İŞA NAMAZININ TƏQİBATI

Rəhman və Rəhim olan Allahın adı ilə.
İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək, doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.
Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.
İŞA NAMAZI
İşa namazı dörd rükətdən ibarət gündəlik namazdır və qılınması vaxtı məğrib namazından sonra gecə yarısına qədərdir.
İşa namazı dörd rükətdən ibarətdir, birinci rükətdə niyyətdən və təkbirindən sonra, Həmd surəsi və başqa bir surə (buna səcdə ayəsi olan surə daxil deyil), adətən Tövhid surəsi oxunur. Namazın birinci rəkətində bir rüku və iki səcdə də daxildir, sonra ikinci rükət üçün ayağa qalxır, “Həmd” və istənilən surəni oxuyaraq, rüku və səcdə ilə davam edir. Sonra oturaraq təşəhhüd oxunur, üçüncü və dördüncü rükətlərdə təsbihat oxunur, bir rüku və iki səcdə edilir. Sonda təşəhhüd oxunur və salam verilir.
İşa namazının vaxtı məğrib namazının vaxtından sonra və üç rükət namazın vaxtı İslam şəriətinə görə gecə yarısına qədərdir. İşa namazının “xüsusi vaxtı” gecə yarısına kimi dörd rükətli namazla eynidir. Məğrib və işa namazlarının “ümumi vaxtı” onların iki xüsusi vaxtı arasındadır.
İŞA NAMAZININ TƏQİBATI
1. İşa namazından sonra Qədr surəsinin oxunmaq.
İşa namazından sonra yeddi dəfə Qədr surəsini oxumaq məsləhətdir.
2. Müstəhəbdir ki, hər gecə, xüsusən də cümə gecəsi İşa namazının nafiləsinin son səcdədə yeddi dəfə bu dua oxunsun.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِوَجْهِكَ الْكَرِيمِ وَ اسْمِكَ الْعَظِيمِ وَ مُلْكِكَ الْقَدِيم
“Allahummə inni əsəlukə bi vəchikəl-kərim vəs-mikəl-əzim və mulkikəl-qədim,”
(İlahi, Sənin əzəmətli zatının, böyük adının və əbədi səltənətinin haqqı ilə Səndən istəyirəm.)
أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَغْفِرَ لِي ذَنْبِيَ الْعَظِيمَ إِنَّهُ لاَ يَغْفِرُ الْعَظِيمَ إِلاَّ الْعَظِيم
“ən tusəlliyə əla Muhəmmədiv-və Alih və əy-yəğfirəli zənbiyəl-əzim, innəhi la yəğfirul-əzimə illəl-əzim.”
(İlahi, Muhəmməd və onun ailəsinə salavat göndər və mənim böyük günahımı bağışla, çünki Səndən başqa heç kim böyük günahı bağışlaya bilməz.)
3. İşa namazından sonra ruzi üçün dua oxumaq.
اَللَّهُمَّ إِنَّهُ لَيْسَ لِي عِلْمٌ بِمَوْضِعِ رِزْقِي وَ إِنَّمَا أَطْلُبُهُ بِخَطَرَاتٍ تَخْطُرُ عَلَى قَلْبِي فَأَجُولُ فِي طَلَبِهِ الْبُلْدَان
“Allahummə innəhu ləysə li ilmum-biməvzi-i rizqi və innəma ətlubuhu bi xətəratin təxturu əla qəlbi fə əculə fi tələbihil-buldan”
(İlahi, mən ruzimin mənbəyindən xəbərsizəm, ancaq ağlıma gələn təxəyyüllə ruzi axtarıram, ruzi axtarıb şəhərləri gəzirəm.)
فَأَنَا فِيمَا أَنَا طَالِبٌ كَالْحَيْرَانِ لاَ أَدْرِي أَ فِي سَهْلٍ هُوَ أَمْ فِي جَبَل
“fə ənə fima ənə talibun kəl-həyran, la ədri ə-fi səhlin huvə əm fi cəbəl,”
(Deməli, axtardığımda ruzimin səhrada, yoxsa dağda olduğunu bilmədən çaş-baş qalan adam kimiyəm.)
أَمْ فِي أَرْضٍ أَمْ فِي سَمَاءٍ أَمْ فِي بَرٍّ أَمْ فِي بَحْرٍ وَ عَلَى يَدَيْ مَنْ وَ مِنْ قِبَلِ مَن
“əm fi ərzin əm fi səmain əm fi bərrin əm fi bəhr və əla yədi mən və min qibəli mən.”
(O (ruzum), ya yerdədir, yoxsa göydə, quruda və ya dənizdə, kimin əlində və kimin qarşısındadır?)
وَ قَدْ عَلِمْتُ أَنَّ عِلْمَهُ عِنْدَكَ وَ أَسْبَابَهُ بِيَدِكَ وَ أَنْتَ الَّذِي تَقْسِمُهُ بِلُطْفِكَ وَ تُسَبِّبُهُ بِرَحْمَتِك
“və qəd əlimtu ənnə ilməhu indək və əsbabəhu bi yədik və əntəl-ləzi təqsimuhu bi lutfik və tusəbbibuhu bi rəhmətih.”
(Və bilirəm ki, onun elmi Sənin yanındadır və mənim ruzimin hər bir vasitəsi Sənin əlindədir və Sən onu lütf və səxavətlə paylayır və Öz mərhəmətinlə o ruziyə vasitəçilik edirsən.)
اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِه
“Allahummə fə səlli əla Muhəmmədiv-və Alih.”
(İlahi, Məhəmmədə və onun ailəsinə salavat göndər.)
وَ اجْعَلْ يَا رَبِّ رِزْقَكَ لِي وَاسِعاً وَ مَطْلَبَهُ سَهْلاً وَ مَأْخَذَهُ قَرِيبا
“vəc-əl ya Rəbbi rizqəkə li vasiəv-və mətləbəhu səhləv-və mə’xəzəhu qəriba.”
(Və mənə verdiyin ruzunu genişlət, onu axtarmağı asanlaşdır və onu yaxın bir mənbədən təmin et.)
وَ لاَ تُعَنِّنِي بِطَلَبِ مَا لَمْ تُقَدِّرْ لِي فِيهِ رِزْقا فَإِنَّكَ غَنِيٌّ عَنْ عَذَابِي (عَنَائِي) وَ أَنَا فَقِيرٌ إِلَى رَحْمَتِك
“və la tuənnini bi tələbi ma ləm tuqəddir li fihi rizqa, fə innəkə ğəniyyun ən əzabi (ənai) və ənə fəqirun ilə rəhmətik.”
(Və mənə ruzi təyin etmədiyin bir işin ardınca gedərək, əzab çəkdirmə, çünki, Sən mənim əzabı çəkməyimə möhtac deyilsən və mən Sənin sonsuz rəhmətinə möhtacam.)
فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ جُدْ عَلَى عَبْدِكَ بِفَضْلِكَ إِنَّكَ ذُو فَضْلٍ عَظِيم
“fə səlli əla Muhəmmədiv-və Alih, vəcud əla əbdikə bi fəzlik, innəkə zu fəzlin əzim.”
(Elə isə Muhəmməd və onun ailəsinə salavat göndər və Öz lütf və mərhəmətinlə qulunu bağışla, çünki Sənin lütf və səxavətin böyükdür.)
4. Vətirə namazı.
Vətirə namazı işa namazından sonra oturaq halda qılınan iki rükət nafilə namazdır. Bu namazın birinci rükətində Qurandan yüz ayə oxunmalıdır. Bu namazın birinci rükətində yüz ayə əvəzinə “Vaqiə” surəsinin, ikinci rükətində isə “İxlas” surəsinin oxunması tövsiyə olunur.
Vəssəlamu Ələykum Rəhmətullahi və Bərəkatuh. Ğəfərəllahi li və ləkum İnşallah.
Hazırlayan: Ustad Hacı Elşən Badkubei.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 09/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz