GECƏNİN NAFİLƏSİ (Gecə namazı)

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

GECƏNİN NAFİLƏSİ

 

İmam Sadiq (ə) buyurur: “Gecə namazı insanın surətini və xasiyyətini gözəlləşdirir və insanın gözəl ətirli olmasına səbəb olur, ruzisini artırır, borcunu ödəməsinə yardım olur, qəm-qüssəni aradan qaldırır və gözləri işıqlandırır”.

 

Allahın Rəsulu (s) buyurur: “Gecə namazı Allahın razılığına və mələklərin dostluğuna vəsilədir”.

 

İmam Sadiq (ə) buyurur: “O evlərdə ki, gecə namazı qılınır və Quran oxunur, o evlər səmavilərin nəzərində parlayan ulduz kimidir”.

 

 

Gecə namazı cəmi on bir rükətdən ibarətdir:

 

1. Gecə namazının səkkiz rəkəti sübh namazı kimi iki rükət, iki rükət olaraq oxunur və bu dörd iki rükət gecə namazı niyyəti ilə qılınmalıdır.

 

2. Şəf namazı iki rükətdir. Birinci rükətdə “Həmd” surəsindən sonra “Nas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Fələq” surəsini oxumaq daha yaxşıdır.

 

3. Vitr namazı bir rükətdir. “Həmd” surəsindən sonra üç dəfə “Tövhid”, bir dəfə “Fələq” və bir dəfə “Nas” surəsini oxunur, ya da bircə surə oxuyaq, sonra da Qunut üçün əllərimizi göyə qaldırıb, Allahdan ehtiyacımızı diləməliyik. Sonra isə qırx mömin üçün dua edilir və onlar və öxümüz üçün  bağışlanma diləyir və yetmiş dəfə deyirik:

 

 

استغفرالله ربّي و اتوبُ اليه

 

“Əstəğfirullahə Rəbbi və Ətubu iləyh”

 

(Rəbbimdən bağışlanma diləyirəm və Ona tərəf tövbə edərək, qayıdıram.)

 

Sonra 7 dəfə deyirik:

 

 

هذا مقامُ العائذِ بكَ منَ النّارِ

 

“Haza məqamul-aizim-bikə minən-nar.”

 

(Bu, məqam cəhənnəm odundan Sənə sığınanın məqamıdır.)

 

Bundan sonra 300 dəfə deyirik:

 

 

العفو

 

“Əl-Əff”

 

(İlahi! Məni bağışla.)

 

Və sonra deyirik:

 

 

ربّ اغفرلي و ارحمني وتُب عَلىَّ انّكَ انتَ التّوابُ الغفُورُ الرّحيم

 

“Rəbbiğ-firli vər-həmni vətub ələyyə innəkə Əntət-Təvvabul-Ğəfurur-Rəhim.”

 

(Ya Rəbbim, məni bağışla və mənə rəhm et və tövbəmi qabul et, həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!)

 

 

Vəssəlamu əlaykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərallahu li və ləkum inşallah. Dualarnızda bizləri unutmayın.

 

 

Hazırlayan: Ustad Hacı Elşen Badkubei.

 

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.