ÇƏRŞƏNBƏ GÜNÜNÜN ƏMƏLLƏRİ

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

HƏFTƏNİN GÜNLƏRİNİN ƏMƏLLƏRİ

(Çərşənbə günü)

 

1. Çərşənbə gününün zikri.

 

 

یا حَیُّ یا قَیّومُ

 

“Ya Həyyu ya Qəyyum”.

 

(Ey Yaşayan, ey Qaim olan.)

 

Çərşənbə günü Musa Kazım (ə), İmam Rza (ə), İmam Məhəmməd Təqi (ə) və İmam Əli ən-Nəqinin (ə) adları ilə xatırlanır. Rəvayət edilir ki, bu gündə dörd imamın ziyarətinaməsi  oxunmalıdır və onun oxunması daimi şərəf insane gətirər.

 

2. Çərşənbə gününün duası.

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَ اللَّیْلَ لِبَاساً وَ النَّوْمَ سُبَاتاً وَ جَعَلَ النَّهَارَ نُشُوراً

 

“Bismillahir-Rəhmanir-Rəhim. Əl-Həmdulillahil-ləzi cəələl-ləylə libasa vən-nəvmə subata və cəələn-nəharə nuşura,”

 

(Mərhəmətli və Rəhmli Allahın adı ilə. Həmd olsun Allaha ki, gecəni insanların örtüyü, yuxunu insanların rahatlığı, gündüzü isə işləmək üçün bir vasitə etdi.)

 

 

لَکَ الْحَمْدُ أَنْ بَعَثْتَنِی مِنْ مَرْقَدِی وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَداً‌

 

“ləkəl-həmdu ən bəəstəni min mərqədi və şi’tə cəəltəhu sərməda,”

 

(İlahi, məni yuxumdan oyatdığın üçün Sənə həmd olsun və əgər istəsəydin yuxumu əbədi edərdin.)

 

 

حَمْداً دَائِماً لاَ یَنْقَطِعُ أَبَداً وَ لاَ یُحْصِی لَهُ الْخَلاَئِقُ عَدَداً

 

“həmdən daima la yənqətiu əbəda və la yuhsi ləhul-xəlaiqu ədəda,”

 

(O həmd ki, daimi və davamlı, sonsuz və əbədidir və məxluqlar onu saya bilməz (və bilmirlər).

 

 

اللَّهُمَّ لَکَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّیْتَ وَ قَدَّرْتَ وَ قَضَیْتَ وَ أَمَتَّ وَ أَحْیَیْتَ

 

“Allahummə ləkəl-həmdu ən xələqtə fə səvvəytə və qəddərtə və qəzəytə və əməttə və əhyəyt,”

 

(İlahi, dünyanı yaradıb onu gözəlləşdirib, hər şeyə həddi-hüdudu qoyub, qədər təyin edib, ölüb diriltdiyinə həmd olsun.)

 

 

وَ أَمْرَضْتَ وَ شَفَیْتَ وَ عَافَیْتَ وَ أَبْلَیْتَ وَ عَلَی الْعَرْشِ اسْتَوَیْتَ وَ عَلَی الْمُلْکِ احْتَوَیْتَ‏

 

“və əmrəztə və şəfəytə və afəytə və əbləytə və ələl-ərşis-təvəytə və ələl-mulkih-təvəyt,”

 

(Və xəstə etdin və sağaltdın, sağlamlıq verdin və xəstə etdin, Sən bütün dünya və bütün varlıq və mühit mülkləri üzərində hökmdarsan.)

 

 

أَدْعُوکَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِیلَتُهُ وَ انْقَطَعَتْ حِیلَتُهُ‏‌  وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَی فِی الدُّنْیَا أَمَلُهُ

 

“ədukə duaə mən zəufət vəsilətuh vən-qətəət hilətuh vəq-tərəbə əcəluh və tədani fid-dunya əməluh,”

 

(İlahi, mən səni imkanları zəifləmiş, işi yoxsulluğa aparan, sonu yaxın olan və dünya həvəsi getdikcə azalan bir şəxs kimi dua edərək çağırıram.)

 

 

وَ اشْتَدَّتْ إِلَی رَحْمَتِکَ فَاقَتُهُ وَ عَظُمَتْ لِتَفْرِیطِهِ حَسْرَتُهُ‏ وَ کَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِکَ تَوْبَتُهُ‏

 

“vəş-təddət ilə rəhmətikə faqətuh və əzəmət litəfritihi həsrətuh və kəsurət zəllətuhu və əsrətuh və xəlusət livəchikə təvbətuh,”

 

(Və onun (dua edənin) Sənin rəhmət və lütfünə ehtiyacı çox şiddətli və itaətdə günahı üzündən qəm və peşmanlığı böyük, xətaları çox olub, pak tövbə ilə Sənin nəcib mahiyyətinə üz tutdu.)

 

 

فَصَلِّ عَلَی مُحَمَّدٍ خَاتَمِ النَّبِیِّینَ وَ عَلَی أَهْلِ بَیْتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ‏

 

“fəsəlli əla Muhəmmədin Xatəmin-Nəbiyyin və əla Əhli Bəytihit-Təyyibinət-Tahirin,”

 

(Odur ki, Rəsullarının xatəmi olan Məhəmmədə (s) və onun pak və pakizə Əhli-Beytinə salavat göndər.)

 

 

وَ ارْزُقْنِی شَفَاعَةَ مُحَمَّدٍ صَلَّی اللَّهُ عَلَیْهِ وَ آلِهِ‏ وَ لاَ تَحْرِمْنِی صُحْبَتَهُ إِنَّکَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِینَ‏

 

“vər-zuqni şəfaətə Muhəmmədin səlləllahu ələyhi və alih və la təhrimni suhbətəh innəkə əntə ərhəmur-Rahimin.”

 

(Muhəmmədin (sallallahu aleyhi alihi və səlləm) şəfaətini mənim ruzim et və məni onunla həm söhbət olmaqdan məhrum etmə (və mənə rəhm et) çünki Sən rəhim edənlərin ən Mərhəmətlisisən.)

 

 

اللَّهُمَّ اقْضِ لِی فِی الْأَرْبَعَاءِ أَرْبَعاً اجْعَلْ قُوَّتِی فِی طَاعَتِکَ وَ نَشَاطِی فِی عِبَادَتِکَ‏

 

“Allahumməq-zili fil-ərbəai ərbəəc-əl quvvəti fi taətik və nəşati fi ibadətik,”

 

(İlahi, bu çərşənbədə mənim üçün dörd şeyi müəyyən et və məni itaətində qüvvətləndir, Sənə ibadət etməkdə şad et.)

 

 

وَ رَغْبَتِی فِی ثَوَابِکَ وَ زُهْدِی فِیمَا یُوجِبُ لِی أَلِیمَ عِقَابِکَ إِنَّکَ لَطِیفٌ لِمَا تَشَاءُ

 

“və rəğbəti fi səvabik və zuhdi fima yucibu li əlimə iqabik innəkə lətiful-lima təşa’.”

 

(və varlığına qarşı məni şövqlü və həvəsli et və Sənin ağrılı-acılı əzabına səbəb olan şeylərdən məni uzaqlaşdır. Sən kimə istəsən, lütf və mərhəmət bəxş edənsən.)

 

3. Həzrət Peyğəmbər (s) buyurub: Cümə axşamı gecəsi (yəni çərşənbə günü) Məğrib və İşa namazları arasında hər kəs iki rəkət namaz qılarsa və hər rükədə “Həmd” surəsindən sonra, bir dəfə “Ayət əl-Kursi” və beş dəfə “Kəfurun”, “Tövhid”, “Fəlaq” və “Nəsi” surələrini oxuyarsa və namazı bitirdikdən sonra on beş dəfə “Əstəğfirullahə və Ətubu iləyh” deyərsə və bu namazın mükafatını valideynlərinə bağışlayarsa, valideynlərinin hüquqlarını yerinə yetirmiş olar.

 

4. İmam Həsən Əskəri (ə) buyurur: “Hər kim çərşənbə günü dörd rükət namaz qılar və “Həmd” surəsindən sonra hər rükətdə bir dəfə “İxlas” və “Qədr” surələrini  oxuyarsa, Allah onun tövbəsini qəbul edər.”

 

5. Çərşənbə Həzrət Musa ibn Cəfər, İmam Rza, İmam Muhəmməd Təqi və İmam Əli ən-Nəqi (ə.s)-ın ziyarət etmək və ya ziyarətnaməıərini oxumaq.

 

 

السَّلاَمُ عَلَيْكُمْ يَا أَوْلِيَاءَ اللَّهِ السَّلاَمُ عَلَيْكُمْ يَا حُجَجَ اللَّهِ

 

“Əs-səlamu ələykum ya Əvliyaəllah, əs-səlamu ələykum ya Hucəcəllah,”

 

(Salam olsun sizə (yəni Musa ibn Cəfər, Həzrət Rza, İmam Məhəmməd Təqi və İmam Əli ən-Nəqi (ə)), ey mənim Rəhbərlərim, salam olsun sizə, ey İlahi Hüccətlər.)

 

 

السَّلاَمُ عَلَيْكُمْ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ

 

“əs-Səlamu ələykum ya Nurəllahi fi zulumatil-ərz,”

 

(Salam olsun sizə, ey dünyanın zülmətində olan Allahın nurları,)

 

 

السَّلاَمُ عَلَيْكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى آلِ بَيْتِكُمْ الطَّيِّبِينَ الطَّاهِرِينَ بِأَبِي أَنْتُمْ وَ أُمِّي

 

“əs-Səlamu ələykum sələvatullahi ələykum və əla Ali Bəytikumu-Təyyibinət-Tahirin, bi əni əntum və ummi,”

 

(Allahın salamı və rəhməti sənə və dünyanın ən yaxşısı və ən pakları olan ailənizə olsun. Valideynlərim Sizə qurban.)

 

 

لَقَدْ عَبَدْتُمُ اللَّهَ مُخْلِصِينَ وَ جَاهَدْتُمْ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ

 

“lə qəd əbədtumullahə muxlisin və cahədtum fillahi həqqə cihadihi hətta ətakumul-yəqin,”

 

(Həqiqətən, Siz Allaha ixlasla qulluq etdiniz və ölüm vaxtı çatana qədər Allah yolunda cihad haqqını yerinə yetirdiniz.)

 

 

فَلَعَنَ اللَّهُ أَعْدَاءَكُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ أَجْمَعِينَ وَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَيْكُمْ مِنْهُمْ

 

“Fə ləənəllahu ə’ədaəkum minəl-cinni vəl-insi əcməiyn və ənə əbrəu iləllahi və iləykum minhum,”

 

(Allahın lənəti olsun sizin hər bir düşməninizə, istər cin olsun, istərsə də insan, o düşmənlərdən Allaha və sizə sığınıram.)

 

 

يَا مَوْلاَيَ يَا أَبَا إِبْرَاهِيمَ مُوسَى بْنَ جَعْفَرٍ

 

“Ya Məvlayə ya Əba İbrahimə Musəbni Cə’fər,”

 

(Ey mənim imamım, ey Musa ibn Cəfər (ə))

 

 

يَا مَوْلاَيَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُوسَى

 

“Ya Məvlayə ya Əbəl-Həsəni Əliyyəbnə Musa,”

 

(Ya İmamım, ey Əli bin Musa ər-Riza (ə))

 

 

يَا مَوْلاَيَ يَا أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍ

 

“Ya Məvlayə ya Əba Cə’fərim-Muhəmmədəbnə Əli,”

 

(Ya İmamım, ey Muhəmməd ibn Əli ət-Təqi (ə))

 

 

يَا مَوْلاَيَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُحَمَّدٍ

 

“Ya Məvlayə ya Əbəl-Həsəni Əliyyəbnə Muhəmməd,”

 

(Ya İmamım, ey Əli bin Muhəmməd Nəqi (ə))

 

 

أَنَا مَوْلًى لَكُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ جَهْرِكُمْ مُتَضَيِّفٌ بِكُمْ فِي يَوْمِكُمْ هَذَا وَ هُوَ يَوْمُ الْأَرْبِعَاءِ وَ مُسْتَجِيرٌ بِكُمْ

 

“Ənə Məvla ləkum mu’minum-bi sirrikum və cəhrikum mutəzəyyifum-bikum fi yəvmikum haza və huvə yəvmul-ərbiai və mustəcirum-bik,”

 

(Mən Sizin dostlarınızdanam və Sizin gizli və aşkar əməllərinnizə iman və inamım var, bu çərşənbədə Sizi ziyarət edib Sizə pənah gətirmişəm.)

 

 

فَأَضِيفُونِي وَ أَجِيرُونِي بِآلِ بَيْتِكُمُ الطَّيِّبِينَ الطَّاهِرِين

 

“Fə əzifuni və əciruni bi Ali Bəytikumut-Təyyibinət-Tahirin.”

 

(Odur ki, dünyanın xeyirxah və pak əhlindən olan ailənizin haqqına, məni qonaq və sığınacaqnıza qəbul edin.)

 

 

Vəssəlamu əlaykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərallahu li və ləkum inşallah. Dualarnızda bizləri unutmayın.

 

 

Hazırlayan: Ustad Hacı Elşen Badkubei.

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.