ƏSR NAMAZININ TƏQİBATI

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

ƏSR NAMAZI

 

İkindi namazı dörd rükətdən ibarətdir, birinci rükətdə niyyət və təkbirindən sonra Həmd və başqa bir surə (səcdə ayəsi olmayan) adətən Tövhid surəsi oxunur. Bu namazın birinci rükətində bir rüku və iki səcdə qılınır, sonra ikinci rükət üçün ayağa qalxaraq “Həmd” və istədiyi surə, rüku və səcdə ilə davam edir. Sonra oturaraq təşəhhüd oxunur, üçüncü və dördüncü rükətlərdə təsbihat oxunur, bir rüku və iki səcdə edilir. Sonda təşəhhüd oxunur və salam verilir.

 

İkindi namazının vaxtı zöhr namazının vaxtından sonra başlayır və gün batana qədər davam edir. Bu müddət ikindi namazı üçün xüsusi vaxt və zöhr və əsr namazları üçün müştərək vaxt sayılır.

 

İkindi namazının “xüsusi vaxtı” gün batmazdan əvvəl qılınan dörd rükət namazla eynidir və bu vaxt ərzində yalnız əsr namazını qılmaq olar.

 

Zöhr namazının müəyyən vaxtı bitdikdən sonra zöhr və əsr namazları arasındakı müştərək vaxt başlayır və insan bu vaxt ərzində də əsr namazını qıla bilər.

 

Qurani-Kərim gündəlik namazların qılınmasını əmr edir və əsr namazı da o namazlardandır:

 

 

حافِظُوا عَلَى الصَّلَواتِ وَ الصَّلاةِ الْوُسْطى وَ قُومُوا لِلَّهِ قانِتينَ

 

(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).

 

Əsr namazının Nafiləsi səkkiz rükət olmaqla dörd dəfə iki rükətli namaz kimi qılınır və əsr namazından əvvəl yerinə yetirilir. Əsr namazının nafiləsinin vaxtı zöhr namazından sonra kölgənin uzunluğu göstərici uzunluğunun yeddidə dördünə çatana qədərdir.

 

İslam şəriətinə görə müsafir olan şəxs əsr namazını şikəstə şəkildə qılmalıdır (yəni dörd rəkət olmağına baxmayaraq, iki rəkət qılmalıdır). Kim Zöhr namazını qılmamışdan əvvəl əsr namazını qılarsa və bunu namaz əsnasında dərk edərsə, zöhr namazını qılmaq niyyətinə dəyişməlidir. Əsr namazında “Həmd” və surələrini səssiz oxumaq kişi və qadınlara vacibdir.

 

 

ƏSR NAMAZININ TƏQİBATI

 

1. Namazdan sonra “İstiğfar” etmək:

 

İmam Sadiqdən (ə) nəql olunur ki, kim əsr namazından sonra yetmiş dəfə istiğfar etsə, Allah-taala onun yeddi yüz günahını bağışlayar.

 

“İstiğfar”-ın sözləri ibarətdir:

 

 

أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْه

 

“Əstəğfirullahə və ətubu iləyh.”

 

(Mən Allahdan bağışlanma diləyirəm və günahlardan Ona üz tuturam.)

 

 

2. Həzrət Fatiməyi Zəhranın (s.ə) zikrindən sonra, sonra deyirsən:

 

 

إِنَّ اللَّهَ وَ مَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيما

 

“İnnəllahə və Məlaikətəhu yusəllunə ələn-Nəbiyy, ya əyyuhəl-ləzinə amənu səllu ələyhi və səllimu təslima”

 

(Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər, Elə isə, sizdə ey möminlər, Ona təslim olaraq salam və salavat göndərin.)

 

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ وَ عَلَى ذُرِّيَّتِهِ وَ عَلَى أَهْلِ بَيْتِه

 

“Allahummə səlli əla Muhəmmədin-Nəbiyyi və əla zurriyyətihi və əla Əhli Bəytih.”

 

(İlahi, Sənin peyğəmbərin Məhəmmədə, Onun övladlarına və Əhli Beytinə salavat göndər.)

 

 

3. “Qədr” surəsini oxumaq:

 

İmam Muhəmməd Təqidən (ə) rəvayət edilmişdir ki, kim əsr namazından sonra on dəfə Qədr surəsini oxuyarsa, qiyamət günü məxluqların bu gündəki əməlləri kimi onun üçün olar.

 

 

4. “Allahummə inni əuzu bikə...” duasını oxumaq:

 

 

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ نَفْسٍ لاَ تَشْبَعُ وَ مِنْ قَلْبٍ لاَ يَخْشَع

 

“Allahummə inni əuzu bikə min nəfsil-la təşbə’ və min qəlbil-la yəxşə’”

 

(İlahi, dünyadan doymayan nəfsdən, təvazökar olmayan qəlbdən Sənə sığınıram.)

 

 

وَ مِنْ عِلْمٍ لاَ يَنْفَعُ وَ مِنْ صَلاَةٍ لاَ تُرْفَعُ وَ مِنْ دُعَاءٍ لاَ يُسْمَع

 

“və min ilmil-la yənfə’ və min səlatil-la turfə’ və min duail-la yusmə’”

 

(və (habelə) fayda verməyən elmdən, yüksəlməyən namazdan və qəbul olunmayan duadan (Sənə pənah aparıram).

 

 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْيُسْرَ بَعْدَ الْعُسْرِ وَ الْفَرَجَ بَعْدَ الْكَرْبِ وَ الرَّخَاءَ بَعْدَ الشِّدَّة

 

“Allahummə inni əsəlukəl-yusrə bə’dəl-yusr, vəl-fərəcə bə’dəl-kərbi vər-rəcaə bə’dəş-şiddəh.”

 

(İlahi, Səndən çətinlikdən sonra asanlıq, əziyyət və məşəqqətdən sonra rahatlıq, sıxıntı və şiddətdən sonra isə bərəkət diləyirəm.)

 

 

اللَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْك

 

“Allahummə ma bina min ni’mətin fə minkə la ilahə illa Ənt, əstəğfirukə və ətubu iləyk.”

 

(İlahi, bizim sahib olduğumuz hər bir nemət Səndəndir. Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyirəm və günahlardan Sənə üz tuturam.)

 

 

5. “Əstəğfirullahəl-ləzi la ilahə illa” duasını oxumaq:

 

 

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمَنُ الرَّحِيمُ ذُو (ذَا) الْجَلاَلِ وَ الْإِكْرَام

 

“Əstəğfirullahəl-ləzi la ilahə illa huvəl-Həyyul-Qəyyumur-Rəhmanur-Rəhim, Zul-(Zəl-)Cəlali vəl-İkram.”

 

(Ondan başqa heç bir tanrı olmayan Allahdan bağışlanma diləyirəm. O, diridir, əbədidir, bağışlayandır, rəhmlidir, izzət və əzəmət sahibidir.)

 

 

وَ أَسْأَلُهُ أَنْ يَتُوبَ عَلَيَّ تَوْبَةَ عَبْدٍ ذَلِيلٍ خَاضِعٍ فَقِيرٍ بَائِسٍ مِسْكِينٍ مُسْتَكِينٍ مُسْتَجِير

 

“və əsəlihu əy-yətubə ələyyə təvbətə əbdiz-zəlilin xaziin fəqirim-baisim-miskinim-mustəkinim-mustəciyr.”

 

(və Səndən xahiş edirəm ki, Sənə pənah gətirmiş bu zəlil, təvazökar, dilənçi, dara düşmüş, muskin, köməksiz, torpaqsız bəndənin tövbəsini qəbul edəsən.)

 

 

لاَ يَمْلِكُ لِنَفْسِهِ نَفْعاً وَ لاَ ضَرّاً وَ لاَ مَوْتاً وَ لاَ حَيَاةً وَ لاَ نُشُورا

 

“La yəmliku li nəfsihi nəfəv-və la zərrəv-və la məvtəv-və la həyatəv-və la nuşura.”

 

(Onun heç bir faydası və ya zərəri yoxdur, ölüm, həyat, yenidən dirilmək onun ixtiyarında deyil.)

 

 

Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei.

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.