"HƏMD" SURƏSİNİN GENİŞ TƏRCÜMƏSİ
0000-00-00 00:00:00

Bismillahir-Rəhmanir-Rəhim

 

“HƏMD” SURƏSİNİN GENİŞ TƏRCÜMƏSİ

 

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

 

      Bismilləhir-Rəhmənir-Rəhim: Kamil sifətlərlə dolu olan, kəsinliklə Ondan başqa ibadətə layiq tanrı olmayan, Rəhməti ölçüyəgəlməz və geniş olan, bütün məxluqatların (cansızların, bitkilərin, heyvanların və padşah və qeyri padşahların, cinlərin, mələklərin və insanların, möminlərin, kafirlərin, əməlisalehlərin həm ümumi rəhmət, həm də xüsusi mərhəmət sahibi olan, Ona itaət edənlərə, sığınanlara sığınacaq verən, Onu səsləyənlərə cavab verən, yaratdıqlarının ruzusunu genişləndirən, bəzi insanlar Ona itaət etməkdən boyun qaçırsalar belə, onları Öz ruzisindən faydasız qoymayan, dünya və axirətdə rəhm edən, möminləri qeyri möminlərdən ayıraraq Rəhmi və Mərhəməti lütf edən, bəxşeşi əbədi olan, günahları bağışlayan, Mərhəməti xüsusi olan, heç vaxt möhtac olmayan, hər şeyin maliki olan, mehr və mərhəmətə möhtac olmayan,  Allahın adını çəkərək, Ona təvəkkül və dua edir və kömək diləyirəm.

 

الْحَمْدُ لِلَّهِ رَبّ‏ الْعَلَمِين

 

     əl-Həmdu lilləhi Rəbbil-Ələmin: Bütün həmdlər (dellə, əməllə, qəlblə və s...) aləmlərin (mələklərin, insanların, pərilərin, heyvanların və cansız varlıqların və s...) Rəbbi (yaradıcısı, vəlisi, sahibi, tərbiyəçisi, bütün kainatların ruzi sahibi olan, dünyanı yoxluqdan var edən, onları yaradaraq varlığın lütfündən həzz alan və kamilliyin bütün sifətlərini özündə cəmləşdirən) Allaha məxsusdur.

 

الرَّحْمَنِ الرَّحِيم‏

 

     ər-Rəhmənir-Rəhim: Onun mərhəməti ölçüyəgəlməz və dünyada bütün insanlara təravət verən, hamıya ümumi mərhəmət və sevgisi olan və xüsusi rəhməti ilə axirətdə yalnız Ona itaət və ibadət edənlərə və möminlərə qarşı çox mehriban və bağışlayandır.

 

مَلِكِ يَوْمِ الدِّين‏

 

     Məliki yəvmid-din: O (Allah), savab, cəza, mükafat, qiyamət, haqq-hesab və əzab gününün, dövrünün, mütləq  sahibidir, hökmdarı, Maliki, Padşahı və Tanrısıdır.

 

إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعِين‏

 

     İyyəkə nə”budu və iyyəkə nəstəiyn: [Ey Allahım!, ey Rəbbim!, ey Pərvərdigarım!, ey lütf sahibi! və İlahi!] Hər kəsə məlumdur ki, biz ancaq Sənə paklıq və tövhid əsasında itaət və ibadət edirik (və biz Səndən başqa heç bir tanrı qəbul etmirik, çünki acizlik və ehtiyac üzündən heç kim və heç bir şey ibadətə layiq deyildir) və düşmənlərinin şərindən, ibadətimizdə və bütün işlərimizdə yalnız Sənə yalvararaq müvəffəqiyyət və kömək diləyirik.

 

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيم‏

 

     İhdinəs-sirətəl-mustəqim: Allahım! Bizi doğru yola (imanda, elmdə, əxlaqda, əməldə, ən qısa yol olan fitrətimizin yoluna, məhəbbət məqamına çatmağımızı, Sənin səadətinə və cənnətinə çatmağımızı diləyirəm, dünya və axirət səadətinə nail olmaq üçün təyin etdiyin yola və bizi öz nəfsimizə uymaqdan, çəkindirən yola və ibadət yolunda dünya və axirət səadətinə nail olmaq üçün səbr etməyə) yönəltərək hidayət et.

 

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيرْ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّين‏

 

     Sirətəl-ləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vələz-zalliyn: Nemət verdiyin və  Peyğəmbərlər kimi bəndəlik xislətini bəxş etdiyin və seçdiyin kəslərin [iman, gözəl əməl və gözəl əxlaq sahiblərinin və Sənə tabe olanların, o cümlədən peyğəmbərlər və onların həqiqi ardıcılları kimi, salehlər, Sənin həqiqi dostların və şəhidlər] yoluna, bilərəkdən Yəhudilər kimi qəzəblənmişlərin yoluna deyil, inadkarlıq üzündən xristianların əksəriyyəti kimi zəlalətə düşmüşləri və haqq yolundan azmışların yoluna deyil.

 

 

Vəssəlamu əkəykum Rəhmətullahi və Bərəkatuh

 

Ustad Hacı Elşən Badkubei

 

 

 

 

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 24/04/2025
SÜBH AZANI 4:53
GÜN ÇIXMA 6:24
ZÖHÜR AZANI 12:44
GÜN BATMA 19:5
MƏĞRİB AZANI 19:26
GECƏ YARISI 23:59
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.