CÜMƏ AXŞAMI GÜNÜNÜN ƏMƏLLƏRİ

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

HƏFTƏNİN GÜNLƏRİNİN ƏMƏLLƏRİ

(Cümə axşamı)

 

1. Cümə axşamının zikri:

 

 

لا اِلهَ اِلّا اللهُ الْمَلِکُ الْحَقُّ الْمُبین

 

“La ilahə illəllahul-Məlikul-Həqqul-Mubin”

 

(Haqq və aşkar Hökmdar olan bir olan Allahdan başqa heç bir tanrı yoxdur.)

 

2. Cümə axşamı zikri İmam Həsən Əskərinin (ə) adınadır. Rəvayət edilir ki, bu gündə İmam Həsən Əskərinin (ə) Ziyarət naməsi oxunmalıdır. Çün ki, bu gün, bu ziyarətnaməni oxumaq ruzi-bərəkətin artmasına səbəb olar.

 

Cümə axşamının ziyarətnaməsi:

 

 

السَّلاَمُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلاَمُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ خَالِصَتَهُ

 

“Əs-Səlamu ələykə ya Vəliyyullah, əs-Səlamu ələykə ya Huccətəllahi və xalisətəh,”

 

(Salam olsun Sənə, ey Allahın övliyası (Ey Həsən Əskəri (ə)), Salam olsun sənə, ey Allahın Hüccəti və xüsusi və pak bəndəsi.)

 

 

السَّلاَمُ عَلَيْكَ يَا إِمَامَ الْمُؤْمِنِينَ وَ وَارِثَ الْمُرْسَلِينَ وَ حُجَّةَ رَبِّ الْعَالَمِينَ‏

 

“əs-Səlamu ələykə ya İmaməl-mu’minin və varisəl-Mursəlin və Huccətə Rəbbəl-Aləmin,”

 

(Salam olsun Sənə, ey möminlərin rəhbəri, peyğəmbərlərin elminin varisi və aləmlərin Rəbbinin Hüccəti!)

 

 

صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ

 

“Əlləllahu ələykə və əla Ali Bəytikəy-Təyyibinət-Tahirin,”

 

(Allahın salamı olsun Sənə və xeyirxah və pak olan Ailənə.)

 

 

يَا مَوْلاَيَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ بْنَ عَلِيٍ

 

Ya məvlayə ya Əba Muhəmmədinil-Həsənə-bnə Əli”

 

(Ey Mövlam, ey İmam Həsən Əskəri!)

 

 

أَنَا مَوْلًى لَكَ وَ لِآلِ بَيْتِكَ وَ هَذَا يَوْمُكَ وَ هُوَ يَوْمُ الْخَمِيسِ وَ أَنَا ضَيْفُكَ فِيهِ وَ مُسْتَجِيرٌ بِكَ فِيهِ

 

”Ənə əmla lək və li Ali Bəytik və haza yəvmik və yəvmul-xəmis və ənə zəyfukə fih və mustəcirun bikə fih,”

 

(Mən Sənin və Ailənin dostuyam və bu cümə axşamı Sənin qonağınam və Sənə sığınmışam.)

 

 

فَأَحْسِنْ ضِيَافَتِي وَ إِجَارَتِي بِحَقِّ آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِين

 

“fə əhsin ziyafəti və icarəti bi həqqi Ali Bəytikət-Təyyibinət-Tahirin.”

 

(Odur ki, mənə qonaqpərvərlik göstər və məni öz hüzurunda, dünyanın ən xeyirli və ən pak olanları olan Ailənin haqqına mənə sığınacaq ver.)

 

3. Cümə zxşamı namazı.

 

Bu günün namazı dörd rükətdən ibarətdir. Yəni iki dəfə iki rükət qılınmalıdır. Birinci rükətdə “Həmd” surəsindən sonra 11 dəfə Tövhid surəsini, ikinci rükətdə “Həmd” surəsindən sonra “Tövhid” surəsini 21 dəfə, üçüncü rükətdə “Həmd” surəsindən sonra “Tövhid” surəsini 31 dəfə və dördüncü rükətdə isə “Həmd” surəsindən sonra “Tövhid” surəsini 41 dəfə oxunmalıdır. İkinci namazın sonuncu rəkətinin salamından sonra 51 dəfə “Tövhid” surəsini və 51 dəfə “Salavat” deyilməlidir. Sonra səcdə edib 100 dəfə “Ya Allah, Ya Allah” söylədikdən sonra Allahdan istədiyini diləməlidir.

 

Həzrət Muhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir dağı dağıtmasını istəsə, dağ dağılar. Əgər O, yağışın yağmasını istəsə, mütləq yağacaqdır. Həqiqətən, onunla Allah arasında heç bir şey mane ola bilməz. Allah-Təala bu namazı qılan və ehtiyacını Allahdan istəməyən hər kəsə qəzəblənir.

 

4. Cümə axşamı günün duası:

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ اللَّيْلَ مُظْلِماً بِقُدْرَتِهِ

 

“Bismillahir-Rəhmanir-Rəhim. Əl-həmdu lillahil-ləzi əzhəbəl-ləylə muzliməm-bi qudrətih,”

 

(Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bütün həmdlər O Allaha məxsusdur ki, qudrətilə dünyadan zülmətləri yox edər.)

 

 

وَ جَاءَ بِالنَّهَارِ مُبْصِراً بِرَحْمَتِهِ وَ كَسَانِي ضِيَاءَهُ وَ أَنَا فِي نِعْمَتِهِ

 

“və caə bin-nəhari mubsirəm-bi rəhmətihi və kəsani ziyaəh və ənə fi ni’mətih,”

 

(və Öz rəhməti ilə nurlu günü gətirdi və Onun lütfü ilə bərabər olduğum halda mənə onun nurlu libasını geyindirdi.)

 

 

اللَّهُمَّ فَكَمَا أَبْقَيْتَنِي لَهُ فَأَبْقِنِي لِأَمْثَالِهِ وَ صَلِّ عَلَى النَّبِيِّ مُحَمَّدٍ وَ آلِهِ‏

 

“Allahummə fə kəma əbqəytəni ləhu fə əbqini li əmsalih və səlli ələn-Nəbiyyi Muhəmmədiv-və Alih,”

 

(Ey Allah, məni bu günə qədər saxladığın kimi, digər günlərdə də saxla və Məhəmməd Peyğəmbərə (s) və onun ailəsinə salavat göndər.)

 

 

وَ لاَ تَفْجَعْنِي فِيهِ وَ فِي غَيْرِهِ مِنَ اللَّيَالِي وَ الْأَيَّامِ بِارْتِكَابِ الْمَحَارِمِ وَ اكْتِسَابِ الْمَآثِمِ

 

“və la təfcə’ni fihi və fi ğəyrihi minəl-ləyli vəl-əyyami bir-tikabil-məharim vək-tisabil-masim,”

 

(Məni haram işlərə və günahlara görə bu gün, o biri gün və ya başqa bir gündə kədər, ağrı və qəm-qüssə ilə incitmə.)

 

 

وَ ارْزُقْنِي خَيْرَهُ وَ خَيْرَ مَا فِيهِ وَ خَيْرَ مَا بَعْدَهُ

 

“vər-zuqni xəyrəh və xəyrə ma fih və xəyrə ma bə’dəh,”

 

(və bu gündə və budan sonraki günhərdə təyin xeyiri mənə nəsib et.)

 

 

وَ اصْرِفْ عَنِّي شَرَّهُ وَ شَرَّ مَا فِيهِ وَ شَرَّ مَا بَعْدَهُ

 

“vəs-rif ənni şərrəh və şərrə ma fih və Şərrə ma bə’dəh,”

 

(və bu gündə və bundan sonraki günlərdə hər bir pisliyi məndən uzaqlaşdır.)

 

 

اللَّهُمَّ إِنِّي بِذِمَّةِ الْإِسْلاَمِ أَتَوَسَّلُ إِلَيْكَ وَ بِحُرْمَةِ الْقُرْآنِ أَعْتَمِدُ عَلَيْكَ‏

 

“Allahummə inni bi zimmətil-İslami ətəvəssəlu iləyk və bi hurmətil-Qurani’-təmidu ələyk,”

 

(İlahi, İslamın əhd-peymanı ilə Sənə sığınıram. Və Quranın müqəddəsliyi və əzəməti ilə Sənə təvəkkül edirəm.)

 

 

وَ بِمُحَمَّدٍ الْمُصْطَفَى صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَسْتَشْفِعُ لَدَيْكَ

 

“və bi Muhəmmədinil-Mustəfa səlləllahu ələyhi və Alihis-təşfiu lədəyk,”

 

(Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məqamına xatir Səndən şəfaət diləyirəm.)

 

 

فَاعْرِفِ اللَّهُمَّ ذِمَّتِيَ الَّتِي رَجَوْتُ بِهَا قَضَاءَ حَاجَتِي يَا أَرْحَمَ الرَّاحِمِينَ

 

“və’rifillahummə zimmətiyəlləti rəcəvtə biha qəzaə hacəti ya Ərhəmər-Rahimin,”

 

(Elə isə, İlahi, mənə elə bir əməl öyrət ki, ehtiyacımın yerinə yetəcəyinə ümid bəsləyim, ey dünyada rəhm edənlərin ən rəhmlisi.)

 

 

اللَّهُمَّ اقْضِ لِي فِي الْخَمِيسِ خَمْساً لاَ يَتَّسِعُ لَهَا إِلاَّ كَرَمُكَ وَ لاَ يُطِيقُهَا إِلاَّ نِعَمُكَ

 

“Allahumməq-zili fil-xəmisi xəmsəl-la yəttəsiu ləha illa kərəmuk və yutiquha illa niəmuk,”

 

(İlahi, Cümə axşamı günü Sənin səxavətin olmadan edə bilməyəcəyim və Sənin nemətinlə olmada yerinə yetirə bilməyəcəyim beş ehtiyacımı yerinə yetir.)

 

 

سَلاَمَةً أَقْوَى بِهَا عَلَى طَاعَتِكَ وَ عِبَادَةً أَسْتَحِقُّ بِهَا جَزِيلَ مَثُوبَتِكَ

 

“Səlamətə əqva biha əla taətik və ibadətən əstəhiqqu biha cəzilə məsubətik,”

 

(Əvvəlcə mənə can sağlığı ver ki, Sənə itaət edim, sonra da mənə ibadətdə uğur ver ki, Sənin böyük mükafatına layiq olum.)

 

 

وَ سَعَةً فِي الْحَالِ مِنَ الرِّزْقِ الْحَلاَلِ وَ أَنْ تُؤْمِنَنِي فِي مَوَاقِفِ الْخَوْفِ بِأَمْنِكَ

 

“və səətə fil-hali minər-rizqil-həlal və ən tu’minəni fi məvaqifil-xəvfi bi əmnik,”

 

(digəri, mənə halal yollarla bol ruzi bəxş et və məni təhlükəsiz yerlərində qoru.)

 

 

وَ تَجْعَلَنِي مِنْ طَوَارِقِ الْهُمُومِ وَ الْغُمُومِ فِي حِصْنِكَ

 

“və təcələni min təvariqil-humumi vəl-ğumumi fi hisnik,”

 

(və məni dünyanın qəmli hadisələrindən Öz pənahına apar.)

 

 

وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْ تَوَسُّلِي بِهِ شَافِعاً يَوْمَ الْقِيَامَةِ نَافِعاً إِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِين

 

“və səlli əla Muhəmmədiv-və Ali Muhəmməd vəc-əl təvəssuli bihi şafiən yəvməl-qiyaməti nafiən innəkə əntə Ərhəmər-Rahimin.”

 

(Muhəmməd (s) və Muhəmmədin ailəsinə salavat göndər və o böyük şəfaətçini mənə şəfaətçi et və axirət səfərimi xeyirli et, çünki mərhəmətlilərin ən rəhmlisi yalnız Sənsən.)

 

 

Vəssəlamu əlaykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərallahu li və ləkum inşallah. Dualarnızda bizləri unutmayın.

 

Hazırlayan: Ustad Hacı Elşen Badkubei.

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.