ŞABAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ

 

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

ŞABAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ

 

Şəban və ya Şabanul-Müəzzəm hicri-qəməri təqviminin səkkizinci ayıdır ki, hədislərə görə bir çox fəzilətlərə malikdir və bu ayda oruc tutmaq, sədəqə vermək, salavat göndərmək, Şəbaniyyə salavatı və Şəbaniyyə duaları kimi xüsusi dualar oxumaq olar.

 

Bu ayda müxtəlif dini bayramlar da var, o cümlədən İmam Hüseyn (ə), Həzrət Abbas (ə), İmam Səccad (ə), Həzrət Əli Əkbər və İmam Mehdinin (ə) mövlud günləri Şəbaniyyə bayramları olaraq bilinir.

 

 

Mübarək şaban ayının müştərək əməlləri bunlardır:

 

1. Bu ayda sədəqə vermək.

 

Bu ayda yarım xurma dənəsi də olsa sədəqə verin ki, Allah-Taala onunla bədəninizi cəhənnəm odundan qorusun.

İmam Sadiqdən (ə) rəvayət olunur ki, ondan Rəcəb ayında orucun fəziləti barədə soruşdular və O, buyurdu: “Nə üçün Şəban ayında oruc tutmaqdan qafilsiniz?” Rəvayətçi dedi: Ey Allah Rəsulunun oğlu, Şəban ayında bir gün oruc tutanın savabı nədir? O dedi: “Vallah, cənnət onun mükafatıdır.” Rəvayətçi dedi: Ey Allah Rəsulunun oğlu, bu ayda ən xeyirli əməl hansıdır? Buyurdu: “Sədəqə vermək və bağışlanmaq diləmək. Hər kim bu Şəban ayında sədəqə versə, Allah-Taala necə ki, sizlərdən biriniz öz dəvəsinin balasını böyütdüyü kimi, onun verdiyi sədəqənin savabını böyüdər və Qiyamət günü Uhud dağı qədər ağır vəziyyətdə sahibinə təqdim edər.”

 

 

2. Hər gün yetmiş dəfə deyin:

 

أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَة

“Əstəğfirullahə və əsəluhut-təvbətəh”

(Allahdan bağışlanma və Ondan (nəsuh) tövbəni mənə nəsib etməyini diləyirəm.)

 

3. Hər gün yetmiş dəfə deyin:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْه

“Əstəğfirullahəl-ləzi la İlahə illa Huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu İləyh.”

(Allahdan bağışlanma diləyirəm, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Rəhmandır, Rəhmlidir, Əbədi Yaşayandır, ar olandır və Ona tövbə edirəm.)

 

Və ya:

 

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمَنُ الرَّحِيمُ وَ أَتُوبُ إِلَيْه

“Əstəğfirullahəl-ləzi la ilahə illah huvəl-Həyyul-Qəyyumur-Rəhmanur-Rəhim və ətubu İləyh.”

(Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Əbədi diridir, möhtərəmdir, Rəhmandır, Rəhm edən Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.)

 

Və hər ikisinə əməl etmək yaxşıdır. Rəvayətlərlə sübut edilmişdir ki, bu ayda ən yaxşı dua və zikr bağışlanmaq diləməkdir və hər kim bu ayda hər gün yetmiş dəfə istiğfar etsə, digər aylarda yetmiş min dəfə istiğfar edən kimidir.

 

4. Şəban ayının hər gecəsi və gündüzü, 3 dəfə “Həmd”, “Ayətəl-Kürsü”, “Kafirun”, “ İxlas”, “Nas” və “Fələq” sueələrini onumaq.

 

Əllamə Məclisi “Zadul-məad” əsərində belə qeyd edir: “Əmirəl-Möminin (ə) rəvayət edir ki, Rəsulullah (s) buyurdu: “Hər kim Rəcəb, Şaban və Ramazan ayının hər gecə və gündüzündə üç dəfə “Həmd”, Ayətül-Kürsi, Kafirun, Tövhid, Fələq və Nas surələrini oxuduqdan sonra üç dəfə:

 

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ اللَّهُ أَكْبَر

“Subhanəlləhi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu Əkbər.”

(Allaha hər şəydən Münəzzəhdir, Allahdan başqa ilah yoxdur, Allah ən böyükdür.)

 

وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيم

“Və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əziym.”

(Uca və əzəmətli Allahdan başqa heç bir qüdrət və quvvət sahibi olan bir varlıq yoxdur.)

 

sonra üç dəfə:

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmməd.”

(İlahi, Məhəmmədə və Muhəmmədin ailəsinə salavat və salam göndər.)

 

daha sonra üç dəfə:

 

اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَات

“Allahumməğfir lil-mu’mininə vəl-mu’minat.”

(Allahım, mömin kişi və qadınları bağışla.)

 

və sonda dörd yüz dəfə:

 

أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْه

“Əstəğfirullahə və ətubu İləyh.”

(Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.)

 

desə, yağış damcıları, ağacların yarpaqları, dənizlərin köpükləri qədər çox olsa da, Allah-Taala onun günahlarını bağışlasın.

 

5. Bu ay ərzində min dəfə deyin:

 

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ لاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُون

“La ilahə illəllahu və la nə’budu illa İyyahu muxlisinə Ləhud-din və ləv kərihəl-Muşrikin.”

(Allahdan başqa məbud yoxdur və biz Ondan başqasına ibadət edirik, müşriklərin xoşuna gəlməsə də, ibadətimizi səmimi qəlbdən Ona həsr edirik.)

 

Bu əməlin, hansı ki, əməl dəftərinə min illik ibadət yazmaq da daxil olmaqla, çoxlu savabı vardır.

 

6. Bu ayın oruc tutmaq:

 

Bilin ki, Şəban çox şərəfli bir aydır və Həzrət Seyyid Ənbiyaya (s) nisbət verilir. Və O Həzrət (s) bu ayı oruc tutaraq Ramazan ayına birləşdirərdi. Və deyərdi: Şaban mənim ayımdır və kim mənim ayımın bir gününü oruc tutsa, Cənnət ona vacib olar.

 

İmam Sadiqdən (ə) rəvayət olunur ki, Şəban ayı daxil olanda İmam Züynul-Abidin (ə) səhabələrini bir yerə yığıb deyirdi: Ey mənim səhabələrim, bilirsinizmi bu ay hansı aydır? Bu, Şəban ayıdır. Həzrət Peyğəmbər (s) buyurdu: Şəban mənim ayımdır, bu ayda Peyğəmbərinizin sevgisini qazanmaq və Rəbbinizə yaxınlaşmaq üçün oruc tutun. Əli ibn əl-Hüseynin canı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibn Əlinin (ə) belə dediyini eşitdim: Mən Əmirəl-Möminindən (ə) eşitmişəm ki, hər kim Peyğəmbərin (s) sevgisini qazanmaq və Allaha yaxınlaşmaq üçün Şəban ayının orucunu tutarsa, Allah onu Qiyamət günü öz izzətinə yaxınlaşdırar və Cənnəti ona vacib edər.

 

7. Bu ayda çoxlu salavat göndərin:

 

Şəban ayının hər günü, zəval vaxtı və gecənin ortasında İmam Zeynul-Abidindən (ə) nəql olunan bu Salavatı oxuyun.

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ وَ مَوْضِعِ الرِّسَالَةِ وَ مُخْتَلَفِ الْمَلاَئِكَةِ وَ مَعْدِنِ الْعِلْمِ وَ أَهْلِ بَيْتِ الْوَحْيِ

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmməd Şəcərətin-Nubuvvəh və Məvzi-ir-Risaləh və Muxtələfil-Məlaikəh və Mə’dənil-Elm və Əhli Bəytil-Vəhy.”

(İlahi, nübüvvət ağacı, risalət yeri, mələklərin görüş yeri, elm mənbəyi və vəhy evinin əhli olan Muhəmməd və Muhəmməd Ailəsinə salavat və rəhmət göndər.)

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْفُلْكِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ يَأْمَنُ مَنْ رَكِبَهَا وَ يَغْرَقُ مَنْ تَرَكَهَا الْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ وَ الْمُتَأَخِّرُ عَنْهُمْ زَاهِقٌ وَ اللاَّزِمُ لَهُمْ لاَحِقٌ‏

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmmədinil-Fulkil-Cariyəti fil-lucəcil-ğzmirəti yə’mənu mən rəkibəha və yəğrəqu mən tərəkəhəl-mutəqəddimu ləhum mariq vəl-mutəəxxiru ənhum zahiq vəl-lazimu ləhum lahiq.”

(İlahi, Muhəmməd (s) və onun Ailəsinə salavat göndər, çünki onlar elm dəryasının dərinliklərində üzən gəmiləridir. Kim o gəmiyə minsə, batmaqdan amandadır, kim ona minməsə, fəlakət dəryasında boğular, kim ondan qabağa keçsə, dindən çıxar, ondan geri qalan isə məhv olar, onun yanında olan hər kəs Onlara qoşulacaq.)

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْكَهْفِ الْحَصِينِ وَ غِيَاثِ الْمُضْطَرِّ الْمُسْتَكِينِ وَ مَلْجَإِ الْهَارِبِينَ وَ عِصْمَةِ الْمُعْتَصِمِينَ‏

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmmədinil-kəhfil-həsin və ğiyasil-muztərril-mustəkin və məlcail-haribin və ismətil-mu’təsimin.”

(İlahi, insanların möhkəm divarı, fəqir və miskinlərin fəryadı, fərarilərin sığınacağı, məsumluq istəyənlərin vəlisi olan Məhəmmədə və onun Ailəsinə salavat göndər.)

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاَةً كَثِيرَةً تَكُونُ لَهُمْ رِضًى وَ لِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَدَاءً وَ قَضَاءً بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ يَا رَبَّ الْعَالَمِينَ‏

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmmədin səlatən kəsirən təkunu ləhum riza və li həqqi Muhəmmədiv-və Ali Muhəmmədin ədaəv-və qəzaəm-bi həvlim-mink və quvvətiy-Ya Rəbbəl-Aləmin.”

(İlahi, Muhəmməd (s) və onun ailəsinə salavat göndər, çoxlu salavat göndər ki, bu nemətlər (salavatlar) onları razı salsın və (həmin salavatların sayəsində) qüdrətinlə onların bizim üzərimizdə olan haqqlarını əda edəsən, Ey aləmlərin Rəbbi.)

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّيِّبِينَ الْأَبْرَارِ الْأَخْيَارِ الَّذِينَ أَوْجَبْتَ حُقُوقَهُمْ وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلاَيَتَهُمْ‏

“Allahummə səlli əla Muhəmməsiv-və Ali Muhəmmədinit-Təyyibinəl-Əbraril-Əxbaril-Ləzinə əvcəbət huquqəhum və fərəztə taətəhum və vilayətəhum.”

(İlahi, dünyanın pak, saleh və seçilmişləri olan, haqqını əda etməyi, itaət və məhəbbətlərini bizə vacib etdiyin Muhəmməd (s) və onun Ailəsinə salavat göndər.)

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اعْمُرْ قَلْبِي بِطَاعَتِكَ وَ لاَ تُخْزِنِي بِمَعْصِيَتِكَ‏

“Allahummə səlli əla Muhəmmədiv-və Ali Muhəmmədiniv-və’mur qəlbi bi taətik və la tuxzini bi mə’siyətik,”

(İlahi, Məhəmmədə və onun ailəsinə salavat göndər. Və yaşadığım müddətcə Sənə itaət etməklə qəlbimi nurla doldur və itaətsizliyimlə məni rüsvay etmə.)

 

وَ ارْزُقْنِي مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِمَا وَسَّعْتَ عَلَيَّ مِنْ فَضْلِكَ وَ نَشَرْتَ عَلَيَّ مِنْ عَدْلِكَ وَ أَحْيَيْتَنِي تَحْتَ ظِلِّكَ

“Vər-zuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bi ma vəssə’tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik və əhyəytəni təhtə zillik,”

(və Öz lütf və səxavətindən mənə bəxş etdiyin bolluğuna görə ruzisini qıt etdiyin yoxsullara rəğbət bəsləmək üçün mənə ruzi nəsib et ki, Sənin ədalətini yayım və Öz rizqinin kölgəsində məni diri tut.)

 

وَ هَذَا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ شَعْبَانُ الَّذِي حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ الَّذِي كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ (سَلَّمَ) يَدْأَبُ فِي صِيَامِهِ وَ قِيَامِهِ

“Və haza şəhru Nəbiyyikə Səyyidi Rusulikə Şə’banul-ləzi həfəftə minkə bir-Rəhməti vər-Rizvanil-ləzi kanə Rəsulullahi səlləllahu ələyhi və Alihi və (səlləm) yədəbu fi siyamihi və qiyamih”

(Bu, Sənin peyğəmbərinin, elçilərinin ağasının ayıdır. Və Rəhmət və ləzzətlə əhatə etdiyin, Allah Rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruc tutmaqda və namaza durmaqda səbir göstərdiyi Şəban ayıdır.)

 

فِي لَيَالِيهِ وَ أَيَّامِهِ بُخُوعاً لَكَ فِي إِكْرَامِهِ وَ إِعْظَامِهِ إِلَى مَحَلِّ حِمَامِهِ

“fi ləyalihi və əyyamihi bi xuəl-ləkə fi ikramih və I’zamihi ilə məhəlli himamih,”

(O, bu ayın gecə və gündüzlərində Sənə ibadət edər, Sənin hüzurunda təvazökarlıqla bu ayın sonuna qədər hörmət və ehtiram göstərərdi.)

 

اللَّهُمَّ فَأَعِنَّا عَلَى الاِسْتِنَانِ بِسُنَّتِهِ فِيهِ وَ نَيْلِ الشَّفَاعَةِ لَدَيْهِ

“Allahummə fə əinna ələl-istinani bi sunnətihi fih və nəyliş-şəfaəti lədəyh,”

(İlahi, onun sünnəsinə tabe olmaqda və şəfaətinə nail olmaqda bizə kömək et.)

 

اللَّهُمَّ وَ اجْعَلْهُ لِي شَفِيعاً مُشَفَّعاً وَ طَرِيقاً إِلَيْكَ مَهْيَعاً

“Allahummə vəc-əlhu li şəfiəm-muşəffəəv-və təriqən iləykə məhyəa,”

(İlahi, mənə məqbul bir şəfaətçi ver və məni Özünə doğru düz və hamar yola yönəlt.)

 

وَ اجْعَلْنِي لَهُ مُتَّبِعاً حَتَّى أَلْقَاكَ يَوْمَ الْقِيَامَةِ عَنِّي رَاضِياً وَ عَنْ ذُنُوبِي غَاضِياً

“vəc-əlni ləhu muttəbiən hətta əlqakə yəvməl-qiyaməti ənni raziəv-və ən zunubi ğaziya,”

(Və məni o böyükə tabe et ki, səninlə qiyamət günü görüşəcəyim gün məndən razı qalasan və günahlarıma göz yumasan.)

 

قَدْ أَوْجَبْتَ لِي مِنْكَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ وَ أَنْزَلْتَنِي دَارَ الْقَرَارِ وَ مَحَلَّ الْأَخْيَار

“qəd əvcəbtə li minkər-rəhmətə vər-rizvanə və ənzəltəni darəl-qərari və məhəlləl-əxyar.”

(Halbuki Sən məni Öz lütf və mərhəmətinə əmin etdin və məni əməlisalehlərin məskəni olan əbədi Cənnət yurdunda məskunlaşdırdın.)

 

8. Şəbaniyyə dualarını oxumaq:

 

İbn Xələviyyə rəvayət edir ki, bu, Əmirəl-möminin və onun nəslindən olan imamların Şəban ayında oxuduqları dualardır.

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد

(İlahi, Məhəmmədə və Muhəmmədin Ailəsinə salavat və rəhmət göndər.)

 

وَ اسْمَعْ دُعَائِي إِذَا دَعَوْتُكَ وَ اسْمَعْ نِدَائِي إِذَا نَادَيْتُك

(və Səni çağırdığım zaman duamı eşit və sənə səsləndiyim zaman səsimi eşit.)

 

وَ أَقْبِلْ عَلَيَّ إِذَا نَاجَيْتُكَ فَقَدْ هَرَبْتُ إِلَيْكَ وَ وَقَفْتُ بَيْنَ يَدَيْكَ مُسْتَكِيناً لَكَ مُتَضَرِّعاً إِلَيْك

(Səninlə təkbətək danışdığım zaman məni dinlə, çünki Sənin qarşına qaçaraq gəlmişəm. Və təvazökarlıqla və Sənə yalvarıram hüzurunda dururam.)

 

رَاجِياً لِمَا لَدَيْكَ ثَوَابِي وَ تَعْلَمُ مَا فِي نَفْسِي وَ تَخْبُرُ حَاجَتِي وَ تَعْرِفُ ضَمِيرِي

“raciən lima lədəykə səvabi və tə’ləmu ma fi nəfsi və təxburu hacəti və tə’rifu zəmiri.”

(Səndən savab ümid edirəm, çünki Sən mənim qəlbimdə olanı bilirsən, ehtiyaclarımı bilirsən və vicdanımı bilirsən.)

 

وَ لاَ يَخْفَى عَلَيْكَ أَمْرُ مُنْقَلَبِي وَ مَثْوَاي

“və la yəxfa ələykə əmru munqələbi və məsva,”

(Mənim dünya və axirət işlərimdən heç bir şey sənə gizli deyil.)

 

وَ مَا أُرِيدُ أَنْ أُبْدِئَ بِهِ مِنْ مَنْطِقِي وَ أَتَفَوَّهَ بِهِ مِنْ طَلِبَتِي وَ أَرْجُوهُ لِعَاقِبَتِي

“və ma uridu ən ubdiə bihi min məntiqi və ətəfəvvəhu bihi min təlibəti və ərcuhu li aqibəti.”

(Dilimlə ifadə etmək və arzularımdan danışmaq istədiyim hər şeyi və aqibətimin xeyirinə Səndən nə umduğumu bilirsən.)

 

وَ قَدْ جَرَتْ مَقَادِيرُكَ عَلَيَّ يَا سَيِّدِي فِيمَا يَكُونُ مِنِّي إِلَى آخِرِ عُمْرِي

“və qəd cərət məqadirukə ələyyə ya Səyyidi fima yəkunu minni ila axiri umri,”

(Ey Rəbbim, ömrümün sonuna qədər başıma gələcəklərlə bağlı hökmlərin mənim üçün verilmişdir.)

 

مِنْ سَرِيرَتِي وَ عَلاَنِيَتِي وَ بِيَدِكَ لاَ بِيَدِ غَيْرِكَ زِيَادَتِي وَ نَقْصِي وَ نَفْعِي وَ ضَرِّي

“min sərirəti və əlaniyəti və biyədikə la bi yədi ğəyrikə ziyadəti və nəqsi və nəfi və zərri.”

(Mənim gizlinim və aşkarım, artıb-azalmağım, faydam və zərərim başqasının əlində deyil, Sənin əlindədir.)

 

إِلَهِي إِنْ حَرَمْتَنِي فَمَنْ ذَا الَّذِي يَرْزُقُنِي وَ إِنْ خَذَلْتَنِي فَمَنْ ذَا الَّذِي يَنْصُرُنِي

“İlahi in hərəmtəni fə mən zəl-ləzi yərzuquni və in xəzəltəni fə mən zəl-ləzi yənsuruni.”

(Allahım, əgər məni (ruzudan) məhrum etsən, kim mənə ruzi verə bilər, əgər məni (yardım etməkdə) tərk etsən, mənə kim kömək edə bilər?)

 

إِلَهِي أَعُوذُ بِكَ مِنْ غَضَبِكَ وَ حُلُولِ سَخَطِك

“İlahi əuzu bikə min ğəzəbik və hululi səxətik,”

(Allahım, qəzəbindən və qəzəbinin başlamasından Sənə sığınıram.)

 

إِلَهِي إِنْ كُنْتُ غَيْرَ مُسْتَأْهِلٍ لِرَحْمَتِكَ فَأَنْتَ أَهْلٌ أَنْ تَجُودَ عَلَيَّ بِفَضْلِ سَعَتِك

“İlahi in kuntu ğəyrə mustə’hilin li rəhmətik, fə əntə əhlum ən təcudə ələyyə bi fəzli səətik,”

(İlahi, əgər mən Sənin rəhmətinə layiq deyiləmsə, Sən sonsuz lütf və səxavətə layiqsən və məni bağışla.)

 

إِلَهِي كَأَنِّي بِنَفْسِي وَاقِفَةٌ بَيْنَ يَدَيْكَ وَ قَدْ أَظَلَّهَا حُسْنُ تَوَكُّلِي عَلَيْكَ فَقُلْتَ (فَفَعَلْتَ) مَا أَنْتَ أَهْلُهُ وَ تَغَمَّدْتَنِي بِعَفْوِك

“İlahi kə ənni bi nəfsi vaqifətum-bəynə yədəyk və qəd əzəlləha husnu təvəkkuli ələyk, fə qultə (fə fəəltə) ma əntə əhluh və təğəmmədtəni bi əfvik,”

(İlahi, sanki Sən mənə lütfün kölgəsini saldın və Öz səxavətinə və mərhəmətinə layiq olanı mənə bəxş etdin.)

 

إِلَهِي إِنْ عَفَوْتَ فَمَنْ أَوْلَى مِنْكَ بِذَلِك

“İlahi in əfəvtə fə mən əvla minkə bi zalik,”

(İlahi, əgər məni bağışlasan ki, mən sənin bağışlamağına daha çox layiqəm.)

 

وَ إِنْ كَانَ قَدْ دَنَا أَجَلِي وَ لَمْ يُدْنِنِي (يَدْنُ) مِنْكَ عَمَلِي فَقَدْ جَعَلْتُ الْإِقْرَارَ بِالذَّنْبِ إِلَيْكَ وَسِيلَتِي

“və in kanə qəd dəna əcəli və ləy-yudnini (yədnu) minkə əməli fə qəd cəəltul-iqrarə biz-zənbi iləykə vəsiləti,”

(Əgər vaxtım yaxınlaşıbsa və əməllərim məni Sənə yaxınlaşdırmayıbsa, günahımı etiraf etməyi Sənə yaxınlaşmaq üçün vəsilə etmişəm.)

 

إِلَهِي قَدْ جُرْتُ عَلَى نَفْسِي فِي النَّظَرِ لَهَا فَلَهَا الْوَيْلُ إِنْ لَمْ تَغْفِرْ لَهَا

“İlahi qəd curyu əla nəfsi fin-nəzəri ləha fə ləhəl-vəylu illəm təğfir ləha.”

(İlahi, mən nəfsimə diqqət etməkdə özümə zülm etdim, əgər onu (nəfsimi) bağışlamasan, vay mənim halıma!)

 

إِلَهِي لَمْ يَزَلْ بِرُّكَ عَلَيَّ أَيَّامَ حَيَاتِي فَلاَ تَقْطَعْ بِرَّكَ عَنِّي فِي مَمَاتِي

“İlahi ləy-yəzəl bi rəbbikə ələyyə əyyamə həyati fə la təqtə’ bi rəbbikə ənni fi məmati,”

(İlahi, ömrüm boyu mərhəmətin mənimlə olub, mən öləndə mərhəmətini məndən kəsmə.)

 

إِلَهِي كَيْفَ آيَسُ مِنْ حُسْنِ نَظَرِكَ لِي بَعْدَ مَمَاتِي وَ أَنْتَ لَمْ تُوَلِّنِي (تُولِنِي) إِلاَّ الْجَمِيلَ فِي حَيَاتِي

“İlahi kəyfə ayəsu min husni nəzərikə li bə’də məmati və əntə ləm tuvəllini (tulini) illəl-cəmilə fi həyati,”

(İlahi, həyatımda mənə yaxşılıqdan başqa heç nə bəxş etmədiyin halda, ölümümdən sonra Sənin mənə yaxşı baxmağından necə ümidimi kəsə bilərəm?)

 

إِلَهِي تَوَلَّ مِنْ أَمْرِي مَا أَنْتَ أَهْلُهُ وَ عُدْ عَلَيَّ بِفَضْلِكَ عَلَى مُذْنِبٍ قَدْ غَمَرَهُ جَهْلُهُ

“İlahi təvəllə min əmri ma əntə əhluhu vəudə ələyyə bi fəzlikə əla muznibin qəd ğəmərəhu cəhluk.”

(Allahım, mənim işlərimi layiq olduğu kimi idarə et. Və Öz lütf və səxavətlə nadanlıq üzündən günahın dərinliyinə düşmüş günahkara rəhm et.)

 

إِلَهِي قَدْ سَتَرْتَ عَلَيَّ ذُنُوباً فِي الدُّنْيَا وَ أَنَا أَحْوَجُ إِلَى سَتْرِهَا عَلَيَّ مِنْكَ فِي الْأُخْرَى

“İlahi qə sətərtə ələyyə zunubən fid-dunya və əna əhvəcu ila sətriha ələyyə minkə dil-uxra.”

(İlahi, Sən mənim günahlarımı dünyada gizlətdin, mən isə axirətdə onları gizlətməyinə daha çox ehtiyac duyuram.)

 

)إِلَهِي قَدْ أَحْسَنْتَ إِلَيَّ) إِذْ لَمْ تُظْهِرْهَا لِأَحَدٍ مِنْ عِبَادِكَ الصَّالِحِينَ‏

“(İlahi qəd əhsəntə iləyyə) iz ləm tuzhirha li əhədim-min ibadikəs-salihin.”

((Allahım, Sən mənə günahlarımı gizlətməklə yaxşılıq etdin) çünki günahlarımı heç bir saleh bəndələrinə bildirməzsən.)

 

فَلاَ تَفْضَحْنِي يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْأَشْهَادِ

“fəla təfzəhni yəvməl-qiyaməti əla ruusil-əşhad.”

(Elə isə Qiyamət günü bütün şahidlərin yanında məni rüsvay etmə.)

 

إِلَهِي جُودُكَ بَسَطَ أَمَلِي وَ عَفْوُكَ أَفْضَلُ مِنْ عَمَلِي

(İlahi, Sənin səxavətin ümidimi artırdı və bağışlamağın əməllərimdən daha yaxşıdır.)

 

إِلَهِي فَسُرَّنِي بِلِقَائِكَ يَوْمَ تَقْضِي فِيهِ بَيْنَ عِبَادِكَ إِلَهِي اعْتِذَارِي إِلَيْكَ اعْتِذَارُ مَنْ لَمْ يَسْتَغْنِ عَنْ قَبُولِ عُذْرِهِ‏

(İlahi, qulların arasında hökm verəcəyin gündə Səninlə görüşdükdə məni sevindir. Allahım, mənim səndən üzr istəməm, üzrürə ehtiyacı olan kəsin üzr istəməsidir.)

 

فَاقْبَلْ عُذْرِي يَا أَكْرَمَ مَنِ اعْتَذَرَ إِلَيْهِ الْمُسِيئُونَ

(Ey günahkarların üzr istədiklərinin ən səxavətlisi, üzrümü qəbul et!)

 

إِلَهِي لاَ تَرُدَّ حَاجَتِي وَ لاَ تُخَيِّبْ طَمَعِي وَ لاَ تَقْطَعْ مِنْكَ رَجَائِي وَ أَمَلِي

(İlahi, hacətimi rədd etmə, istəyimi puç etmə, Səndən ümid və intizarımı kəsmə.)

 

إِلَهِي لَوْ أَرَدْتَ هَوَانِي لَمْ تَهْدِنِي وَ لَوْ أَرَدْتَ فَضِيحَتِي لَمْ تُعَافِنِي

(Allahım, əgər məni zəlil etmək istəsəydin, doğru yola yönəltməzdin və əgər məni rüsvay etmək istəsəydin, aman verməzdin.)

 

إِلَهِي مَا أَظُنُّكَ تَرُدُّنِي فِي حَاجَةٍ قَدْ أَفْنَيْتُ عُمُرِي فِي طَلَبِهَا مِنْكَ

(İlahi, Sənə olan ehtiyacımı rədd edəcəyini heç düşünmədim və ömrümü bunun üçün sərf etdim.)

 

إِلَهِي فَلَكَ الْحَمْدُ أَبَداً أَبَداً دَائِماً سَرْمَداً يَزِيدُ وَ لاَ يَبِيدُ كَمَا تُحِبُّ وَ تَرْضَى

(İlahi, həmd-səna həmişə Sənə məxsusdur, əbədi olaraq, həmişəlik və daim artır İstədiyin və razı qaldığın kimi məhv olmaz.)

 

إِلَهِي إِنْ أَخَذْتَنِي بِجُرْمِي أَخَذْتُكَ بِعَفْوِكَ وَ إِنْ أَخَذْتَنِي بِذُنُوبِي أَخَذْتُكَ بِمَغْفِرَتِكَ

(İlahi, əgər məni günahlarımdan hesaba çəksən, mən də Sənin bağışlanmağına görə cavab verəcəm, əgər məni günahlarımdan hesaba çəksən, Səndən bağışlanmağını diləyirəm.)

 

وَ إِنْ أَدْخَلْتَنِي النَّارَ أَعْلَمْتُ أَهْلَهَا أَنِّي أُحِبُّكَ

(Əgər məni Cəhənnəmə daxil etsən, onun əhlinə səni sevdiyimi bildirərəm.)

 

إِلَهِي إِنْ كَانَ صَغُرَ فِي جَنْبِ طَاعَتِكَ عَمَلِي فَقَدْ كَبُرَ فِي جَنْبِ رَجَائِكَ أَمَلِي

(İlahi, əgər mənim əməlim Sənin itaətin qarşısında azdırsa, ümidim Səndən gözləntilərin qarşısında artmışdır.)

 

إِلَهِي كَيْفَ أَنْقَلِبُ مِنْ عِنْدِكَ بِالْخَيْبَةِ مَحْرُوماً وَ قَدْ كَانَ حُسْنُ ظَنِّي بِجُودِكَ أَنْ تَقْلِبَنِي بِالنَّجَاةِ مَرْحُوماً

(İlahi, mən Səndən necə məyus və məhrum olaraq qayıda bilərəm? Çün ki, Sənin məni nicatı verməyinə və mehribanlığına böyük inamım var idi ki, sən mənə rəhm edib, xilas edəcəksən.)

 

إِلَهِي وَ قَدْ أَفْنَيْتُ عُمُرِي فِي شِرَّةِ السَّهْوِ عَنْكَ وَ أَبْلَيْتُ شَبَابِي فِي سَكْرَةِ التَّبَاعُدِ مِنْكَ

(Allahım, ömrümü Səni unutmağın pisliyi ilə sərf etdim və gəncliyimi səndən uzaq olmağın məstliyində hədər etdim.)

 

إِلَهِي فَلَمْ أَسْتَيْقِظْ أَيَّامَ اغْتِرَارِي بِكَ وَ رُكُونِي إِلَى سَبِيلِ سَخَطِكَ

(İlahi, mən təkəbbür günlərində Sənin hüzurunda oyanmadım və bəzən Sənin qəzəbinə meylimdən xəbər tutmadım.)

 

إِلَهِي وَ أَنَا عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ قَائِمٌ بَيْنَ يَدَيْكَ مُتَوَسِّلٌ بِكَرَمِكَ إِلَيْكَ

(Allahım, mən Sənin qulun və Sənin qulunun oğluyam, Sənin hüzurunda dayanıb Sənin hüzuruna gəlmək üçün Sənin səxavətini axtarıram.)

 

إِلَهِي أَنَا عَبْدٌ أَتَنَصَّلُ إِلَيْكَ مِمَّا كُنْتُ أُوَاجِهُكَ بِهِ مِنْ قِلَّةِ اسْتِحْيَائِي مِنْ نَظَرِكَ

(İlahi, mən olduğum halımdan xilas olmaq istəyən bir bəndəyəm, Sənin hüzurunda Sənə baxmağa çox utanıram.)

 

وَ أَطْلُبُ الْعَفْوَ مِنْكَ إِذِ الْعَفْوُ نَعْتٌ لِكَرَمِكَ

(Səndən bağışlanma diləyirəm, çünki bağışlanmaq sənin səxavətinin vəsfidir.)

 

إِلَهِي لَمْ يَكُنْ لِي حَوْلٌ فَأَنْتَقِلَ بِهِ عَنْ مَعْصِيَتِكَ إِلاَّ فِي وَقْتٍ أَيْقَظْتَنِي لِمَحَبَّتِكَ

(İlahi, məhəbbət və məhəbbətinlə məni oyatmadıqca günahdan dönməyə gücüm yoxdur.)

 

وَ كَمَا أَرَدْتَ أَنْ أَكُونَ كُنْتُ فَشَكَرْتُكَ بِإِدْخَالِي فِي كَرَمِكَ وَ لِتَطْهِيرِ قَلْبِي مِنْ أَوْسَاخِ الْغَفْلَةِ عَنْكَ

(Yaxud da Sənin istədiyin kimi olum və məni Öz lütfünə qovuşdurduğuna və qəlbimi qəflət murdarlığından təmizlədiyinə görə Sənə şükür edim.)

 

إِلَهِي انْظُرْ إِلَيَّ نَظَرَ مَنْ نَادَيْتَهُ فَأَجَابَكَ وَ اسْتَعْمَلْتَهُ بِمَعُونَتِكَ فَأَطَاعَكَ

(Allahım, çağırdığın və Sənə cavab verən biri kimi mənə nəzər et.

İlahi, çağırdığın və Sənin çağırışına cavab verən və köməyinlə bir iş görmək üçün təyin etdiyin və Sənə itaət etdiyi kimsə kimi mənə nəzər et!)

 

يَا قَرِيباً لاَ يَبْعُدُ عَنِ الْمُغْتَرِّ بِهِ وَ يَا جَوَاداً لاَ يَبْخَلُ عَمَّنْ رَجَا ثَوَابَهُ

(Ey yaxın olan, Səni sevəndən əsla uzaq olmayan, ey səxavətli və lütfünə ümid bəsləyənə xəsislik etməyən!)  

 

إِلَهِي هَبْ لِي قَلْباً يُدْنِيهِ مِنْكَ شَوْقُهُ وَ لِسَاناً يُرْفَعُ إِلَيْكَ صِدْقُهُ وَ نَظَراً يُقَرِّبُهُ مِنْكَ حَقُّهُ

(İlahi, mənə Sənin yaxınlığını arzulayan bir qəlb, doğru sözü Sənə ucaldacaq bir dil və Sənin yaxınlığını axtaran həqiq bir göz verməyini istəyirəm.)

إِلَهِي إِنَّ مَنْ تَعَرَّفَ بِكَ غَيْرُ مَجْهُولٍ وَ مَنْ لاَذَ بِكَ غَيْرُ مَخْذُولٍ وَ مَنْ أَقْبَلْتَ عَلَيْهِ غَيْرُ مَمْلُوكٍ (مَمْلُول

 

(İlahi, Sənə məlum olan heç vaxt məchul və adsız olmaz, Sənə pənah aparan heç vaxt zəlil olmasın, diqqət yetirdiyin heç vaxt başqasının qulu olmaz.)

 

إِلَهِي إِنَّ مَنِ انْتَهَجَ بِكَ لَمُسْتَنِيرٌ وَ إِنَّ مَنِ اعْتَصَمَ بِكَ لَمُسْتَجِيرٌ وَ قَدْ لُذْتُ بِكَ يَا إِلَهِي

(İlahi, hər kim Sənə tərəf hərəkət etsə, nurlu olar, Sənə pənah aparana sığınacaq verilmişdir, mən də Sənə pənah aparmışam, ey Allah, mənə pənah verən Sənsən.)

 

فَلاَ تُخَيِّبْ ظَنِّي مِنْ رَحْمَتِكَ وَ لاَ تَحْجُبْنِي عَنْ رَأْفَتِكَ

(Rəhmətinə olan inamımı məyus etmə, rəhmət və qayğının nurundan məni məhcub etmə.)

 

إِلَهِي أَقِمْنِي فِي أَهْلِ وَلاَيَتِكَ مُقَامَ مَنْ رَجَا الزِّيَادَةَ مِنْ مَحَبَّتِكَ

(İlahi, mənə Öz övliyaların arasında Sənin məhəbbətinin artmasına ümid edən məqamı nəsib et.)

 

إِلَهِي وَ أَلْهِمْنِي وَلَهاً بِذِكْرِكَ إِلَى ذِكْرِكَ وَ هِمَّتِي فِي رَوْحِ نَجَاحِ أَسْمَائِكَ وَ مَحَلِّ قُدْسِكَ

(İlahi, mən Səni yad edənə qədər mənə Səni zikr etmək həvəsini ilham et və səylərimi adlarında və müqəddəs məkanlarında sevinc və firavanlığa yönəld.)

 

إِلَهِي بِكَ عَلَيْكَ إِلاَّ أَلْحَقْتَنِي بِمَحَلِّ أَهْلِ طَاعَتِكَ وَ الْمَثْوَى الصَّالِحِ مِنْ مَرْضَاتِكَ

(İlahi, Sənin pak zatına və məxluqat üzərində olan haqqına and içirəm, məni Sənə itaət edənlərlə qovuşdur və mənə Öz riza və razılığına layiq bir məskən nəsib et.)

 

فَإِنِّي لاَ أَقْدِرُ لِنَفْسِي دَفْعاً وَ لاَ أَمْلِكُ لَهَا نَفْعاً

(Çün ki, mən pisliyi dəf edə bilmərəm və özümə heç bir fayda verə bilmərəm.)

 

إِلَهِي أَنَا عَبْدُكَ الضَّعِيفُ الْمُذْنِبُ وَ مَمْلُوكُكَ الْمُنِيبُ (الْمَعِيبُ) فَلاَ تَجْعَلْنِي مِمَّنْ صَرَفْتَ عَنْهُ وَجْهَكَ وَ حَجَبَهُ سَهْوُهُ عَنْ عَفْوِكَ

(İlahi, mən Sənin aciz, günahkar, nöqsan və naqis bəndənəm, məni üz döndərdiyin və bağışlamağınla kor olanlardan etmə.)

 

إِلَهِي هَبْ لِي كَمَالَ الاِنْقِطَاعِ إِلَيْكَ وَ أَنِرْ أَبْصَارَ قُلُوبِنَا بِضِيَاءِ نَظَرِهَا إِلَيْكَ

(İlahi, mənə Sənə tam ibadət bəxş et və qəlblərimizin baxışlarını elə nurla nurlandır ki, onlar Sənin nurunu görsünlər.)

 

حَتَّى تَخْرِقَ أَبْصَارُ الْقُلُوبِ حُجُبَ النُّورِ فَتَصِلَ إِلَى مَعْدِنِ الْعَظَمَةِ وَ تَصِيرَ أَرْوَاحُنَا مُعَلَّقَةً بِعِزِّ قُدْسِكَ

(Qəlblərin gözləri nur pərdələrini dəlib keçənə qədər, əzəmətin mənbəyinə çatsın və ruhumuz Sənin müqəddəsliyinin izzətinə bağlansın.)

 

إِلَهِي وَ اجْعَلْنِي مِمَّنْ نَادَيْتَهُ فَأَجَابَكَ وَ لاَحَظْتَهُ فَصَعِقَ لِجَلاَلِكَ فَنَاجَيْتَهُ سِرّاً وَ عَمِلَ لَكَ جَهْراً

(İlahi, məni çağırdığın və onların da cavab verdiyi, onlara diqqət yetirdiyin, böyüklüyündən məst olduqların, onlarla gizli danışdığın və sənin üçün açıq-aşkar çalışdıqları kəslərdən qərar ver.)

 

إِلَهِي لَمْ أُسَلِّطْ عَلَى حُسْنِ ظَنِّي قُنُوطَ الْإِيَاسِ وَ لاَ انْقَطَعَ رَجَائِي مِنْ جَمِيلِ كَرَمِكَ‏

(İlahi, ümidsizlik nikbinliyimə qalib gəlməsin və ümidimi Sənin lütfünün gözəlliyindən məhrum etmə.)

 

إِلَهِي إِنْ كَانَتِ الْخَطَايَا قَدْ أَسْقَطَتْنِي لَدَيْكَ فَاصْفَحْ عَنِّي بِحُسْنِ تَوَكُّلِي عَلَيْكَ

(İlahi, əgər səhvlərim məni Sənin gözündən salıbsa, Sənə təvəkkül etdiyim üçün mənə göz yum.)

 

إِلَهِي إِنْ حَطَّتْنِي الذُّنُوبُ مِنْ مَكَارِمِ لُطْفِكَ فَقَدْ نَبَّهَنِي الْيَقِينُ إِلَى كَرَمِ عَطْفِكَ

(İlahi, əgər günahlarım məni Sənin lütfündən uzaqlaşdırıbsa, yəqinlik məqamım mənə Sənin səxavət və mərhəmətini xatırladır.)

 

إِلَهِي إِنْ أَنَامَتْنِي الْغَفْلَةُ عَنِ الاِسْتِعْدَادِ لِلِقَائِكَ فَقَدْ نَبَّهَتْنِي الْمَعْرِفَةُ بِكَرَمِ آلاَئِكَ

(Əgər Səninlə görüşə hazır olmağımla bağlı etinasızlığım məni qürur yuxusuna sürükləyirsə, Sənin böyük nemətlərini bilmək məni oyadır.)

 

إِلَهِي إِنْ دَعَانِي إِلَى النَّارِ عَظِيمُ عِقَابِكَ فَقَدْ دَعَانِي إِلَى الْجَنَّةِ جَزِيلُ ثَوَابِكَ

(İlahi, əgər Sənin intiqamın və intiqamın məni cəhənnəm atəşinə dəvət etsə, mükafat və lütfünlə məni əbədi cənnətə dəvət et.)

 

إِلَهِي فَلَكَ أَسْأَلُ وَ إِلَيْكَ أَبْتَهِلُ وَ أَرْغَبُ وَ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

(İlahi, istədiyim hər şeyi Səndən diləyir, mərsiyə, dua, həsrət və arzu ilə rəhmətinə yalvarıram və Səndən Muhəmməd (s) və Muhəmmədin ailəsinə salavat göndərməyini istəyirəm.)

 

وَ أَنْ تَجْعَلَنِي مِمَّنْ يُدِيمُ ذِكْرَكَ وَ لاَ يَنْقُضُ عَهْدَكَ وَ لاَ يَغْفُلُ عَنْ شُكْرِكَ وَ لاَ يَسْتَخِفُّ بِأَمْرِكَ

(Məni də həmişə Səni xatırlayan və əhdini pozmayan, Sənə şükür etməyi bir an belə unutmayan və əmrini asan hesab edənlərdən et.)

 

إِلَهِي وَ أَلْحِقْنِي بِنُورِ عِزِّكَ الْأَبْهَجِ فَأَكُونَ لَكَ عَارِفاً وَ عَنْ سِوَاكَ مُنْحَرِفاً وَ مِنْكَ خَائِفاً مُرَاقِباً

(İlahi, məni şadlıq və səadəti hər bir ləzzətdən üstün olan şərafət məqamının nuruna qovuşdur ki, Səni tanıyım, Səndən başqalarından üz çevirim, Səndən qorxum və əmrindən xəbərdar olum.)

 

يَا ذَا الْجَلاَلِ وَ الْإِكْرَامِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ رَسُولِهِ وَ آلِهِ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيماً كَثِيرا

(Ey izzət və cəlal sahibi olan Allah, Allahın Rəsulu Muhəmməd (s) və onun pak ailəsinə Allahın salavatı və salamı bol olsun olsun.)

 

 

Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.

 

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei.

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.