Mömin qardaşın duası ilə təvəssül
2023-07-22 08:30:31

ALLAHIN ADI İLƏ

 

Mömin qardaşın duası ilə təvəssül

     Mömin qardaşın duası ilə təvəssül etmək duanın qəbul olması üçün Allahın qərar verdiyi vasitələrdən biridir. Bir çox Quran ayələri açıq-aşkar iman gətirən şəxslər üçün mələklərin və zaman cəhətdən sonra gələn möminlərin özlərindən əvvəlki mömin qardaşları üçün dua etməsinə dəlalət edir. Bu, onu göstərir ki, mömin qardaşın öz din qardaşı üçün etdiyi dua bəyənilən və qəbul olunan bir fenomendir. Elə isə, Allaha üsyan etmiş günahkar bəndənin öz mömin qardaşının duasını vasitə qərar verməsi vacibdir. Qurani Kərim bu zəminədə belə buyurmuşdur: “Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar öz rəblərini həmd edərək təsbih deyir, Ona iman gətirərlər və möminlər üçün bağışlanma istəyərək (deyirlər): “Ey bizim rəbbimiz, Sənin rəhmətin və elmin hər şeyi əhatə edir. Tövbə edib yoluna tabe olanları əfv et və onları cəhənnəm əzabından qoru.” (Əl Ğafir surəsi, 7-ci ayə)

     Başqa bir ayədə buyurur: “(Mühacir və ənsardan) sonra gələnlər belə deyirlər: “Ey bizim rəbbimiz, bizi və imanda bizi qabaqlayan  qardaşlarımızı bağışla və iman gətirənlərə   qəlblərimizdə kin qərar vermə. Ey rəbbimiz, həqiqətən, Sən mehriban və rəhmlisən.” (Əl Həşr surəsi, 10-cu ayə)

     Bu ayələrdən göründüyü kimi ərşi daşıyan  mələklər və sonra gələn möminlər dua etməsi duanın qəbul olma səbəblərindəndir. Buna görə də hər bir şüurlu müsəlmana vacibdir ki, duanın qəbulu üçün bu səbəbdən yapışsın.

     Bu mənaya dəlalət edən hədislər də vardır. Müslüm və Tirmizi Abdullahdan, o da Əzr ibn əl Asdan və o peyğəmbərdən nəql edərək belə demişdir: “Əgər müəzzin (azan verən) səsini eşitsəniz onun dediyini siz də deyin, sonra mənə salavat göndərin. Çünki hər kim mənə salavat göndərsə Allah təala özü ona on dəfə salavat göndərər. Sonra Allahdan mənim üçün vəsilə istəyin. Həqiqətən, vəsilə cənnətdə bir məqamdır. O, Allahın yalnız bir bəndəsinə layiqdir. Ümidvaram ki, mən həmin bəndə olam. Hər kim mənim üçün vəsilə istəsə, şəfaət ona nazil olar.”[1]

     Hədisin zahiri mənasından belə məlum olur ki, peyğəmbər öz ümmətinin duasının Allahın dərgahında vasitə qərar verir. Şayəd bu duanın vasitəsilə Allah təala onu cənnətdə vəsiləni və ən gözəl məqamı verə. Əvəzində isə peyğəmbərin şəfaəti dua edən şəxsə nazil olar. Əgər peyğəmbər bu əzəməti ilə öz ümmətinin duasını vasitə qərar verirsə, onda biz nə üçün mömin qardaşımızın duasını vasitə qərar verməyək?!

     Əhli beytdən gələn hədislərdə bu mətləb daha açıq-aşkar özünü büruzə verir. Həqiqəti aşkara çıxartmaqdan ötrü onlardan bəzilərini xatırlayaq. Çünki Əhli beyt peyğəmbərin bizə əmanət qoyub getdiyi iki şeydən biridir.

     Məhəmməd ibn Əclan rəvayət edir ki, Abu Abdullah (İmam Sadiq (ə)) belə buyurarmış: “Əli ibn Hüseyn (ə) Ramazan ayı daxil olanda nə bir qulu, nə də bir kənizi (ədəbləndirmək üçün) vurmazdı. Amma əgər qullardan və yaxud da kənizlərdən hər hansı biri günah işlətsəydi onun günahını tarixi ilə bir yerə yazıb cəzalanmadığını qeyd edərmiş. Ramazan ayının son gecəsi onların işlətdiyi günah dəftərini qapayaraq onları çağırıb öz ətrafına toplardı. Sonra onlara günah dəftərini göstərib bir-bir soruşardı: “Yadındadır filan gün günah etmişdin və mən də səni cəzalandırmadım?” Həmin qul və ya kəniz də cavabında belə deyərdi: “Yadımdadır, ey peyğəmbərin nəvəsi.” Bir-bir hamısı etiraf edəndən sonra onların ortasında dayanıb belə deyərdi: “Səslərinizi ucaldıb nida edin: “Ey Əli bn Hüseyn, sənin rəbbin etdiyin əməllərin hamısını sən yazdığın kimi yazmışdır. Allahdan bağışlanmaq dilədiyin kimi bizləri də əfv et. Rəbbinin səni əfv etməyini istədiyin kimi bizləri də bağışla. Beləcə davam edəndən sonra onlara deyərdi: “Belə dua edin: “Ey Allahım, Əli ibn Hüseyni bizi əfv etdiyi kimi əfv et. Onu, bizi köləlikdən azad etdiyi kimi cəhənnəm odundan azad et.” İmam da onların bu nidasının cavabında belə deyərdi: “Amin, ey aləmlərin rəbbi!” Üzünü onlara tutaraq: “Gedin. Artıq sizi əfv etdim. Sizləri Allah yolunda, Onun əfvini və məni azad etməyini ümid edərək, azad etdim.”-deyərdi.[2]

   Əhli beyt imamlarının səhabələri onların dualarını vasitə qərar verərdilər. Budur, onlardan biri Əli ibn Məhəmməd əl Həccal İmam Hadiyə (ə) yazaraq belə xahiş etdi: “Ayağımda bir xəstəliyə düçar olmuşam və vacib olunan işləri yerinə yetirmək üçün ayağa qalxmaq iqtidarında deyiləm. Əgər məsləhət bilirsənsə məni dua et ki, Allah təala bu xəstəliyi qaldırsın və mənə vacib etdiyi əmanəti əda etmək üçün kömək olsun...”[3]

 

Peyğəmbərin bərzəx həyatındakı duası ilə təvəssül

     Bundan əvvəlki söhbətlərimizdə Quranın günahkar bəndələrə peyğəmbər duası ilə təvəssül etməsi davətini qeyd etdik. Bəziləri bu ayəni peyğəmbərin cismani həyatına aid edərək belə iddia edirlər ki, peyğəmbər həyatını dəyişib Bərzəx aləminə köçməsi ilə bizlərdən əlaqəsi kəsilib. Bu iddia Quran ayəsinin yalnız zahirinə uyğun gəlir. Lakin bu nəzəriyyəni elmi dəlillərlə münaqişə etmək olar. Əgər Quran ayələri və yaxud da hədislərlə peyğəmbərin bərzəx aləminə köçəndən sonra biz insanlarla əlaqəsinin kəsilməsini sübut etsək, onda həmin Quran ayəsini yalnız peyğəmbərin cismani həyatına aid etmək düzgün olmazdı, əksinə həm bu dünya, həm də ki, bərzəx aləminə köçəndən sonra da bizimlə əlaqəsinin kəsilməməsi sübut olunacaq. Xüsusilə, bu dəlillər səhabələr və tabeinlərin əməlləri tərəfindən öz dəstəyini tapmışdır. Ümumiyyətlə, bu mətləbi isbat etmək üçün Qurani Kərim və peyğəmbər sünnətini rəhbər tutaraq bir neçə əsas nöqtəyə toxunmaq lazımdır. Bu əsas nöqtələr aşağıdakılardan ibarətdir:

     1. Peyğəmbər və övliyaların Bərzəx aləminə köçəndən sonrakı həyatları;

     2. Bizimlə onlar arasındakı əlaqə. Belə ki, onlar bizim söhbətlərimizi eşidib, çağırış səslərimizi duyaraq qəbul edirlər;

    3. Onlar Bərzəx aləminə köçəndən sonra səhabələrin onları Allah dərgahında vasitə qərar vermələri.

 

Ardı var.

 

    Müəllif: Əllamə Cəfər Sübhani

                   

                   Mütərcim tərəfindən bəzi əlavələr edilmişdir. 

 

Mütərcim: Hüccətul-İslam Vəl-Muslimin Ustad Hacı Heydər.

 


[1] Müslüm, “Səhih”, “Kitabəl Səlat”., Əl Tirmizi, “Səhih”, “Kitab əl məaqib”

[2] Əllamə Məclisi, “Bihar ül ənvar”, 46-cı cild, səh102

[3] Əl İrbili, “Kəşf əl ğummə”

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

Allahın adı ilə

 

Şeyx Tusi bildirib ki, Məhərrəm ayının ilk on gününü oruc tutmaq müstəhəbbdir, lakin Aşura günü oruc tutulmamalıdır və əsrdən sonra yemək və şərabdan uzaq durmalı və az miqdarda türbət yeməsi bəyənilib.

 

 

Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.