SƏRF ELMİ (Sərfi sade kitabının tərcümə və şərhi. 2-ci hissə)
2023-01-09 12:01:12

Bismillahir-Rəhmanir-Rəhim

 

SƏRFİ SADE KİTABININ TƏRCÜMƏ VƏ ŞƏRHİ

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

 

Sərf elminin faydası:

 

Son dərsimizdə biz sərf elmin tərifini müzakirə etdik. Və dedik ki, sərf elmi sərf qaydalarına uyğun dəyişdirilə bilən sözü müxtəlif mənalar əldə etmək üçün müxtəlif surətlərə dəyişdirməyi öyrədir.

Amma bu gün biz sərf elmin faydalarından danışacağıq. Bu kitabın mətnində biz sərf elminin faydaları haqqında oxuyuruq:

 

فائده علم صرف: در هر زبانی بسیاری از کلمات از یکدیگر گرفته می شود. مثلا در فارسی کلمات گفتم گفتی گفت گفتیم گفتید گفتند می گفتم و ... خواهم گفت ... از ماده "گفتن" گرفته شده اند

 

Sərf elminin faydası: Hər dildə olduğu kimi bir çox kəlmələr bir-birindən alınır. Məsələn, fars dilində mən dedim, dedin, dedi, dedik, dediniz, dedilər, deyirdim və... deyəcəyəm... sözləri “demək” sözündən götürülüb.

 

بنابراین باید علم صرف را بیاموزیم تا کلمات را بشناسیم و بمعانی آنها پبریم و نیز بتوانیم برای معانی منظور کلمات مناسب بسازیم

 

Ona görə də biz sərf elmini öyrənməliyik ki, sözləri bilmək, mənalarını başa düşmək, eyni zamanda mənalara uyğun sözlər düzəldə bilək.

 

از آنچه گذشت روشن شد که فائده علم صرف شناختن کلمه و معنی آن و قدرت بر ساختن کلمه است

 

Yuxarıda deyilənlərdən məlum oldu ki, elmin faydası sadəcə olaraq sözü və onun mənasını bilmək və sözü yaratmaq qüdrətindən ibarətdir.

 

 

İzah:

 

Biz Sərf elmin tərifində dedik ki: Sərf elmi sərf qaydalarına uyğun dəyişdirilə bilən sözü müxtəlif mənalar əldə etmək üçün müxtəlif surətlərə dəyişdirməyi öyrədir. Keçmiş - indi - əmr - kişi - qadın - ikili - cəm və s... bu kimi. Nə üçün? Bunun nə faydası var?

Muəllif Sərf elminin faydalarını Sərf elminin tərifidə yerləşdirib. Belə ki, Sərf elminin tərifində oxuyuruq:

 

تعریف علم صرف: علم صرف می آموزد چگونه کلمه ایرا بصورتهای گوناگون در آوردیم تا معانی مختلف بدست آید

 

Sərf elmi (sərf qaydalarına uyğun dəyişdirilə bilən) sözü müxtəlif mənalar əldə etmək üçün müxtəlif surətlərə dəyişdirməyi öyrədir.

 

Ona görə də 2-ci bənddə bu elmin faydalarını qeyd etməyə ehtiyac yoxdur. Və bu elmin faydaları haqqında ayrı bir müzakirə açmaq yersisdir. Bundan başqa, bu elmin faydalarını deməzdən əvvəl üç yerdə üç dəfə Sərf elmin faydalarını bəyan etmişdir.

 

1- Sərf elminin tərifində:

 

تعریف علم صرف: علم صرف می آموزد چگونه کلمه ایرا بصورتهای گوناگون در آوردیم تا معانی مختلف بدست آید

 

Sərf elmi (sərf qaydalarına uyğun dəyişdirilə bilən) sözü müxtəlif mənalar əldə etmək üçün (bu Sərf elminin faydasını bildirir) müxtəlif surətlərə dəyişdirməyi öyrədir.

 

2- Bundan sonra o, kitabın mətnində bildirdi:

 

مثلا کلمه "عِلمٌ" (بمعنی دانستن) را طبق قواعد صرفی بصورتهای  "عَلِمَ - یَعلَمُ - اِعلَم" و ... در می آوریم تا معانی (دانست - می داند - بدان) و ... بدست آید

 

Məsələn, (bildi, bilir , bil) mənalarını əldə etmək üçün (bu ikinci dəfə Sərf elminin faydasını bəyan edir)  "عِلمٌ" “İlmun” (bilmək mənasında) sözünü "عَلِمَ - یَعلَمُ - اِعلَم" “Əlimə – Yə’ləmu – İ’ləm” formalarının morfoloji qaydalarına əsasən götürürük.

 

3- Bu açıqlamadan sonra yenə yazır:

 

و یا کلمه "رَجُلٌ" (بمعنی مرد) را بصورتهای "رِجالٌ و رُجَیلٌ" در می آوریم تا معانی (مردها و مرد کوچک) حاصل شود

 

Yaxud  (kişilər və kiçik) mənaları almaq üçün (bu da üçüncü dəfə Sərf elminin faydasını bəyanı) "رَجُلٌ" “Rəculun” (kişi mənasında) sözünü "رِجالٌ و رُجَیلٌ" “Ricalun” və “Rucəylun” kimi dəyişdiririk.

Buna görə də müəllif üç dəfə Sərf elminin tərifini bildirmiş və Sərf elminin faydalarını söyləməzdən əvvəl Sərf elminin faydalarını da üş yerdə bildirmişdir. Elmin faydalarını ayrıca müzakirə açmağa ehtiyac yoxdur Və elmin faydası adı altında beş sətir ayırmağın mənası yoxdur. Və elmin faydası adı altında beş sətir ayırmağın mənası yoxdur. Və bundan başqa, bu beş sətir faydasızdır və bu da ləğvdir, artıqdır, elə tərifdə dediyi bu cümlə - Sərf elmi (sərf qaydalarına uyğun dəyişdirilə bilən) sözü müxtəlif mənalar əldə etmək üçün (bu Sərf elminin faydasını bildirir) müxtəlif surətlərə dəyişdirməyi öyrədir. -  kifayətdir.

 

 

Nəticə:

 

Tərifin özündə və ikinci bənddə aydın oldu ki, elmin faydası sadəcə olaraq sözü və onun mənasını bilmək və sözü yaratmaq qüdrətini əldə etməkdən ibarətdir. Lakin Sərf elminin mözusu haqda gələn bəhslərdə söhbət açacağıq.

 

 

Allah sizi və bizlərin aqibətmizi xeyirli etsin. Amin. Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

 

RƏCƏB AYINDA NAMAZLARDAN SONRA OXUNAN DUA

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla (bu duanı oxumağa) başlayıram

 

یَا مَنْ أَرْجُوهُ لِکُلِّ خَیْرٍ، وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ

 

شَرٍّ، یَا مَنْ یُعْطِی الْکَثِیرَ بِالْقَلِیلِ

 

Ya mən Ərcuhu likulli Xəyr, Və açənu səxətəhu ində kulli şərr, Ya mən yu’til-kəsirə bil-qəlil,

 

Ey hər bir yaxşılığı umduğum kəs, Hər şərdə onun qəzəbindən aman diləyin, O kəs ki, az ibadət üçün çox savab verər,

 

یَا مَنْ یُعْطِی مَنْ سَأَلَهُ، یَا مَنْ یُعْطِی مَنْ لَمْ

 

یَسْأَلْهُ وَ مَنْ لَمْ یَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً

 

Ya mən yu’ti mən sələh, Ya mən yu’ti məl-ləy-yəsəlhu və mən ləy-yə’rifhu təhənnunəm-minhu və rəhmətəh,

 

O kəs ki, istədiyini bağışlayar, O kəs ki, onu istəməyənləri və onu tanımayanları belə bağışlayarsa, onun hədiyyəsi mərhəmətdəndir.

 

أَعْطِنِی بِمَسْأَلَتِی إِیَّاکَ جَمِیعَ خَیْرِ الدُّنْیَا وَ

 

جَمِیعَ خَیْرِ الْآخِرَةِ

 

ə’ətini biməsələti iyyəkə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh,

 

Səndən xahişimlə mənə dünya və axirət yaxşılığını nəsib et,

 

وَ اصْرِفْ عَنِّی بِمَسْأَلَتِی إِیَّاکَ جَمِیعَ شَرِّ الدُّنْیَا

 

وَ شَرِّ الْآخِرَةِ

 

Vəs-rif ənni biməsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh,

 

Və səndən xahişimlə dünya və axirətin bütün şərlərini məndən uzaqlaşdır.

 

فَإِنَّهُ غَیْرُ مَنْقُوصٍ مَا أَعْطَیْتَ، وَ زِدْنِی مِنْ

 

فَضْلِکَ یَا کَرِیمُ

 

Fə innəhu ğəyru mənqusim-ma ə’ətəyt, və zidni min fəzlikə ya Kərim,

 

Çünki verdiyin əskik yoxdur, ey qonaqpərvər, mənə lütfünü artır,

 

یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ یَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ،

 

یَا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَیْبَتِی عَلَی النَّارِ

 

Ya zəl-cəlali vəl-ikram ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.

 

Ey əzəmət, lütf və məhəbbət sahibi, ey əfv və lütf sahibi, saqqalımı cəhənnəm odundan qoru.

 

 

Ustad Hacı Elşən Badkubei

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.