Hz. İmam Hadi (ə) və Hz. İmam Əsgərinin (ə) ziyarətnamələri.

 

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

HƏZRƏT İMAM HADİ (ə.s) VƏ HƏZRƏT İMAM ƏSGƏRİNİN (ə.s) ZİYARƏTNAMƏLƏRİ.

 

Əgər o iki imamı ziyarət etmək istəyirsinizsə, ilk öncə ziyarət qüslü verib, Müqəddəs ziyarətgahlara daxil olmaq rituallarına əməl etdikdən sonra ləyaqətlə pak ziyarətgahın qapısına tərəf gedin və dua kitablarında qeyd olunan ümumi giriş icazəsini oxuyun. Daha sonra, ziyarətgaha daxil olun və qeyd aşağıda qeyd etdiyimiz ziyarətnamənin sözlərilə o iki zadəganı ziyarət edin.

 

 

السَّلاَمُ عَلَيْكُمَا يَا وَلِيَّيِ اللَّهِ السَّلاَمُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللَّهِ

 

“Əs-Səlamu ələykuma ya Vəliyyəllah, əs-səlamu ələykuma ya Huccətəllah,”

 

(Salam olsun sizə, ey Allahın iki vəlisi, salam olsun sizə, ey Allahın iki hüccəti,)

 

 

السَّلاَمُ عَلَيْكُمَا يَا نُورَيِ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلاَمُ عَلَيْكُمَا يَا مَنْ بَدَا لِلَّهِ فِي شَأْنِكُمَا

 

“əs-Səlamu ələykuma ya Nuriyəllahi fi zulumatil-ərz, əs-səlamu ələykuma ya mən Bələlillahi fi şə’nikuma,”

 

(Salam olsun sizə, ey yerin zülmətində olan Allahın iki Nuru, Salam olsun sizə, ey ləyaqətinizdə xeyir əldə etmiş Allahın iki nəcibləri.)

 

 

أَتَيْتُكُمَا زَائِراً عَارِفاً بِحَقِّكُمَا مُعَادِياً لِأَعْدَائِكُمَا مُوَالِياً لِأَوْلِيَائِكُمَا

 

“Ətəytukuma zairən arifəm-bi həqqikuma muadiyəl-li ə’ədaikuma məvaliyyəl-li əvliyaikuma,”

 

(Mən sizin məqamınızı bildiyim halda ikinizi ziyarət etməyə gəlmişəm və mən sizin düşmənlərinizlə düşmən, dostlarınızla dostam.)

 

 

مُؤْمِناً بِمَا آمَنْتُمَا بِهِ كَافِراً بِمَا كَفَرْتُمَا بِهِ مُحَقِّقاً لِمَا حَقَّقْتُمَا مُبْطِلاً لِمَا أَبْطَلْتُمَا

 

“Mu’minəm-bima aməntuma bih, kafirəm-bima kəfərtuma bih, muhəqqiqəl-lima həqqəqtuma mubtiləl-lima əbtəltuma.”

 

(Siz nəyə inanırsınızsa, mən də ona inanıram, Siz nəyi inkar edirsinizsə, mən də onu inkar edirəm, Sizə görə nə səhihdirsə, mən də onu səhih hesab edirəm və təsdiq edirəm, Sizə görə nə batildirsə, mən də onu batil bilirəm.)

 

 

أَسْأَلُ اللَّهَ رَبِّي وَ رَبَّكُمَا أَنْ يَجْعَلَ حَظِّي مِنْ زِيَارَتِكُمَا الصَّلاَةَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ‏

 

“Əsəlullahə Rəbbi və Rəbbikuma əy-yəcələ həzzi min ziyarətikuməs-səlamə əla Muhəmmədiv-və Alih,”

 

(Və mənim Rəbbim və Sizin də Rəbbiniz olan Allahdan istəyirəm ki, ziyarətinizin savab və mükafatından Muhəmməd və Onun Ailəsinə salavat göndərsin.)

 

 

وَ أَنْ يَرْزُقَنِي مُرَافَقَتَكُمَا فِي الْجِنَانِ مَعَ آبَائِكُمَا الصَّالِحِينَ‏

 

“və əy-yərzuqəni murafətəkuma fil-cinani məə abaikuməs-salihin.”

 

(və Saleh Atalarnızla birlikdə Sizin dostluğunuzu cənnətdə mənə nəsib etsin.)

 

 

وَ أَسْأَلُهُ أَنْ يُعْتِقَ رَقَبَتِي مِنَ النَّارِ وَ يَرْزُقَنِي شَفَاعَتَكُمَا وَ مُصَاحَبَتَكُمَا

 

“və əsəluhu əy-yu’tiqə rəqəbəti minən-nar və yərzuqəni şəfaətəkuma və musahəbətəkuma.”

 

(Və yenə də Ondan (Allahdan) diləyirəm ki, məni cəhənnəm odundan qurtarsın və mənə şəfaət və dostluğunuzu nəsib etsin.)

 

 

وَ يُعَرِّفَ بَيْنِي وَ بَيْنَكُمَا وَ لاَ يَسْلُبَنِي حُبَّكُمَا وَ حُبَّ آبَائِكُمَا الصَّالِحِينَ‏

 

“və yuərrifə bəyni və bəynəkuma və la yəslubəni hubbikuma və hubbi abaikuməs-salihin.”

 

(Və Sizinlə mənim aramda əbədi bir tanışlıq (və dostluq yaratsın) və heç vaxt məni Sizin və atalarnızın sevgisindən məhrum etməsin.)

 

 

وَ أَنْ لاَ يَجْعَلَهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِكُمَا وَ يَحْشُرَنِي مَعَكُمَا فِي الْجَنَّةِ بِرَحْمَتِهِ‏

 

“Və əlla yəcələhu axirəl-əhdi min ziyarətikuma və yəhşurəni məəkuma fil-cənnəti bi rəhmətih.”

 

(Və Sizinlə olan bu ziyarəti, (ömrümün) sonuncu ziyarəti qərar verməsin və Onun lütf və rəhməti ilə məni cənnətdə Sizinlə məşhur etsin.)

 

Şeyx Muhəmməd binl-Məşhədi və Şeyx Mufid və Şəhid ziyarətnamənin bu yerində nəql etmişlər ki, sonra get özünü o iki mübarək qəbrin hər birinin üstünə sarıl və öp və üzünün sağ və sol tərəfini qəbrin üzərinə qoy və sonra başını qaldır və ziyarətnaməni axırına qədər oxu.

 

 

اللَّهُمَّ ارْزُقْنِي حُبَّهُمَا وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِمَا اللَّهُمَّ الْعَنْ ظَالِمِي آلِ مُحَمَّدٍ حَقَّهُمْ وَ انْتَقِمْ مِنْهُمْ‏

 

“Allahummər-zuqni hubbəhuma və təvəffəqi əla millətihuma, Allahumməl-ən zalimi Alə Muhəmmədin həqqəhum vən-təqim minhum.”

 

(Ya Rəbb, bu iki Zadəganın dostluğunu mənə əbədi olaraq nəsib et və mənə Onların ayinlərinə görə ölməyimə icazə ver. Ya Rəbbim, Muhəmməd ailəsinə zülm edənlərin hamısını lənətlə və onlardan intiqam al.)

 

 

اللَّهُمَّ الْعَنِ الْأَوَّلِينَ مِنْهُمْ وَ الْآخِرِينَ وَ ضَاعِفْ عَلَيْهِمُ الْعَذَابَ‏

 

“Allahumməl-ənil-əvvəlinə minhum vəl-axərin və zaif ələyhimul-əzab.”

 

(İlahi, onların (zülüm edənlərin) birinci və sonuncularına qədər lənət göndər və əzabınızı qat-qat artır.)

 

 

وَ ابْلُغْ بِهِمْ وَ بِأَشْيَاعِهِمْ وَ مُحِبِّيهِمْ وَ مُتَّبِعِيهِمْ أَسْفَلَ دَرْكٍ مِنَ الْجَحِيمِ إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

 

“Vəb-luğ bihim və bi əşyaihim və muhibbiyhim və muttəbiiyhim əsfələ dərkim-minəl-həciym. İnnəkə əla kulli şəyin qədir.”

 

(Və o zalımları, şiələrini, dostlarını və ardıcılları ilə birlikdə cəhənnəmin ən aşağı mərtəbələrinə göndər, çünki Sən hər şeyə qadirsən.)

 

 

اللَّهُمَّ عَجِّلْ فَرَجَ وَلِيِّكَ وَ ابْنِ وَلِيِّكَ وَ اجْعَلْ فَرَجَنَا مَعَ فَرَجِهِمْ (فَرَجِهِ) يَا أَرْحَمَ الرَّاحِمِينَ‏

 

“Allahummə əccil fərəcə Vəliyyikə vəbni Vəliyyik vəc-əl fərəcəna məə fərəcihim (fərəcihi) ya Ərhəmər-Rahimin.”

 

(Ya Rəbb, vəlinin və vəlinin oğlunun gəlişini (zuhurunu) tezləşdir və Bizi Onların gəlişi ilə rahatlaşdır. Ey mehribanların ən Mehribanı olan Allah.)

 

Yaxşı olar ki, özün və ata-anan və istədiyin kəs üçün dua edin, əgər bacarırsansa, O Zadəganların mübarək məzarlarına yaxınlaşıb, qəbirlərin yanında iki rükət namaz qılmağa səy göstər. Və əgər məscidə girib iki rükət namaz qıla bilmirsənsə, orada istədiyin dua qəbul olunar və bu Pəhləvi məscidi Onların evidir və İmam Əli Nəqi və İmam Həsən Əskəri (ə.s) orada namaz qılıblar.

 

Şeyx Muhəmməd binl-Məşhədi və Şeyx Mufid və Şəhid ziyarətnaməni bitirdikdən sonra, O, Zadəganların məzarlarının baş tərəfində dörd rükət ziyarət namazı qıl və Ziyarət namazından sonra istədiyin qədər namaz qıl.

 

 

Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.

 

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei.

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 19/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.