BAZAR GÜNÜ ƏMƏLLƏRİ.

Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
BAZAR GÜNÜ ƏMƏLLƏRİ.
Qeyd edildiyi kimi, həftənin zikr və günlərinin hər biri məsum imamlarımızdan birinin adı ilə bağlıdır. Bazar gününün xatırlanması İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhraya (s.ə) aiddir.
Bu günün bu böyük insanların adını daşıdığına görə bazar günü zikr oxumaq və dua etmək üçün çoxlu əmrlər var.
1. Günün zikri: 100 (yüz) dəfə de:
ذَالجَلالِ وَ اْلاِکْرام
“Ya Zəl-Cəlali vəl-İkram”
(Ey Əzəmət və Cəlal sahibi)
Rəvayətdə gəlib ki, hər həftə bazar günü bu zikri 100 dəfə təkrarlayan və bu əməli həftəlik işlərinə daxil edən hər kəs işində uğur və həyatda qələbə qazanar.
Daha çox fəzilət üçün bazar günü zikri, yəni “Ya Zəlcəlal və əl-İkram”ı 1000 dəfə və “Ya Fəth” zikrini 489 dəfə təkrarlamaq yaxşıdır.
2. Bazar gününün duası:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
“Bismillahir-Rəhmanir-Rəhim”
(Mərhəmətli və Rəhmli Allahın adı ilə (duamı oxumağa başlayıram)!)
بِسْمِ اللَّهِ الَّذِي لاَ أَرْجُو إِلاَّ فَضْلَهُ وَ لاَ أَخْشَى إِلاَّ عَدْلَهُ
“Bismilləhil-ləzi lə ərcu illə fəzləh, və lə əxşə illə ədləh,”
(O Allahın adı ilə (duamı oxumağa başlayıram) ki, Onun lütf və rəhmətindən başqa heç bir şeyə ümid etmirəm və Onun ədalət və intiqamından başqa heç bir şeydən qorxmuram.)
وَ لاَ أَعْتَمِدُ إِلاَّ قَوْلَهُ وَ لاَ أُمْسِكُ إِلاَّ بِحَبْلِهِ
“və lə ə’təmidu illə qəvləh, və lə umsiku illə bihəblih,”
(Mən (O Allahın adı ilə (duamı oxumağa başlayıram) ki,) Onun (qiymətli) kalamlarından (və kitabından) başqa heç bir şeyə inanmıram və Onun ipindən (səmimiyyət və məhəbbətdən) başqa heç bir şeydən yapışmıram.)
بِكَ أَسْتَجِيرُ يَا ذَا الْعَفْوِ وَ الرِّضْوَانِ مِنَ الظُّلْمِ وَ الْعُدْوَانِ
“Bikəs-təciru yə zəl-Əfvi vər-Rizvəni minəz-zulmi vəl-udvən,”
(Ey Mərhəmətli və Bağışlayan Allah, zülm və düşmənçilikdən yalnız Sənə sığınıram,)
وَ مِنْ غِيَرِ الزَّمَانِ وَ تَوَاتُرِ الْأَحْزَانِ وَ طَوَارِقِ الْحَدَثَانِ
“və min ğiyəriz-zəməni və təvəturil-əhzəni və təvəriqil-hədəsət.”
(Və (Ey Mərhəmətli və Bağışlayan Allah yalnız Sənə sığınıram) zamanın iztirabları və dövrün bir-birinin ardınca gələn kədərli və bədbəxt hadisələrindən,)
وَ مِنِ انْقِضَاءِ الْمُدَّةِ قَبْلَ التَّأَهُّبِ وَ الْعُدَّةِ وَ إِيَّاكَ أَسْتَرْشِدُ لِمَا فِيهِ الصَّلاَحُ وَ الْإِصْلاَحُ
“və minin-qizəil-muddəti qəblət-təəhhubi vəl-uddəh, və iyyakəs-tərşidu limə fihis-sələhu vəl-isləh.”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) ömrüm bitdiyinə və axirət səfərinə hazırlanmadığıma görə Səndən istəyirəm ki, məni hər bir xeyir və yaxşığa hidayət edib və işlərimi islah edəsən,)
وَ بِكَ أَسْتَعِينُ فِيمَا يَقْتَرِنُ بِهِ النَّجَاحُ وَ الْإِنْجَاحُ
“və bikəs-təinu fimə yəqtərinu bihin-nəcəhə vəl-incəh,”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) məni qarşıda gələn bütün qələbə və qurtuluşlara çatmağım üçün Səndən kömək istəyirəm.)
وَ إِيَّاكَ أَرْغَبُ فِي لِبَاسِ الْعَافِيَةِ وَ تَمَامِهَا وَ شُمُولِ السَّلاَمَةِ وَ دَوَامِهَا
“və iyyəkər-ğəbu fi libəsil-əfiyəti və təməmih, və şumulis-sələməti və dəvəmihə.”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) Səndən ancaq mənə (bütün qəm-qüssədən) tam afiyət libasını geyindirməni və mənə (bütün xəstəlikdən) daimi sağlamlıq bəxş etməyi xahiş edirəm.)
وَ أَعُوذُ بِكَ يَا رَبِّ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ
“Və əuzu bikə yə Rəbbi min həməzətiş-Şəyətin.”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) şeytanların vəsvəsəsindən Sənə sığınıram.)
وَ أَحْتَرِزُ بِسُلْطَانِكَ مِنْ جَوْرِ السَّلاَطِينِ
“Vəh-tərizu bisultənikə min cəvris-sələtin.”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) Sənin padşahlığının köməyi ilə hökümdarların zülmündən qaçmağa çalışırıq.)
فَتَقَبَّلْ مَا كَانَ مِنْ صَلاَتِي وَ صَوْمِي
“Fətəqəbbəl mə kənə min sələti və səvri,”
(Elə isə (ey Mərhəmətli və Bağışlayan Allah,) mənim namazımı, orucumu və itaətimi qəbul et.)
وَ اجْعَلْ غَدِي وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِي وَ يَوْمِي
“vəc-əl ğədi və mə bə’dəhu əfzələ min səəti və yəvmi,”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) sabahımı və o biri günümü bu saat və bu gündən daha yaxşı et,)
وَ أَعِزَّنِي فِي عَشِيرَتِي وَ قَوْمِي وَ احْفَظْنِي فِي يَقَظَتِي وَ نَوْمِي
“və əizzəni fi əşirəti və qəvmi vəhfəzni fi yəqəzəti və nəvmi,”
(və (ey Mərhəmətli və Bağışlayan Allah,) məni öz aranızda, tayfam və ümmətim arasında əziz et və məni yuxuda və oyaqlıqda bütün pisliklərdən qoru.)
فَأَنْتَ اللَّهُ خَيْرٌ حَافِظاً وَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
“Fə əntəlləhu xəyrun həfizə və əntə ərhəmur-Rəhimin.”
(Odur ki, Sən (ey Mərhəmətli və Bağışlayan Allah,) məxluqatın ən yaxşı qoruyucusu və ən mehribansan.)
اللَّهُمَّ إِنِّي أَبْرَأُ إِلَيْكَ فِي يَوْمِي هَذَا وَ مَا بَعْدَهُ مِنَ الْآحَادِ مِنَ الشِّرْكِ وَ الْإِلْحَادِ
“Alləhummə inni əbrəu iləykə fi yəvmi həzə və mə bə’dəhu minəl-əhədi minəş-şirki vəl-ilhəd,”
(İlahi, mən Sənin hüzuruna gələrək bu gündən etibarən və əbədi olaraq şirk, küfr və azğınlıqdan uzaqlaşıram,)
وَ أُخْلِصُ لَكَ دُعَائِي تَعَرُّضاً لِلْإِجَابَةِ وَ أُقِيمُ عَلَى طَاعَتِكَ رَجَاءً لِلْإِثَابَةِ
“vəx-lisu ləkə duəi təərruzəl-lil-icəbəh və uqimu ələ təətikə rəcəəl-lil-isəbəh.”
(və (İlahi,) Sənə səmimi qəlbdən dua edirəm ki, qabul olsun və mükafatına ümid edərək bir ömür Sənə itaət etməyə davam edim.)
فَصَلِّ عَلَى مُحَمَّدٍ خَيْرِ خَلْقِكَ الدَّاعِي إِلَى حَقِّكَ
“Fə səlli ələ Muhəmmədin xəyri xəlqikəd-dəi ilə həqqik,”
(Odur ki, (İlahi,) Sənin məxluqatının ən yaxşısı, elm və tövhidin üçün yaradılışın tərənnümü olan Məhəmmədə (s) salam göndərin,)
وَ أَعِزَّنِي بِعِزِّكَ الَّذِي لاَ يُضَامُ وَ احْفَظْنِي بِعَيْنِكَ الَّتِي لاَ تَنَامُ
“və əizzəni bi izzikəl-ləzi lə yuzəm, vəhfəzni bi əynikəl-ləti lə yənəm,”
(və (İlahi,) məni ardınca zillət gətirməyən əbədi izzətinə ikram et və məni heç vaxt yatmayan gözündə əmin-amanlıqda saxla,)
وَ اخْتِمْ بِالاِنْقِطَاعِ إِلَيْكَ أَمْرِي وَ بِالْمَغْفِرَةِ عُمْرِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيم
“vəx-tim bil-inqitəi iləykə əmri və bil-məğfirəti umri innəkə əntəl-ğəfurur-Rəhim.”
(və (İlahi,) işimi yaradılışı kəsməklə və bütün diqqətini Sənə verməklə bitir və ömrümü bağışlamağınla başa vur, çünki Sən çox bağışlayan və mehribansan.)
3. Həzrət İmam Əlinin (ə.s) ziyarətnaməsi.
Rəvayətə görə, Həzrət Sahibəz-Zaman (ə.f.ş) Həzrət Əlinin (ə.s) günü olan bazar günü bu sözlərlə onu ziyarətnaməsini oxumuşdur.
السَّلاَمُ عَلَى الشَّجَرَةِ النَّبَوِيَّةِ وَ الدَّوْحَةِ الْهَاشِمِيَّةِ الْمُضِيئَةِ الْمُثْمِرَةِ بِالنُّبُوَّةِ
“Əs-sələmu ələş-şəcərətin-Nəbəviyyəti vəd-dəvhətil-Həşimiyyətil-muziyyətil-musmirəti bin-Nubuvvəh,”
(Salam olsun Peyğəmbərin nübüvvətinin nəcib ağacına və nurlu və bərəkətli peyğəmbərlik meyvəsi olan qədim Haşim ağacına,)
الْمُونِقَةِ (الْمُونِعَةِ) بِالْإِمَامَةِ وَ عَلَى ضَجِيعَيْكَ آدَمَ وَ نُوحٍ عَلَيْهِمَا السَّلاَمُ
“əl-muniqəti (əl-muniəti) bil-iməməti və ələ zəciətikə Ədəmə və Nuhin ələyhiməs-sələm,”
((Salam olsun çiçəklər və zanbaqlar) ilə bəzədilmiş imamətə və salam olsun Sənin iki qonşun olan Adəm və Nuha (ə).)
السَّلاَمُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ
“əs-sələmu ələykə və ələ Əhli Bəytikət-təyyibinət-təhirin,”
(Salam olsun Sənə və Pak və pakizə olan Əhli-Beytinə,)
السَّلاَمُ عَلَيْكَ وَ عَلَى الْمَلاَئِكَةِ الْمُحْدِقِينَ بِكَ وَ الْحَافِّينَ بِقَبْرِكَ
“əs-səlamu ələykə və ələ-məlaikətil-muhdiqinə bikə vəl-haffinə bi qəbrik,”
(Salam olsun Sənə və Sənin ətrafındakı və müqəddəs qəbrinin kənarında olan mələklərə.)
يَا مَوْلاَيَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ هَذَا يَوْمُ الْأَحَدِ وَ هُوَ يَوْمُكَ وَ بِاسْمِكَ وَ أَنَا ضَيْفُكَ فِيهِ وَ جَارُكَ
“Yz Məvlayə ya Əmirəl-mu’mininə haza yəvmul-əhədi və huvə yəvmukə və bismikə və ənə zəyfukə fihi və caruk,”
(Ya Mövlam, ey möminlərin Əmiri, bu bazar günü Sənə və Sənin adına məxsusdur və mən bu gündə Sənin qonağınam və səninləyəm.)
فَأَضِفْنِي يَا مَوْلاَيَ وَ أَجِرْنِي فَإِنَّكَ كَرِيمٌ تُحِبُّ الضِّيَافَةَ وَ مَأْمُورٌ بِالْإِجَارَةِ
“fə əzifni ya Məvlayə və əcirni, fə innəkə kərimun tuhibbuz-ziyafətə və mə’murum bil-icarəh,”
(Məni qonaq qəbul et, ey Mövlam, mənə sığınacaq ver, çünki sən çox alicənab, səxavətli və qonaqpərvərsən və Allah tərəfindən insanlara sığınacaq verməklə mükəlləfsən.)
فَافْعَلْ مَا رَغِبْتُ إِلَيْكَ فِيهِ وَ رَجَوْتُهُ مِنْكَ بِمَنْزِلَتِكَ وَ آلِ بَيْتِكَ عِنْدَ اللَّهِ وَ مَنْزِلَتِهِ عِنْدَكُمْ
“Fəfəl ma rəğibtu iləykə fih, və rəcəvtuhu minkə bi mənzilətikə və Ali bəytikə indəlldhi və mənzilətihi indəkum,”
(Beləliklə, mən Sənin qapına arzu və həvəslə gəldim və bunu Səndən gözləyirəm ki, öz məqamının və ailənin Allah yanında olan məqamının və Allahın məqamının sənin yanında olan haqqını yerinə yetirəsən.)
وَ بِحَقِّ ابْنِ عَمِّكَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ وَ عَلَيْهِمْ (عَلَيْكُمْ) أَجْمَعِين
“və bihəqqib-ni əmmikə Rəsulillahi səlləllahu ələyhi və alihi və səlləm və ələyhim (ələykum) əcməiyn.”
(və and verirəm əmin oğlu olan Allahın Elçisinin Allahın ona və ailəsinə salavatı və salamı olsun haqqına.)
4. Həzrət Fatimeyi-Zəhranın (s) ziyarətnaməsi.
اَلسَّلاَمُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً
“Əs-Səlamu ələyki ya mumtəhənətum-təhənəkil-ləzi xələqəki fəvəcədəki liməm-təhənəki sabirəh,”
(Salam olsun Sənə, ey sınanan, Səni yaradan Səni imtahana çəkdi, O da Səni imtahan etdiyinə səbirli gördü.)
أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا
“ənə ləkimusəddiqun sabirun əla ma əta bihi əbuki və vəsiyyuhu sələvatullahi ələyhuma,”
(Mən Sənin yüksək mövqeni təsdiq edirəm, Sənin atanın (Peyğəmbərin) və onun canişininin (İmam Əlinin Allahın salamı olsun onlara) gətirdiklərinə səbr edirəm.)
وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلاَّ أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي
“və ənə əsəluki in kuntu səddəqtukə illa əlhəqtini bi tədiqi ləhuma litusərrə nəfsi,”
(Və Səndən xahiş edirəm ki, mən Sənin ləyaqətini və məqamını haqlı olaraq təsdiqlədiyim zaman məni təsdiq edənlərlə, iman gətirənlərlə o iki zadəganla (peyğəmbər və vəsisi) birləşdirəsən ki, mən xoşbəxt olum.)
فَاشْهَدِي أَنِّي ظَاهِرٌ (طَاهِرٌ) بِوِلاَيَتِكِ وَ وِلاَيَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِين
“fə əşhədi ənni zahirun (tahirun) bi vilayətiki və vilayəti ali bəytiki sələvatullahi ələyhim əcməiyn.”
(Və şahid ol ki, mən səmimi qəlbdən Sənin və Əhli-Beytinin Allah onların hamısına rəhmət eləsin vilayətinə şəhadət verirəm.)
5. Həmçinin başqa rəvayətə görə Həzrət Zəhranın (s) ziyarətnaməsi.
اَلسَّلاَمُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ قَبْلَ أَنْ يَخْلُقَكِ وَ كُنْتِ لِمَا امْتَحَنَكِ بِهِ صَابِرَةً
“Əs-Səlamu ələyki ya mumtəhənətum-təhənəkil-ləzi xələqəki qəblə əy-yəxluqəki və kunti liməm-təhənəki bihi sabirəh.”
(Salam olsun Sənə, Səni yaradan Allah Səni yaratmazdan əvvəl imtahana çəkdi və sınadığına dözümlü və səbirli olduğunu gördü.)
وَ نَحْنُ لَكِ أَوْلِيَاءُ مُصَدِّقُونَ وَ لِكُلِّ مَا أَتَى بِهِ أَبُوكِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ
“və nəhnu ləki əvliyau musəddiqunə və likulli ma əta bihi əbuki səlləllahu ələyhi və alihi və səlləm,”
(Və biz (şiələr) Sizi sevir və bəyənirik və atanıza (Allahın savatı və salamı olsun ona və Əhli-Beytinə) Allahdan gələn hər şeyə inanırıq.)
وَ أَتَى بِهِ وَصِيُّهُ عَلَيْهِ السَّلاَمُ مُسَلِّمُونَ
“və əta bihi vəsiyyuhu ələyhis-salamu muslimun.”
(və Vəlisinin (Allahın salamı olsun onas) əmr etdiyi hər şeyə təslim oluruq.)
وَ نَحْنُ نَسْأَلُكَ اللَّهُمَّ إِذْ كُنَّا مُصَدِّقِينَ لَهُمْ أَنْ تُلْحِقَنَا بِتَصْدِيقِنَا بِالدَّرَجَةِ الْعَالِيَةِ
“və nəhnu nəsəluki Allahummə iz kunna musəddiqinə ləhum ən tulhiqəna bi təsdiqina bid-dərəcətil-aləmin.”
(İlahi, Səndən istəyirik ki, o möhtərəm insanları təsdiq etdiyimiz üçün iman və əqidəmizi ən yüksək mərtəbəyə (cənnət) qaldırasan.)
لِنُبَشِّرَ أَنْفُسَنَا بِأَنَّا قَدْ طَهُرْنَا بِوِلاَيَتِهِمْ (بِوَلاَيَتِهِمْ) عَلَيْهِمُ السَّلاَم
“linubəşşirə ənfusəna biənnə qəd təhurna bi vilayətihim (bi vəlayətihim) ələyhimus-səlam.”
(Özümüzə bu məqamın müjdəsini vermək ki, biz o nəciblərin himayəsi və dostluğu ilə (günahdan) təmizlənəcəyik.)
Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh. Ğfərəllahu li və ləkum İnşallah.
Hazırlayan: Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz