17-Rəcəb-1446 / 18-01-2025

Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
Mövzu: DİNİ TƏQVİM (17-Rəcəb-1446 / 18-Yanvar-2025)
Hicri təqvimi ilə bu gün (18-Yanvar-2025-cü il) Rəcəb ayının on yeddisi və hicri-qəməri təqvimi ilə bu gün ilin 194-cü günüdür.
Günün ən mühüm hadisələri:
1. Hicri 1121-ci il: Şiə fəqihi, hədis alimi və şiə fiqh alimi Süleyman ibn Abdullah Mahuzinin vəfatı.
Süleyman ibn Abdulla Mahuzi (hicri 1075-1121) təhqiqatçı, hədisşünas, tarixçi və şiə hüquqşünası kimi tanınır. O, vaxtilə Bəhreynin dini lideri idi.
Onun fiqhdə qunutun vacibliyi, cümə namazının obyektiv vacibliyi, az miqdarda suyun nəcasətlə təmas nəticəsində nəcislənməməsi kimi xüsusi fitvaları vardır. Mahuzi həm də şair idi və İmam Əlinin (ə) mədhində və İmam Hüseynin (ə) mərsiyəsində şeirlər bəstələmişdir.
Mahuzi 44 yaşında, hicri 1121-ci ilin rəcəb ayının 17-də “Bilədül-Qədim”də vəfat etmiş və Mahuz kəndlərindən biri olan Dünc kəndində, babası Meyməm ibn Mualinin məqbərəsində dəfn edilmişdir.
2. Hicri 1271-ci il: Şiə fəqihi, hədisçi, təfsirçi və alim Seyid Əbu Turab Xansarinin anadan olması.
Əbu Turab Xansari (hicri 1271-1346) kimi tanınan Əbdül Əli ibn Cəfər Xansari XIII-XIV əsrlərdə yaşamış şiə fəqih və alimi idi. O, fiqh, hədis, rical və təfsir üzrə kitablar yazmış, həm də sünni fiqhinə bələd idi. Əbu Turab Məhəmməd Baqir Xansarı və Mirzə Haşim Xansarıdan təhsil almışdır. Əl-Əhsa, Qətif, Bəhreyn, Cəbəl Amil, Hindistan və İrandan olan insanlar onun tələbələri oldular. Seyid Mohsen Hakim və Seyid Mohammad Höccat Koh Kəməri onun tələbələri arasında idi.
Xansari hicri 1346-cı ildə Nəcəfdə vəfat etdi və Seyid Əbul-Həsən İsfahani onun üçün cənazə namazı qıldı və Vadiüs-Səlamda dəfn edildi.
Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh. Ğfərəllahu li və ləkum İnşallah.
Hazırlayan: Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz