MƏĞRİB NAMAZININ TƏQİBATI

 

Rəhman və Rəhim olan Allahın adı ilə.

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

 

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

MƏĞRİB NAMAZI

 

Məğrib namazı müsəlmanlara vacib olan dördüncü gündəlik namazdır. Məğrib namazı üç rükətdən ibarətdir, birinci rükətdə niyyət və təkbirindən sonra Həmd və başqa bir surə (səcdəsi olmayan) adətən Tövhid surəsi oxunur. Bu namaz da bir rüku və iki səcdə ilə qılınır, sonra ikinci rükət üçün ayağa qalxır, “Həmd”, istənilən surəni oxumaqla, rüku və səcdə ilə davam edir. Sonra oturaraq təşəhhüd oxunur, üçüncü rükətdə isə təsbihat oxunur, bir rüku və iki səcdə qılınır. Sonda təşəhhüd oxunur və salam verilir.

 

Məğrib namazının vaxtı, gün batdıqdan sonra şərqdə görünən qızartıların aradan qalxdığı vaxtdır. Bu an məğrib namazının qılınması üçün “xüsusi vaxt”ın başlanğıcını göstərir və üç rükət namaz qılmaq qədər davam edir. Bundan sonra məğrib və işa namazlarının “ümumi vaxtı” başlayır. Namaz qılan məğrib namazını “ümumi vaxtda” qıla bilər. İşa namazının “xüsusi vaxtı” da gecə yarısından əvvəl dörd rükət namazın vaxtı ilə eynidir.

 

Məğrib namazının Nafiləsi dörd rükətdir, məğrib namazından sonra iki dəfə iki rükət namaz kimi qılınır.

 

 

MƏĞRİB NAMAZININ TƏQİBATI

 

1. Sübh və məğrib namazlarından sonra Bəsmələ və Həvqələ demək.

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيم

 

“Bismillahir-Rəhmanir-Rəhim, la həvlə və la quvvətə illa Billahil-Əliyyil-Əzim”

 

(Mərhəmətli və Rəhmli Allahın adı ilə Böyük və Uca Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur.)

 

Şeyx Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, hər kim səhər və axşam namazından sonra bunu yeddi dəfə desə, Allah-Təala ondan yetmiş növ bəladan dəf edər ki, ən asanı cüzam və dəlilikdir.

 

2. Sübh və axşam namazlarından sonra dünya və axirət üçün oxunan duanı oxumaq.

 

İmam Sadiqdən (ə) nəql olunur ki, dünya və axirət üçün bu duanı səhər və axşam namazlarından sonra oxumaq lazımdır.

 

 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْك صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد

 

“Allahummə inni əsəlukə bi həqqi Muhəmmədiv-və Ali Muhəmmədin ələyk, Səlli əla Muhəmmədiv-və Ali Muhəmməd.”

 

(İlahi, Səni Muhəmmədin və Muhəmmədin (s) ailəsinin haqqına and verirəm Muhəmməd və Muhəmmədin (s) ailəsinə salavat göndərəsən.)

 

 

وَ اجْعَلِ النُّورَ فِي بَصَرِي وَ الْبَصِيرَةَ فِي دِينِي وَ الْيَقِينَ فِي قَلْبِي وَ الْإِخْلاَصَ فِي عَمَلِي

 

“vəc-əlin-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl-yəqinə fi qəlbi vəl-ixlasə fi əməli,”

 

(Zahirimə nur, dinimdə bəsirət və elm, qəlbimə tam yəqinlik, əməllərimdə ixlas qərar ver.)

 

 

وَ السَّلاَمَةَ فِي نَفْسِي وَ السَّعَةَ فِي رِزْقِي وَ الشُّكْرَ لَكَ أَبَداً مَا أَبْقَيْتَنِي

 

“vəs-Səlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş-şukrə ləkə əbədəm-ma əbqəytəni.”

 

(və mənə can sağlığı və ruzimə bolluq ver ki, məni yaşatdıqca Sənə şükür etməyə davam edim.)

 

3. “Əlhəmdülillah...” duasını 3 (üç) dəfə oxumaq.

 

 

الْحَمْدُ لِلَّهِ الَّذِي يَفْعَلُ مَا يَشَاءُ وَ لاَ يَفْعَلُ مَا يَشَاءُ غَيْرُه

 

“əl-Həmdulillahil-ləzi yəfəlu ma yəşau və la yəfəlu ma yəşau ğəyruh.”

 

(Həmd, istədiyini edən Allaha məxsusdur və Ondan başqa heç kəs istədiyini edə bilməz.)

 

4. “Allahummə inni əsəlikə” duasını oxumaq.

 

 

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ النَّجَاةَ مِنَ النَّارِ وَ مِنْ كُلِّ بَلِيَّة

 

“Allahummə inni əsəlikə mucibati rəhmətik və əzaimə məğfirətik vən-nəcatə minən-nari və min kulli bəliyyəh”

 

(İlahi, Səndən mütləq rəhmət və bağışlanma, cəhənnəm odundan və hər bir bəla və əzabdan qurtuluşu diləyirəm.)

 

 

وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ الرِّضْوَانَ (الرِّضْوَانِ) فِي دَارِ السَّلاَمِ وَ جِوَارَ (جِوَارِ) نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ آلِهِ السَّلاَمُ‏

 

“vəl-fəvzə bil-cənnəti vər-rizvanə (rizvani) fi daris-səlam və civarə (civari) Nəbiyyikə Muhəmmədin ələyhi və Alihis-səlam.”

 

(Səndən Cənnətə daxil olmağımı və Sənin Peyğəmbərin Həzrəti Muhəmmədin -ona və ailəsinə Allahın salavatı və salamı olsun- yanında olan əmin-amanlıq yurdunda riza və xoşbəxt olmağımı istəyirəm.)

 

 

اللَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْك

 

“Allahummə ma bina min ni’mətin fə mink, la ilahə illa Ənt, əstəğfirukə və ətubu iləyk.”

 

(Allahım, qullarımıza nə nemətlər gəlirsə, hamısı Səndəndir. Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyirəm və günahlarımdan Sənə üz tuturam.)

 

5. “Sübhanək Lə ilahə illəllah ənta” duasının oxunması.

 

 

سُبْحَانَكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ اغْفِرْ لِي ذُنُوبِي كُلَّهَا جَمِيعاً فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعاً إِلاَّ أَنْت

 

“Subhanəkə la ilahə illa ənt, iğfirli zunubi kulləha cəmia, fə innəhu la yəğfiruz-zunubə kulləha cəmən illa ənt.”

 

(İlahi, Səndən başqa məbud yoxdur, səxavətinə görə günahlarımı tamamilə bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz.)

 

6. “Maşaəllah” duasını oxumaq.

 

 

مَا شَاءَ اللَّهُ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ أَسْتَغْفِرُ اللَّه

 

“Ma şaəllahu la quvvətə illabillah, əstəğfirullah.”

 

(Allahın istədiyi olar, Allahdan başqa heç bir güc və qudrət yoxdur və mən Allahdan bağışlanma diləyirəm.)

Rəvayətə görə, məğrib namazının nafiləsini bitirdikdən sonra hacətini diləyib, bu duanı on dəfə oxuya bilərsən.

 

 

Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.

 

Hazırlayan: Ustad Hacı Elşən Badkubei.

 

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.