SƏRF ELMİ (Sərfi sade kitabının tərcümə və şərhi. 1-ci hissə))
2023-01-08 13:18:02

Bismillahir-Rəhmanir-Rəhim

 

SƏRFİ SADE KİTABININ TƏRCÜMƏ VƏ ŞƏRHİ

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

اول العلم معرفه الجبار و آخر العلم تفویض الامر الیه

 

Elmin başlanğıcı Uca Yaradanı tanımaq, elmin sonu isə səlahiyyəti Ona həvalə etməkdir.

 

İnsanın birinci vəzifəsi öz yaradanını tanımaqdır. İlahi elm olmadan nicat yoxdur. Buna görə də ilk elm Allahı tanımaq olmuşdur. İnsan Allahın varlığına və miada, onun subuti və səlbi sifətlərinə, peyğəmbərlik, qiyamət, imamət və ədalətə bələd olduqdan sonra öz işlərini Allaha tapşırmalıdır və Allaha təvəkkül deməlidir.

 

Səfr elminin tərifi:

 

Bu kitabda əvvəlcə Sərf elmini izah edir, sonra isə Sərf elminin mövzusundan bəhs edir. Sərf elminin tərifində deyir:

 

تعریف علم صرف: علم صرف می آموزد چگونه کلمه ایرا بصورتهای گوناگون در آوردیم تا معانی مختلف بدست آید

 

“Sərf elmi müxtəlif mənalar əldə etmək üçün sözün müxtəlif surətlərə düzəldilməsini öyrədir.”

 

مثلا کلمه "عِلمٌ" (بمعنی دانستن) را طبق قواعد صرفی بصورتهای  "عَلِمَ - یَعلَمُ - اِعلَم" و ... در می آوریم تا معانی (دانست - می داند - بدان) و ... بدست آید

 

Məsələn, (bildi, bilir , bil) mənalarını əldə etmək üçün "عِلمٌ" “İlmun” (bilmək mənasında) sözünü "عَلِمَ - یَعلَمُ - اِعلَم" “Əlimə – Yə’ləmu – İ’ləm” formalarının morfoloji qaydalarına əsasən götürürük.

 

و یا کلمه "رَجُلٌ" (بمعنی مرد) را بصورتهای "رِجالٌ و رُجَیلٌ" در می آوریم تا معانی (مردها و مرد کوچک) حاصل شود.

 

Yaxud  (kişilər və kiçik) mənaları almaq üçün "رَجُلٌ" “Rəculun” (kişi mənasında) sözünü "رِجالٌ و رُجَیلٌ" “Ricalun” və “Rucəylun” kimi dəyişdiririk.

 

İzah və Təsvir:

 

Bu kitabda müəllif deyir: Sərf elmi müxtəlif mənalar əldə etmək üçün sözün müxtəlif üsullarla düzəldilməsini öyrədir. Amma bu tərif mənim fikrimcə düzgün deyil. Çünki hər söz müxtəlif formalarda gələ bilməz. Dəyişdirilə bilməyən "حَیثُ" sözü kimi. Amma müəllif bunu belə bəyan etsəydi, daha yaxşı olardı: “Sərf elmi, dəyişdirilmə qabiliyyətinə malik olan sözünün müxtəlif mənalar əldə etmək üçün necə müxtəlif formalara çevrildiyini öyrədir”. Ancaq biz bu tərifi qəbul edirik. Çünki bu tərif sərf elmi haqqında ən yaxşı tərifdir.

Başqa kitablarda sərf elminə müxtəlif təriflər verilmişdir. O cümlədən: “Təsrif (yəni sərf), müxtəlif mənaları əldə etmək üçün bir prinsipin müxtəlif kəlmələrə çevrilməsidir”.

 

Nəticə:

 

Sərf elminin tərifi ondan ibarətdir ki, sərf elmi bizə müxtəlif mənalar əldə etmək üçün sərf konvensiyalara uyğun olaraq müxtəlif yollarla dəyişdirilə bilən bir sözü necə dəyişdirməyi öyrədir. Məsələn: Əgər kəlmə isimdirsə, "رَجُلٌ" (bir kişi) kimi tək  mənasında olan bir sözü ümumi "رِجالٌ" (kişilər) və ya ikili "رَجُلَینٌ" (iki kişi) kimi, mənasında necə istifadə edə bilərik? Və ya ikili "رَجُلَینٌ" (iki kişi) kimi sözü tək "رَجُلٌ" (bir kişilər) və ya ümumi "رِجالٌ" (kişilər) məna kimi necə işlədə bilərik? Yaxud ümumi "رِجالٌ" (kişilər) sözü kimi tək "رَجُلٌ" (bir kişilər) və ya qoşa "رَجُلَینٌ" (iki kişi) məna kimi necə işlədə bilərik? Və ya bir kişi "مرء" (kişi) mənasını qadın "مرأة" (qadın) mənasında ifadə edən bir sözü necə əldə edə bilərik? Və ya əksinə qadının"مرأة" (qadın) mənasını bir kişi "مرء" (kişi) mənasında ifadə edən bir sözü necə əldə edə bilərik? Əgər söz keçmiş zamanı ifadə edirsə "ضَرَبَ" (vurdu bir kişi keçmiş zamanda) kimi, onu indiki zamana "یَضرِبُ" (vurur bir kişi indiki zamanda) və ya əmr "اِضرِب" (vur sən bir kişi) halına necə çevirə bilərik? Yaxud söz indiki zamanı "یَضرِبُ" (vurur bir kişi indiki zamanda) ifadə edirsə, onu necə keçmiş zamana "ضَرَبَ" (vurur bir kişi indiki zamanda) və ya əmr "اِضرِب" (vur sən bir kişi) mənasına çevirə bilərik? Yaxud söz əmr "اِضرِب" (vur sən bir kişi) mənasını ifadə edirsə, onu necə keçmiş "ضَرَبَ" (vurur bir kişi indiki zamanda) və indiki zaman "یَضرِبُ" (vurur bir kişi indiki zamanda) mənasına çevirə bilərik? Yaxud bir sözü mövzu "ضَارِبٌ" (vuran bir kişi) kimi və ya obyekt isim "مَضرُوبٌ" (vurulan bir kişi) və ya oxşar sifət "شَرِیفٌ" (şərafət sifətinə malik olan) və ya üstün fellər "اَفضَلٌ" (şox fəzilətli bir kişi) və başqaları kimi necə istifadə edə bilərik?

Niyə bu qaydaları bilməliyik? Bu tərifin özü bu qaydaları bilmənin bizim üçün faydalarını izah edir. Allah qoysa gələn dərslərdə bu haqda geniş bəhs edəcəyik.

 

Allah sizi və bizlərin aqibətmizi xeyirli etsin. Amin. Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

 

RƏCƏB AYINDA NAMAZLARDAN SONRA OXUNAN DUA

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla (bu duanı oxumağa) başlayıram

 

یَا مَنْ أَرْجُوهُ لِکُلِّ خَیْرٍ، وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ

 

شَرٍّ، یَا مَنْ یُعْطِی الْکَثِیرَ بِالْقَلِیلِ

 

Ya mən Ərcuhu likulli Xəyr, Və açənu səxətəhu ində kulli şərr, Ya mən yu’til-kəsirə bil-qəlil,

 

Ey hər bir yaxşılığı umduğum kəs, Hər şərdə onun qəzəbindən aman diləyin, O kəs ki, az ibadət üçün çox savab verər,

 

یَا مَنْ یُعْطِی مَنْ سَأَلَهُ، یَا مَنْ یُعْطِی مَنْ لَمْ

 

یَسْأَلْهُ وَ مَنْ لَمْ یَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً

 

Ya mən yu’ti mən sələh, Ya mən yu’ti məl-ləy-yəsəlhu və mən ləy-yə’rifhu təhənnunəm-minhu və rəhmətəh,

 

O kəs ki, istədiyini bağışlayar, O kəs ki, onu istəməyənləri və onu tanımayanları belə bağışlayarsa, onun hədiyyəsi mərhəmətdəndir.

 

أَعْطِنِی بِمَسْأَلَتِی إِیَّاکَ جَمِیعَ خَیْرِ الدُّنْیَا وَ

 

جَمِیعَ خَیْرِ الْآخِرَةِ

 

ə’ətini biməsələti iyyəkə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh,

 

Səndən xahişimlə mənə dünya və axirət yaxşılığını nəsib et,

 

وَ اصْرِفْ عَنِّی بِمَسْأَلَتِی إِیَّاکَ جَمِیعَ شَرِّ الدُّنْیَا

 

وَ شَرِّ الْآخِرَةِ

 

Vəs-rif ənni biməsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh,

 

Və səndən xahişimlə dünya və axirətin bütün şərlərini məndən uzaqlaşdır.

 

فَإِنَّهُ غَیْرُ مَنْقُوصٍ مَا أَعْطَیْتَ، وَ زِدْنِی مِنْ

 

فَضْلِکَ یَا کَرِیمُ

 

Fə innəhu ğəyru mənqusim-ma ə’ətəyt, və zidni min fəzlikə ya Kərim,

 

Çünki verdiyin əskik yoxdur, ey qonaqpərvər, mənə lütfünü artır,

 

یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ یَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ،

 

یَا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَیْبَتِی عَلَی النَّارِ

 

Ya zəl-cəlali vəl-ikram ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.

 

Ey əzəmət, lütf və məhəbbət sahibi, ey əfv və lütf sahibi, saqqalımı cəhənnəm odundan qoru.

 

 

Ustad Hacı Elşən Badkubei

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.