RƏCƏB AYININ İLK GECƏSİNİN ƏMƏLLƏRİ

Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
Mövzu: Rəcəb ayının ilk gecəsinin əməlləri:
1. Rəcəb ayının hilalını gördükdə Allah Rəsulundan (s) rəvayət olunur ki, o, bu duanı oxuyardı:
«اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالاْمْنِ وَالاْيمانِ وَالسَّلامَةِ وَالاْسْلامِ رَبّي وَرَبُّكَ اللهُ عَزَّوَجَلَّ»
“ƏLLAHUMMƏ ƏHİLLİHU ƏLƏYNA BİL-ƏMNİ VƏL-İYMANİ VƏL-İSLAMİ RƏBBİ VƏ RƏBBUKƏLLAHU ƏZZƏ VƏ CƏLL.”
Allah! Bu ayı bizim üçün əmin-amanlıq, iman, sağlamlıq və İslamla başla, (ey ay) mənim Rəbbim və sənin Rəbbim olan Allah, qüdrətli və əzəmətlidir.
Və həmçinin rəvayət edilmişdir ki, Həzrət Peyğəmbər Rəcəb ayının hilalını görəndə belə deyirdi:
«اَللّهُمَّ بارِكْ لَنا في رَجَب وَشَعْبانَ، وَبَلِّغْنا شَهْرَ رَمَضانَ، وَاَعِنّا عَلَي الصِّيامِ وَالْقِيامِ، وَحِفْظِ اللِّسانِ، وَغَضِّ الْبَصَرِ، وَلا تَجْعَلْ حَظَّنا مِنْهُ الْجُوعَ وَالْعَطَشَ»
“ALLAHUMMƏ BARİKLƏNA Fİ RƏCƏBİ VƏ ŞƏ’BAN, VƏ BƏLLİĞNA ŞƏHRƏ RƏMƏZAN, VƏ ƏİNNA ƏLƏS-SİYAMİ VƏL-QİYAM, VƏ HİFZİL-LİSAN, VƏ ĞƏZZİL-BƏSƏR, VƏ LA TƏ’CƏL HƏZZİNA MİNHUL-CUƏ VƏL-ƏTƏŞ.”
İlahi, bizə Rəcəb və Şəban aylarında bərəkət ver və bizi Ramazan ayına çatdır və oruc tutmağa, gecələr oyaq qalmağımıza, dilimizi və gözlərimizi qorumağa kömək et və bizi ancaq ac və susuz qalanlardan etmə.
2. Seyid İbn Tavus deyir ki, mən “İbadat” kitablarında Allah Rəsulundan (s) bir rəvayət tapdım ki, o Həzrət buyurdu: “Hər kim Rəcəb ayına yetişə və ayın əvvəlində, ortasında və sonunda qüsl etsə, anasından doğulduğu gün kimi bütün günahlardan təmizlənər.
3. Həzrət İmam Hüseyni (ə) ziyarətnaməsini oxumaqın çoxlu fəziləti var. İmam Hüseynin (ə) ziyarəti İmam Hüseynin (ə) hərəmini ziyarət etmək, İmama salam vermək və İmam Hüseynin (ə) ziyarət məktubunu oxumaqdır.
4. Şam namazından sonra 20 rükət (hər iki rükət bir salamla) namaz qılın və hər rükətdə bir dəfə “Həməd” və bir dəfə “Tövhid” surəsini oxuyun. Allah Rəsulu (s) bu əməlin mükafatı olaraq belə buyurmuşdur: “Kim bunu edərsə, Allaha and olsun ki, o, ailəsi, övladları, malı və qəbir əzabından qorunacaq... və qiyamət günü Sirat körpüsündən surətlə keçəcək.”
5. İşa namazından sonra iki rükət namaz qıldı, birinci rükətdə bir dəfə “Həmd” və “Əlm-nəşrəh”, üç dəfə “Tövhid” surəsini, ikinci rükətdə isə “Həmd” və “Əlm-nəşrəh”, “Tövhid” və “Muəvvəzətəyn” (Nas və Fələq surələrini) bir dəfə oxuyun, və salam verdikdən sonra 30 dəfə deyin:
لا اله الاّ الله
“LA İLAHƏ İLLƏLLAH”
Allahdan başqa ibadətə laiq olan məbud yoxdur.
və sonra 30 dəfə “Salavat” deyin.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu işi görsə, Allah onun günahlarını bağışlayar və bütün günahlarından pak olar.”
6. 30 (otuz) rükət namaz qılmalı, (hər iki rükət bir salamla) hər rükətdə bir dəfə “Həmd”, bir dəfə “Kəfrun” və üç dəfə “Tövhid” deməlidir.
Bir rəvayətdə Allah Rəsulu (s) buyurur: Hər bir mömin kişi və qadın bunu edər, Allah onun bütün kiçik və böyük günahlarını bağışlayar. Və gələn ilə qədər Allah onun adını “namaz qılanlar” siyahısına yazacaq və nifaqdan təmizlənəcək.
7. Şeyx Tusi “Müsbahul-mütəhəccad” əsərində İmam Sadiqdən (ə) öz babası Əmirəl-Möminin Əlidən (ə) nəql edir ki, “o, hər şeydən asılı olmayaraq ilin dörd gecəsində ibadət etməyi xoşlayırdı: Rəcəb ayının ilk gecəsi, Şaban ayının ortası gecəsi, Fitr bayramı gecəsi və Qurban bayramı gecəsi.”
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Bacardığınız qədər Fitr, Qurban bayramı və... Rəcəb ayının ilk gecələrinin əhya saxlamağa diqqət yetirin.”
8. İmam Cavaddan (ə) rəvayət olunan bu duanı oxumaq. Rəcəb ayının ilk gecəsində insanın bu sözlərlə dua etməsi müstəhəbbdir:
اَللّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّكَ مَليكٌ، وَاَنَّكَ عَلي كُلِّ شَيْء مُقْتَدِرٌ،
“ALLAHUMMƏ İNNİ ƏSƏLUKƏ Bİ ƏNNƏKƏ MƏLİK, VƏ ƏNNƏKƏ ƏLA KULLİ ŞƏYİM-MUQTƏDİR,
İlahi, səndən xahiş edirəm ki, sən padşahsan və hər şeyə qadirsən
وَاَنَّكَ ما تَشآءُ مِنْ أَمْر يَكُونَ اَللّهُمَّ اِنّي اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّد نَبِيِّ الرَّحْمَةِ،
VƏ ƏNNƏKƏ MA TƏŞAU MİN ƏMRİY-YƏKUNƏLLAHUMMƏ İNNİ ƏTƏVƏCCƏHU İLƏYKƏ Bİ NƏBİYYİKƏ MUHƏMMƏDİN-NƏBİYYİR-RƏHMƏH,
İstədiyin hər şeyi reallaşdıran da Sənsən, İlahi, mən Sənə tərəf rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (s) vasitəsilə gəlmişəm.
صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ، يا مُحَمَّدُ يا رَسُولَ اللهِ،
SƏLLƏLLAHU ƏLƏYHİ VƏ ALİH, YA MUHƏMMƏDU YA RƏSULƏLLAH,
Ya Muhəmməd (s), ey Allahın Rəsulu
اِنّي اَتَوَجَّهُ بِكَ اِلَي اللهِ رَبِّكَ وَرَبِّي لِيُنْجِحَ بِكَ طَلِبَتي
İNNİ ƏTƏVƏCCƏHU BİKƏ İLƏLLAHİ RƏBBİKƏ VƏ RƏBBİ LİYUNCİHƏ BİKƏ TƏLİBƏTİ.”
Səni mənim və Sənin Rəbbim olan Allaha vəsilə etdim ki, ehtiyacların Sənin hörmətinə rəva olsun.
اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي
ALLAHUMMƏ Bİ NƏBİYYİKƏ MUHƏMMƏDİV-VƏL-ƏİMMƏTİ MİN ƏHLİ BƏYTİH SƏLLƏLLSHU ƏLƏYHİ VƏ ƏLƏYHİM ƏNCİH TƏLƏBİ.
İlahi, sənin Peyğəmbərin Muhəmmədin (s) və onun ailəsindən olan imamlarımızın haqqı, (Allahın ona və onlara salam olsun) mənim dərdlərimi aradan qaldır.
Vəssəlamu əlaykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərallahu li və ləkum inşallah. Dualarnızda bizləri unutmayın.
Hazırlayan: Ustad Hacı Elşen Badkubei.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 19/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz