ƏMİNULLAH ZİYARƏTNAMƏSİ

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

ƏMİNULLAH ZİYARƏTNAMƏSİ.

 

Həzrət İmam Muhəmməd Baqirdən (ə) nəql edirlir ki, Həzrət İmam Zeynul-Abidin (ə) Əmirəl-Mömininin (ə) ziyarətinə gəldi və mübarək qəbrinin kənarında dayanıb ağlaya-ağlaya və dedi:

 

 

السَّلاَمُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَى عِبَادِهِ السَّلاَمُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ‏

 

“Əs-Səlamu ələykə ya Əminəllahi fi ərzihi və huccətəhu əla ibadih, əs-səlamu ələykə ya Əmirəl-Mu’minin.”

 

(Salam olsun Sənə, ey yer üzündə Allahın Əmini (etimad etdiyi kəs) və bəndələr üzərində Allahın Hüccəti, Salam olsun Sənə ey Möminlərin Əmiri.)

 

Əgər bu ziyarətnamə Əmirəl-Möminin Əlidən (ə) başqası üçün oxunarsa, “əs-səlamu ələykə ya Əmirəl-Mu’minin.” cümləsi deyilməməlidir.

 

 

أَشْهَدُ أَنَّكَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِكِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِيِّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ‏

 

“Əşhədu ənnəkə cahədtə fil-lahi həqqə cihadih və əmilət bi kitabih vət-təbəət sunənə Nəbiyyihi səlləllahu ələyhi və alih.”

 

(Şəhadət verirəm ki, Sən Allah yolunda cihad etdin və Allahın dini uğrunda cihad haqqını yerinə yetirdin və Allahın kitabının göstərişlərinə və Peyğəmbərin (Allahın salavatı Onun və Ailəsinin üzərinə olsun) sünnəsinə tabe oldun.)

 

 

حَتَّى دَعَاكَ اللَّهُ إِلَى جِوَارِهِ فَقَبَضَكَ إِلَيْهِ بِاخْتِيَارِهِ‏

 

“Hətta dəakəllahu ila civarih, fə qəbəzəkə iləyhi bi ixtiyarih.”

 

(Və ömrünün sonunda Allah Səni Öz rəhmətinə dəvət etdi və iradəsi ilə pak ruhunu aldı.)

 

 

وَ أَلْزَمَ أَعْدَاءَكَ الْحُجَّةَ مَعَ مَا لَكَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلَى جَمِيعِ خَلْقِهِ‏

 

“Və əlzəmə ə’ədaəkəl-huccətə məə ma ləkə minəl-hucəcil-baliğəti əla cəmiyi xəlqih.”

 

(Və Düşmənlərinizə hüccəti vacib etdi, baxmayaraq ki, Sizin varlığında İlahi hüccətlər bütün məxluqat üzərində tam idi.)

 

 

اللَّهُمَّ فَاجْعَلْ نَفْسِي مُطْمَئِنَّةً بِقَدَرِكَ رَاضِيَةً بِقَضَائِكَ مُولَعَةً بِذِكْرِكَ وَ دُعَائِكَ‏

 

“Allahummə fəcəl nəfsi mutməinnətəm-bi qədərikə raziyətəm-bi qəzaikə muləətəm-bi zikrikə və duaik.”

 

(İlahi, məni öz qismətinə arxayın və razı et və Səni xatırlamağa və dua etməyə həvəsli və təşviq et.)

 

 

مُحِبَّةً لِصَفْوَةِ أَوْلِيَائِكَ مَحْبُوبَةً فِي أَرْضِكَ وَ سَمَائِكَ صَابِرَةً عَلَى نُزُولِ بَلاَئِكَ‏

 

“Muhibbətəl-li səffəti əvliyaikə məhbubətən fi ərzik və səmaikə sabirətən əla nuzuli bəlaik.”

 

(Və (məni) övliyalarının xüsusi məşuqəsi və yer və səma əhli tərəfindən sevilən və müsibəti nazil olanda səbir edən qərar ver.)

 

 

شَاكِرَةً لِفَوَاضِلِ نَعْمَائِكَ ذَاكِرَةً لِسَوَابِغِ آلاَئِكَ مُشْتَاقَةً إِلَى فَرْحَةِ لِقَائِكَ مُتَزَوِّدَةً التَّقْوَى لِيَوْمِ جَزَائِكَ‏

 

“(şakirətəl-li fəvazili nə’maik, zakirətəl-li səvabiği alaik,) muştaqətən ila fərəhəti liqaikə mutəzəvvidətət-təqva li yəvmi cəzaik.”

 

(Zahiri nemətlərə şükür edən və batini nemətləri xatırlayan və görüşünə və qiyamət gününə hazırlanmağa həvəsli et.)

 

 

مُسْتَنَّةً بِسُنَنِ أَوْلِيَائِكَ مُفَارِقَةً لِأَخْلاَقِ أَعْدَائِكَ مَشْغُولَةً عَنِ الدُّنْيَا بِحَمْدِكَ وَ ثَنَائِكَ‏

 

“Mustənnətən bu sunəni əvliyaikə mufariqətəl-li əxlaqi ə’ədaikə məşğulətən ənid-dunya bi həmdikə və sənaik,”

 

(Və məni övliyalarının yolunda hərəkətləndir və düşmənlərinin yolundan uzaqlaşdır və dünya işləri ilə məşğul olmaqdansa, məni mədh və tərifinlə məşğul et.)

 

Sonra, mübarək üzünü qəbrin üstünə qoyub dedi:

 

 

اللَّهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْكَ وَالِهَةٌ وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْكَ شَارِعَةٌ

 

“Allahummə inni qulubəl-muxbitinə iləykə valihətuv-və subulər-rağibinə iləykə şariəh.”

 

(İlahi, təvazökarların və Səndən qorxanların qəlbləri Sənə qarşı heyrətlə doludur və Sənin həsrətində olanların yolları Sənə tərəf gəlmək üçün açıqdır.)

 

 

وَ أَعْلاَمَ الْقَاصِدِينَ إِلَيْكَ وَاضِحَةٌ وَ أَفْئِدَةَ الْعَارِفِينَ مِنْكَ فَازِعَةٌ

 

“Və ə’əlaməl-qasidinə iləykə vazihəh və əfidətəl-arifinə minkə faziəh.”

 

(Elçilərinin nişanələri açıq-aşkardır və mistiklərin qəlbləri Əlahəzrətin cəlalından qorxur.)

 

 

وَ أَصْوَاتَ الدَّاعِينَ إِلَيْكَ صَاعِدَةٌ وَ أَبْوَابَ الْإِجَابَةِ لَهُمْ مُفَتَّحَةٌ وَ دَعْوَةَ مَنْ نَاجَاكَ مُسْتَجَابَةٌ

 

“Və əsvatəd-daiynə iləykə saidəh və əbvabəl-icabəti ləhum mufəttəhəh və də’vətə mən nacakə mustəcabəh.”

 

(Və Sənin qapına dua edənlərin duasının səsi ucalır və duaların qəbul qapıları onların üzünə açıqdır və dua edənlərin duaları qəbul olur.)

 

 

وَ تَوْبَةَ مَنْ أَنَابَ إِلَيْكَ مَقْبُولَةٌ وَ عَبْرَةَ مَنْ بَكَى مِنْ خَوْفِكَ مَرْحُومَةٌ وَ الْإِغَاثَةَ لِمَنِ اسْتَغَاثَ بِكَ مَوْجُودَةٌ (مَبْذُولَةٌ(

 

“Və təvbətə mən ənabə iləykə məqbuləh və əbrətə mən bəka min xəvfikə mərhuməh vəl-iğasətə li mənis-təğasə bikə məvcudəh (məbzuləh).”

 

(Və tövbə edib Sənə qayıdanların tövbəsi qəbul olar və Sənin qorxundan ağlayanların ağlayan gözləri lütf və mərhəmətinlə dolar və Sənin köməyin Sənə fəryad edənlər üçün həmişə hazırdır.)

 

 

وَ الْإِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِكَ مَبْذُولَةٌ (مَوْجُودَةٌ) وَ عِدَاتِكَ لِعِبَادِكَ مُنْجَزَةٌ

 

“Vəl-ianətə li mənis-təanə bikə məbzuləh (məvcudəh) və idaikə li ibadikə muncəzəh.”

 

(Və Sənin köməyin səndən kömək istəyənlərə çatır və bəndələrinə verdiyin vəd yerinə yetirilir və gerçəkləşir.)

 

 

وَ زَلَلَ مَنِ اسْتَقَالَكَ مُقَالَةٌ وَ أَعْمَالَ الْعَامِلِينَ لَدَيْكَ مَحْفُوظَةٌ وَ أَرْزَاقَكَ إِلَى الْخَلاَئِقِ مِنْ لَدُنْكَ نَازِلَةٌ

 

“Və zələlə mənis-təqaləkə muqalətuv-və ə’əmaləl-aləminə lədəykə məhfuzətuv-və ərzaqəkə iləl-xəlaiqi min lədunkə naziləh.”

 

(Sənə üzrxahlığa gələnlərin günahı bağışlanacaq və salehlərin əməlləri Sənin tərəfindən qorunur və bütün insanların ruzisi Səndən endirilmişdir.)

 

 

وَ عَوَائِدَ الْمَزِيدِ إِلَيْهِمْ وَاصِلَةٌ وَ ذُنُوبَ الْمُسْتَغْفِرِينَ مَغْفُورَةٌ

 

“Və əvaidəl-məzidi iləyhim vasilətuv-və zunubəl-mustəğfirinə məğfurəh.”

 

(Və bəxşişlərnizin çoxu onlara həvalə olunar və bağışlanma diləyənlərin günahları bağışlanar.)

 

 

وَ حَوَائِجَ خَلْقِكَ عِنْدَكَ مَقْضِيَّةٌ وَ جَوَائِزَ السَّائِلِينَ عِنْدَكَ مُوَفَّرَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ مُتَوَاتِرَةٌ

 

“Və həvaicə xəlqikə indəkə məqziyyəh və cəvaizəs-sailinə indəkə muvəffərəh və əvaidəl-məzidi mütəvatirəh.”

 

(İnsanların ehtiyacları Sənin tərəfinizdən ödənilir və möhtacların ehtiyacları Sənin qapından bol hədiyyələr və bol nemətlərlə qarşılanır.)

 

 

وَ مَوَائِدَ الْمُسْتَطْعِمِينَ مُعَدَّةٌ وَ مَنَاهِلَ الظِّمَاءِ (لَدَيْكَ) مُتْرَعَةٌ

 

“Və məvaidəl-mustətimiynə muəddəh və mənahiləz-zimai (lədəykə) mutrəəh.”

 

(Sənin lütf süfrəsindən ruzi istəyənlər üçün yemək hazırdır, susuzlar üçün bulaqlar su ilə doludur.)

 

 

اللَّهُمَّ فَاسْتَجِبْ دُعَائِي وَ اقْبَلْ ثَنَائِي وَ اجْمَعْ بَيْنِي وَ بَيْنَ أَوْلِيَائِي‏

 

“Allahummə fəs-təcib duaiy vəc-mə’ bəyni və bəynə əvliyaiy.”

 

(İlahi, dualarımı və həmdlərimi qəbul et və mənimlə övliyalar və əzizlərim arasında birlik yarat.)

 

 

بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ‏

 

“Bi həqqi Muhəmmədiv-və Əliyyiv-və Fatimətə vəl-Həsəni vəl-Husəyn.”

 

(Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin və Hüseynin xatirinə bu duanı qəbul et.)

 

 

إِنَّكَ وَلِيُّ نَعْمَائِي وَ مُنْتَهَى مُنَايَ وَ غَايَةُ رَجَائِي فِي مُنْقَلَبِي وَ مَثْوَايَ‏

 

“İnnəkə vəliyyun-nə’maiy və muntəha munayə və ğayətu rəcaiy fiy munqələbiy və məsvay.”

 

(İlahi, Sən mənim vəliyyi nemətimsən, həm dünya həyatımda, həm də axirətdə ümid və arzularımın sonu və son ümidimsən.)

 

“Kamiluz-Ziyarat” kitabında ziyarətnamənin bu yerindən sonra bu sözlər qeyd olunmuşdur:

 

 

أَنْتَ إِلَهِي وَ سَيِّدِي وَ مَوْلاَيَ اغْفِرْ لِأَوْلِيَائِنَا وَ كُفَّ عَنَّا أَعْدَاءَنَا وَ اشْغَلْهُمْ عَنْ أَذَانَا

 

“Əntə İlahiy və Səyyidiy və Məvlay, iğfir li əvliyaina və kuffə ənna ə’ədaəna vəş-ğəlhum ən əzana.”

 

(Sən mənim Tanrım, Rəbbim və Mövlamsan, dostlarımızı bağışla və düşmənlərimizi bizdən uzaqlaşdır və onların bizə zərər vurmalarına mane ol.)

 

 

وَ أَظْهِرْ كَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا وَ أَدْحِضْ كَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَى إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

 

“Və əzhir kəlimətəl-həqq vəc-əlhəl-ulya və ədhiz kəlimətəl-batil vəc-əlhəs-sufla innəkə əla kulli şəyin qədiyr.”

 

(Və haqq sözünü zühur edib üstün elə, batil sözünü isə tapdala və onu (haqqa) çevir ki, doğurdanda Sən hər şeyə qadirsən.)

 

Qey etmək lazımdır ki, bu şərafətli ziyarətnamə həm mütləq ziyarətnamələrdən hesab olunur və Qədir gününün xüsusi ziyarətnamələrindən biri sayılır və İmamların (ə) bütün pak hərəmlərində oxunan Came ziyarətnamələrindən sayılır.

 

 

Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.

 

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei.

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 19/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.