ZÖHÜR NAMAZININ TƏQİBATI
Bismillahir-Rəhmanir-Rəhim
ZÖHÜR NAMAZININ TƏQİBATI
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
“Misbahul-Mütəhcəd” kitabında deyildiyi kimi, günorta namazından sonra de:
لا إِلَهَ اِلّا اللهُ الْعَظِیمُ الْحَلِیمُ لا إِلَهَ اِلّا اللهُ رَبُّ الْعَرْشِ الْکَرِیمُ الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ
La ilahə illəllahul-Əzimul-Həkim, la ilahə İlləllahu Rəbbul-Ərşil-Kərim, əlhəmdu lillahi Rəbbil-Aləmin.
Allahdan başqa tanrı yoxdur, Allah böyükdür, səbirlidir. Allahdan başqa məbud yoxdur, O, ərşin Rəbbidir, Ulu Pərvərdigardır, Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
اللهُمَّ إِنِّی أَسْأَلُکَ مُوجِبَاتِ رَحْمَتِکَ وَ عَزَائِمَ مَغْفِرَتِکَ وَ الْغَنِیمَةَ مِنْ کُلِّ بِرٍّ وَ السَّلامَةَ مِنْ کُلِّ إِثْمٍ
Allahummə inni əsəlukə mucibati rəhmətik və əzaimə məğfirətik vəl-ğənimətə min kulli birr vəs-səlamətə min kulli ism.
İlahi, rəhmətinin səbəblərini və bağışlanma səbəblərini həyata keçirməkdə məni müvəffəq etməyi Səndən istəyirəm və hər bir xeyir işdən və hər pis əməldən sağlamlıqdan faydalanmağı diləyirəm.
اللهُمَّ لا تَدَعْ لِی ذَنْبا اِلّا غَفَرْتَهُ وَ لا هَمّا اِلّا فَرَّجْتَهُ وَ لا سُقْماً اِلّا شَفَیْتَهُ
Allahummə la tədə’li zənbən illa ğəfərtəh və la həmmən illə fərrəctəh və la suqmən illa şəfəytəh,
Allah! Məndə bağışlanmamş günah, ürəyimdə götürülməmiş kədər, bədənimdə sağalmamaş dərd qoyma.
وَ لا عَیْباً اِلّا سَتَرْتَهُ وَ لا رِزْقاً اِلّا بَسَطْتَهُ وَ لا خَوْفاً اِلّا آمَنْتَهُ وَ لا سُوءاً اِلّا صَرَفْتَهُ
Və la əybən illa sətərtəh və la rizqən illa bəsəttəh və la xəvfən illa aməntəh və la suən illa sərəftəh,
Və (İlahi! Məndə) üzərini örtməmiş günah, genişləndirməmiş ruzu, qorunmamış qorxu, geri qaytarılmamış pislik qoyma,
وَ لا حَاجَةً هِیَ لَکَ رِضاً وَ لِیَ فِیهَا صَلاحٌ اِلّا قَضَیْتَهَا یَا أَرْحَمَ الرَّاحِمِینَ، آمِینَ رَبَّ الْعَالَمِینَ
Və la hacətən hiyə ləkə rizən vəliyə fiha səlahun illa qəzəytəha. Ya ərhəmər-rahimin, Amin ya Rəbbəl-Aləmin.
(İlahi! Məndə) rəva olmuş, Sənin rizayətin olmamış və mənim üçün məsləhətli olmamış heç bir hacət qoyma, Ey mərhəmətlilərin ən Mərhəmətlisi! Duamı qəbul et, ey aləmlərin Rəbbi!
Və on dəfə deyirsən:
بِاللهِ اعْتَصَمْتُ وَ بِاللهِ أَثِقُ وَ عَلَى اللهِ أَتَوَکَّلُ
Billahi’təsəmtu və billahi əsiqu və ələllahi ətəvəkkəl.
Mən Allahın ipindən yapışıram və Allaha təvəkkül edirəm və Allaha etimadım var.
Sonra deyirsən:
اللهُمَّ إِنْ عَظُمَتْ ذُنُوبِی فَأَنْتَ أَعْظَمُ وَ إِنْ کَبُرَ [کَثُرَ] تَفْرِیطِی فَأَنْتَ أَکْبَرُ وَ إِنْ دَامَ بُخْلِی فَأَنْتَ أَجْوَدُ
Allahummə in əzumət zunubi fə əntə ə’zəmu və in kəburə (kəsurə) təfriti fə əntə əkbəru və in damə buxli fə əntə əcud.
İlahi, əgər mənim günahlarım böyükdürsə, sən daha böyüksən. Və əgər bəndəçiliyimdə süstlük çoxdursa Sən daha böyüksən və əgər daimən baxıllıq edirəmsə Sən daha bağışlayansan.
اللهُمَّ اغْفِرْ لِی عَظِیمَ ذُنُوبِی بِعَظِیمِ عَفْوِکَ وَ کَثِیرَ تَفْرِیطِی بِظَاهِرِ کَرَمِکَ وَ اقْمَعْ بُخْلِی بِفَضْلِ جُودِکَ
Allahumməğ-firli əzimə biəzimi əfvik və kəsirə təfriti bizahiri kərəmik vəq-mə’ buxli bifəzli cudik.
Allah mənim böyük künahlarımı bəxşeşinin böyüklüyünə, Süstlüyümü aydınlığını böyüklüyünə və baxıllığımı sevinclə aradan qaldır.
اللهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْکَ لا إِلَهَ اِلّا أَنْتَ أَسْتَغْفِرُکَ وَ أَتُوبُ إِلَیْکَ
Allahummə ma bina min ni’mətin fəmink. La ilahə illa ənt, əstəğfirukə və ətubu iləyk.
İlahi! Bizdə olan hər nemət səndəndir. Səndən başqa məbud yoxdur, Səndən bağışlanma diləyirəm və sənə tərəf qayıdıram.
Allah aqibətmizi xeyirli etsin. Amin.
Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 06/12/2024
SÜBH AZANI 6:12
GÜN ÇIXMA 7:47
ZÖHÜR AZANI 12:31
GÜN BATMA 17:14
MƏĞRİB AZANI 17:36
GECƏ YARISI 23:43
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz