MƏĞRİB VƏ İŞA NAMAZININ NAFİLƏSİ

Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
MƏĞRİB NAMAZININ NAFİLƏSİ
Məğrib namazının Nafiləsi dörd rükətdən ibarətdir, iki dəfə iki rükətdir və onların arasında heç bir söz deyilməməlidir və Məğrib namazından sonra qılınır. Birinci rükətdə Həmddən sonra “Kafirun” surəsi, ikinci rükətdə isə “Tövhid” surəsi oxunmalıdır. Digər iki rükətdə isə Həmddən sonra istənilən surəni oxumaq olar.
Rəvayət edilir ki, İmam Hadi (ə) üçüncü rükətdə (Nafilə namazının ikinci iki rəkətli namazın birinci rəkətində) “Həmd” surəsini və “Hədid” surəsinin birinci ayəsindən 6-cı ayəsinə qədər, dördüncü rükətdə (həmin namazın ikinci rəkətində) isə “Həmd” surəsindən sonra “Həşr” surəsinin 21-ci ayəsindən axırıncı ayəsinə qədər oxudu.
Hər gecə, xüsusən də cümə gecəsi nafilələrin son səcdəsində yeddi dəfə bu duanı oxumaq müstəhəbbdir:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِوَجْهِكَ الْكَرِيمِ وَ اسْمِكَ الْعَظِيمِ وَ مُلْكِكَ الْقَدِيم
“Allahummə inni əsəlukə bi vəchikəl-kərim vəs-mikəl-əzim və mulkikəl-qədim,”
(İlahi, Sənin əzəmətli zatının, böyük adının və əbədi səltənətinin haqqı ilə Səndən istəyirəm.)
أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَغْفِرَ لِي ذَنْبِيَ الْعَظِيمَ إِنَّهُ لاَ يَغْفِرُ الْعَظِيمَ إِلاَّ الْعَظِيم
“ən tusəlliyə əla Muhəmmədiv-və Alih və əy-yəğfirəli zənbiyəl-əzim, innəhi la yəğfirul-əzimə illəl-əzim.”
(İlahi, Muhəmməd və onun ailəsinə salavat göndər və mənim böyük günahımı bağışla, çünki Səndən başqa heç kim böyük günahı bağışlaya bilməz.)
Nəflə bitirdikdən sonra istədiyinizi diləyin və on dəfə deyin:
مَا شَاءَ اللَّهُ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ أَسْتَغْفِرُ اللَّه
“Ma şaəllahu la quvvətə illabillah, əstəğfirullah.”
(Allahın istədiyi olar, Allahdan başqa heç bir güc və qudrət yoxdur və mən Allahdan bağışlanma diləyirəm.)
Məğrib namazının nafilə namazını digər müstəhəb namazlar kimi həm ayaq üstə, həm də oturaraq qılına bilər. Lakin namaz qılan oturan namazın hər iki rükətini bir rükət sayması daha yaxşıdır. Məsələn, dörd rükət məğrib namazını oturaraq qılmaq istəyən şəxs səkkiz rükət namaz qılmalıdır. Həmçinin səfər zamanı nafilə məğrib namazını qılmaqda heç bir problem yoxdur.
İŞA NAMAZININ NAFİLƏSİ
Nafilə vitirə namazı işa namazının nafiləsidir və iki rükətdir və işa namazından sonra oturaraq qılınır.
Vitr namazı və nafilə işa namazı qılmaq istəyən şəxs oturub niyyət edir: “Mən Allaha yaxınlaşmaq üçün iki rükət vitr namazını qılıram” və sonra “Həmd” surəsini oxuyur və “Həmd” surəsindən sonra “Vaqiə” surəsini və ikinci rükətdə “Həmd” surəsindən sonra “Tövhid” surəsini oxuyur və daha sonra oturaq halda qunutu yerinə yetirdikdən sonra və namazın iki səcdəsini yerinə yetirdikdən sonra təşəhhüd və salamı oxuyaraq namazı bitirir.
Vətir namazının vaxtı gecə yarısına qədər işa namazından sonradır, lakin işa namazından dərhal sonra qılınsa daha yaxşı olduğu deyilir.
Vəssəlamu əlaykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərallahu li və ləkum inşallah. Dualarnızda bizləri unutmayın.
Hazırlayan: Ustad Hacı Elşen Badkubei.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz