)
1. Çərşənbə axşamının zikri: Həftəlik zikrlərdən biri olan çərşənbə axşamının zikri günün ən tövsiyə edilən əməllərindəndir. Bu günün zikri, 100 (yüz) dəfə de:
یا أَرْحَمَ الرَّاحِمِین
Ey mehribanların ən Mehribanları.
Bu gözəl zikrin 100 dəfə təkrarı və hər həftənin çərşənbə axşamı günü oxumağa davam etmək ehtiyacına və arzuların yerinə yetirilməsinə səbəb olar.
Bundan əlavə, həftənin möhtərəm imamlarımızın adını daşıyan digər günlər kimi, çərşənbə axşamı da İmam Zeynul-Abidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqin (ə) adlarına aitdir. Bu səbəbdəndir ki, çərşənbə axşamı zikri ilə yanaşı, bu imamlar üçün xüsusi ziyarətnamənin və bu gün üçün xüsusi duanın oxunması məsumlar tərəfindən sifariş olunmuşdur
.
2. Çərşənbə axşamı duası:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
“Bismillahir-Rəhmanir-Rəhim.”
(Mərhəmətli və Rəhmli Allahın adı ilə!)
الْحَمْدُ لِلَّهِ وَ الْحَمْدُ حَقُّهُ كَمَا يَسْتَحِقُّهُ حَمْداً كَثِيرا
“Əl-Həmdu lilləh, vəl-həmdu həqquhu kəma yəstəhiqquhu həmdən kəsira.”
(Həmd və səna Allaha məxsusdur və Ona layiqdir və O, layiq olduğu bütün həmdlərə layiqdir.)
وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ نَفْسِي إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ مَا رَحِمَ رَبِّي
“Və əuzu bihi min şərri nəfsi, innən-nəfsə lə əmmarətun bis-sui illa ma rəhimə Rəbbi.”
(Mən isə nəfsimin şərindən Allaha sığınıram, çünki insanın nəfsi insanı çirkin və haqsız işlər görməyə vadar edir, ancaq Allah insanı öz xüsusi lütfü ilə qoruyur.)
وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ الشَّيْطَانِ الَّذِي يَزِيدُنِي ذَنْباً إِلَى ذَنْبِي
“Və Əuzu bihi min şərril-Şəytanil-ləzi yəziduni zənbən ilə zənbi.”
(Və günahıma günah qatan şeytanın şərrindən Allaha sığınıram.)
وَ أَحْتَرِزُ بِهِ مِنْ كُلِّ جَبَّارٍ فَاجِرٍ وَ سُلْطَانٍ جَائِرٍ وَ عَدُوٍّ قَاهِرٍ
“Və əhtərizu bihi min kulli cəbbəriv-və sultanin cəiriv-və əduvvin qəhir.”
(Və hər bir sitəmdən, zülümdən, fasiqdən və güclü zalımın zülmündən Ona sığınıram.)
اللَّهُمَّ اجْعَلْنِي مِنْ جُنْدِكَ فَإِنَّ جُنْدَكَ هُمُ الْغَالِبُونَ
“Allahumməc-əlni min cundik, fə innəcundəkə humul-ğəlibun.”
(İlahi, məni öz ordusundan et, çünki Sənin qoşunun həmişə qalib və hakimdir.)
وَ اجْعَلْنِي مِنْ حِزْبِكَ فَإِنَّ حِزْبَكَ هُمُ الْمُفْلِحُونَ
“Vəc-əlni min hizbik, fə innə hizbəkə humul-muflihun.”
((İlahi!) məni öz dəstəsindən təyin et ki, Sənin dəstən davamlı olaraq qalib gələn yeganə dəstədir.)
وَ اجْعَلْنِي مِنْ أَوْلِيَائِكَ فَإِنَّ أَوْلِيَاءَكَ لاَ خَوْفٌ عَلَيْهِمْ وَ لاَ هُمْ يَحْزَنُونَ
“Vəc-əlni min əvliyəik, fə innə əvliyaəkə la xəvfun ələyhum və la hum yəhzənun.”
(Və məni öz dostlarından et ki, əlbəttə Sənin dostlarının (hər iki dünyada) qəlblərində qorxu və kədər yoxdur.)
اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي فَإِنَّهُ عِصْمَةُ أَمْرِي
“Allahummə əslih li dini, fə innəhu ismətun əmri.”
(İlahi, dinimi islah et, çünki bütün işlərimin əsas dayağı dindir.)
وَ أَصْلِحْ لِي آخِرَتِي فَإِنَّهَا دَارُ مَقَرِّي وَ إِلَيْهَا مِنْ مُجَاوَرَةِ اللِّئَامِ مَفَرِّي
“Və əslih li axirəti, fə innəha daru məqərri və iləyha min mucavərətil-liami məfərri.”
(Və axirət dünyamı islah et, çünki o, mənim əbədi yurdumdur və dünyanın alçaq insanlarından ayrılıb, qərar tutduğum yer oradır.”
وَ اجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ وَ الْوَفَاةَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ
“Vəc-əlil-həyatə ziyadətəl-li fi kulli xəyriv-vəl-vəfatə rahətəl-li min kulli şərr.”
(Ömrümü hər bir yaxşılıq üçün bərəkət mənbəyi et və bütün pisliklərdən xilas et.)
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ تَمَامِ عِدَّةِ الْمُرْسَلِينَ
“Allahummə səlli əla Muhəmmədin Xatəmin-Nəbiyyinə və təmami iddətil-Mursəlin.”
(İlahi, peyğəmbərlərinin sonuncusu olan Məhəmmədə (s) və bütün elçilərinə salavat göndər.)
وَ عَلَى آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ أَصْحَابِهِ الْمُنْتَجَبِينَ
“və əla Alihit-Təyyibinət-Tahiriə və əshabihil-muntəxəbin.”
(Və (İlahi, salavat göndər) onun pak və pakizə olan Əhli-Beytinə (ə.s) və dünyanın ən yaxşılarından olan seçilmiş səhabələrinə.)
وَ هَبْ لِي فِي الثُّلَثَاءِ ثَلاَثاً لاَ تَدَعْ لِي ذَنْباً إِلاَّ غَفَرْتَهُ وَ لاَ غَمّاً إِلاَّ أَذْهَبْتَهُ وَ لاَ عَدُوّاً إِلاَّ دَفَعْتَهُ
“Və həb li fis-suləsai səlasəl-la tədəli zənbən illa ğəfərtəhu və la ğəmmən illa əzhəbtəhu və la əduvvən illa dəfətəh.”
(Və bu çərşənbə axşamı mənə üç şeyi nəsib et, birincisi, bütün günahlarımı bağışla, ikincisi, qəlbimdə olan bütün kədərləri dəf et, üçüncüsü, düşmənim olan hər şeyi aradan qaldır.)
بِبِسْمِ اللَّهِ خَيْرِ الْأَسْمَاءِ بِسْمِ اللَّهِ رَبِّ الْأَرْضِ وَ السَّمَاء
“Bi bismillahi xəyris-səma, bismillahi rəbbil-ərzi vəs-səma.”
“Göylərin ən gözəl adı olan, yerin və göyün yaradıcısı olan Allahın adı ilə.”
أَسْتَدْفِعُ كُلَّ مَكْرُوهٍ أَوَّلُهُ سَخَطُهُ وَ أَسْتَجْلِبُ كُلَّ مَحْبُوبٍ أَوَّلُهُ رِضَاهُ
“Əstədfiu kulli məkruhin əvvəluhu səxətuhu vəs-təclibu kullə məhbubin əvvəluhu rizah.”
(Birinci Allahın qəzəbiləndiyi hər cür pisliklərdən və bədbəxtliklərdən özümü xilas edirəm və Allahın rizası olan bütün yaxşılıqları özümə cəlb edirəm.)
فَاخْتِمْ لِي مِنْكَ بِالْغُفْرَانِ يَا وَلِيَّ الْإِحْسَان.
“Fəx-tim li minkə bil-ğufran, ya vəliyyəl-ihsan.”
(Elə isə, ey səxavət və mehribanlıq sahibi olan Allah, məni bağışla və məni məğfirət əta et.)
3. İmam Zeynul-Abidin (ə.s), İmam Muhəmməd Baqir (ə.s) və İmam Cəfər Sadiqin (ə.s) adına ziyarətnamənin oxumaq.
السَّلاَمُ عَلَيْكُمْ يَا خُزَّانَ عِلْمِ اللَّهِ السَّلاَمُ عَلَيْكُمْ يَا تَرَاجِمَةَ وَحْيِ اللَّهِ
“Əs-səlamu ələykum ya xuzzanu ilmillah, əs-səlamu ələykum ya təracimətə vəhyillah.”
(Salam olsun sizə (Həzrət İmam Zeynul-Abidin, Həzrət İmam Baqir və Həzrət İmam Sadiq (ə.s)) Salam olsun sizə, ey Allahın elm xəzinəsinin xəzinədarları, salam olsun sizə, ey Allahın vəhyini təfsir edənlər.)
السَّلاَمُ عَلَيْكُمْ يَا أَئِمَّةَ الْهُدَى السَّلاَمُ عَلَيْكُمْ يَا أَعْلاَمَ التُّقَى
“Əs-səlamu ələykum ya Əimmətəl-Huda, əs-səlamu ələykum ya əəlamut-təqva.”
(Salam olsun sizə, ey insanların hidayətinin başçıları, salam olsun sizə, ey təqvanın açıq-aydın nişanələri.)
السَّلاَمُ عَلَيْكُمْ يَا أَوْلاَدَ رَسُولِ اللَّهِ
“Əs-səlamu ələykum ya əvladə Rəsulillah.”
(Salam olsun sizə, ey Allah Rəsulunun övladları.)
أَنَا عَارِفٌ بِحَقِّكُمْ مُسْتَبْصِرٌ بِشَأْنِكُمْ مُعَادٍ لِأَعْدَائِكُمْ مُوَالٍ لِأَوْلِيَائِكُمْ بِأَبِي أَنْتُمْ وَ أُمِّي صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ
“Ənə arifun bi həqqikum mustəbsirun bi şənikum muadil-liəədaikum məvalil-əvliyaikum, biəbi əntum və ummi sələvatullahi ələykum.”
(Sizin doğruluğunuzu və imamətinizi bilirəm və etiraf edirəm, Sizin ləyaqət və məqamınızi bilirəm, (bu səbəbdən) düşmənlərinizlə düşmən, dostlarınızla dostam, atam və anam sizə fəda olsun, Allahın salamı olsun sizə.)
اللَّهُمَّ إِنِّي أَتَوَالَى آخِرَهُمْ كَمَا تَوَالَيْتُ أَوَّلَهُمْ
“Allahummə inni ətəvalə axirəhum kəma ətəvaləytu əvvələhum.”
(İlahi, mən onları birincisini (Peyğəmbəri) sevdiyim kimi, sonuncularını (Əhli-Beyti) da sevəcəm.)
وَ أَبْرَأُ مِنْ كُلِّ وَلِيجَةٍ دُونَهُمْ وَ أَكْفُرُ بِالْجِبْتِ وَ الطَّاغُوتِ وَ اللاَّتِ وَ الْعُزَّى
”Və əbrəu min kulli vəlicətin dunəhum və əkfuru bil-cibti vət-tağuti vəl-lati vəl-uzza.”
(Onlardan başqa (məsumların) mövqelərini iddia edən hər kəsə nifrət edirəm, zalımlara və tağutlara, müşriklərə və bütpərəstlərə inanmıram.)
صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ يَا مَوَالِيَّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
“Sələvatullahi ələykum ya məvaliyyə və rəhmətul-lahi və bərəkatuh.”
(Allahın salamı, rəhməti və bərəkəti olsun sizə, ey mənim rəhbərlərim.)
السَّلاَمُ عَلَيْكَ يَا سَيِّدَ الْعَابِدِينَ وَ سُلاَلَةَ الْوَصِيِّينَ
”Əs-səlamu ələykə ya Səyyidəl-Aləminə və sulalətəl-vəsiyyin.”
(Salam olsun sizə, ey ibadət əhlinin böyükləri və Peyğəmbərin vəlilərinin pak ünsürləri.)
السَّلاَمُ عَلَيْكَ يَا بَاقِرَ عِلْمِ النَّبِيِّينَ
“Əs-səlamu ələykə ya Baqirəl-ilmin-Nəbiyyin.”
Salam olsun sənə, ey haqq peyğəmbərlərin elmini daşıyan!
السَّلاَمُ عَلَيْكَ يَا صَادِقاً مُصَدَّقاً فِي الْقَوْلِ وَ الْفِعْلِ
“Əs-səlamu ələykə ya sadiqəm-musəddəqən fil-qəvli vəl-fil.”
(Salam olsun sənə, ey sözdə və əməldə Sadiq Musəddiq olan.)
يَا مَوَالِيَّ هَذَا يَوْمُكُمْ وَ هُوَ يَوْمُ الثُّلاَثَاءِ وَ أَنَا فِيهِ ضَيْفٌ لَكُمْ
“Ya məvaliyyə haza yəvmikum və huvə yəvmus-sulasai və ənə fihi zəyful-ləkum.”
(Ey mənim rəhbərlərim, bu çərşənbə sizə məxsusdur və mən bu gündə sizin qonağınızam.)
وَ مُسْتَجِيرٌ بِكُمْ فَأَضِيفُونِي وَ أَجِيرُونِي بِمَنْزِلَةِ اللَّهِ عِنْدَكُمْ وَ آلِ بَيْتِكُمْ الطَّيِّبِينَ الطَّاهِرِين
“və mustəcirum-bikum fəəzifuni bimənzilətillahi indəkum və ali bəytikumut-təyyibinət-tahirin.”
(Və məndən sonra mühacir olanlara qonaqlıq bəxş et və Allahın sizin və sizin yaxşı, pak və elmli Əhli-beytinizin yanında olan məqam və ləyaqətdə mənə sığınacaq ver.)
Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh. Ğfərəllahu li və ləkum İnşallah.
Hazırlayan: Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 19/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz